Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə44/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   ...   41   42   43   44   45   46   47   48   49

Tofiq Köçərli 
- 129 - 
Qarabağ: Yalan və Həqiqət 
Bunu vә Dağlıq Qarabağ  әhalisinin arzusunu nәzәrә alaraq, Ermәnistan Mәrkәzi 
Komitәsi vә Xalq Komissarları Soveti Azәrbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayәtini 
Qarabağ vilayәti sifәtilә Ermәnistan SSR tәrkibinә daxil etmәk haqqında mәsәlәyә 
baxmağı ÜİK(b)P MK vә İttifaq hökumәtinә tәklif edirlәr. 
Bu mәsәlә müsbәt hәll olunarsa, Ermәnistan MK vә Xalq Komissarları Soveti Sovet 
hakimiyyәti qurulması  әrәfәsindә dağılmış Qarabağın keçmiş  mәrkәzi  Şuşa  şәhәrinin 
bәrpa olunması haqqında hökumәtә tәklif verәcәklәr. 
Ermәnistan K(b)P MK-nin katibi Arutinov Q.R.” 
Mәktubda gәtirilәn dәlillәr qondarma, әsassız vә saxta dәlillәrdir. Dağlıq Qarabağın 
1923-çü ildәn Azәrbaycan tәrkibindә olması haqqında iddiaya gәlincә, o da tamamilә 
uydurmadır. Әgәr Dağlıq Qarabağ 1923-cü ilә qәdәr Azәrbaycanın tәrkibindә deyildisә, 
bәs kimin tәrkibindә idi? Ermәnistan Respublikasınınmı?  Әsla yox vә  hәtta bir gün dә 
olsun yox. Dağlıq Qarabağ 1923-cü ilә qәdәr dә Azәrbaycanın tәrkib hissәsi idi, 1921-ci 
il iyulun 5-dә  qәbul olunmuş  qәrarla Dağlıq Qarabağın Azәrbaycan  әrazisi olması 
tәsdiqlәnmiş  vә onun Azәrbaycan tәrkibindә saxlanması  qәt edilmiş  vә Azәrbaycan 
Mәrkәzi İcraiyyә komitәsinin dekreti ilә dә Dağlıq Qarabağ Muxtar Vilayәti yaradılmışdı. 
Dağlıq Qarabağ  әhalisinin “arzusunun” nәzәrә alınması  mәsәlәsindә  dә Arutinov 
saxtakarlıq etmişdi. Stalinә  mәktub ictimaiyyәtdәn,  әhalidәn tam xәlvәt hazırlanmışdı. 
Dağlıq Qarabağ  әhalisinin rәyi heç bir şәkildә öyrәnilmәmişdi. Nә  rәy sorğusu, nә  dә 
deyәk ki, kütlәlәrin hansısa yığıncağı keçirilmәmişdi. Vilayәtin partiya vә sovet orqanları 
Da mәsәlә barәsindә heç bir qәrar qәbul etmәmişdilәr. 
Dağlıq Qarabağın mәhz “Qarabağ vilayәti” adı altında Ermәnistana qatılması  tәklifi 
dә yәqin boş yerә edilmәmişdi. Görünür, tәklif reallaşdığı halda, Ermәnistanın Qarabağ 
vilayәti gәlәcәkdә bütün Qarabağa iddia etmәk üçün әsas kimi düşünülürmüş. 
ÜİK(b)P MK-sı Ermәnistanın mәktubunu baxılmaq üçün Azәrbaycan K(b)P MK-nın 
birinci katibi Mir Cәfәr Bağırova göndәrir. M.C.Bağırovun göstәrişi ilә Azәrbaycanın 
1918-çi il xәritәsi hazırlanır. Xәritә  vә M.C.Bağırovun müvafiq mәktubu Stalinә 
göndәrilir. M.C.Bağırov Dağlıq Qarabağın  Şuşa rayonu istisna olmaqla, Ermәnistana 
verilmәsinә etiraz etmir. Lakin bunun әvәzindә Azәrbaycanlıların qәdimdәn mәskunlaşıb 
kip yaşadıqları Ermәnistan rayonlarının Azәrbaycana birlәş-dirilmәsini tәlәb edir. 


Tofiq Köçərli 
- 130 - 
Qarabağ: Yalan və Həqiqət 
M.C.Bağırovun tәkliflәrinin ÜİK(b)P MK-da müzakirәsi haqqında  әlimizdә  sәnәd 
yoxdur. Bu mәlumdur ki, Ermәnistan rәhbәrlәrinin Dağlıq Qarabağı Ermәnistan tәrkibinә 
daxil etmәk haqqında tәklifi qәti rәdd edilmişdir. 
O zaman Azәrbaycan K(b)P MK katibi işlәmiş  mәrhum Hәsәn Hәsәnovun vaxtı ilә 
şәxsi söhbәtdә mәnә dediyinә görә, Stalin Bağırovun cavab mәktubu ilә tanış olduqdan 
sonra belә qısa vә yığcam bir dәrkәnar qoymuşdu: 
“Dәli-zad olmamısınız ki? Arxivә” 
Belәliklә, M.C.Bağırovun qәtiyyәtli demarşı, ölçülüb-biçilib әsaslandırılmış alternativ 
tәklifi Ermәnistanın Dağlıq Qarabağ haqqında planlarını puç etdi. 
1985-çi il gәldi. Gәldi öz yenidәn-qurması” ilә! Bu vaxta qәdәr ermәni diasporu 
bәyan edirdi ki, “bizim әrazi tәlәblәrimiz yalnız Türkiyәyәdir”. 1985-çi ilin dekabrında 
ABŞ-dakı daşnak partiyası  vә Ermәni milli komitәsi birlәşmiş Ermәnistan yaratmağı  vә 
Qarabağla Naxçıvanı, habelә Gürcüstanın Axalkalaki bölgәsini Ermәnistanla birlәşdirmәyi 
strateji mәqsәd elan etdilәr. 
O vaxtlardan Ermәnistanın Dağlıq Qarabağa iddiaları  aşkar xarakter aldı. Zori 
Balayanlar maneәsiz meydan oxumağa başladılar. M.S.Qorbaçovun yaxın adamı  vә 
mәslәhәtçisi akademik Abel Aqanbeqyan müәyyәn mәnada ittifaq rәsmi dairәlәrinin vә 
әlbәttә ki, Ermәnistan rәhbәrliyinin Dağlıq Qarabağ kartını açdı. Aqanbeqyan 1987-çi ilin 
noyabrında Parisdә  bәyan etdi ki, o, Qarabağın Ermәnistana verilmәsini arzulayır. O, 
bunu belә  “әsaslandırdı”: “Bir iqtisadçı kimi hesab edirәm ki, Qarabağ Azәrbaycandan 
daha Çox Ermәnistanla bağlıdır”. 
Bu, tam saxta “dәlil” idi. 
Heç bir zaman Dağlıq Qarabağ iqtisadi cәhәtdәn Ermәnistanla bağlı olmamışdı. heç 
bir zaman! 
Әn başlıcası, Aqanbeqyanın Parisdәki çıxışından mәlum oldu ki, Dağlıq Qarabağı 
Ermәnistanla birlәşdirmәk istiqamәtindә әmәli addım atılmışdır. Aqanbeqyan açıq bildirdi 
ki, “bu mәsәlәyә (Dağlıq Qarabağa - T.K) dair mәn bir tәklif tәqdim etmişәm. İnanıram 
ki, bu problem yenidәnqurma, demokratiya şәraitindә öz hәllini tapacaqdır”. 
Aqanbeqyanın Parisdәki çıxışı ilә әslindә “Qarabağ  hәrәkatının” başlanmasına işarә 
vә istiqamәt verildi. Bunun üçün vaxt tәsadüfi seçilmәmişdi. 


Tofiq Köçərli 
- 131 - 
Qarabağ: Yalan və Həqiqət 
- Qorbaçovun dağıdıcı “yenidәnqurma”sı başlamışdı.  İttifaq partiya vә Sovet 
hakimiyyәtindә möhkәmlәnmiş  Şahnazarov, Aqanbeqyan, Brutens, Sitaryan vә b. 
Qorbaçovun Azәrbaycan siyasәtinә nәinki tәsir edir, hәtta bu siyasәti tәyin edirdilәr. 
- Azәrbaycana fәrsiz rәhbәrlik nәsib olmuşdu. Qәtiyyәtli Heydәr  Әliyev 
hakimiyyәtdәn uzaqlaşdırılmışdı. 
Bu amillәr Dağlıq Qarabağda separatizmin tüğyan etmәsini şәrtlәndirmişdi, 
Qondarma “hәll edilmәmiş әrazi mübarizәsinin” qısa tarixçәsi belәdir. 
Mikaelyanın Dağlıq Qarabağ  mәsәlәsi-nә  mәhz “hәll edilmәmiş  әrazi mübahisәsi 
kimi” yanaşmaq tәlәbi tarixi cәhәtdәn әsas-sız vә strateji planda perspektivsizdir. 
Nә üçün Mikaelyan bütün başqa ermәni müәlliflәrindәn, habelә Stupişindәn fәrqli 
olaraq Qarabağ mәsәlәsindә öz müqәddәratını tәyin etmәk hüququna deyil, “mübahisәli 
әrazi” mәsәlәsinә üstünlük verir? 
Görünür, o, beynәlxalq hüququ, mәsәlәn, diplomat vә elmlәr doktoru Stupişindәn 
daha yaxşı bilir vә başa düşür ki, müstәqil dövlәt yaratmağa vә ayrılmağa qәdәr öz 
müqәddәratını tәyin etmәk hüququ heç dә hamının şәksiz hüququ demәk deyildir. 
Zәnnimcә, bu hüquq hәr hansı bir mil-lәtin bu vә ya başqa dövlәtdә mәskunlaşan, 
hәtta kip mәskunlaşan hissәlәrinә deyil, bütövlükdә millәtә aiddir. BMT müstәqillik 
hüququnu müstәmlәkә xalqları vә anneksiya olunmuş әrazilәr üçün elan etmişdir. hәmin 
hüquq beynәlxalq cәhәtdәn tanınmış dövlәtlәrin milli azlıqlarına aid deyil. 
Mütәxәssislәrin yazdığına görә, hazırda dünyada 3 minә yaxın millәt vә 
formalaşmaqda olan potensial millәt, 10 min etnik qrup var. 
Dünyada olan dövlәtlәrin sayı isә çәmi 200-ә qәdәrdir. 
Moskvalı müәllif Viktor Zotov haqlıdır: әgәr “ayrılmağa vә müstәqil dövlәt yaratmağa 
qәdәr” hüququnu bütün xalqlar hә-yata keçirsәlәr, bütün beynәlxalq münasibәtlәr 
dağılar. “Hamının hamı ilә müharibәsi” başlayar (“Свободная  мысль” jurnalı,  № 4, 
1997). Bununla әlaqәdar Zotov tanınmış müәlliflәrin vә siyasi xadimlәrin fikirlәrini gәtirir. 
Hәmin fikirlәr belәdir:  
-  İsveçin keçmiş baş naziri İ.Karlsonun fikrincә, öz müqәddәratını  tәyin etmәk 
mәsәlәsi “tәshih olunmalıdır”, öz müqәddәratını “yeni suveren dövlәtlәr yaratma-dan 
da” tәyin etmәk olar; 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə