Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə40/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

Tofiq Köçərli 
- 117 - 
Qarabağ: Yalan və Həqiqət 
Vәssalam. hәmin prinsiplәr haqqında Azәrbaycan sәfiri yalnız vә yalnız bunları 
yazmışdır! Görünür ki, Azәrbaycan sәfiri diplomatik takt göstәrәrәk hәmin prinsiplәrdәn 
heç birinә üstünlük vermәmiş,  әrazi bütövlüyü prinsipini hәr bir millәtin öz 
müqәddәratını tәyin etmәk prinsipinә qarşı qoymamış vә “öz müqәddәratını tәyin etmәk 
hüququ ilә hesablaşmamaq da olar” fikrini söylәmәmişdir.. 
Aydın olur ki, Stupişin Azәrbaycan sәfirin açıq-aşkar qara yaxıb. hәm dә aydın olur 
ki, Stupişin peşәkar böhtançıdır, peşәkar uydurmaçıdır. 
Bu keyfiyyәtlәr, üstәlik qәrәz Stupişinin Helsinki Yekun Aktına münasibәtindә  dә 
özünü bariz şәkildә göstәrmişdir. Tәkrar edәk: Stupişin yazır ki, yekun Aktında “bu ya 
dikәr prinsipin üstünlüyünә hәtta işarә yoxdur. Әksinә, onların bәrabәr mәnalılığı qeyd 
olunmuşdur”. 
Belәdirmi? 
Yekun Aktının “Xalqların hüquq bәrabәrliyi vә öz müqәddәratını  tәyin etmәk 
hüququ” adlanan VIII fәslinә diqqәt yetirәk. 
Orada deyilir: 
“İştirakçı dövlәtlәr daim BMT Nizamnamәsinin mәqsәdlәrinә, müvafiq beynәlxalq 
hüquq normalarına, o cümlәdәn dövlәtlәrin  әrazi bütövlüyünә aid hüquq normalarına 
uyğun hәrәkәt edәrәk xalqların hüquq bәrabәrliyinә  vә öz müqәddәratını  tәyin etmәk 
hüququna hörmәt bәslәyәcәklәr. 
Xalqların hüquq bәrabәrliyi vә öz müqәddәratını  tәyin etmәk hüququ prinsipinә 
әsasәn bütün xalqların hәmişә öz daxili vә xarici siyasi statatusunu kәnardan müdaxilә 
olmadan tam azadlıq şәraitindә, istәdiyi vaxt vә istәdiyi kimi müәyyәn etmәk, öz siyasi, 
iqtisadi vә mәdәni inkişafını öz istәdiyi kimi hәyata keçirmәk hüququ vardır. 
İştirakçı dövlәtlәr tәsdiq edirlәr ki, xalqların hüquq bәrabәrliyinә, öz müqәddәratını 
tәyin etmәk hüququna hörmәt bәslәnilmәsi vә bunların sәmәrәli  şәkildә  hәyata 
keçirilmәsi onların arasında, elәcә dә bütün dövlәtlәr arasında dostluq münasibәtlәrinin 
inkişafı üçün ümumi әhәmiyyәtә malikdir; onlar hәmçinin xatırladırlar ki, bu prinsipin hәr 
hansı bir şәkildә pozulmasına yol vermәmәyin böyük әhәmiyyәti vardır”. 
Fәslin tam mәtni belәdir. 


Tofiq Köçərli 
- 118 - 
Qarabağ: Yalan və Həqiqət 
Bu mәtni oxuyacaq hәr bir qәrәzsiz  şәxs özü yәqinlik hasil edә bilәr ki, Yekun 
Aktında  әrazi bütövlüyü prinsipinin üstünlük tәşkil etmәsi vә öz müqәddәratını  tәyin 
etmәk prinsipinin әrazi bütövlüyü prinsipinә tabe vә asılı xarakteri birmәnalı, xüsusi 
olaraq vә  qәti vurğulanmışdır. Açıq-aşkar vә eyhamsız deyilmişdir ki, “müvafiq 
beynәlxalq hüquq normalarına, o cümlәdәn dövlәtlәrin  әrazi bütövlüyünә aid hüquq 
normalarına uyğun hәrәkәt” etmәklә xalqların öz müqәddәratını tәyin etmәk hüququna 
hörmәt bәslәnilmәlidir! 
Stupişinin görmәmәzliyә vurduğu bir prinsipial cәhәti dә  nәzәrә çatdıraq. Yekun 
Aktında birmәnalı qeyd edilir ki, öz müqәddәratını tәyin etmәk hüququ prinsipi әsasında 
xalqlar öz daxili vә xarici siyasi statusunu “kәnardan müdaxilә olmadan” müәyyәn 
etmәlidirlәr. 
Dağlıq Qarabağ mәsәlәsindә “kәnardan müdaxilә” olubmu? 
Gün kimi aydındır ki, Dağlıq Qarabağ hadisәlәri kәnar barmağın işidir. Dağlıq 
Qarabağ separatizmi Yerevanda düşünülüb, planlaşdırılıb vә Xankәndinә ixrac edilib, 
Yerevandan idarә olunub vә olunur. Stupişin bu hәqiqәtlәrә göz yumur. 
Rusiya Federasiyasının Ermәnistanda sәfiri olmuş Stupişin öz rәisi Rusiya Xarici İşlәr 
Nazirinin birinci müavini işlәmiş Fedor Şelov-Kovedyayevi dә  eşitmәmәzliyә vurur. O 
Şelov-Kovedyayevi ki, Qalina Starovoytova SSRİ Ali Sovetinә Yerevandan deputat 
seçilәrkәn, onun vәkili olmuşdu vә birinci müavin işlәyәndә  dә ermәnipәrәstliyi ilә 
fәrqlәnmişdi. 
Rusiya Xarici İşlәr Nazirinin birinci müavini Şelov-Kovedyayev etiraf etmәli olmuşdu: 
“Dağlıq Qarabağ münaqişәsi yaxşı planlaşdırılmış (“yaxşı planlaşdırılmış”! - T.K.), 
qabaqcadan hazırlanmış (“qabaqcadan hazırlanmış”! - T.K.) aksiyadır. Bunu hәyata 
keçirmәk Ermәnistanın (“Ermәnistanın” - T.K.) kommunist rәhbәrliyinә  nәsib oldu ... 
“Qarabağ hәrәkatının” liderlәri millәtin öz müqәddәratını tәyin etmәk prinsipini hәddәn 
artıq  şişirdәrәk, Onu separatizm başlanan (“separatizm başlanan”! - T.K.) ifrata 
çatdırdılar”. 
“Qarabağ  hәrәkatı” statusun “kәnardan müdaxilә olunmadan” müәyyәnlәşdirilmәsi 
haqqında Helsinki müşavirәsinin tәlәbinә tamamilә ziddir. Çünki bu “hәrәkat” ideyası 
Dağlıq Qarabağa kәnardan - Ermәnistandan gәtirilmişdir, bu “hәrәkatı” kәnar qüvvә - 


Tofiq Köçərli 
- 119 - 
Qarabağ: Yalan və Həqiqət 
Ermәnistan hazırlayıb, tәşkil edib, bu “hәrәkat” Ermәnistanın sayәsindә mövcuddur, bu 
“hәrәkat”ın liderlәri yalnız vә yalnız Ermәnistanın vә Ermәnistanı açıq dәstәklәyәnlәrin 
sayәsindә xoruzlanırlar. 
Qarabağ hәrәkatı”nı bu vә ya başqa şәkildә dәstәklәyәn hәr bir dövlәt, ya hәr bir 
kәs obyektiv olaraq beynәlxalq hüquq normalarına, Helsinki Yekun Aktına qarşı  çıxır, 
obyektiv olaraq işğalçını qızışdırır, separatizmә rәvac verir. 
Helsinki Yekun Aktında dövlәtlәr “bir-birinin ... әrazi bütövlüyü” Hüququna hörmәt 
etmәyi, “hәr hansı bir dövlәtin әrazi bütövlüyünә ... qarşı ... hәr hansı başqa bir yolla 
zor işlәtmәyәcәklәrini vә zorla hәdәlәmәyәcәklәrini” öhdәlәrinә götürmüş  vә  bәyan 
etmişlәr ki, “bu prinsipi pozmağı, yәni zor işlәtmәklә hәdәlәmәyi vә ya zor işlәtmәyi heç 
bir mülahizә ilә әsaslandırmaq olmaz”. 
Azәrbaycan Respublikası dikәr dövlәtlәrlә, o cümlәdәn Ermәnistanla münasibәtlәrdә 
göstәrilәn prinsiplәrә dönmәdәn vә ardıcıl olaraq әmәl etmişdir vә edir. Azәrbaycanla 
münasibәtlәrdә  hәmin prinsiplәri kobudcasına pozan Ermәnistandır. Mәhz Ermәnistan 
Azәrbaycanın әrazi bütövlüyü hüququna hörmәtsizlik göstәrmiş, bu hüquqa qәsd etmiş 
vә Azәrbaycanın әrazi bütövlüyünә qarşı zor işlәtmişdir. 
Helsinki müşavirәsi bәyan edibdir ki, iştirakçı dövlәtlәr, “heç dә bir-birinin әrazisini 
beynәlxalq hüquqa zidd olaraq hәrbi işğal obyektinә, yaxud başqa vә ya .... dolayı 
zorakılıq tәdbirlәrin obyektinә çevirmәyәcәklәr. Bu cür işğal vә ya zәbtetmә qanuni 
hesab edilmәyәcәkdir”. 
Ermәnistan bu öhdәliyi dә kobudcasına vә nümayişkaranә pozmuşdur: Ermәnistan 
Azәrbaycan әrazisinin 20 faizini işğal etmiş, bir milyon Azәrbaycan vәtәndaşının öz yurd-
yuvasından qaçqın vә köçkün düşmә-sinә, on minlәrlә günahsız insanların ölümünә bais 
olmuşdur. 
Dünya dövlәtlәri BMT, ATӘT, beynәlxalq ictimaiyyәt bu hәqiqәtlәrә etinasızlıq 
göstәrmәmәli, azğınlaşmış tәcavüzkarı cilovlamaq üçün tәsirli tәdbirlәr görmәlidirlәr. 
Yekun Aktı  bәyan etmişdir ki, “Avropa dövlәtlәrinin sәrhәdlәri pozulmaz 
sәrhәdlәrdir”, “dövlәtlәrin sәrhәdlәri beynәlxalq hüquqa uyğun surәtdә, dinc yolla vә 
razılığa gәlmәk  әsasında dәyişdirilә bilәr”, “bu sәrhәdlәrә heç bir şәkildә  qәsd” 
edilmәmәlidir. Bununla әlaqәdar öhdәlik götürülüb ki, “hәr hansı bir iştirakçı dövlәtin 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə