Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə41/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

Tofiq Köçərli 
- 120 - 
Qarabağ: Yalan və Həqiqət 
әrazisini qismәn vә ya bütünlüklә  işğal vә  qәsb etmәk mәqsәdini güdәn heç bir tәlәb 
irәli sürmәyәcәk vә heç bir hәrәkәt etmәyәcәklәr”. 
Ermәnistan bu müddәaları da kobudcasına pozmuşdur, bu öhdәliyә  dә 
nümayişkaranә naxәlәf çıxmışdır. Sözdә beynәlxalq normalara, sadiqliyini bildirәn 
Ermәnistan, işdә hәmin normaları kobudcasına pozaraq, ATӘT üzvü olan Azәrbaycanın 
sәrhәdlәrinә qәsd etmiş, onun sәrhәdlәrini hәrbi yolla dәyişdirmişdir. 
Yekun Aktında bәyan edilmişdir ki, “iştirakçı dövlәtlәr qarşılıqlı münasibәtlәrdәn asılı 
olmayaraq, dikәr iştirakçı dövlәtin daxili sәlahiyyәtinә aid daxili vә ya xarici işlәrә  hәr 
hansı bir şәkildә, bilavasitә vә ya dolayısı ilә, fәrdi vә ya kollektiv surәtdә qarışmaqdan 
çәkinәcәklәr”, “silahlı müdaxilәnin ... heç bir formasına әl atmayacaqlar”. 
Ermәnistan bu öhdәliyә  dә  mәhәl qoymamış, Azәrbaycanın daxili işi olan Dağlıq 
Qarabağ  mәsәlәsinә bilavasitә qarışmış, Azәrbaycana qarşı silahlı müdaxilәnin hәr bir 
formasını tәtbiq etmişdir. 
BMT, ATӘT, dünya ictimaiyyәti bu hәqiqәtlәrә göz yummalıdırlar. 
Yekun Aktında yuxarıda sadalanan prinsiplәrdәn bәzilәrinin hәyata keçirilmәsinә aid 
mәsәlәlәr dә müәyyәnlәşdirilmişdir. Mәsәlәn, iştirakçı dövlәtlәr boyun olmuşlar ki, BMT 
“mәqsәdlәrinә  vә prinsiplәrinә, iştirakçı dövlәtlәrin qarşılıqlı münasibәtlәrdә  rәhbәr 
tutacaqları prinsiplәr haqqında Bәyannamәnin müddәalarına zidd olaraq başqa iştirakçı 
dövlәtә qarşı heç bir silahlı qüvvә  tәtbiq etmәyәcәk, xüsusәn onun әrazisinә 
soxulmayacaq vә ya basqın etmәyәcәkdir”. Bu bir danılmaz faktdır ki, Ermәnistan 
Azәrbaycana qarşı silahlı qüvvә  tәtbiq etmiş, Azәrbaycan  әrazisinә soxulmuş, 
Azәrbaycan әrazisini işğal etmәkdә davam edir. 
Әkәr ATӘT özü müәyyәnlәşdirdiyi prinsiplәrә  әmәl olunmasına ciddi nәzarәt 
etmәsә, hәmin prinsiplәrin bu gün Ermәnistan, sabah hansısa başqa bir dövlәt 
tәrәfindәn nümayişkaranә  rәdd edilmәsinә prinsipial qiymәt verә bilmәsә, tәcavüzkara 
qarşı  tәsirli tәdbirlәr görә bilmәsә, ona bәslәnәn ümidi doğrultmayacaq, ket-kedә 
sәmәrәsiz vә perspektivsiz bir tәşkilata çevrilәcәkdir. 
Zәnnimcә, Ermәnistanın 1988-çi ildәn üzü bәri Azәrbaycanda törәtdiyi cinayәtlәri 
tәhqiq etmәk üçün fövqәladә Dövlәt Komissiyası, habelә Fövqәladә  İctimai Komissiya 
yaradılmalıdır. Daha yaxşı olar ki, qeyri-hökumәt beynәlxalq tәşkilatları da cәlb etmәklә 


Tofiq Köçərli 
- 121 - 
Qarabağ: Yalan və Həqiqət 
Ermәnistanın Azәrbaycanda törәtdiyi cinayәtlәri tәhqiq edәn Beynәlxalq  İctimai 
Komissiya tәşkil olunsun. Bu komissiya Dövlәt Komissiyası ilә yanaşı vә onunla әlaqәdә 
işlәyәrәk, Ermәnistanın Helsinki Yekun Aktını konkret olaraq neçә pozduğunu, 
Ermәnistanın Azәrbaycanda törәtdiyi cinayәtlәri ümumilәşdirib dünya ictimaiyyәtinә 
çatdırmaqda, Ermәnistanın tәcavüzkar bir dövlәt kimi ifşa vә ittiham edilmәsindә 
müәyyәn rol oynaya bilәr. 
İndi görәk Stupişin Lissabon sammitinin әsas sәnәdindә  “әrazi bütövlüyü yoxdur” 
deyәrkәn mәsuliyyәt hissinә malik olub ya yox. 
Lissabon zirvә görüşündә iki bәyannamә  qәbul edilmişdir. Bir sәnәd “XXI әsr 
Avropası üçün ümumi vә hәrtәrәfli tәhlükәsizlik modeli haqqında Lissabon bәyannamәsi” 
adlanır. O birisi, “Lissabon zirvә görüşünün bәyannamәsi”dir. hәr iki sәnәd hüquqi 
sәnәddir. Adından mәlum olduğu kimi, sәnәdlәrdәn biri kәlәn  әsrdә Avropada 
tәhlükәsizlik modeli mәsәlәlәrinә hәsr olunub. 
Orada konkret olaraq deyilmişdir: “Biz birlikdә öhdәmizә götürürük: 
- Hәmrәy hәrәkәt edәrәk, ATӘT çәrçivәsindә  qәbul edilib Helsinki Yekun Aktın-da 
tәsbit edilmiş prinsip vә öhdәliklәrin tamamilә yerinә yetirilmәsini tәmin etmәk 
- beynәlxalq hüququ pozub hәr hansı bir iştirakçı dövlәtin  әrazi bütövlüyünә, ya 
siyasi müstәqilliyinә qarşı zor işlәdәn, ya zor işlәtmәklә  hәdәlәyәn iştirakçı dövlәtә 
kömәk göstәrmәmәk”. 
Nә  mәlum olur? Lissabon sammitinin hüquqi sәnәdindә  “әrazi bütövlüyü” anlayışı 
aydın vә birmәnalı vurğulanıbmış! Bir dә ki, әgәr sәnәddә hәtta “әrazi bütövlüyü” ifadәsi 
heç olmasaydı belә orada dәfәlәrlә dövlәtlәrin suverenliyi prinsipi vurğulanmışdır! Axı, 
әrazi bütövlüyü hüququ suverenliyin tәrkib hissәsidir. Stupişin zәhmәt çәkib Helsinki 
Yekun Aktını diqqәtlә oxusaydı, görәrdi ki, sәnәdin “Suveren bәrabәrlik, suverenliyә xas 
olan hüquqlara hörmәt” fәslindә deyilir ki, “iştirakçı dövlәtlәr bir-birinin suveren 
bәrabәrliyi-nә  vә xüsusiyyәtlәrinә, habelә onların suverenliyi üçün sәciyyәvi olan vә 
hәmin suverenliyә daxil olan bütün hüquqi bәrabәrlik,  әrazi bütövlüyü ... hüquqlarına 
hörmәt edә-çәkdir”! 


Tofiq Köçərli 
- 122 - 
Qarabağ: Yalan və Həqiqət 
İkinci sәnәdi - “Lissabon zirvә görüşünün bәyannamәsi”ni nәzәrdәn keçirәk. 
Bәyannamә “ATӘT-in Helsinki Yekun Aktında ... tәsbit edilmiş prinsiplәri bir daha 
tәsdiq” edir, 20 vә 21-çi bәndlәrdә isә “әrazi bütövlüyü” prinsipini açıq-aşkar vurğulayır! 
Demәli, Stupişin Lissabon sammitinin әsas sәnәdlәrini dә mәsuliyyәtsizcәsinә tәhrif 
etmişdir. 
Bәs alim-diplomat BMT Nizamnamәsinә neçә yanaşmışdır? 
Vicdansızcasına vә mәsuliyyәtsizcәsinә! 
Stupişin iddia edir ki, BMT Nizam-namәsindә “әrazi bütövlüyü” yoxdur. 
Bu, tam uydurmadır vә  ağ yalandır. Nizamnamәnin 2-çi maddәsindә deyilir: BMT 
üzvlәri “öz beynәlxalq münasibәtlәrindә hәr bir dövlәtin әrazi toxunulmazlığını ya siyasi 
müstәqilliyini zorla hәdәlәmәyәcәklәrini, ya zor işlәtmәyәcәklәrini” öhdәlәrinә 
götürürlәr. Ümumiyyәtlә, “әrazi toxunulmaz-lığı”, başqa sözlә “әrazi bütövlüyü” prinsipi 
BMT Nizamnamәsinin mәhәk daşını tәşkil edir. 
Deyilәnlәrdәn tam aydın olur ki, diplomat Stupişin beynәlxalq hüquq mәsәlәlәrindә 
dә kәmsavad vә naşı imiş. 
Belә bir meyl müşahidә olunur: xalq-ların öz müqәddәratını  tәyin etmәk hüququ 
haqqında yazan bәzi moskvalı müәlliflәr yalnız Dağlıq Qarabağdan, bәzәn dә 
Abxaziyadan söhbәt açırlar. Dağlıq Qarabağ mövzusu әlbәttә, heç kimin inhisarı altında 
deyildir. Lakin elә bil Rusiyanın özündә bu cür problem yoxdur! Dağlıq Qarabağı hәdәf 
seçәn, onun öz müqәddәratını  tәyin etmәk hüququ carçısı olan qәzәbli vә  tәhrikçi 
Moskva müәlliflәri Rusiyada qeyri-rus xalqlarının hәmin hüququ problemi barәdә 
ümumiyyәtlә ağızlarına su alıb susurlar. Stupişin dә o cümlәdәn. 
Rusiya, mәlum olduğu kimi, çoxmillәtli dövlәtdir. Rusiyada, deyәk ki, Çeçenistan var, 
Tatarıstan var, Dağıstan var vә i.a. Bu әzә-li çeçen, tatar ya Dağıstan torpaqlarına rus 
әsgәrlәrinin ayağı  dәydiyi vaxt da, Rusiyanın bu ölkәlәri işğal etdiyi vaxt da dәqiq 
bәllidir. 
Bir tarixçi, nәzәriyyәçi vә diplomat kimi Stupişinlәr hәmin xalqların, Rusiya 
tәrkibindәki dikәr belә taleli xalqların gәlәcәk tarixi yolu barәdә  nә fikirlәşirlәr? hәmin 
xalqların müqәddәratını  tәyin etmәk hüququ problemi varmı? Susurlar. Başqasına 
vәkillik iddiasına düşüb öz problemlәrini “unudurlar”. 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə