Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə18/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

Tofiq Köçərli 
- 51 - 
Qarabağ: Yalan və Həqiqət 
himayәsinә götürmәyi xahiş etdilәr. 1799-cu ildә hәtta I Pavelә İosif Arqutinskinin tәrtib 
etdiyi liturgiya tәqdim olundu. Orada deyilirdi ki, pravoslav Ümumrusiya imperatoruna 
vә Avqust evinә ibadәt edilmәlidir. O zamandan Rusiyada ermәnilәri pravoslav kiçik 
qardaş hesab etmәyә başladılar. Az qala yüz il belә davam etdi. Bütün bu fırıldaq 1891-
ci ildә ermәni keşişi Ter-Voskakovun mәhkәmә işinin gedişindә üzә çıxdı...”.
158
 
I Pavel borclu qalmadı  vә “pravoslav kiçik qardaşı” ermәnilәrin harayına çatdı. 9 
may 1799-cu il tarixli fәrmanı ilә imperator Arqutinskini birinci dәrәcәli Müqәddәs Anna 
ordeni İlә tәltif etdi. Әn başlıcası, 1799-cu il 2 iyun tarixli fәrmanla imperator Qarabağ 
ermәnilәrinә, o zaman Gürcüstan tәrkibindә olan Qazax torpaqlarını verdi.
159
 (Nadir şah 
Kaxetiya çarı Teymurazın xanımı “Tamaranın xahişi ilә ... әvvәllәr Gәncә xanına mәnsub 
olan iki әyalәti - Borçalını vә Kiziki (Qazax -T.K.) Kaxetiya çarına” bağışlamışdı
160
. Başqa 
bir fәrmanla I Pavel Kaxetiya çarına tapşırdı ki, Qarabağ ermәnilәrinin köçürülmәsinә 
kömәk etsin, onlara istәdiklәri torpağı versin, onların bütün ehtiyaclarını ödәsin, 
qonaqlara layiq asudәlik versin vә i.a.
161
 
Lakin bu dәfә  dә  mәliklәr Qarabağdan keçmәk  şansından istifadә etmәdilәr. 
Görünür, Qarabağ  mәliklәrinә xüsusi qayğı göstәrәn çarizm dә bu dәfә ermәnilәrin 
köçürülmәsindә maraqlı deyildi. Çarizmin hәrbi müdaxilәsi artıq Azәrbaycanın qapısını 
taqqıldadırdı. Ermәnilәr Gәncәdә, Qarabağda rus qoşunlarına xidmәt göstәrә bilәrdilәr. 
Göstәrdilәr dә! 
1801-ci ildә Rusiya Şәrqi Gürcüstanı özünә birlәşdirdi. Sonra Quba, Lәnkәran xan-
ları (1902) vә Bakı xanı (1903) Rusiya tәbәәliyini qәbul etmәyә mәcbur oldular. Növbә 
Car-Balakәnә, Gәncә, Qarabağ,  İrәvan vә digәr Azәrbaycan xanlıqlarına çatdı. Öncә 
Car-Balakәn camaatlığı  işğal olundu. Car-Balakәn hәrbi  әmәliyyatında rus qoşunları 
әhalinin ciddi müqavimәtinә rast gәldilәr. Hәtta Zәkәrtala (Zaqatala) hәndәvәrindәki 
döyüşlәrdә rus qoşunları dәstәsinin başçısı general Qulyakov öldürüldü. 
Rusiyanın işğalçılıq planlarında Gәncә xanlığının zәbti mühüm yer tuturdu. Gәncә 
Rusiya üçün Gürcüstan tәrәfdәn  Şirvanın da, Qarabağın da, İranın da әsas qapısı idi. 
Digәr tәrәfdәn, Rusiya qoşunlarının Qafqazda baş komandanı general Sisianovun 
fikrincә, “asiyalıların alınmaz qala hesab etdiklәri Gәncә bütün Azәrbaycanı vahimәdә 
saxlayırdı”. 


Tofiq Köçərli 
- 52 - 
Qarabağ: Yalan və Həqiqət 
Sisianov öncә dilә tutma vә hәdә-qorxu ilә Cavad xanı tәslim etmәk cәhdi göstәrdi. 
1803-cü il fevralın 25-dә Sisianov Tiflisdәn Cavad xana mәktub yazıb xanlığın hәlә 1796-
cı ildә Rusiya tәbәәliyini qәbul etmәsini xatırlatdı vә bununla әlaqәdar Cavad xanı itaәtә 
çağırdı. Tәlәb etdi ki, Cavad xan itaәt әlamәti kimi böyük oğlu Uğurlu xanı Tiflisә girov 
(“amanat”) göndәrsin.
162
 Cavad xan belә şәrәfsizliyi qәbul etmәdi. 
Sisianov Cavad xana bir-birinin dalınca mәktublar göndәrәrәk ona “xan qalmağı vә 
bac verәn” olmağı  tәklif etdi. Sisianov qraf A.Voronosova yazmışdı ki, Cavad xan bu 
tәklifi “nәinki qәbul etmәdi, hәtta cavab vermәdi”.
163
 
Cavad xan Gәncә xanlığının mәnafeyini vә azadlığını öz şәxsi mәnafeyindәn, xan 
rütbәsindәn üstün tutdu, qәsbkarlara qarşı ölüm-dirim mübarizәsi yolunu seçdi. 
Sisianov Cavad xana axırıncı mәktublarının birindә (29 noyabr 1903) iddia edirdi ki, 
“çar Tamara dövründә Gәncә mahalı ilә birlikdә Gürcüstana mәxsus olmuşdur vә Gürcü 
çarlarının zәifliyi üzündәn Gürcüstandan qoparılmışdır”, ona görә Gürcüstanın havadarı 
Rusiya razı ola bilmәz ki, “Gürcüstanın tәrkibi” olan Gәncә “yadların әlindә” qalsın.
164
 
Cavad xan bu iddianı qәti rәdd edәrәk bildirdi ki, “bu nağıla heç kәs inanmaz. Ancaq 
bizim babalarımız Abbasqulu xan vә başqaları Gürcüstanı idarә ediblәr”, bunu bu gün 
demәklә “Gürcüstanı bizә vermәzlәr”.
165
 
“Savaş istәyirsәnsә, savaşarıq”.
153
 “Bәlkә  әcәl sizi (Sisianovu - T.K.) Peterburqdan 
buraya gәtirib”. Sisianovun hәdә-qorxularına mәrdanә  vә qorxmaz cavab belә oldu. 
Dekabrın 3-dә Sisianov Cavad xana yazdı: “Bir daha soruşuram: qalanı Rusiya rәisinә 
verirsәn, ya yox?”.
166
 
Yox, yox vә yenә dә yox! - Cavad xan әzmi, Cavad xan qәtiyyәti belә idi. 
Gәncәnin bir aylıq mühasirәsindәn sonra Sisianovun qoşunları Hücuma keçib şәhәrә 
soxuldular. Qanlı döyüşlәr oldu. Gәncәlilәr çox saylı  vә yaxşı silahlanmış  işğalçılara 
qәhrәmanlıqla müqavimәt göstәrdilәr. Cavad xan әlindә silah mәrdliklә döyüşә-döyüşә 
Gәncә müdafiәçilәrini ruhlandırdı. 
Gәncәnin müdafiәsindә Cavad xan qәhrәmancasına hәlak oldu (3 yanvar 1904). 
Cavad xan Vәtәnin azadlığı uğrunda bu şәrәfli. ölümlә ölmәzlәşdi. Deyilәnlәrә görә, 
şair  Әbdürrәhmanağa Dilbazi oğlu hәmin döyüşlәrin  şahidi olub. O, döyüşlәri belә 
tәrәnnüm edib: 


Tofiq Köçərli 
- 53 - 
Qarabağ: Yalan və Həqiqət 
Yağdı lәşkәr, girdi meydana, әdavәt qıldılar, 
Qırdılar әdayi ol dәmdә fәrağәt qıldılar, 
Xub döyüşdü Gәncә xalqı bir rәşadәt qıldılar, 
Haqq yolunda bәzi kәs ol dәm şәhadәt qıldılar.
167
 
Artıq qeyd edildiyi kimi, dәrhal Gәncәnin adı  dәyişdirildi.  İmperator I Aleksandr 5 
fevral 1804-cü il tarixli “ali reskripti” ilә Sisianovun Gәncәnin adını Yelizavetpol qoymaq 
haqqında tәklifini qәbul etdi. 
Sisianov Gәncәnin milli tәrkibini dәyişdirmәyә başladı. O, 1805-ci il avqustun 13-dә 
ermәni arxiyepiskopu İoannesdәn xahiş etdi ki, Gәncәyә “İrәvan ermәnilәrini köçürsün”. 
Sisianov bildirdi ki, Gәncәyә köçәn ermәnilәrin “Hәr birinә hazır ev, bağ,  әkin sahәsi” 
verilәcәkdir. 
168
 
Gәncәyә İrәvandan, habelә Avlabardan, Pambakdan ermәnilәr köçürüldülәr ... 
Cavad xanın qanına bais olan, Gәncәni qana qәrq edәn istilaçı Sisianov 1806-cı ilin 
fevralında cәzasına çatdı. O, Bakıda öldürüldü. 
Rus qoşunlarının yәni komandanı markiz Pauliççi Gәncәdә olarkәn Cavad xan 
şәxsiyyәtilә çox maraqlanır, onun әskәri  şücaәtindәn, dәyanәtindәn xәbәrdar olur. 
Mәktublarının birindә Pauliççi yazır: “Vәtәnә  lәyaqәtlә xidmәt edәnlәr Cavad xan adını 
hörmәtlә yad edirlәr. Ona görә mәn dә qalanı әlindә silah müdafiә edәn zaman hәlak 
olan Cavad xana haqq qazandırıram”. 
XIX әsr ermәni müәllifi M.Y.Qarabaği (Nesterov) Gәncә xanı Cavad xanın “qüdrәtli 
rus dövlәtinә tabe olmaq” haqqında Sisianovun tәklifini rәdd edәrәk, “döyüş meydanına” 
girmәsini vә “düşmәnә ağır zәrbәlәr vuraraq özünü qәhrәmancasına müdafiә” etmәsini 
vә qәhrәmancasına hәlak olmasını qәlәmә almışdır. 
Ermәni müәllifi hәm dә yazmışdır: “Cavad xanın qәtli barәsindә türk dillәrindә çoxlu 
şerlәr vә beytlәr deyilmişdir. Bunlardan bir hissәsini biz burada qeyd edirik ki, oxucular 
Gәncә әhlinin nә kimi vәziyyәtlәrdәn sonra tabe olduğunu bilsinlәr. 
... Cavad xan bu nә olacaq 
Dildәn dilә söylәnәcәk 
Cavad xan bir xan olacaq
Alәmdә dastan olacaq ...”
169
 
Belә bir şәraitdә, 14 may 1805-ci ildә  İbrahim xan Sisianovla Qarabağ xanlığının 
Rusiya hakimiyyәti altına keçmәsi haqqında müqavilә imzaladı. 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə