Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə46/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   ...   41   42   43   44   45   46   47   48   49

Tofiq Köçərli 
- 135 - 
Qarabağ: Yalan və Həqiqət 
Demә İran niyә viran oldu?! 
80-çi illәrin axırlarından 1993-çü ilin әvvәllәrinә gәdәr Azәrbaycanda yaranmış belә 
traqikomik vәziyyәt, fәrsiz rәhbәrlik, hakimiyyәt iflici, bunlarla әlaqәdar yaranmış 
dәrәbәyilik, qanunsuzluq, özbaşınalıq mәğlubiyyәtimizin әsas sәbәblәrindәndir. 
Taleyran yazıb: 
“Xalqlar bilsәlәr ki, onlara neçә xırda adamlar (“мелкие люди”) hökmranlıq edirlәr, 
dәhşәtә gәlәrlәr” 
Biz dә öz tәcrübәmizdә bildik vә gördük ki, “xırda adamların”, “hәr ötәnin”, “hәr 
yetәnin” “çәmaәt başına” keçmәsi bәdbәxtlikdir, fәlakәtdir, sarsıntılara, siyasi 
zәlzәlәlәrә, mәğlubiyyәtlәrә, o cümlәdәn rüsvayçı hәrbi mәğlubiyyәtә aparan yoldur. 
Bәli, hәrbi mәğlubiyyәtә  uğramışıq. Ancaq sarsılmamışıq. Başımızı itirmәmişik. 
Ümidsizliyә qapılmamışıq.  İnamımızı itirmәmişik. Artıq evimizin içindә milli sülh, milli 
birlik bәrqәrar olub. Uşaqdan böyüyә  hәr bir Azәrbaycanlı Azәrbaycanın bütövlüyü, 
Azәrbaycanın bölünmәz, dönmәz vә  şәriksiz istiqlalı naminә lazım gәlәrsә canını belә 
qurban vermәk  әzmindәdir. Bu amillәr, insan potensialımız, iqtisadi potensialımız, 
mәnәvi-siyasi vә psixoloji potensialımız vә onların tam gücü ilә  hәrәkәtә  gәtirilmәsi, 
müasir hәrb elmi әsasında müasir güclü ordu yaradılması, artıq Azәrbaycana sәriştәli 
rәhbәrlik edilmәsi, bütün bunlar hansı yol ilә olursa-olsun işğal altındakı  әrazilәrimizin 
azad olunmasını tәmin edәcәkdir. Mütlәq edәcәkdir! 
Biz tarixi hüququmuzu qoruyuruq. Vicdanımız pakdır. haqq, әdalәt bizim 
tәrәfimizdәdir. Tarixi baxımdan, strateji baxımdan haqq işimizin qalib gәlәcәyinә  zәrrә 
qәdәr dә şübhә olmamalıdır. 
 
 
 
 
 
 
 
 


Tofiq Köçərli 
- 136 - 
Qarabağ: Yalan və Həqiqət 
8.
 
VII Fәsil 
“Nurnberq prosesi” olmalıdır! 
 
Balayan haqlıdır: 
“Tarixi faktların saxtalaşdırılması  hәmişә manqurtluq üçün bәslәyici mühit 
olmuşdur”. O, hәm dә deyir ki, Rusiyanı  vә Ermәnistanı  “әksәr hallarda tarixi 
saxtalaşdıranda bәdbәxtlik yaxalamışdır.  İstәr qәdim, istәrsә  dә  әn yeni tarixi 
saxtalaşdıranda” . Bu axırıncı iddiaya qiymәt vermәk mәnim işim deyildir. 
Ancaq soruşmaq gәrәkdir: 
- Kimdir bu gün tarixi saxtalaşdıran, daha dәqiqi, saxtakarlığı özünә peşә edәn? 
Bәlkә  dә bu gün mәhz ermәni müәlliflәri, onların toruna düşmüş Stupişinlәr 
saxtakarlıq üzrә dünya çempionudurlar. Bәlkә dә ermәni müәlliflәri hәlә heç bir zaman 
indiki qәdәr tarixi saxtalaşdırmayıblar. Balayanın söylәdiklәrinә inansaq, Ermәnistanı 
yaxalayacaq әn dәhşәtli bәdbәxtlik hәlә qabaqdadır! 
Balayan yazır ki, Bakı “yalnız Rusiya Qarabağ  mәsәlәsini hәll etmәk  şәrti ilә, yәni 
әgәr yerli ermәni  әhalili tarixi ermәni vilayәti Türkiyәnin (Türkiyәnin!-T.K.) tәrkibinә 
daxil edilәrsә, nefti Rusiya vasitәsilә  qәrbә  nәql etmәyә hazırdır. Zira hәtta  şagirdә 
mәlumdur ki, Qarabağ mәsәlәsinin hәllinin belә variantı hәyata keçirildiyinin ertәsi günü 
Azәrbaycan ermәni Naxçıvanı  vә ermәni Qarabağı ilә birlikdә heç bir hüququ әngәlsiz 
Türkiyә ilә qovuşacaqdır”. 
Bu, başdan-ayağa uydurmadır. Rusiya siyasi xadimlәrini qıcıqlandırmaq, Rusiya ilә 
Azәrbaycan vә Türkiyә arasında münasibәtlәri pozmaq mәqsәdi güdәn haray-hәşirdir. 
Axı, Balayanın uydurduğu  şәrti Bakı Rusiya qarşısında qoymamışdır. Bir dә ki, ilkin 
Azәrbaycan neftinin Bakı-Novorossiysk neft kәmәri ilә nәql edilmәsi mәsәlәsi artıq hәll 
edilmişdir. O ki, qaldı Azәrbaycanın Türkiyә ilә qovuşması  mәsәlәsinә gur sәslә deyә 
bilәrik: 
Xoflanmayın cәnablar! Belә şey yoxdur. Bu, Azәrbaycanda heç kimin xәyalına belә 
gәlmir. 


Tofiq Köçərli 
- 137 - 
Qarabağ: Yalan və Həqiqət 
Azәrbaycan kiminlәsә, hәtta doğma Türkiyә ilә birlәşmәk, “qovuşmaq” üçün ayrılıb 
müstәqil olmamışdır. Azәrbaycanın müstәqilliyi, Azәrbaycanın suverenliyi bölünmәz vә 
şәriksizdir. 
Xatırladım ki, hәtta 1918-çi ildә Azәrbaycan Cümhuriyyәti yaradılan zaman müәyyәn 
dairәlәrdә Türkiyә ilә birlәşmәyә meyl var idi. Lakin bütün ağlagәlmәz çәtinliklәrә 
baxmayaraq, Azәrbaycan xalqı, onun liderlәri üçün Azәrbaycanın müstәqilliyi müqәddәs 
prinsip oldu. Bunu da xatırladım ki, yenә  hәmin ildә  hәlә Azәrbaycanın paytaxtı Bakı 
şәhәri düşmәn  әlindә olarkәn Azәrbaycan Cümhuriyyәti hökumәtinin rәsmi dәvәti ilә 
kömәyә  gәlmiş türk qoşun hissәlәri gәnc Azәrbaycan silahlı qüvvәlәri ilә birlikdә Bakı 
uğrunda hәlledici döyüşlәr apararkәn, bax hәtta, belә bir çәtin anda Azәrbaycan 
hökumәti suverenliyinin türk qoşunları komandanı Nuru paşa tәrәfindәn pozulmasına 
dözmәmişdi. Azәrbaycanın baş naziri F.X.Xoyski avqustun 23-dә müvәqqәti paytaxtdan 
Gәncәdәn  İstanbula Azәrbaycan nümayәndә heyәtinin başçısı M.Ә.Rәsulzadәyә 
yazmışdı: “Nuru paşanın siyasәti get-gedә bizim daxili işlәrimizә qarışmağa meyl edir. 
İstanbulun mövqeyini ehtiyatla aydınlaşdırmaq lazımdır. Müstәqildiyimizin qorunması 
üçün lazımi tәdbirlәr görmәk lazımdır”. Avqustun 31-dә Xoyski M.Ә.Rәsulzadәyә 
göndәrdiyi mәktubda bir dә  hәmin mәsәlәni vurğulamışdı: “Әn başlıcası, Türkiyә ilә 
qarşılıqlı münasibәtlәrimizi qәti aydınlaşdırmaq lazımdır, yoxsa hәr bir işi vә idarәetmәni 
tam puç edәn ikihakimiyyәtlilik vә çoxhakimiyyәtlilik әmәlә gәlir. Mәn belә hesab edirәm 
ki, bütün idarәetmә Azәrbaycan hökumәtinin әlindә cәmlәşmәlidir. Türk qoşun hissәlәri 
idarәetmә işinә bilavasitә qarışmamalı, bütün arzu vә istәklәrini Azәrbaycan hökumәtinә 
vermәli vә hökumәt vasitәsilә hәyata keçirmәlidir”. 
Nuru paşanın hәddini aşması  mәsәlәsindә Azәrbaycan hökumәtinin prinsipial 
mövqeyi Nuru paşanı Azәrbaycanın müstәqilliyinә hörmәt etmәyә vadar etmәklә 
nәticәlәndi. 
Hәtta  әn çәtin,  әn mәsuliyyәtli anda Nuru paşanın ümumi komandanlığı altında 
Bakını yad qüvvәlәrdәn azad etmәk kimi taleyüklü bir vәzifә  hәll olunduğu bir vaxtda 
Nuru paşanın Azәrbaycanın daxili işlәrinә qarışması ilә Azәrbaycan hökumәtinin 
barışmaması çox әlamәtdardır vә çox ibrәtamizdir. 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə