Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə13/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

Tofiq Köçərli 
- 36 - 
Qarabağ: Yalan və Həqiqət 
Peterburqda necә  işlәmәlәri barәsindә  aşağıdakı  sәnәd müәyyәn tәsәvvür yaradır. 
Hәmin sәnәd belә adlanır: “1712, iyunun 8-i. İzrael Ori adından vardapet, Minasın çara 
verdiyi hәdiyyәlәr haqqında”. Hәmin sәnәdә görә I Pyotra 31 adda qiymәtli hәdiyyәlәr 
verilmişdi (qızıl vә gümüş bilәrziklәr,  Şamaxı ipәk parçası, bir neçә növ İran vә Hind 
parçaları, beş xalça, yeddi bәbir dәrisi, iyirmi altı at..., bir pud kofe, fındıq-qoz).
104 
Bununla kifayәtlәnmәyәn ermәni xadimlәri, mәsәlәn, katolikos İsay I Pyotra yeni 
hәdiyyәlәr hazırlamışdılar. 1716-cı il avqustun 13-dә  İsay I Pyotra tam açıqlıqla 
yazmışdı: 
“İzrael Ori mәni Hәştәrxana gәtirmişdi ki, aparıb Siz imperator әlahәzrәtinә tәqdim 
etsin, mәn isә özümlә Siz çar әlahәzrәti üçün hәdiyyәlәr götürmüşdüm”, lakin Ori 
Hәştәrxanda vәfat etdi, mәn Qarabağa geri qayıtdım.
105
 
Ermәni emissarları I Pyotru İran ilә müharibәyә sövq etmәyә vә belәliklә rus qoşun-
larının Azәrbaycanı tutmasına cәhd göstәrirdilәr. Lakin emissarlar birinci dәfә vaxtı düz 
seçә bilmәmişdilәr.  İsveçlә müharibәnin qızğın çağı idi. Veliçkonun yazdığına görә, I 
Pyotr “avantürist İzrael Orinin ... tәlәsinә düşmәdi” vә ermәni nümayәndәlәrinә bildirildi 
ki, I Pyotr “hazırda İsveç müharibәsi ilә mәşğuldur”. Belәliklә I Pyotr “özünü avantüraya 
cәlb etmәyә qoymadı”.
106
 
Bununla belә ermәni emissarları I Pyotrun qәlbini  әlә almağa nail olmuşdular. 
Bunun nәticәsi idi ki, I Pyotr, İzrael Orinin sәrәncamına qırx minlik Rusiya qoşunu 
vermәyi tapşırmışdı. Lakin “İzrael, hәr bir adama xas olan tәvazökarlıq göstәrib padşaha 
dәrin minnәtdarlıq bildirәrәk, hәmin yüksәk lütfdәn imtina etmişdi”.
107
 
Mәsәlә әsla “tәvazökarlıqda” deyildi. Oriyә  tәvazökarlıq yad idi. Veliçkonun yazdığı 
kimi, Ori fırıldaqçı (“proxodimeü”) vә avanturist idi. Onun mәqsәdi Rusiyanı  İranla 
bilavasitә geniş miqyaslı müharibәyә, Azәrbaycana bilavasitә qoşun yeritmәyә  tәhrik 
etmәk idi. Qarabağ ermәnilәri fәallaşaraq I Pyotra dalbadal mәktublar göndәrirdilәr. 
Katolikos  İsay 1716-cı ilin avqustun 13-dә I Pyotra yazırdı ki, qoşunu Azәrbaycana 
yeridәrkәn “bizә qabaqcadan әmr edin, qoşununuzu müşayiәt etmәk üçün öz 
adamlarımızı göndәrәk, Sizin qoşunlarınıza münasib keçid yolu göstәrsinlәr”.
108
 


Tofiq Köçərli 
- 37 - 
Qarabağ: Yalan və Həqiqət 
Başqa bir mәktubda Qarabağ ermәni mәliklәrinin Rusiyaya birlәşmәk istәyi, habelә 
“öz güclәri ilә tatarları qırmaq” әzmi ifadә olunurdu. Eyni zamanda mәliklәr “öz güclәri 
ilә tatarları qırmaq” üçün I Pyotrdan qoşunla kömәk göstәrmәyi xahiş edirdilәr! 
Azәrbaycanı zәbt etmәkdә, Rusiyanın tәsir dairәsini genişlәndirmәkdә xüsusi marağı 
olan I Pyotr mәliklәrә hәrtәrәfli kömәk vәd edir, onların separatizminә rәvac verirdi. 
I Pyotrun Xәzәryanı vilayәtlәrә yürüşü başladı. 1722-ci ilin iyulunda rus hәrbi 
flotiliyası Hacıtәrxandan (Hәştәrxan) Xәzәr dәnizinin Azәrbaycan sahilinә istiqamәt 
götürdü. Bu sәfәrdә qarabağlı vardapet Minas da iştirak edirdi.
109
 Lakin flotiliya müxtәlif 
sәbәblәrә görә Bakıya gölә bilmәdi. I Pyotrun başçılığı altında Hәştәrxandan quru yolla 
hәrәkәt edәn Rusiya qoşunları avqustun 23-dә Dәrbәndi tutdular. I Pyotrun fikri şәxsәn 
Şamaxıya gәlmәk idi vә bu haqda gürcü çarı VI Vaxtanqı xәbәrdar etmişdi. 
Ermәni mәliklәrinin tәlәm-tәlәsik tәşkil etdiklәri silahlı  dәstәlәr VI Vaxtanqın silahlı 
qüvvәlәri ilә birlikdә Şamaxıya getmәli vә orada I Pyotrun qoşunları ilә birlәşmәli idilәr. 
Vaxtanqın vә  mәliklәrin qüvvәlәri Gәncә yaxınlığında toplaşaraq, 25 gün orada 
qaldılar.
110
 I Pyotrun Şamaxıya gәlmәsini gözlәdilәr. 
Lakin I Pyotr tezliklә Dәrbәnd qalasını tәrk edib geri qayıtmalı oldu. 
Bununla belә I Pyotr Azәrbaycanı tutmaq planından әl çәkmәdi. Onun göstәrişi ilә 
1723-cü ilin iyununda Rusiya hәrbi donanması Hәştәrxandan Bakı istiqamәtindә hәrәkәt 
etdi. Donanma general Matyuşkinin komandanlığı altında iyulun 6-da Bakıya çatdı. 
Bakı sultanı  Mәhәmmәd Hüseyn bәy rus qoşunlarını Bakıya buraxmaq haqqında 
Matyuşkinin tәlәbini qәti rәdd etdi vә  şәhәr darvazalarını bağlamaq  әmri verdi. Lakin 
şәhәri müdafiә etmәk mәsәlәsindә birlik yox idi. 700 nәfәr  әsgәrdәn ibarәt Bakı 
qarnizonunun komandiri yüzbaşı Dәrgahqulu bәy şәhәri tәslim etmәk tәrәfdarı idi. Artıq 
rus hәrbi donanmasının Bakıya yan almasından 20 gün keçmişdi. Ancaq Bakı  hәlә 
tutulmamışdı. Nәhayәt, iyulun 27-dә Matyuşkin Bakı sultanı  Mәhәmmәd Hüseyn bәyә 
mәktub göndәrәrәk, şәhәri danışıqsız tәslim etmәyi tәlәb etdi. F.M.Әliyevә görә, hәmin 
mәktub Bakının hakim qrupları arasında mübarizәdә  hәlledici rol oynadı. Matyuşkinin 
mәktubuna sultan Mәhәmmәd Hüseyn bәy yox, yüzbaşı  Dәrgahqulu bәy vә onun 
qardaşı Hacı  Әmin cavab verdilәr, Müsbәt cavab. İyulun 28-dә  şәhәr heç bir 
müqavimәtsiz tәslim edildi.
111
 Rus komandanlığı  Mәhәmmәd Hüseyn bәyi vә onun 


Tofiq Köçərli 
- 38 - 
Qarabağ: Yalan və Həqiqət 
qardaşlarını hәbs edәrәk Hәştәrxana göndәrdi. Oradan isә onlar I Pyotrun şәxsi göstәrişi 
ilә Roqaçevskә köçürüldülәr. Lakin bununla iş bitmәdi. Akademik Butkov yazır: 1724-cü 
ildә “Bakıda qәsd aşkar edildi. Xәbәr çatdı ki, yüzbaşı Mahmud Dәrgahqulu öz 
qızılbaşları ilә Rusiya qarnizonuna hücum etmәk vә rus әsgәrlәrinin hamısını  qırmaq 
niyyәtindәdir. Bu haqda o, artıq Davud bәylә (Hacı Davud Şamaxı xanı idi - T.K) 
yazışmışdır. Davud bәy seçmә qoşunla, tәyin olunmuş gündә Şamaxıdan Bakıya gәlmәli, 
yüzbaşı onunla birlәşmәli vә Bakıda bütün xristianlar qılıncdan keçirilmәli idi. Şәhәrdә 
kiçik bir qarnizon var idi, düşmәnlәr öz niyyәtlәrini rahatca hәyata keçirә bilәrdilәr, lakin 
onların qәsdi vaxtında aşkar olundu: yüzbaşı adlı-sanlı cinayәt yoldaşları ilә Portunun 
himayәsinә keçdi, başqaları hәbs olundular, bәzilәri ölümә mәhkum edildi, qalanları ... 
Rusiyaya göndәrildi; şәhәr olduqca boşaldı”
112
 O ki, qaldı Dәrgahqulu bәyә, o, 1727-ci 
ildә bağışlandı vә  tәzәdәn Bakının sultanı oldu. 1730-cu ildә o, Tәhmasib  şah tәrәfinә 
keçdi. Sәlim xan Bakının sultanı oldu. İki il-dәn sonra Dәrgahqulu bәy tәzәdәn 
bağışlandı vә Bakıya qayıdaraq Maştağada yaşadı.
113
 
Rusiyanın Bakıda hökmranlığı uzun çәkmәdi. 1732-ci ildә  Rәştdә Rusiya ilә  İran 
arasında bağlanan müqavilә  әsasında Bakı  vә Azәrbaycanın digәr Xәzәryanı vilayәtlәri 
tәzәdәn İrana verildi. 
Lakin mәtlәbdәn uzaqlaşmayaq. 
I Pyotrun Dәrbәnddәn Petroqrada qayıtması  vә onun Şamaxıya gәlmәk niyyәtinin 
baş tutmaması  nәticәsindә VI Vaxtanqın vә ermәni mәliklәrinin I Pyotrla Şamaxıda 
birlәşmәk planı puç oldu. Vaxtanq Tiflisә, mәliklәr isә öz yerlәrinә qayıtmağa mәcbur 
oldular.  İsay yazmışdı: “Ümidlәrimizdә aldanmış bizlәr, hәr birimiz öz yerlәrimizә 
qayıtdıq vә çәtinliklә gedilә bilәn dağlarda möhkәmlәndik”.
114
 
1723-cü ildә osmanlılar Tiflisi tutdular. “Ümidlәrindә aldanmış” Qarabağ ermәni 
mәliklәri tamamilә tәklәndilәr vә dәrhal yeni sәmt götürdülәr. Bu haqda ermәni müәllifi 
P.Arutunyan belә bir sәnәd gәtirir: “Çilәbirddәn Sarkis qızılbaşların, Gülüstandan İsay 
osmanlıların tәrәfdarıdır;  İsay (Tiflisә) osmanlıların yanına getdi ki, onları (Qarabağa) 
gәtirsin. Mәlik Nağının nәvәsi Mәlik Bağır da qızılbaşların tәrәf-darıdır”.
115
 
I Pyotrun Xәzәryanı vilayәtlәrә basqını zamanı  Gәncә  bәylәrbәyiliyinә tamamilә 
etinasızlıq göstәrәn mәliklәr Gәncә ilә  әlaqәlәrini bәrpa etmәyә çalışdılar. Onlar 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə