www.cafarcabbarli.org
18
qışqırmalıdır: Yüksəl, hılalım, yüksəl!
Pərdə düşür
DÖRDÜNCÜ PƏRDƏ
Trablis altında bitərəf bir xətt. Şəmsə və Əbdürrəhman.
Ə b d ü r r ə h m a n. Benqazi altında Ənvərə sui-qəsd edərkən, biz onu tutduq. Fürsət tapıb
qaçdı. Oradan Dərnəyə hücum etdik, aldıq, sonra Trablisə yürüş edərkən, Ramiz həmin Şeyx
Salehə hərəkət planı yetirmək, həm də Ulduzdan bir xəbər bilmək üçün, Trablisə göndərildi.
Daha doğrusu, özü getdi. Çünki bizə bir xəbər gəlmişdir ki, yazıq Ulduzu öldürüblər. İndi neçə
vaxtdır ki, nə Ulduzdan bir xəbər var, nə Ramizdən, nə də o yırtıcıdan. Nə öldü xəbərləri var, nə
qaldi.
Ş ə m s ə. Mən Ulduzun ölüm xəbərini yenə Haris məlunun bir hiyləsi zənn edirəm. Amma, ola
bilər. Ondan hər şey gözləmək mümkündür! İndi mən gedirəm. Şeyx Salehi görüb vəzifəmi
qurtarandan sonra onları axtaracağam.
Ə b d ü r r ə h m a n. Şəmsə, ərəb qadınlarından düzəltdiyiniz könüllü dəstəsi ta Benqazi
müharibəsindən bu günə kimi böyük igidliklər göstərmişdir. Xüsusən, siz özünüz neçə aydır ki,
müharibə edirsiniz. Adi bir əsgərdən İzzət paşaya kimi əvvəlcə Ənvər, sonra Ramiz, ondan
sonra sizi tərif edirlər. Bu igidliyiniz üçün hər kəs sizi sevir! Bu vəzifə isə hər şeydən ağırdır.
Mənə tapşırmışlar ki, mümkün olursa, mən də sizinlə gedim.
Ş ə m s ə. Mənə kimsə “Gəl, Trablisə get" demədi. Mən özüm yalvarıb bu vəzifəni istədim. Bu
yolun qorxulu olduğunu bilirəm. Xüsusən, Haris hələ Benqazidən əlimdən acıqlıdır. Orada
atamın tərəfdarlarının qorxusundan mənə əl vura bilməzdi. İndi məni görsə, yəqin bir şey eylər.
Ancaq bu saat da öləcəyimi bilsəm, yenə gedərəm! Çünki söz bir, Allah bir! Əgər o məni öldürə
bilməsə, mən qardaşımın, Ramizin, Ulduzun intiqamını ondan alacağam. Gedirəm! Ya ona
vərən Allah, ya mənə.
Ə b d ü r r ə h m a n. Şəmsə! Bu mənhus divarlar altında iki dəfə hücumumuz qırıldı. Nə isə bu
divarlar arasına düşmən içinə sizi tək buraxmağa qorxuram. Qoyun mən də gedim.
Ş ə m s ə. Əbdürrəhman, Allah alnımıza nə yazıbsa, o da olacaq. Tutulsam, Haris üçün düşmən
imzasıyla gəlmiş kağız məndədir. Harisin bacısıyam - deyib, onu versəm məni buraxarlar.
Ancaq səni görsələr, şübhələnərlər. Fəqət təklikdə nə olacaqsa, olsun, qorxmuram. İslam
yolunda kafirlərlə də çarpışmaqdan qorxuramsa, nəyə gərək olacağam!
Ə b d ü r r ə h m a n. Ox, Şəmsə! Kimin tək getməsinə razı oluramsa, sizin tək getmənizə razı ola
bilmərəm.
Ş ə m s ə. Niyə?
Ə b d ü r r ə h m a n. Ox, niyə? Deyə bilmərəm, dilim söz tutmur. Allah, nə qədər çətin imiş bir
ürəyin hissini olduğu kimi o birinə bildirmək... heç...
Ş ə m s ə. Artıq gedirəm.
Ə b d ü r r ə h m a n. Gediniz, ancaq ürəyimdə bir çox şeylər vardı, sizə demək istəyirdim. Ox,
www.cafarcabbarli.org
19
cəsarət etmərəm. Gediniz, fəqət yalnız olmayıb məhzun bir ürəyin də sizinlə olduğunu
unutmayın!
Ş ə m s ə. Əbdürrəhman, gedirəm. Ancaq Allaha yalvarıram ki, bir də məni sizinlə görüşdürsün.
Həm də qalib və müzəffər olaraq. Bir də sizi görmək istərdim!
Ə b d ü r r ə h m a n. Aman Allah, o da məni sevirmi?
Ş ə m s ə. Əbdürrəhman, sonra...
Ə b d ü r r ə h m a n. Ox, Şəmsə, get! Ancaq ürəyim. Ancaq ürəyimi yenə sizə deyə bilmirəm.
Ş ə m s ə. Əbdürrəhman, məni bəyəndiyinizimi söyləmək istəyirsiniz, deyilmi?
Ə b d ü r r ə h m a n. Ox, Şəmsə, bəyəndiyimi deyil, səni bütün varlığımla sevdiyimi...
Ş ə m s ə. Mən bunu Trablisdən görürdüm, bilirəm! Artıq, Allah amanında! (Gedir.)
Ə b d ü r r ə h m a n. Ox, aslan kimi igid, pələng kimi sərt, ərlər qədər mətin, fəqət yenə dilbər,
yenə sevimli! (Gedir. Qarşı tərəfdə Haris.)
C i n n e r. Haris, necə bilirsiniz, şəhərə daxıl ola bilərlərmi?
H a r i s. Sormağa ehtiyacmı var? Qiyaməti Allahdan qabaq türklər paylasalar belə, yenə
qırılacaqlar.
C i n n e r. Siz hələ gözləyin. İki dəfə məğlub olmuşlar, bu dəfə də olacaqlar. Amma bu dəfə
taqətdən düşüb, silahlarını yerə tökəcəklər. O zaman aldıqları yerləri birər-birər yenidən təslim
edəcəklər. Biz hər bir cəhətdən hazırıq. Əsgər lüzumdan çox qazmalarda, gəmilər yerində,
birinci komandada türklərin üzərinə qurşun güllə deyil, cəhənnəm odu yağacaqdır. Hələ
gözləyən iki yüz minə qədər əsgərdir.
H a r i s. Türklərdən mən heç qorxmayıram. Cəmi iyirmi min əsgərləri vardır. Onun da çoxu
yollarda, müharibələrdə qırılıbdır. Sonradan onlara qoşulan bəzi ərəb əmirlərinin qüvvəsi ilə
yenə iyirmi min ancaq ola bilərlər.
C i n n e r. Hər halda, qüvvələrini ehtimal ki, o tutulmuş əsir bilər.
H a r i s. Fəqət onu mənə təslim edəcəksiniz, deyilmi?
C i n n e r. Siz göstərdiniz, tutduq. Cəzasını sizə həvalə olunmasını istəyirsiniz, niyə vərməyək?
Demişəm gətirsinlər. Burada dindirəcəyəm. Bəlkə şəhərdən hücum edilənə qədər, burada
qaldım. Hər halda, sonra sizə təslim edərəm. Nə edəcəksiniz, özünüz bilərsiniz.
H a r i s. O, olduqca məlun bir adamdır. O, olmasaydı Benqazidə Ənvər öldürülmüşdü, bu
qədər müharibə və məğlubiyyətlərimiz olmazdı. İzzət nə edəcəydi? Hərbi aparan Ənvərdir.
Orada cəbhə xəttini yarıb arxamıza keçən və toplarımızı susduran da odur. Mən onun
sevgilisini qaçırmışam. O mənim qanıma susayır. Bəlkə də buraya ardımca gəlmişdir. Fəqət mən
ondan qabaq, onu öz sevgilisinin qabağında öldürmək istəyirəm.
C i n n e r. Bumudur, dediniz? O quldur dedikləri bumudur?
H a r i s. Budur! Nə qədər xəbisdir! Siz onu tanısaydınız!
C i n n e r. Buraya da topxana susdurmağa gəlibdir? Siz ki, onu cəzasız buraxmazsınız.
H a r i s. Bir dəqiqə də olsa aman vermərəm. Onun şərindən xilas olmaq üçün mən hər şeyə
hazıram. (Kənara.) Öz dililə Ulduzu təhqir etdirəcəyəm. Ulduz əvvəl də ondan şübhəliydi. Sonra
onun ölümünü görüb, istər-istəməz məni tutacaq. (Bərkdən.) Narahat olmayın, mən onunla elə
cəlladanə rəftar edim ki, mən ona öylə əzablar törədim ki, nə yəhudilər İsaya, nə Firon Musaya,
nə də Şəddad ibn Hərqə təbəələrinə eyləmiş olsunlar! Siz əmin olun!
C i n n e r. Odur, gətirirlər. Amma hərif nə qədər məğrurdur! Lakin azacıq təpinərsənsə,