Araşdırmalar Yaz bayramının bir neçə istiqamətdə
inkişafını göstərdi. Kiçik Çillənin çıxması ilə bir ünsürün –
Gün
əşin sıra ilə əvvəlcə havanı, sonra suyu, daha sonra isə
torpağı cana gətirdiyini gördük. Nəs günlər olan
ç
ərşənbələrdən, xüsusilə də Boz ayın, yəni ilin son ayının son
ç
ərşənbələrindən qorunmaq, qurtulmaq məqsədilə çərşənbə
axşamları hər çərşənbəyə uyğun ayinlərin keçirilməsinin şahidi
olduq. İlin axırıncı çərşənbəsinin isə daha böyük sevinclə
qarşılanması da məntiqə uyğundur. Deməli, xalq çərşənbələri
onları sevdiklərindən deyil, tezcə xoşluqla keçib getməsini
arzuladıqlarından keçirir, yəni qarşılayır. “Necə qarşılayarsan,
el
ə də yola salarsan” prinsipini əsas götürərək ilin son ayının
ç
ərşənbələri özünəməxsus tərzdə qarşılanır.
İl Başı, ilin, ayın axır gecəsi il təhvil olan gündür. Bəzən
Axır çərşənbə ilə üst-üstə də düşür. İl günün müxtəlif
saatlarında təhvil olduğundan xalq onu şəhər yerlərində daha
çox top atılmasından, car çəkilməsindən bilirdi. Amma Axır
ç
ərşənbənin qorxusu onu daha yaxşı qarşılamağa məcbur
edirdi. Əksər bölgələrimizdə məzarlıqlar, dünyasını
d
əyişənlərin ailələri üçüncü – Ölü çərşənbəsində ziyarət
edilirdis
ə, bəzi yerlərdə, xüsusilə də Bakıda məhz Bayram
günü qadınlar qəbir üstünə gedərdilər.
Dörd ünsürün adının çərşənbələrə verilməsi 1990-cı ilin
mart ayından başlamışdır. Hakimiyyətin zəiflədiyi, böhrandan
çıxış yolunun görünmədiyi Ayaz Mütəllibov hakimiyyəti
zamanı xalqın başını hind filmləri və qondarma çərşənbələrlə
qatmağa başladılar. Təəssüf ki, bu işdə elə folklorşünas
aliml
ərdən istifadə etdilər. İlk dəfə ünsürlərin çərşənbələrə aid
edildiyini m
əhz 1990-cı ilin mart ayında A.Nəbiyevin
“Kommunist” q
əzetindəki yazılarında görürük. Xalq bütün
349
ç
ərşənbələrdə çal-çağır etməmişdir. Xalqdan alınanın xalqa
qaytarılmamasının, qondarma çərşənbə adlarının salınmasının
(“ab-at
əş-xak-bad”) nəticəsidir ki, bu gün belə sıralamalarda
t
ək sadə xalq deyil, alimlər, hətta Nazirlik səviyyəsində
“b
ələdçi kitab” kimi işıq üzü görən “çap məmulatları”nda da
çaşqınlıq davam edir (Boz aya beş çərşənbənin
“yerl
əşdirilməsi”)... Bütün çərşənbələrdə çal-çağırın, bol
yem
ək süfrəsinin, əylənən, tonqaldan atılan insanların
televiziya kanallarından təbliği çərşənbələrin əsas anlamını
ortadan qaldırmış, nəinki adət-ənənədən, hətta digər türk
x
alqlarından da uzaqlaşdırmışdır. Hər çərşənbənin özünə
m
əxsus keçirilmə qaydası var. Çoxsaylı adlar arasında
ümumil
əşdirmələr apardıqdan sonra əksər bölgələrimizdəki
sıralama belədir: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3)
Ölü ç
ərşənbəsi; 4) Axır çərşənbə. Odun, ocağın, Novruz
tonqalının da atəşpərəstliklə heç bir əlaqəsi yoxdur. Kökü
şamanizmə dayanan bir çox ayin və mərasimlərimizdən biri
olan odla paklanma, sağalma da qədim ayinlərimizdəndir.
Bel
əliklə, tədqiqata cəlb olunan türklərin mövsüm
m
ərasimlərinin tarixi-müqayisəli öyrənilməsi bu xalqların
z
əngin etnoqrafik materialları arasında mövcud oxşarlıq və
f
ərqlilikləri və onların yaranma səbəblərini meydana çıxartdı.
Mövzunun genişliyi, faktik materialın bolluğu mövzu
üz
ərində araşdırmaların gələcəkdə də davam etdirilməsinə
imkan verir.
350
İNFORMATORLARIN SİYAHISI
1.
Bair Vladimir Oydup oğlu (1937-ci il təvəllüdlü), Bay
Tayqa rayonunun Kara Xöl k
əndi (Tıva).
2.
Balcan Ayla Mehmet qızı (1960-cı il təvəllüdlü), Güzelyurt
(Türkiy
ə).
3.
Baraşkova Mariya Andrey qızı (1933-cü il təvəllüdlü),
Asxıs rayonu (Xakasiya).
4. Bayramova Nahid
ə Mahmud qızı (1936-cı il təvəllüdlü),
Ağstafa rayonu, Dağ Kəsəmən kəndi (Azərbaycan).
5.
Budak Feyzullah Feyzullah oğlu (1951-ci il təvəllüdlü),
Sivas şəhəri (Türkiyə).
6.
Demir Nikolay İvan oğlu (1940-2001), Ataki şəhəri
(Moldova).
7. Gülm
əmmədova Abuhəyat Qasım qızı (1902-2003),
Qazax rayonu, C
anallı kəndi (Azərbaycan).
8. Kal
ə Todur Aleksey oğlu (1942-2002), Çadır-Lunqa
şəhəri (Qaqauz Yeri).
9. Karagöz Lidiy
a Maksim qızı (1939-cu il təvəllüdlü),
Kişinyov şəhəri (Moldova).
10.
Karagöz Stepan Sergey oğlu (1932-ci il təvəllüdlü),
Odessa vilay
əti, Bolqrad şəhəri (Ukrayna).
11.
Kışlalı Vasiliy Anatoliy oğlu (1941-ci il təvəllüdlü),
Odessa vilay
əti, Bolqrad şəhəri (Ukrayna).
12.
Kızlasov Nikolay Afanasi oğlu (1932-ci il təvəllüdlü),
Abakan şəhəri (Xakasiya).
13.
Koçak Yıldız. (1950-ci il təvəllüdlü), Çankırı (Türkiyə).
14.
Kunqaa Şarap Kalbak oğlu (1945-ci il təvəllüdlü), Kızıl
şəhəri (Tıva).
351
15. Kös
ə Minə Vasiliy oğlu (1935-2000), Komrat rayonu,
Beşalma kəndi (Qaqauz Yeri).
16.
Kuular Nikolay Sembil oğlu (1923-cü il təvəllüdlü), Kızıl
şəhəri (Tıva).
17.
Kuular Badat Davınday oğlu (1926-2000), Süt Xöl
rayonunun Ak Aksı kəndi (Tıva).
18.
Kurti İvan Nikolay oğlu (1929-1999), Suvorov rayonu,
Stepanovka k
əndi (Moldova).
19.
Çakır Sevim (1948-ci il təvəllüdlü), Çankırı (Türkiyə).
20.
Maruneviç Mariya Vasiliy qızı (1928-2004), Komrat
şəhəri (Qaqauz Yeri).
21.
Maynoqaşeva Valentina Yevgeni qızı (1929-cu il
t
əvəllüdlü), Abakan şəhəri (Xakasiya).
22. M
əmmədova Güləmayıl Kamil qızı (1934-2000), Gəncə
şəhəri (Azərbaycan).
23. M
əmmədov Koroğlu Kamil oğlu (1930-2004), Qazax
rayonu, C
anallı kəndi (Azərbaycan).
24. M
əmmədov Nəriman Əhməd oğlu (1929-2004), Tovuz
rayonu, Düz Qırıxlı kəndi (Azərbaycan).
25. M
əmmədova Rozaliya Əhməd qızı (1942-2016), Bakı
şəhəri (Azərbaycan).
26. M
əmmədov Fərman Əhməd oğlu (1936-2011), Tovuz
rayonu, Düz Qırıxlı kəndi (Azərbaycan).
27.
Meydanlı Naime (1955-ci il təvəllüdlü), Çankırı (Türkiyə).
28.
Odabaşıoğlu Gülay (1960-cı il təvəllüdlü), Beypazarı
(Türkiy
ə).
29.
Oyun Seren Oyduu oğlu (1938-ci il təvəllüdlü), Bay
Tayqa rayonunun Kööp Söök k
əndi (Tıva).
30.
Sarqov Valeriy Karl oğlu (1942-ci il təvəllüdlü), Taştıp
rayonu (Xakasiya).
352
Dostları ilə paylaş: |