Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə5/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   2   3   4   5   6   7   8   9   ...   49

Tofiq Köçərli 
- 12 - 
Qarabağ: Yalan və Həqiqət 
- “Cavanşir böyük İran şahlığının tәnәzzülü haqqında fikirlәşәrәk belә qәnaәtә gәldi 
ki, bundan sonra öz hakimiyyәtini heç kәsә tabe etmәsin. Cavanşir  İran sәrkәrdәsinә 
cәsarәtlә xәbәr verdi ki, hәr iki tәrәf bildiyi kimi müstәqil hökmdarlıq etmәlidir”.
18
 
- Cavanşir İranda Bizans imperatoru Konstans ilә görüşәrkәn, ondan xahiş etdi ki, 
“Әbәdi Çarın (İsanın) xaçının zәrrәciyini ona versin. Elә orada İmperator Xilas Günәşinin 
zәrrәciyinin günahları yandıran bir hissәsini ayırıb ona verdi. Belә  sәmavi hәdiyyәlәri 
alan Cavanşiri görәndә ermәni  әyanları  vә  sәrkәrdә Hamazasp ona paxıllıq etdilәr 
(Z.Bünyadovun yazdığına görә, Hamazasp әrәblәrin tәyin etdiyi Ermәniyyә valisi 
olmuşdur - T.K.) ... Bundan sonra o, imperatordan vidalaşıb getmәk izni aldı  vә 
imperator İran vә ermәni әyanlarının hüzurunda onunla xadimi kimi yox, eyni sәviyyәli 
qardaşı kimi vidalaşdı. Cavanşir dә Allahın ona mәrhәmәtinә heyran qalaraq öz ölkәsinә 
qayıtdı”
19
... 
VII  әsrin  әvvәllәrindә böyük әrәb dövlәti - Xilafәt vә dünyanın  әn çox yayılmış üç 
dinindәn biri olan islam dini yarandı. Xilafәtin vә islamın banisi Mәhәmmәd peyğәmbәr 
idi. 
Әrәb istilasına mәruz qalan ilk ölkәlәrdәn biri Cәnubi Azәrbaycan oldu. Әrәblәrlә 
döyüşlәrdә әsir düşmüş Azәrbaycan qoşunlarının komandanı mәrzban İsfәndiyar 639-cu 
ildә  әrәblәrlә belә bir sülh müqavilәsi bağladı: “... Bu sәnәd o barәdәdir ki, Ütbә ibn 
Farkad, әmirәlmöminin Ömәr ibn әl-Xәttabın canişini (amili), Azәrbaycan әhalisinә, onun 
dәrәlәrdә  vә dağlarda, ucqarlarda vә  sәrhәdlәrdә olan bütün xalqına  әmin-amanlıq 
(aman) bәxş edir (әta әhli Azәrbaycan)...”.
20
 
Demәli, artıq VII әsr üçün ölkәmizin “Azәrbaycan” adı tam qәrarlaşmışdı. 
Әt-Tәbәri dә (838-923) әrәblәrin VII әsrdә “Azәrbaycan ölkәsindә” “türklәr” ilә 
müharibә aparmasını vurğulamışdır.
21
 
Nәticә etibarı ilә әrәblәr bütün Azәrbaycanı işğal etmişdilәr. 
Artıq IX-X әsrlәrdә Azәrbaycan әrazisindә әrәb әsarәtindәn xilas olub müstәqillәşәn 
dövlәtlәr - Şirvanda Mәzyәdilәr-Şeybanilәr, Gәncә paytaxt olmaqla Şәddadilәr, paytaxt 
Tәbriz olmaqla Sacilәr vә s. dövlәtlәr yaranır. Z.Bünyadovun yazdığına görә, Sacilәrin 
hökmranlığı dövründә Azәrbaycan torpaqları vahid bir dövlәtdә birlәşdirilmişdi. O, 
professor P.K.Jüzedәn belә bir fikir gәtirir ki, sacilәr “IX әsrin ikinci yarısında meydana 


Tofiq Köçərli 
- 13 - 
Qarabağ: Yalan və Həqiqət 
gәlib Azәrbaycan vә Ermәnistana bir neçә bacarıqlı hökmdar verәn türk sülalәsindәn” 
idilәr.
22
 (Oxucu adı  çәkilәn dövlәtlәr, habelә Manna vә Atropatena haqqında, digәr 
Azәrbaycan dövlәtlәri haqqında Azәrbaycan Respublikası Elmlәr Akademiyasının müxbir 
üzvü M.İsmayılovun “Azәrbaycan tarixi” kitabından (Bakı, 1992) yığcam, Mәzyәdilәr, 
ümumiyyәtlә Şirvanşahlar dövlәti, Sacılәr, Atabәylәr haqqında akademik Z.Bünyadovun 
“Azәrbaycan VII-IX әsrlәrdә” (Bakı, 1965) vә “Azәrbaycan atabәylәri dövlәti” (Bakı, 
1983) kitablarından, professor S.Aşurbәylinin “Государство  Ширваншахов” (Bakı, 
1983) kitabından, Albaniya haqqında Z.Bünyadovun, İqrar  Әliyevin, Kamal Әliyevin vә 
Fәridә Mәmmәdovanın kitablarından әtraflı mәlumat ala bilәr). 
Göründüyü kimi, lap qәdimlәrdәn vә erkәn orta әsrlәrdә Azәrbaycan  әrazisindә 
müxtәlif adlarda bir çox dövlәt mövcud olmuşdur. Bunlardan bilavasitә Azәrbaycan 
adlanan dövlәt yox idi. Lakin ölkә Azәrbaycan adını daşıyırdı. 
Әt-Tәbәrinin (838-923) fikrincә, “pәhlәvi dilindә atәşә “azәr” deyilәrdi vә ibadәt 
edilәn atәşin  әn böyüyü burada olduğundan mәmlәkәtә  әcәmlәr Azәrbaycan 
demişlәr”
23
. Fransız sәyyahı Jan Şardәn dә bu fikirdәdir: “Farslar deyirlәr ki, bu әyalәt 
Azәrbaycan, yәni “od yeri” vә ya “od ölkәsi adlanmışdır”
24
  Әksәr mütәxәssislәr 
Azәrbaycan adını Odlar yurdu kimi mәnalandırırlar.
25
 Başqa versiyalar da var. Mәsәlәn, 
XVI әsr müәllifi Fәzlullah Rәşidәddin Azәrbaycan adının yaranmasını әfsanәvi Oğuz xanla 
әlaqәlәndirir: Oğuzxan Azәrbaycanı aldıqdan sonra “әmr edir ki, hәrә bir әtәk torpaq 
gәtirәrәk tәpә yapsınlar. Böyük bir tәpә yaranır. Tәpәnin adına Azәrbaynan dedilәr”. 
F.Rәşidәddinә görә, “Azәr” türkcә yüksәk demәkdir, “baynan” varlıların, uluların yeri 
mәasındadır.
26
  İran tarixçisi Cәmalәddin Fәtihi “Azәrbaycan” adının 23 әsrlik tarixi 
olmasını qeyd edir. Başqa birisinin -Sәid Nәfisinin fikrincә “Atropatena” eramızın II 
әsrindәn etibarәn “Azәrbaygan” adlanmışdır ... Eramızın V әsrindәn etibarәn Suriya 
yazıçıları onu Azәrbaycan adlandırmışlar. Bu söz әrәb dilindә Azәrbaycan vә sonra isә 
Azәrbican olmuşdur.”
27
 
Bir sıra orta әsr mәnbәlәri Azәrbaycan ölkәsinin o zamankı  sәrhәdlәri haqqında 
tәsәvvür yaradır. Әt-Tәbәri yazmışdır: 
“Azәrbaycan  әrazisi Hәmәdan - Zәncan  şәhәrlәrindәn başlar, Dәrbәndә  qәdәr 
davam edәr, bu әraziyә Azәrbaycan deyirlәr”
28
. Hәmdullah Müstövhi qeyd edir ki, 


Tofiq Köçərli 
- 14 - 
Qarabağ: Yalan və Həqiqət 
Azәrbaycanın uzunluğu Bakıdan Xalxala qәdәrdir
29
 (Xalxal Cәnubi Azәrbaycan 
vilayәtidir). Başqa bir mәnbәdә (“Mirat ül-buldani-Nasiri”) Azәrbaycanın hüdudunun 
Şәrqdәn Bәrdә  vә  qәrbdәn Zәncan olması göstәrilir. (“Hәdde Azәrbaycan  әzmәşreq-
Bәrde vә әz Mәğreb -Zәncan ...”)
30
 İbn әl Fәqih “Azәrbaycan sәrhәddi (şimal sәrhәdi - 
T.K.) ... Kür çayıdır” deyir. 
X  әsr müәllifi  Әl-Müqәddәsi yazır: “Arrana gәldikdә bu әrazi bütün vilayәtin (Ziya 
Bünyadovun qeydinә görә, Azәrbaycanın -T.K.) üçdә birini tәşkil edir vә dәniz ilә Araz 
çayı arasında bir yarım Cәzirәyә bәnzәyir. Malik (Kür) çayı isә vilayәti uzununa iki yerә 
bölür”
31
. Fransız sәyyahı Jan Şardәn dә “Sәfәvi imperiyasının  әn böyük әyalәtlәrindәn 
biri “olan Azәrbaycanın şimalda Dağıstanla hәmsәrhәd” olmasını qeyd edir.
32
 
Z.Bünyadov yazır ki bәzi müәlliflәr Aranı “Yuxarı Azәrbaycan” (Azәrbaycan  Әl-
Ülya)”
33
 adlandırmışlar. Onun yazdığına görә, X әsr  әrәb müәllifi  İbn Hövqәl  İstәxri 
Azәrbaycan, Aran vә Ermәnistanın ümumi xәritәsini yaratmış  vә onu “Azәrbaycanın 
xәritәsi” adlan-dırmışdır.
34
 O, Xәzәr dәnizinin dә xәritәsini çәkәrәk, bütün sahil әrazisini 
Dәrbәndәdәk Azәrbaycan adında vermişdir.
35
 
Orta  әsr mәnbәlәri Azәrbaycanın  әhalisi haqqında mәlumat verir. Onlar tәsdiqlәyir 
ki, Azәrbaycan qәdimdәn bir çox türkdilli soyun mәskunlaşdığı ölkәdir. IX әsr  әrәb 
müәllifi  Әbümәhәmmәd  Әbdülmәlik  İbn Hişamın yazdığına görә,  әrәb xәlifәsi I 
Müaviyyә (661-680) öz müşavirindәn “Azәrbaycan” haqqında soruşur. Müşavir cavab 
verir ki, “Azәrbaycan qәdimdәn türklәrin yaşadığı ölkәdir”.
36
 
1126-ci ildә farsca yazılmış bir imzasız әsәrdә dә VII әsrdә deyilmiş fikrә bәnzәr fikir 
var: “Azәrbaycan qәdimdәn türklәrin әlindә olan bir ölkәdir”.
37
 
Mәnbәlәrdә Aran ölkәsinin dili haqqında da mәlumat var. VI әsr “Suriya xronikası” 
Aranın Qurzan (Gürcüstan) vә Ermәnistanın dillәrindәn fәrqlәnәn öz dili olmasını xәbәr 
verir.
38
 X әsr müәllifi әl-İstәxri Dәbil vә onun әtrafında әhalinin “ermәni dilindә, Bәrdә 
nahiyyәlәri әhalisinin isә aran dilindә”
38a
 danışmasını bildirir. Sara Aşurbәyli hesab edir 
ki, hәmin aran dili Azәrbaycan - türk dilidir.
39
 
Belәliklә, Azәrbaycanın şimalı vә cәnubu (burada hansı adlı müxtәlif dövlәt olması, 
yaxud müxtәlif dövrlәrdә Azәrbaycanın bu vә ya başqa hissәsinin hansı inzibati-әrazi 
bölgüsündә olmasına baxmayaraq) Cahangir Zeynaloğlunun ifadәsi ilә desәk, “yekvücud 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə