Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə9/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

Tofiq Köçərli 
- 24 - 
Qarabağ: Yalan və Həqiqət 
(Bir» rus qaynağı 1914-cü ildә Azәrbaycan dilini “Zaqafqaziyanın beynәlxalq dili”
68 
adlandırmışdı. 
Keçәn әsrin 70-ci illәrindә Cәnubi Dağıstanda olmuş Bekkerin yazdığını da gәtirәk: 
“Türk-Azәrbaycan lәhcәsi (mәtndә: .... törko-aderbeydjanskoe nareçie” -T.K.) tәdriclә 
tat lәhcәsini sıxışdırıb aradan çıxardır, türk-Azәrbaycan lәhcәsi dağlılara nüfuz etmişdir, 
onlar hәvәslә bu lәhcәni öyrәnirlәr, çünki bu lәhcә Dәrbәndin vә hәmhüdud Zaqafqaziya 
müsәlman  әyalәtlәrinin sakinlәri ilә  әlaqә saxlamaq üçün vacibdir, dağlılar da öz 
aralarında çox vaxt bu lәhcәdә danışırlar... Türk-Azbrbaycan lәhcәsi hәtta dağlıların bir 
sıra dillәrinә  әhәmiyyәtli tәsir etmişdir ... Azәrbaycan tatarları Başli çayına qәdәr olan 
әrazidә yaşayırlar”).
69
 
1909-cu ildә  Rәştdә Azәrbaycan dilindә Soltan Mәcid Qәnizadәnin “Dursunәli vә 
Ballıbadı” tamaşası göstәrilirdi...
70
 
Rusiya-İran sәrhәdlәri xalqımızın mәnәvi-mәdәni bütövlüyünü sarsıda bilmәmişdi! 
(1989-cu ilin noyabrında Danimarkaya getmişdik. Orada Qarabağ adlı 22 yaşlı cavan 
bir oğlanla görüşdük. Mәlum oldu ki, o Cәnubi Azәrbaycandandır. Ulu babası 
Qarabağlıdır. Bәlkә  dә XIX әsrin  әvvәllәrindә Qarabağdan Cәnubi Azәrbaycana 
köçәnlәrdәndir. Nәsillәr dәyişmiş, lakin ailәdә Qarabağ  hәsrәti Dәyişmәyib, Qarabağ 
yaddan çıxmayıbmış. Elә ailәnin Qarabağ nostalgiyası da hәmin oğlanın adını Qarabağ 
qoyubmuş! Görünür, valideynlәri, qohum-әqrәbaları daim bu adla “Külli Qarabağın abi-
hәyatı”nı, abi-havasını yada salırlarmış. Qarabağı görmәyәn bu oğlan da (Qarabağ) Bakı, 
Gәncә,  Şuşa hәsrәti ilә yaşayırdı. O, bizә dedi ki, Bakı bütün azәrbaycanlıların 
Mәkkәsidir. Azәrbaycan Cümhuriyyәti bütün dünya azәrbaycanlılarının tarixi Vәtәnidir. 
Biz Qarabağla görüşdüyümüz günlәr Berlin divarlarının dağıldığı günlәr idi. Hәr gün 
Danimarka televiziyası bu barәdә Berlindәn birbaşa reportajlar verirdi. Qarabağ bizdәn 
soruşdu: “Bәs Azәrbaycan-Azәrbaycan divarları nә zaman dağılacaqdır ?” 
Yәqin, vaxtı ilә  Cәnubi Azәrbaycana köçmәyә  mәcbur olmuş  hәr bir Şimal 
azәrbaycanlısı, hәr bir qarabağlı, onun hәr bir varisi güzәranının necәliyindәn asılı 
olmayaraq İran şahı Fәtәli şaha әrә verilmiş Ağa bәyim ağanın (Qarabağ xanı İbrahim 
Xәlil xanın qızı): 
Mәn aşiqәm Qarabağ


Tofiq Köçərli 
- 25 - 
Qarabağ: Yalan və Həqiqət 
Şәki, Şirvan, Qarabağ. 
Tehran cәnnәtә dönsә, 
Yaddan çıxmaz Qarabağ! 
 
- bayatısı ilә, digәr belә bayatılarla Qarabağı,  Şuşanı  qәlbindә daim yaşadırmış. 
Qarabağ xanlığının tarixini gözәl bilәn vә bu haqda “Qan içindә” adlı tarixi roman 
yaradan Y.V.Çәmәnzәminli hәmin romanda yazmışdır ki, Fәtәli  şah bu bayatını  eşidib, 
“Ağabәyimdәn incimişdi dә. Ağabәyim isә onun fikrini yayındırmaq üçün demişdi: 
- Mәn elә yazmamışdım. Mәn yazmışdım ki, “Tehran cәnnәtә döndü, yaddan çıxdı 
Qarabağ!”).
71
 
Belә bir cәhәt dә qeyd olunmalıdır ki, Azәrbaycan iki hissәyә parçalandıqdan sonra 
şimali Azәrbaycan yazıçı, şair vә publisistlәrinin әsәrlәrinin coğrafiyası bütün Azәrbaycan 
olmuşdur. Mösәlәn, M.F.Axundovun “hekayәti-Müsyo Jordan hәkimi-nәbatat vә  dәrviş 
Mәstәli şah-Cadukini mәşhur” komediyasında hadisәlәr “Qarabağ vilayәtindә ... keçmiş 
Tәklә-Muğanlının qışlağında”, “Mürafiyyә  vәkil-lörinin hekayәti (şәhri-Tәbrizdә)” 
komediyasında isә hadisәlәr Tәbrizdә baş verir. Ümumiyyәtlә XIX әsrdә  vә XX әsrin 
әvvәllәrindә  Şimali Azәrbaycanda elә bir qәlәm sahibi tapmazsan ki, onun 
yaradıcılığında Cәnubi Azәrbaycan mövzusu aparıcı, bәzәn dә üstün yer tutmamış olsun. 
Bu, tamamilә  tәbii idi... Azәrbaycan parçalanmış olsa da, mәnәn bir idi, bütöv idi. 
Cәnubun dәrdi vә problemlәri Şimal üçün, Şimalınki Cәnub üçün doğma idi. 
Demәk istәyirәm ki, 1918-çi ildә “Azәrbaycan” adlı dövlәt tәşkil edilәrkәn “tamamilә 
başqa xalqın” adını, başqa ölkәnin adını götürmәklә yox, әsla yox, hәmin dövlәt 
yaranandan hәlә çox-çox qabaq “Azәrbaycan” adlanan ölkәnin adı ilә milli dövlәtimiz 
adlandırılmışdır. Xülasә, C.Stupişin, “Azәrbaycan” adı üçün müstәqil Azәrbaycan 
Cümhuriyyәtini 1918-ci il mayın 28-dә tәsis edәnlәri yox, uzaq keçmişi, tarixi “ittiham” 
edin.  İmperator I Aleksandrı, Sisianovu vә b. damğalayın. Rusiyada “Azәrbaycan” 
anlayışının bir növ qadağa altında olmasına baxmayaraq “düzü düz, әyrini-әyri” deyib 
Azәrbaycanı Azәrbaycan adlandıran Rusiya qafqazşünaslarını  tәlin edin. 1917-ci il 
dekabrın 9-da “Бакинский  Рабочий” qәzetindә “rus әsgәri Gürcüstanın, Ermәnistanın, 
Azәrbaycanın muxtariyyәti әleyhinә deyildir” yazan S.Q.Şaumyana “Azәrbaycan” sözünü 


Tofiq Köçərli 
- 26 - 
Qarabağ: Yalan və Həqiqət 
işlәtdiyi üçün lәnәt oxuyun. Öz işinizdir. Muxtariyyәt mәsәlәsindә  Şaumyanı tamamilә 
qeyri-sәmimilik göstәrmәsi üçün dә tәlin edә bilәrsiz. Bu da öz işinizdir. 
İstәrdim. Stupişinlәr Veliçkonun adı  çәkilәn kitabından götürdüyümüz aşağıdakı 
parçaya nәzәr yetirsinlәr. Veliçko yazmışdır: 
“ ... Azәrbaycan tatarları başqa mәsәlәdir: onlar çoxdurlar vә onlar әhәmiyyәtli vә 
bir çox cәhәtdәn qiymәtli elementdir. Bu elementә yaxından diqqәtlә yanaşmaq zәruridir 
... 
Şәrqi Zaqafqaziya әsrlәr boyu İran malikanәsi hesab edilmişdir, müstәsna hallarda 
hәqiqәtәn dә belә olmuşdur. Adәtәn isә  Şәrqi Zaqafqaziya xırda xanlıqlara (Gәncә, 
İrәvan, Talış, Şәki vә i.a.) bölünmüşdür. Bu xanlıqların İran hökumәti tәrәfindәn tәyin 
edilәn hakimlәri sonra öz inzibati sәlahiyyәtlәrini varislәrinә vermәyә  vә  nәhayәt, 
İrandan ayrılıb müstәqillik әldә etmәyә nail olmuşdular. 
... Azәrbaycanlıları tatarlar adlandırırlar, lakin bu qәti düz deyil ... Әsas mәnşәylәrinә 
görә azәrbaycanlılar türklәrdir, turanlılardır, qәdim oğuzların, sәlcuqların, müasir 
türklәrin qan qohumlarıdır. Azәrbaycan İrana bu ölkәnin әn böyük sülalәlәrindәn birini 
vermişdir. Hәmin sülalәnin hökmranlığı zamanı bu dövlәtdә elmlәr, incәsәnәt,  әkinçilik 
vә hәrbi iş çiçәklәnmişdir. Alp Arslanın adı Asiyanın bu hissәsindә indiyә qәdәr yaddan 
çıxmamışdır. (Sәlcuq dövlәtinin banisi Toğrul bәy olmuşdur, onun ölümündәn sonra, 
1063-çü ildә Alp Arslan hakimiyyәtә keçmişdir - T.K.) 
Peterburqun kosmopotilizmlә hopmuş saraylarında heç kimin tayfa mәnşәyi 
haqqında mәsәlә qaldırmamaq tәlәb olunur. Lakin Qafqazda vә ümumiyyәtlә bütün 
ölkәlәrdә ... insanların fәaliyyәtini nәinki bu gün, hәm dә keçmiş idarә edir, insanlarda 
әcdadların qanı danışır” (kursiv Veliçkonundur - T.K.). Azәrbaycanlıların qanı  şәksiz 
nәcibdir, onlar anadangәlmә  rәhmdil, mәrd, alicәnabdırlar,  әqli vә  әxlaqi inkişafa 
qadirdirlәr”.
72
 
Veliçko Azәrbaycanda baş vermiş tarixi prosesi, Azәrbaycan dövlәtçiliyinin 
mәrhәlәlәrini ümumi şәkildә әsasәn düzgün işıqlandırmışdır. Lakin görürük ki, bu gün, 
artıq XX әsrin sonunda peşәkar rus tarixçisi Azәrbaycan tarixi mәsәlәlәrindә  hәtta 
Veliçkodan çox aşağı sәviyyәdә dayanır. 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə