Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə4/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   2   3   4   5   6   7   8   9   ...   49

Tofiq Köçərli 
- 9 - 
Qarabağ: Yalan və Həqiqət 
babalarınızın hamısı fars olmuşdur. Sizin sivilizasiya, mәdәniyyәt,  әnәnәlәr, adәtlәr, 
hәtta paltarınız farsınkıdır”.
2
 
Hәtta bu gün dә Azәrbaycan xalqının adı haqqında, Azәrbaycan dövlәtinin adı 
haqqında bizә “mәslәhәt” verәn İran müәlliflәri var. 
Deyilәn iddiaların açıq-aşkar әsassızlığı, qәrәzli vә uydurma xarakteri şәksizdir. 
Yalnız bәzi tarixi hәqiqәtlәri vә faktları xatırladaq. 
Azәrbaycan qәdim insanların ilk mәskәnlәrindәn biri olan ölkәdir. 
Azәrbaycan bәşәr sivilizasiyasının ilk beşiklәrindәndir. 
Bunu maddi - mәdәniyyәt abidәlәri, o cümlәdәn professor İ.Cәfәrzadәnin aşkar 
etdiyi mәşhur Qobustan qaya üstü tәsvirlәri, professor M.Hüseynovun Azıx mağarasında 
kәşfi tәsdiq edir (Parisdә beynәlxalq sәrgidә nümayiş etdirilmiş Azıx abidәlәri “Avropanın 
ilk sakinlәri” xәritәsinә daxil edilmişdir). 
Qәdim insan mәskәni, bәşәr sivilizasiyasının beşiklәrindәn biri olan Azәrbaycan, hәm 
dә ilk dövlәtlәrin yarandığı ölkәlәrdәndir. Hәlә eramızdan  әvvәl IX әsrdә  Cәnubi 
Azәrbaycan әrazisindә Manna dövlәti yaranmışdı. Arazın bu tayında isә, Herodotun (e.ә. 
V әsr) verdiyi mәlumata görә, massagetlәrin öz dövlәti olmuş vә bu dövlәtin hökmdarı 
qәhrәman qadın Tomiris, Arazı keçib massagetlәrlә müharibәyә başlayan İran hökmdarı 
Kiri mәğlub etmişdi.
3
 
Bir sıra mütәxәssislәrin fikrinә görә Azәrbaycana e.ә. VII әsrdә Orta Asiyadan gәlәn 
saklar, yaxud M. İsmayılovun yazdığı kimi, saklar-massagetlәr türkdilli soy olmuşdur. Bu 
barәdә M.İsmayılov, VI әsr tarixçisi Menandrın “qәdimdә türklәri saklar çağırırdılar” 
fikrini vә başqa müәlliflәrin oxşar fikirlәrini gәtirmişdir.
4
 
(İki rәy ilә dә oxucunu biz tanış edәk. Şәrq dillәri professoru Senkovski 1838-ci ildә 
massagetlәrlә türklәrin eyniliyini vurğulamışdı: “massagetlәr vә ya türklәr ...” 
Sakları İşquzlarla eynilәşdirәnlәr dә var. Türk müәllifi X.Türközü “Sakalar (İşgitlәr)in 
türklüyü haqqında” Rumıniya tarixçisi Mixail Quboğlunun aşağıdakı fikrini gәtirir: “Şәrqi 
Avropaya Miladdan öncә min illikdәn başlayaraq köçmüş İşgitlәrin damarlarında әn әski 
türk ya da prototürk qanı vardır ... İşgitlәrin yediyinә komas, içdiyinә at südündәn 
hazırlanmış kumıs deyilirdi. ... Sәnәtlәri haqqında isә әski yunan yazarı Anakreon “çox 
yaxşı oxatandılar” demişdi)
4a



Tofiq Köçərli 
- 10 - 
Qarabağ: Yalan və Həqiqət 
E.ә. IV әsrdә Azәrbaycanın cәnubunda Atropatena, şimalında Albaniya dövlәti 
yaradılmışdı. Albaniyaya Aran da (әrәb mәnbәlәrindә - Arran) deyiblәr. Professor 
S.Aşurbәylinin fikrincә, Aran Albaniyanın qәdim yerli adıdır
5
. Aran ölkәsinin adı 262-ci ilә 
aid kitabәdә  hәkk olunmuşdur.
6
 Aran sözünә  qәdim türk dilindәn başqa heç bir Şәrq 
dilindә rast gәlinmir.
7
 
Aran ölkәsi haqqında әrәb dilli mәnbәlәrdә әtraflı mәlumat var. X әsr müәllifi Әl-Kufi 
“Kitab әl-fütuh” әsәrindә Aran ölkәsindәn, onun paytaxtı Bәrdә şәhәrindәn danışır, VIII 
әsr Aran hökmdarının adlarını  çәkir.
8
 Sonralar Gәncә  şәhәri Aranın paytaxtı olmuşdur. 
Yaxud, Yaqut әl-Hәmәvi (1179-1229) yazır ki, Aran “geniş bir vilayәtin әrәbcә olmayan 
adıdır, çoxlu şәhәrlәri var, onların içindә  Cәnzә  şәhәri (xalq onu Gәncә adlandırır), 
Bәrdә, Şәmkir vә Beylәqan şәhәrlәri vardır”.
9
 
Ermәni müәlliflәri Aranı-Albaniyanı “ermәnilәşdirmәyә”, yaxud Şәrqi Ermәnistan 
hesab etmәyә cәhd göstәrirlәr. 
Hәlә Strabon (e.ә. 6463 - b.e. 2324) bizim regionda üç dövlәtin - Albaniya
Ermәnistan vә İberiyanın (Gürcüstanın) mövcud olmasını vurğulamışdır. O, Albaniyanın 
sәrhәdlәrini dә ümumi planda qeyd etmişdir: 
“Albanlar ... iberlәrlә Kaspi dәnizi arasında yaşayırlar:  şәrqdә onların ölkәsi dәnizә 
bitişir, qәrbdә isә iberlәrlә  hәmsәrhәddir. Qalan tәrәflәrә  gәldikdә ölkәnin  şimal tәrәfi 
Qafqaz dağları ilә әhatәlәnib, ... cәnub tәrәfi isә onunla hәmsәrhәd olan Ermәnistandır. 
Onlar 60 min piyada vә 22 min atlını silahlandırırlar; bu qәdәr çoxsaylı qoşunla onlar 
Pompeyә qarşı  çıxmışdılar... Albanların ölkәsinә Kaspiana vilayәti dә daxildir, onun vә 
dәnizin dә adı indi itib getmiş tayfanın adından götürülüb”
10
 (Plutarx (b.e. I-II ә.ә) 40 
min albanın Pompey üzәrinә hücuma keçmәsini
10a
, Pavel Orosiy (b.e IV-Vә.ә) Pompeyin 
“üç dәfә döyüşdә alban çarı Qoroda qoşununa qalib” gәlmәsini yazmışdır. IV әsr 
müәlliflәri Yevtropiy vә Fest Pompeylә vuruşan “alban çarını” Oroda şәklindә 
vermişlәr”
11
 (“Qoroda” ya “Oroda”? Bu, deyәsәn hәlә dәqiqlәşdirilmәyib). 
Strabonda Albaniya haqqında başqa maraqlı mәlumatlar da var: 
- Albanlarda “bir hökmdar bütün tayfalara başçılıq edir. Qabaqlar isә hәr müxtәlifdilli 
tayfanı öz hökmdarı idarә edirdi. Onlarda 26 dil vardır ...” 


Tofiq Köçərli 
- 11 - 
Qarabağ: Yalan və Həqiqət 
- “Albanlar qocalığa, nәinki valideynlәrinә, hәm dә yad (qoca) adamlara hәddindәn 
artıq hermәt edirlәr” Vә i.a. 
Bir sıra tәdqiqatçıların (A.Amiranaşvili, K.Trever, F.Mәmmәdova vә b.) fikrincә, I-III 
әsrlәrdә Albaniya siyasi suverenliyini vә dövlәtçiliyini Gürcüstan vә Ermәnistana nisbәtәn 
daha çox saxlaya bilmişdi”.
12
 
Moisey Kalankatuklunun “Albaniya tarixi” әsәri Albaniya tarixinә dair qiymәtli 
mәnbәdir. 
Hәmin  әsәrdә yazıya malik olan yeddi xalq sırasında (yәhudilәr, yunanlar vә b) 
“ermәnilәr vә albanlar” da gestәrilmişdir.
13
 Moisey Kalankatuklu hәm dә yazmışdır ki, 
Albaniya xristianlığı ermәnilәrdәn 270 il qabaq qәbul etmişdir.
14
 
Z.Bünyadovun yazdığı kimi, bәzi müәlliflәr Albaniya hökmdarı Cavanşiri (62728-680) 
“ermәnilәşdirmәyә” çalışırlar. Mәsәlәn, S.T.Yeremyan onu “alban-ermәni işxanı 
Djuanşer” adlandırır. 
N.Aginyan isә (Avstriya) iddia edir ki, “ümumiyyәtlә belә bir knyaz olmamışdır”.
15
 
Bununla  әlaqәdar Kalankatuklunun “Albaniya tarixi”ndәn Cavanşirlә bağlı bir-iki 
epizodu yada salaq:  
 - Cavanşir İran Sasanilәrinin Әrdәşir (Mehranilәr) sülalәsindәn olan Albaniya knyazı 
Varaz-Qriqorun ikinci oğlu idi. O, “İberiya sәrhәdlәrindәn Dәrbәndә  vә Araz çayına 
qәdәr olan torpaqları hakimi-mütlәq kimi idarә edirdi”.
16
 
-  İranlılar Albaniyaya basqın edirlәr. Bir neçә döyüşdә Cavanşir qәlәbә qazanır. 
“Amma elә bu vaxt ona xәbәr çatdı ki, iranlılar Bәrdәyә daxil olub anasını vә qardaşlarını 
әsir” alıblar. Cavanşir “balalarını itirmiş dişi ayı kimi çox qәzәblәndi vә hiddәtlәndi”. O, 
Gürcüstan knyazı ilә “sarsılmaz sülh sazişi” bağladı  vә “gürcü qoşununun kömәyi ilә 
tezliklә Uti vilayәtinә yürüdü vә orada rastlaşdığı bütün iranlıları  qılıncdan keçirdi. O, 
iranlıların hamısını öz qış iqamәtgahı olan Bәrdә  şәhәrini alanda da qırdı. O, şәhәri 
alaraq öz anasını  vә qardaşlarını da azad etdi. Cavanşirin qәlәbәlәrini görüb eşidәn 
Ermәniyyә  vә Gürcüstan әyanları onun üçün öz nәsillәrindәn qız seçib onunla qohum 
olmaq istәdilәr. Lakin o, Sünik vilayәti knyazının Aruncan nәslindәn özünә  qız seçib 
onunla evlәndi”.
17
 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə