Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə42/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   ...   38   39   40   41   42   43   44   45   ...   49

Tofiq Köçərli 
- 123 - 
Qarabağ: Yalan və Həqiqət 
Rusiyada hamı bilir ki, Rusiya vaxtı ilә hansı sәrhәdlәrdә mövcud olub, yaxud әzәli 
çeçen, tatar vә s. torpaqlara rus әsgәrlәrinin ayağı nә vaxt dәyib, Rusiya hәmin әrazilәri 
özünә nә vaxt vә necә ilhaq edib. Yәqin tarixi әdalәt, beynәlxalq normalar tәrәfdarları 
bilirlәr ki, qәhrәman çeçen xalqının vә Rusiyaya ilhaq edilmiş dikәr әrazilәrin xalqlarının 
ayrılmağa vә müstәqil dövlәt yaratmağa tarixi hüquqları var. Buna baxmayaraq bir çox 
Rusiya xadimlәri (hәm dövlәt, hәm siyasi, hәm hәrbi, hәm dә elm xadimlәri) bu vә ya 
başqa milli respublikanın Rusiyadan ayrılmaq cәhdlәrini pislәyir, rәdd edir, ayrılmağın 
yolverilmәzliyi vurğulayırlar. Dövlәt isә belә  cәhdlәri atom bombasından savayı bütün 
dikәr kütlәvi qırğın silahlarını  işә salmaqla mәhv etmәyә, bütöv xalqın azadlıq ruhunu 
öldürmәyә çalışır. Çeçenistanda olduğu kimi. 
“Xalqlar hәbsxanası” olan çar Rusiya-sının, sonra Müvәqqәti hökumәtin, Kolçakların 
vә Denikinlәrin “Vahid vә bölünmәz Rusiya” şüarı indi Rusiyada dәbdәdir, dildәn 
düşmür. Bәyan edilir ki, Rusiya sәrhәd-lәri pozulmaz vә toxunulmazdır. 
Mәsәlәnin belә qoyuluşunun nә dәrә-cәdә әdalәtli vә haqlı olması ilә işimiz yoxdur. 
Bizi maraqlandıran cәhәt Rusiya xadimlәrinin Rusiya üçün ali prinsip hesab etdiklәri әrazi 
bütövlüyü prinsipini başqa müstәqil dövlәtlәrә şamil edib etmәmәlәri mәsәlәsidir. 
Tәәssüflә qeyd olunmalıdır ki, Rusiya müәlliflәri ölkәnin bölünmәzliyi, onun 
sәrhәdlәrinin toxunulmazlığı problemindә Rusiyaya rәva bilmәdiklәrini başqa müstәqil 
dövlәtlәrә rәva bilirlәr: Mәsәlәn, bir tәrәfdәn deyirlәr ki, Rusiya bölünmәzdir, Çeçenistan 
ayrılıb müstәqil dövlәt olmamalıdır, dikәr tәrәfdәn, Dağlıq Qarabağın Azәrbaycandan 
ayrılıb müstәqillik almasını tәlәb edirlәr!. 
Bu, ikili standart, ikili әxlaq siyasәtinin klassik nümunәsidir, xüsusәn dә Rusiya kimi 
böyük dövlәtә şәrәf gәtirmәyәn haldır. 
Rusiya xadimlәri nәzәrә almalıdırlar ki, Qarabağ nә Çeçenistandır, nә dә Tatarıstan. 
Rusiyadan ayrılmağa vә müstәqillәşmәyә tam tarixi hüququ olan Çeçenistandan fәrqli 
olaraq, Dağlıq Qarabağın belә tarixi hüququ yoxdur. Әgәr Rusiya hәmin ölkәlәri 
müharibә ilә Rusiyaya ilhaq etmişdirsә, Azәrbaycan Qarabağı “işğal” edib özünә 
qatmayıb. XVIII әsr sәyyahı Evliyә  Çәlәbinin sәrrast dediyi kimi, Qarabağ “kiçik 
Azәrbaycan” olub. Qarabağ, elәcә dә onun dağlıq hissәsi, yәni Dağlıq Qarabağ bir gün 
dә olsun Ermәnistanın olmayıb, bir gün dә olsun Ermәnistan tәrkibindә olmayıb. 


Tofiq Köçərli 
- 124 - 
Qarabağ: Yalan və Həqiqət 
Qarabağ, tarixi Azәrbaycanın - Albaniyanın  әrazisi olub. Antik dövr müәllifi 
Strabondan üzü bәri bir çox elm nüfuz-larının qeydә aldıqları kimi, Albaniyada bir çox 
müxtәlif dilli tayfa yaşamışdır. Strabonlar hәmin tayfalar içәrisindә ermәnilәrin olmasını 
qeydә almamışlar. Dağlıq Qarabağın da aborigen әhalisi, tәbii, albanlar olmuşlar. Onlar 
sonralar ermәni kilsәsinin tәsiri altında öz dillәrini itirmiş, ermәni dilini vә dinini qәbul 
etmiş, ermәnilәşmişlәr. Bir çox Rusiya, habelә bәzi ermәni tәdqiqatçıları (mәsәlәn, akad. 
Yeremyan) Dağlıq Qarabağ ermәnilәrinin albanlardan dönmә olmalarını tәsdiqlәmişlәr. 
Albaniya dövlәti süqut etdikdәn sonra Dağlıq Qarabağ daim Azәrbaycan әrazisindә 
mövcud olmuş müsәlman dövlәtlәrinin, nәhayәt Pәnah  Әli xanın yaratdığı Qarabağ 
xanlığının tәrkibindә olmuşdur. 1805-ci ildә Qarabağ xanlığı  mәcburiyyәt qarşısında 
Rusiyanın vassallığını  qәbul edәndә, Rusiya çarı  mәhz “Şuşalı  vә Qarabağlı  İbrahim 
xanın ... ölkәnin bütövlüyünün saxlanmasına öz imperator zәmanәtini” verdi. Rusiya 
imperator zәmanәtinә naxәlәf çıxıb 1822-ci ildә Qarabağ xanlığını lәğv edәndә Qarabağ 
“müsәlman әyalәti” kimi, “ermәni әyalәti” deyil, mәhz “müsәlman әyalәti” kimi Rusiyaya 
birlәşdirildi. 
Bir gün dә olsun Ermәnistan tәrki-1-bindә olmayan Qarabağ, Rusiya tәrkibinә da-xil 
edildikdәn Sonra da Azәrbaycan  әrazisi olmaqdan çıxmamışdı. Müstәqil Azәrbaycan 
Cümhuriyyәti yaradılarkәn bütün Qarabağı әhatә edәn Qarabağ general-qubernatorluğu 
tәşkil olundu. 1918-1921-ci illәr  әrzindә Ermәnistan dәfәlәrlә Dağlıq Qarabağı 
Azәrbaycandan ayırıb Ermәnistana birlәşdirmәyә cәhd göstәrmişdi (diplomatik, siyasi vә 
hәtta hәrbi cәhdlәr). Lakin hәmin cәhdlәr, kәlәk vә hiylәlәr puç olmuşdu. 
Rusiya müәlliflәri bütün bu tarixi faktlara köz yumurlar. Onlar Qarabağda 
ermәnilәrin xüsusi çәkisi haqqında tarixi faktlarla da hesablaşmırlar. 
Qarabağ әhalisinin etnik tәrkibi haqqında faktları tәkrarlayaq: Rusiya mәmurlarının 
1823-çü ildә hazırladıqları  vә sonra Tiflisdә rusca çap olunmuş “Qarabağ  әyalәtinin 
tәsviri...” kitabına görә, 1823-çü ildә Qarabağ әyalәtindә 20095 ailә, o cümlәdәn 15729 
Azәrbaycanlı ailәsi vә 4366 ermәni ailәsi olmuşdur, yәni ermәnilәr Qarabağ  әhalisinin 
cәmi 21,7 faizini tәşkil etmişlәr. Qarabağın paytaxtı Şuşa şәhәrindә hәmin 1823-çü ildә 
ermәnilәr әhalinin 27,5 faizini tәşkil etmişdilәr. 


Tofiq Köçərli 
- 125 - 
Qarabağ: Yalan və Həqiqət 
Rusiyanın ermәnilәri  İrandan vә Türkiyәdәn Zaqafqaziyaya, başlıca olaraq 
“müsәlman  әyalәtlәrinә” köçürmәk siyasәti ermәnilәrin sayının Azәrbaycan  әrazisindә 
әhәmiyyәtli dәrәcәdә artması ilә nәticәlәndi. Rusiya mәnbәlәrinә görә, artıq 1832-çi ildә 
ermәnilәr Qarabağ  әhalisinin 31,6 faizini (1823-cü ildә 21,7 faiz), Şuşa  әhalisinin isә 
44,9 faizini (1823-cü ildә 27,5 faiz) tәşkil etmişdilәr. 
Tarixi baxımdan vә etnik tәrkib baxımından “ermәni Qarabağı” (ifadә Z.Balayanın, 
V.Stupişinin vә dikәr “yan”larındır) belә Qarabağ olmuşdur! 
Rusiya, mәhz Rusiya “müsәlman  әyalәti” olan Qarabağın, onun mәrkәzi  Şuşa 
şәhәrinin “ermәnilәşdirilmәsini” tәşkil etmişdi. 
Stupişinlәr üçün bu tarixi faktlar ya yoxdur, ya da heç nәdir. Onları maraqlandıran 
başqa  şeylәrdir. Mәsәlәn, Stupişin, 1991-çi ildә Düzәn Qarabağın “iyirmi beş ermәni 
kәndinin deportasiyaya mәruz qalmasına” köz yaşı tökür. Anaq 1848-1953-çü illәr 
әrzindә Ermәnistanda dövlәt sәviyyә-sindә Azәrbaycanlılara qarşı törәdilәn çinayәti-150 
min nәfәr Azәrbaycanlının kütlәvi surәtdә öz doğma “oğuz-türk diyarı”ndan deportasiya 
edilmәsini, yaxud Ermәnistanda qalmış yüz minlәrlә Azәrbaycanlının 1988-çi ildә 
deportasiya edilmәsini vә belәliklә Ermәnistandan Azәrbaycanlıların tamamilә zorla 
deportasiya olunmasını heç dilә gәtirmir. 
Belә “yaddaşsızlığa”, belә qәrәzә, belә prinsipsizliyә nә ad verәsәn?! 
Lakin Stupişin Düzәn Qarabağ mәsәlә-sindә inadlı vә ardıcıldır. “O yazır: 
“Düzәn Qarabağ sadәcә Azәrbaycan SSR-in öz tәrkibinә daxil edildi”. 
Qәribәdir, görәsәn Düzәn Qarabağ hansı dövlәtin tәrkibindә idi: ki, oradan 
Azәrbaycan tәrkibinә daxil edilәydi? Yaxud o, Azәrbaycanın tәrkibindәn çıxmışdımı ki, 
onu Sovet Azәrbaycanının tәrkibinә “daxil edәsәn”. 
Sәrsәm danışmağın da hәddi olmalıdır, Ç.Stupişin! 
1918-çi ildә Azәrbaycanın müstәqilliyinin elan edilmәsi vә Azәrbaycan 
Cümhuriyyәtinin yaradılması ilә Rusiyanın Azәrbaycanda, o cümlәdәn Qarabağda 
hökmranlığına son qoyuldu. Azәrbaycan Cümhuriyyәti yaradılıb onun әrazisi vә 
sәrhәdlәri müәyyәnlәşdirilәrkәn, heç kәsin, nә rusun, nә Azәrbaycanlının, nә ermәninin, 
heç kәsin, hәtta  әn gic adamın belә  xәyalına Düzәn Qarabağın kimә  mәxsus olması 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə