Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə8/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   ...   4   5   6   7   8   9   10   11   ...   49

Tofiq Köçərli 
- 21 - 
Qarabağ: Yalan və Həqiqət 
Vaqifә söylәyir: “İrandayam, cavan vaxtımdır, dava elәyirәm, Әhәrin yanında mәni әsir 
apardılar. Xülasә, gәldik çıxdıq Әhәrә (Cәnubi Azәrbaycan şәhәridir -T.K.). Mәni bir xana 
satdılar, ona nökәr oldum. Mәlum oldu ki, bu xanın özü Cavanşir elindәndir... 
Vaqif onun sözünü kәsәrәk: - Demәli qohum çıxdınız, - deyә güldü. - Hә, qohum 
çıxdıq. Özü dә, mәnim kimi, “azacıq aşım, ağrımaz başım” deyәnlәrdәn idi. Bir balaca 
mülkü vardı, onunla dolanırdı. Dava-dalaş ilә  işi yox idi. Bütün varını, yoxunu mәzәli 
adamlara yedirdәrdi. Nökәrin dә mәzәlisini seçib tapardı. Bir gün bu, pillәkәnli eyvana 
çıxırdı, mәn dә bunun dalınca. Pillәkәnin ortasında xanın budundan bir çimdik götürdüm. 
Dönüb hirslә üzümә baxanda dedim: “Xan, bağışla elә bildim xanımındır”. Bunu eşidәr-
eşitmәz qaqqanaq çәkib güldü vә dedi: “Bax, indi xoşuma gәldin. Haralısan?”. Dedim: 
“Qarabağlı”. “Ora niyә Qarabağ deyirlәr?” Dedim: “Çünki hәr şeyimiz qara bağlıdır, bir 
kәs ilә haqq-hesabımız da olanda, qarın üstünә yazırıq ki, möhkәm qalsın”. Xan yenә 
güldü, dedi: “Sәnin bugünkü tәqsirini dә qara yazdım. Get!”. 
Pillәkәnin aşağısına enib dayandım, bir dә onu sәslәdim: “A xan, başa düşmәdim, 
mәnim toqsirimi qara yazdın, yoxsa qarın üstünә yazdın?”. Xan yenә güldü, amma 
gülüşü xoşuma gәlmәdi. Qorxdum, dedim, xandır, onun tәrsavandı olmaz, acığı tutub 
başımı vurdurar. Birdәn bağırdı: “İtil burdan! Sәnin halvanı çaldırram”, -deyә üstümә 
şığıdı. Dedim: “Xan çoxdan itilәrәm, amma darvaza bağlıdır.” Xanın kefi tәzәdәn acildı, 
külә-külә Dedi: “Ay gәdә, sәn çox hәllәm-qöllәm adama oxşayırsan, mәndәn dә  nә 
istәyirsәn, de, verim, tәki çıx get, xatanı mәndәn sov!” Dedim: “Mәni azad elә, özümü 
dә Arazdan keçirtdir, öz yurduma qayıdım”. Xan düşündü, sonra razı oldu. Cibimә dә pul 
qoyub mәni yola saldı.” (Çәmәnzәminli romanda Kazımın Әrdәbil macәrasını da qәlәmә 
alıb. 
Çәmәnzәminli 1936-1937-ci illәrdә yazdığı bu romanda asanlıqla Kazımın 
sörgüzәştlәri üçün deyәk ki, Şirvanı ya Gәncәni, yaxud İrәvanı seçә bilәrdi. Lakin o, 
mәhz Әhәr vә Әrdәbili seçmiş, Әhәrdә xanın mәhz Cavanşir elindәn, yәni Qarabağdan 
olmasını vurğulamış, Kazımı  mәhz Araz çayından keçirib “öz yurduna”, Qarabağa 
qaytarmışdır. 
Bununla o, gәnc nәslimizә xitabәn sanki demәk istәmişdir: bil vә unutma, Әhәr 
Vәtәndir, Azәrbaycandır;  Әrdәbil Vәtәndir, Azәrbaycandır. Azәrbaycan “yekvücud bir 


Tofiq Köçərli 
- 22 - 
Qarabağ: Yalan və Həqiqət 
mәmlәkәtdir”. Burada hәm dә  Çәmәnzәminlinin özünün Azәrbaycanı vahid, bölünmәz, 
bütöv görmәk arzusu vә hәsrәti ifadә olunmuşdur. 
Hәr bir düşünәn azәrbaycanlı bu hәsrәtlә yaşayır. Vә  hәrә bir cür hәmin hәsrәti 
büruzә verir, ifadә edir. Sәciyyәvi saydığım iki misal. 
Birinci. Azәrbaycanda ikinci radiostansiya tәşkil edilәndә, o, Araz adlandırılmışdır. 
Kür deyil, Abşeron deyil, Xәzәr deyil, Kәpәz deyil vә s, mәhz Araz! 
Bu, tәsadüfimi olmuşdu? Әsla yox! 
Radiokomitәnin o zamankı  sәdri Teymur Әliyev yeni radiostansiyanı Araz 
adlandırmaq tәklifini vermişdi.  Әnvәr  Әlibәyli vә digәr mәslәkdaşları bu tәklifi qızğın 
müdafiә etmişdilәr. 
Lakin Sov.İKP MK-nın Zaqafqaziya bürosu var idi. Şahidlәrin demәsinә görә, 
Zaqafqaziya bürosu Araz adına qәti etiraz bildirmişdi. Lakin nәticә etibarı ilә Zaqafqaziya 
bürosunun müqavimәti rәf edilmiş vә Araz adı qәbul olunmuşdu. 
Teymur Әliyevlәr, Әnvәr Әlibәylilәr radiostansiyamıza Araz adı qoymaqla vәtәndaşlıq 
rәşadәti göstәrmişlәr. O zamanlardan bu ad manqurtlaşmamağımızın simvollarından biri 
olmuşdur. 
O zamanlardan “Danışır Araz radiostansiyası” sözlәri gecә-gündüz Arazın o tayını 
bizә, bu tayını  cәnublu qardaş-bacılarımıza xatırladır, efirdә bizi birlәşdirir, yaddaşımızı 
itilәyir. 
İkinci. 
1984-cü il. Cәfәr Cәfәrovun ölümünә aydan az qalırmış. Anarla Araz Dadaşzadә 
onun yanına gedirlәr. Anar yazır ki, Cәfәr Cәfәrov “qәfildәn soruşdu: 
- Saat neçәdir? 
- Beşin yarısı - dedik. 
Gözlәri harasa mәchul bir nöqtәyә zillәndi, dalğın-dalğın: 
- Beşin yarısı - deyә tәkrar etdi - Tәbriz qatarının gәlmәsinә bir saat qalıb”.
62
 
Bәlkә dә saysız-hesabsız başqa azәrbaycanlılar da ölüm ayağında Cәfәr Cәfәrov kimi 
Tәbrizi düşünә-düşünә, Tәbrizdәn sәda-soraq gözlәyә-gözlәyә, “Tәbriz qatarını” Bakıda 
qarşılamaq arzusu ilә gözlәrini yumublar. 
Anar yaxşı deyib: “Tәbriz qatarı. Bakıya hәlә gәlmәyib”. 


Tofiq Köçərli 
- 23 - 
Qarabağ: Yalan və Həqiqət 
Nә  qәdәr ki, gәlmәyib, Tәbrizi yuxumuzda görәcәyik. Nә  qәdәr ki, gәlmәyib 
gözümüz yolda, könlümüz sәsdә olacaq!) 
Bir hәqiqәti dә qeyd edәk ki, Şimali Azәrbaycan türkü azәrbaycanlı adını  Cәnubi 
Azәrbaycan türkündәn qabaq qәbul etmişdir. Bu, Şimali Azәrbaycanda milli oyanışla 
“ümumәtçilikdәn”, “milliyyәtçiliyә” vә “müsәlmançılıqdan” “türkçülüyә”
63
 keçidin Cәnuba 
nisbәtәn daha erkәn başlanması ilә bağlı idi. Tarixi proses gedişindә ölkәmiz, dövlәtimiz, 
xalqımız, ana dilimiz eyni ad - “Azәrbaycan” adı daşıdı. Dövlәtin, ölkәnin, xalqın, onun 
ana dilinin eyni adda olması  әslindә ümumi haldır. Eyni mәnşәli xalqların (türklәrin, 
slavyanların vә i.a) bu vә ya başqa qolunun tәdriclә, slavyanlığı, yaxud türkçülüyü, 
müsәlmanlığı itirmәdәn bir millәt kimi formalaşıb öz xüsusi adını daşıması ümumi haldır, 
ümumi prosesdir. Ağtürk - göytürk - oğuz vә s. adlarından türk xalqlarının indiki adlarına 
gәlәn yol uzun yoldur. Bu haradasa erkәn, haradasa gec baş vermişdir. Deyәk ki, 
ölkәnin, xalqın, onun ana dilinin adının eynilәşmәsi özbәklәrdә daha erkәn baş 
vermişdir. Osmanlı dövlәti, osmanlı xalqı, osmanlı dili adlarından Türkiyә dövlәti, türk 
xalqı, türk dili adlarına keçid isә yaxın zamanların işidir.
64
 Bizim xalq da müsәlman, türk, 
tatar vә s. adlardan Azәrbaycan xalqı adına, ana dilimiz müsәlman, tatar, Azәrbaycan 
türkcәsi, Azәrbaycan lәhcәsi adlarından Azәrbaycan dili adına qәdәr böyük tәkamül yolu 
keçmişdir. 
Araz çayı  vә Talış dağları  Şimal vә  Cәnub azәrbaycanlılarının  әlaqәlәrini dayandıra 
bilmirdi. Bu vә ya başqa şәkildә gediş-gәliş, müxtәlif formalarda әlaqәlәr davam edirdi. 
Әn başlıcası, Şimalla Cәnub arasında mәnәvi körpülәr salamat idi! “Molla Nәsrәddin”in 
tirajının (25 min) yarısı “Xorasandan başlamış Tehran, İsfahan vә  Tәbrizә kimi Hәmin 
şәhәrlәrә, Hәtta kәndlәrә”
65
 gedirdi. İran hökumәti jurnala qadağan qoyur. Tәbriz milli 
әncumanı  dәrhal Tehrana teleqrafla qәti etiraz bildirir. Hökumәtin qadağanına 
baxmayaraq, “xalq daha fәzlә rәğbәtlә qәzetәsini (jurnalı -T.K.) yapıb oxumaqda davam 
edir.”
66
 Bu, tәsadüfi deyildi. “Molla Nәsrәddin”  İran azәrbaycanlılarının  әn sevimli, 
doğma jurnalı idi. Onun dili onların ana laylası dili idi. Farslaşmayan vә ruslaşmayan dil 
idi. Bu dil, Hәm dә 1909-cu ildә M.Ә.Rәsulzadәnin Urmiyadan Bakıya yazdığı kimi, 
İranda “beynәlmilәl bir dil” idi, “Onu hәr kәs biliyor”. “Ermәni, kürd, rus, fransız, ingilis, 
fars, aysor, alman hamısı türkcә danışar”.
67
 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə