Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə2/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   2   3   4   5   6   7   8   9   ...   49

Tofiq Köçərli 
- 3 - 
Qarabağ: Yalan və Həqiqət 
Öncә Fransa maarifçisi Şarl Lui Monteskyenin “İran mәktubları”nın (1721) bir 
parçasına diqqәt yetirәk: 
“... Dünyanın heç bir xalqı fatehlik şöhrәti vә әzәmәti ilә tatarlarla yarışa bilmәz ... 
İranın hökmdarları onlardır. Kirin vә Kistapsın taxtında tәntәnә ilә oturan onlardır. 
Onlar türk adlanıb Avropada, Asiyada vә Afrikada nәhәng fatehliklәr edib dünyanın 
üç qitәsindә ağalıq edirlәr. 
... Bu müzәffәr xalqın yalnız tarixçilәri çatışmayıb ki, onların ağlasığmaz 
qәlәbәlәrinin şöhrәtini yaysınlar... Bu cәngavәr xalq öz gündәlik şöhrәti ilә mәşğul olub, 
әdәbi mәğlubedilmәzliyinә inanıb keçmiş  qәlәbәlәrinin  әbәdilәşdirilmәsi qayğısına 
qәtiyyәn qalmamışdır”.
1
 
Monteskyenin sözlәrindә  hәqiqәt var. Onun türk tarixçilәri haqqında müşahidәlәri 
bizә dә bilavasitә aiddir. 
Әslindә biz әsrlәr boyu milli tariximizin yazılmasına etinasız olmuşuq. 
Yalnız әsrimizin 40-cı illәrindәn başlayaraq vәziyyәt әsaslı surәtdә dәyişir. Peşәkar, 
istedadlı tarixçilәr nәsli yetişir. Azәrbaycan tarixinin tәdqiq olunmasında önәmli addımlar 
atılır. Tariximizin müxtәlif dövrlәrinә vә problemlәrinә dair onlarca qiymәtli elmi әsәr çap 
olunur. 50-ci illәrin axırları - 60-cı illәrin  әvvәllәrindә elmi hәyatımızda mühüm hadisә 
baş verdi: İ.A.Hüseynov,  Ә.S.Sumbatzadә,  Ә.N.Quliyev vә Y.A.Tokarjevskinin 
redaksiyası ilә Azәrbaycan tarixi (üç cilddә) işıq üzü gördü. Üç cildliyin hansı 
ideologiyaya söykәnmәsi hamıya mәlumdur. Bununla belә üç cildlik milli tariximizin ilk 
sistematik tәdqiqi vә işıqlandırılmasıdır. 
İndi tariximizin dәrindәn, hәrtәrәfli vә obyektiv öyrәnilmәsinin dönüş anını yaşayırıq. 
Azәrbaycan Respublikasının prezidenti H.Ә.Әliyev Azәrbaycan tarixinin yazılmasına 
şәxsәn hamilik edir. Bu, ümumiyyәtlә dövlәtlәr tarixindә nadir haldır vә Heç şübhәsiz, 
milli tariximizin tәdqiqinә, hәm dә tarixi biliklәrin tәbliğinә  rәvac, yeni nәfәs vә vüsәt 
verәcәkdir. 
İndi dә Dağlıq Qarabağın vә ümumiyyәtlә Qarabağın tarixinin öyrәnilmәsi haqqında. 
Hәlә çox-çox qabaqlarda ermәni müәlliflәri “Xemse meliki”, “Arüax” vә digәr ki-
tabları yazıb yayanda, onlarca başqa kitablarda Qarabağın tarixini saxtalaşdıranda 
sәlәflәrimiz, sonra biz varislәr sanki yuxuda olmuşuq. 


Tofiq Köçərli 
- 4 - 
Qarabağ: Yalan və Həqiqət 
Dağlıq Qarabağ hadisәlәri başlayanda isә, 1988-ci ildә Ermәnistan Elmlәr 
Akademiyası  dәrhal kollektiv әsәr – “Нагорный  Карабах.  Историческая  справка” 
kitabını çap etdi vә DQMV-i haqqında elm pәrdәsi altında ilk dezinformasiyanı yaydı. 
Bunun ardınca Yerevanda iki hissәdәn ibarәt “События  в  Нагорном  Карабахе. 
Хроника” kitabı buraxıldı. 
Biz yenә dә fәallaşmadıq. Mütәşәkkillik göstәrmәdik. 
Azәrbaycan müәlliflәrini sәfәrbәrliyә alıb Dağlıq Qarabağ haqqında kollektiv әsәr 
yazılmasını  tәşkil edәn olmadı (Zәnnimizcә, belә bir әsәrin yazılması yenә  dә aktual 
vәzifә olaraq qalır). 
Bununla belә, Azәrbaycan müәlliflәri Qarabağın tarixini saxtalaşdıranlara qarşı 
mübarizәdә seyrçi olmayıblar. Professor Danil Quliyev ermәni müәlliflәrinin Dağlıq 
Qarabağ haqqında iddialarını ifşa edәn ilk mәqalәlәrlә çıxış etdi. 
Akademiyanın müxbir üzvü Mahmud İsmayılov da hәmin istiqamәtdә fәallıq göstәrdi 
(Onun mәqalә  vә  mәktubları  “Правда  об  армянской  агрессии” (Bakı, 1996) adlı 
kitabda toplanıb). 
Akademiyanın müxbir üzvü İqrar  Әliyevin 1989-cu ildә  “Нагорный  Карабах. 
История. Факты. События” kitabı çap olundu. Kitabda Dağlıq Qarabağın tarixi ilk dәfә 
yığcam şәkildә işıqlandırılmışdır. 
Ümumiyyәtlә Azәrbaycan alimlәri bir neçә istiqamәtdә faydalı iş görüblәr: 
a) Sәnәdlәr vә materiallar mәcmuәlәri hazırlanıb çap olunub. 1989-cu ildә 
D.Quliyevin redaktәsi ilә “Azәrbaycan SSR Dağlıq Qarabağ muxtar vilayәtinin tәşkil 
edilmәsi tarixinә dair. 1918-1925. Sәnәdlәr vә materiallar”, yenә  hәmin ildә 
S.Әliyarovun vә Y.Mahmudovun redaktәsi ilә “Azәrbaycan tarixi üzrә qaynaqlar”, 1990-cı 
ildә Z.Bünyadovun redaktәsi ilә “Azәrbaycan tarixi sәnәdlәr vә  nәşrlәr üzrә”, 
A.Fәrzәliyevin tәrtib etdiyi “Qarabağnamәlәr” (Birinci kitab, 1990), N.Axundovun tәrtib 
etdiyi “Qarabağnamәlәr” (İkinci kitab, 1991) vә s. mәcmuәlәr çap edilmişdir. 
b) Bir çox orta әsr mәnbәlәri ilk dәfә Azәrbaycan dilindә işıq üzü görüb. Bu sahәdә 
akademik Z.Bünyadovun әvәzsiz xidmәti olmuşdur. Z.Bünyadovun tәrcümәsi ilә VII әsr 
alban qaynağı - Moisey Kalankatuklunun “Albaniya tarixi” (Redaktoru M.İsmayılov), Әbü 
Mәhәmmәd  Әhmәd ibn Әsәm  әl-Kufinin “Kitab әl-fütuh” (rus dilindә),  Әbdürrәşid  әl-


Tofiq Köçərli 
- 5 - 
Qarabağ: Yalan və Həqiqət 
Bakuvinin “Abidәlәrin xülasәsi vә qüdrәtli hökmdarın möcüzәlәri”, Selaniki Mustafa 
Әfәndinin “Tarixi Selaniki”, Nizamәddin  Şaminin “Zәfәrnamә”, Z.Bünyadovun redaktәsi 
ilә Zeynәddin bin Hәmdullah Qәzvininin “Zeyl-ә tarix-e Qozidә” (tәrcümәsi M.D.Kazımov 
vә V.Z.Piriyevindir), Xacә Zeynalabdin Әli  Әbdi bәy  Şirazinin “Tәkmilәtül  Әxbar” 
(redaktoru V.Z.Piriyev, tәrcümәçisi Ә.H.Rәhimli) vә digәr qaynaqlar çap olunmuşdur. 
v) Rusiya müәlliflәrinin (S.Qlinka, V.L.Veliçko, N.İ.Şavrov, V.F.Mayevski vә b.) XIX 
әsrdә  vә XX әsrin  әvvәllәrindә çapdan çıxmış  vә Qarabağın tarixinә bu vә ya başqa 
şәkildә aidiyyәti olan әsәrlәri faksimile nәşr edilmişdir. 
q) Elmi-tәdqiqat işlәri genişlәnmişdir. Ziya Bünyadov, İqrar  Әliyev, Mahmud 
İsmayılov, Kamal Әliyev, Fәridә  Mәmmәdova vә başqa müәlliflәrin kitab vә 
mәqalәlәrindә Dağlıq Qarabağın qәdim, orta әsrlәr vә yeni tarixi; Danil Quliyev, 
Mahmud  İsmayılov, Cәmil Quliyev, Әfrand Daşdәmirov, Ziyad Sәmәdzadә, Qafur 
Zәrgәrov vә başqa müәlliflәrin kitab vә  mәqalәlәrindә Dağlıq Qarabağın XX әsr 
problemlәri işıqlandırılmışdır. Dağlıq Qarabağ  mәsәlәsinә dair mәnim dә bir neçә 
mәqalәm çıxıb. 
Lakin bizim yazdıqlarımız keçmiş SSRİ  mәkanına, dünyaya çatmayıb. Moskva 
mәtbuatı bizim üzümüzә bağlı olub, daha dәqiqi, biz Moskva mәtbuatından istifadә edә 
bilmәmişik. Dünәn dә, bu gün dә. Hәmişәki kimi, indi dә mәhz ermәnilәr öz mәqsәdlәri 
üçün Moskva mәtbuatından bacarıqla istifadә edirlәr. 
...1994-cü ildә Moskvada “Rusiya-ermәni tәşәbbüslәri Mәrkәzi” adlı yeni bir ictimai 
tәşkilat tәşkil edilmişdir. Rәsmi mәlumata görә, Mәrkәzin tәsisçilәri Qaydar, Nuykin, 
Çerniçenko,  Şmelyov vә b. ictimai xadim vә yazıçılar olmuşlar. Lakin Mәrkәzin  әsas 
tәsisçisi dә, Mәrkәzi maliyyәlәşdirәn dә, Mәrkәzin prezidenti dә Vartanyandır. 
Moskvadakı  “İmperial” firmasının prezidenti A.Vartanyan! Mәrkәz işә başlamağa macal 
tapmamış Vartanyan “Литературная газета”da (28 dekabr 1994) Azәrbaycan әleyhinә 
mәqalә ilә  çıxış etdi. Mәqalәni oxuyanda sanki “әyri güzgülәr sәltәnәtinә” düşürsәn. 
İnanırsan ki, bu biznesmen Dağlıq Qarabağın Ermәnistandan “qoparılması” vә 
Azәrbaycana “birlәşdirilmәsi”nә dair hәr cür uydurmaya, başqa  әmәllәrә qadirdir. 
Mәtbuatdan mәlum oldu ki, 1997-ci ilin yayında general Lebedin vә onun svitasının 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə