Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə10/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

Tofiq Köçərli 
- 27 - 
Qarabağ: Yalan və Həqiqət 
İstәrdim ki, C.Stupişin, Veliçko xatırladığı dövrdә Sәlcuq dövlәtinin parçalanması ilә 
yaranmış vә 1225-ci ilә qәdәr yaşamış Azәrbaycan Atabәylәr dövlәtinin tarixinә maraq 
göstәrsin. Qısaca deyәk. Banisi Atabәy Şәmsәddin Eldәgiz olan bu dövlәt zәmanәsinin 
böyük dövlәti olmuşdur. Atabәylәr dövrü Azәrbaycanda elmin, әdәbiyyatın qüdrәtli 
inkişaf dövrüdür. Tәkcә onu demәk kifayәt edәr ki, mәhz Atabәylәr dövründә  Gәncә 
şәhәri Azәrbaycana, bütün dünyaya Nizami Gәncәvini bәxş etmişdir. Görkәmli  şairә 
Mәshәti Gәncәvi mәşhur rübailәrini burada yaratmışdır vә i.a. 
Xatırladaq ki, Gәncә  şәhәri Sәlcuq canişinlәrinin paytaxtı, sonra isә Azәrbaycan 
Atabәylәr dövlәtinin paytaxtlarından biri olmuşdur. 1992-ci ildә Türkiyәdә nәşr olunmuş 
bir kitabda deyilir ki, Şәmsәddin Eldәgiz Selcuqların Gәncәdә valisi olarkәn Atabәylәr 
dövlәtini yaratmışdır. Dövlәtin ilk paytaxtı da Gәncә  şәhәri idi. Sonra Tәbriz paytaxt 
olmuşdur.
73
 Akademik A.Y.Krımskinin fikrincә, Aranın baş şәhәri olan Gәncә az qala XII 
әsrin axırınadәk Atabәylәr üçün Tәbrizdәn daha böyük әhәmiyyәtli  şәhәr olmuşdur.
74
 
Gәncә  şәhәrindә yaşayıb yaradan Nizami Gәncәvi beş  mәşhur poemasından birini - 
“Xosrov vә Şirini”i Atabәylәr dövlәti başçısı Mәhәmmәd Cahan Pәhlәvana hәsr etmişdi. 
Lakin Z.Bünyadovun yazdığına görә, Cahan Pәhlәvan 1186-cı ildә öldüyü üçün 
poemanın mәdhi onun qardaşı atabәy Qızıl Arslanın adına yazılmışdı.
75
 Abbasqulu Ağa 
Bakıxanov (1784-1848) qeyd etmişdir ki, Qızıl Arslan Gәncәdә bir neçә  dәfә Nizami 
Gәncәvi ilә görüşmüş vә ona dörd kәnd bağışlamışdı. Bakıxanov hәm dә yazmışdı: 
Nizami Gәncәvinin “Gәncә şәhәri yaxınlığındakı bәzәdilmiş, parlaq mәqbәrәsi indi dә 
durur. Mirzә Adıgözәl Qarabağlı ... indi mәqbәrәni bәrpa edir” .
76
 
“Leyli vә  Mәcnun” poemasını isә Nizami Şirvanşahlar dövlәtinin  şahı  Әhistanın 
sifarişi ilә yazmışdı. Paytaxtı  Şamaxı  şәhәri olan Şirvanşahlar dövlәti (VI-XVI әsrlәr) 
Azәrbaycanın  әn uzun ömürlü dövlәti olmuşdur. Prof. Sara Aşurbәylinin yazdığı kimi, 
Bakı şәhәri XII әsrin axırlarından Şirvanşahların iqamәtgahı, XV әsrdәn isә Şirvanşahlar 
dövlәtinin paytaxtı olmuşdur.
77
 
Şamaxıda Azәrbaycanın böyük şairi  Әfzәleddin Xaqani (1120-1180) yetişmişdir. 
A.Bakıxanov XIV әsr  İran tarixçisi Hәmdullah Müstovfi Qәzviniyyә istinad etmәklә 
yazmışdır ki, Xaqani vә Fәlәki Şirvani Şirvanşahlar sarayında böyük hörmәti olan şairlәr 
ustadı sayılan Әbü Ula Gәncәvidәn dәrs alıblar. (Әbu-Üla qızını Xaqaniyә әrә verir. Fәlәki 


Tofiq Köçərli 
- 28 - 
Qarabağ: Yalan və Həqiqət 
pәrt olur. Çünki qızla o da evlәnmәk istәyirmiş. Bundan xәbәr tutan Әbü-Üla Fәlәkiyә 20 
min dirhәm bәxş edir vә deyir ki, “buna 50 türk kәnizi almaq olar ki, onlardan hәr biri 
mәnim qızımdan gözәl olar”).
78
 
Hәtta Teymurlәngin Şirvana basqını dövründә Şirvanşahı I İbrahim Şirvan hökmdarı 
kimi qaldı.
79
 XV әsrin  әvvәllәrindәn  Şirvanşahlar dövlәti yüz ilә yaxın müstәqilliyini 
saxlaya bildi.
80
 
Teymurlәngin ölümündәn (1405) sonra paytaxt Tәbriz olmaqla Qaraqoyunlular 
dövlәti, sonra isә Ağqoyunlular dövlәti, XVI әsrin әvvәllәrindә Sәfәvilәr dövlәti yarandı. 
İstәrdim ki, Stupişinlәr Atabәylәr dövlәti haqqında Z.Bünyadovun, Şirvanşahlar 
dövlәti haqqında, S.Aşurbәylinin, Sәfәvilәr dövlәti haqqında O.Әfәndiyevin 
monoqrafiyalarını vә digәr kitabları oxusunlar. 
Bu halda inanıram, Stupişinlәr Azәrbaycan dövlәti “heç bir şәkildә heç bir zaman 
mövcud olmamışdır” kimi sәfehlәmә vә uydurmaçıdıqdan әl çәkәrlәr. Hәr halda saf vә 
qәrәzsiz adam belә  hәrәkәt edәrdi, qara yaxdığı, böhtan atdığı xalqdan üzr istәyәrdi. 
Axı, rıtsarlar, rıtsar mәrdanәliyi tarixçidә  dә olmalıdır! Ola bilsin, Stupişin Azәrbaycan 
tarixi ilә  hәtta az-maz maraqlansa, “hansı torpağın keçmiş Sovet Azәrbaycanı üçün 
“әzәli” olması haqqında danışmaq ümumiyyәtlә sadәcә  әdәbsizlikdir” demәsindәn dә 
xәcalәt çәkәrdi, mәhz özünün әdәbsiz vә abırsız adam olmasını anlayardı. 
Hәrçәnd, bilirәm xәcalәt çәkmәk hәr adamın işi deyil. Yalnız saf adam xәcalәtә 
qadirdir. Onu da bilirәm ki, siyasi mübarizәdә yalan, böhtan vә uydurma baha qiymәtә 
satılır. Xüsusәn dә böyük dövlәtin yüksәk elmi rütbәli Fövqәladә vә Sәlahiyyәtli Sәfirinin 
böhtan vә yalanı! 
Ona görә dә mәkrli siyasi vә başqa maraq naminә tarixi hәqiqәtlәri yalana qurban 
verәnlәrin yalan vә böhtanlarını açıq etiraf etmәlәrinә az inanıram. 
Kaş yanılaydım! 
 
 
 
 
 


Tofiq Köçərli 
- 29 - 
Qarabağ: Yalan və Həqiqət 
3.
 
II Fәsil 
Qarabağ "kiçik Azәrbaycandır". Rusiya çarı  "Şuşalı  vә Qarabağlı  İbrahim xanın vә 
onun varislәrinin  әyalәtinin bütövlüyünün saxlanmasına öz imperator zәmanәtini verir" 
(türk vә rus mәnbәlәrindәn) 
 
Yuxarıda adı çәkilәn İ.Lenski iddia edir ki, XVIII әsrdә “Rusiya Qarabağda tәyinedici 
tәsirә malik olmuşdur”. Bunu guya “sәnәdlәr sübut edir”. Hansı  sәnәdlәr? Müәllif bir 
dәnә dә olsun sәnәd göstәrmir. V.Stupişin isә mәsuliyyәtcәsinә iddia edir ki, “Qarabağ 
xanlığı İran әlindәn Rusiya әlinә keçmişdir” vә guya “hәmin zaman Qarabağ xanlığında 
heç bir Azәrbaycan yerli-dibli yox idi”, Stupişin dә Lenski kimi heç bir sәnәd, heç bir fakt 
gәtirmir. 
Orta  әsr mәnbәlәrindә “Arran Qarabağı”, “ermәni Qarabağı” yox, mәhz “Arran 
(Azәrbaycan) Qarabağı” adlandırılan bu diyar Azәrbaycanın çox böyük bir regionudur. 
XVII әsr türk sәyyahı Evliya Çәlәbi yazmışdır: 
“Azәrbaycanda üç Qarabağ vardır ki, onların hәr biri behişt gülüstanını, bağını 
xatırladır.”
81
 
Biri Naxçıvanın Qarabağlar şәhәridir. E.Çәlәbinin yazdığına görә, burada minlәrlә ev, 
qırx mәscid, çoxlu karvansara, hamam vә s. olmuşdur. Orada bağda gәzәrkәn bağban 
Çәlәbigili 26 növ armuda qonaq edib. Çәlәbi yazır ki, “mәlәci”, “abbasi”, “ordubadi” 
deyilәn armudları yeyәnin ağzında nabat gülabı qәtrәsi әmәlә gәlir... Lәlә oxşar narları 
olur. Rәvan düyüsü, plovu, Hәlimaşı lәzzәtli olur. Aşpazları son dәrәcә tәmiz vә hamısı 
müsәlmandır”
82
 
Digәri “Azәrbaycanın kiçik şәhәrlәrindәn olan Qarabağ  şәhәridir”. Çәlәbinin 
yazdığına görә, “Tәbriz әyalәtindә ayrıca sultanlıq” olmuşdur. 3000 evi, 7 cümә mәscidi, 
7 hamamı, 3 karvansarası, 600 dükanı var imiş.  İldә  İran  şahına hәdiyyә olaraq 100 
dәvә yükü “ordubadi” , “mәlәci”, “abbasi” növ armud qurusu, albuxara, әrik, heyva, 
әncir, quru üzüm, digәr meyvә qurusu verәrmiş.
83
 Diqqәt edәk: Naxçıvan Qarabağları ilә 
Tәbriz Qarabağının armudlarının da adları eyniymiş! 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə