Мяктяб
гязети
Тящсил миллятин эяляжяйидир.
Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını
təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya
standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təh-
silə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir,
təhsil üçün bütün imkanları yaratmalıdır.
hEYDƏr ƏlİYEV
Bu gün inkişaf daha çox bilikdən asılıdır. Çünki bu gün biz informasiya-kommunikasiya
texnologiyaları dövründə yaşayırıq... Bu gün hər bir ölkənin gələcəyini cəmiyyətdə
olan biliyin səviyyəsi müəyyən edir. Bu, aksiomadır. Biz hamımız əlbəttə ki, dövlət və
vətəndaşlar çalışmalıyıq ki, Azərbaycanda ümumi səviyyə yüksək olsun və eyni za-
manda, istedadlı gənclər, insanlar ön plana çıxsınlar.
İlhaM ƏlİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ötən ilin yekunları,
bu il görüləcək işlər,
tətbiq ediləcək
yeniliklər...
B и Zи M
M Ц Я L L и M L Я R и M и Z
Novruz bayramı
Şimal yarımkürəsində astronomik yazın baş-
landığı, gecə-gündüz bərabərliyi günündə
(martın 20-si, 21-i və ya 22-sində) keçirilir.
2009-cu il sentyabrın 30-da Novruz
YUNESKO tərəfindən qeyri-maddi mədəni irs
siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə
isə BMT Baş Assambleyasının 64-cü ses-
siyasının iclasında mart ayının 21-i "Beynəlxalq
Novruz Günü" elan edilmişdir.
Novruz bayramında çərşənbələr
Bəzi qədim inanclara görə, kainat 4 ünsür -
dən – su, od, torpaq və küləkdən yaranıb. Hər il
4 çərşənbə Novruzdan, günün bərabərləşmə -
sindən əvvəl qeyd olunur:
• Su çərşənbəsi
• Od çərşənbəsi
• Yel çərşənbəsi
• Torpaq çərşənbəsi.
Novruz adətləri
Papaq atmaq, qulaq falına çıxmaq, tonqal-
dan tullanmaq (tonqaldan tullanarkən deyərlər:
"Ağırlığım - uğurluğum odda yansın"), üzük
falına baxmaq, səməni yetişdirmək (yazın
gəlişinə və bitkilərin oyanmasına işarədir).
xonça bəzəmək, yumurta boyamaq və döyüş -
dürmək, qonaq getmək, şam yandırmaq (ailə
üzvlərinin sayı qədər), küsülülərin barışması,
yallı getmək (qədim dövrlərdən bəri ifa eilən
xalq rəqsdir, insanların birliyini ifadə edir), xoruz
döyüşdürmək (bunun üçün xüsusi döyüş xoru-
zları böyüdülür), xalq oyunları oynamaq ( məsə -
lən, “ənzəli”, “haxışta”, “bənövşə”, “kos-kosa”)
Novruz adətləridir.
Novruz bayramı qabağı, adətən, evdə hə -
yətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir
və s. Novruz bayramında şiriniyyat növləri (qo -
ğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkər -
çörəyi və s.) və plov bişirilir.
Novruz dünya xalqlarının bayramı kimi
Novruzu qeyd edən hər bir xalq bu bayramla
bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun,
özünəməxsus mövsum və mərasim nəğmələri
yaradıb.
Novruz Azərbaycanla yanaşı İranda, Türk-
mənistanda, Tacikistanda, Özbəkistanda, Paki-
standa, Qazaxıstanda, Qırğızıstanda xüsusi
təntənə ilə qeyd edilir.
Adətə görə, süfrəyə "s" hərfi ilə başlayan 7
növ ərzaq qoyulur - su, süd, səməni, sünbül,
sucuq, siyənək balığı, süzmə.
Novruz azərbaycanda
Azərbaycanda, adətə görə, Novruz bayra-
mında göyərdilən səməni yazın gəlməsinin,
təbiətin canlanmasının, əkinçiliyin rəmzidir.
Azərbaycan kəndlisi səməni göyərtməklə
növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzu-
lamış, bayrama dörd həftə qalmış, hər çərşənbə
axşamı və bayram günü tonqal qalamaqla,
mahnı ("gün çıx!" nəğməsi və s.) qoşmaqla oda,
atəşə, günəşə olan etiqad və inamını ifadə et-
mişdir. Bütün bu mərasimlər İslamdan çox-çox
əvvəl mövcud olmuş qədim şərq ənənələrinin
davamıdır.
Beynəlmiləl
təhsil ocağı
Teatr haqqında
nə bilirsiniz?
2
3
4
4
MART, 2015, № 1 (02).
Məktəbimiz
Əziz məktəbimiz, idrakımıza
Nur saçan günəşsən, işıq məbədi.
Əziz məktəbimiz, yollarımıza
Şəfəq bəxş edirsən – sönməz,əbədi.
Biz daim möhtəşəm yüksəkliklərə
Can atan yolçuyuq, sən – yol
göstərən.
Bizi hey qoruyub nəvazişinlə
Yüksəliş yolunda sağ-sol göstərən.
Qarışıq fikrimiz, duyğularımız
Sənin köməyinlə durulur hər gün.
Nə qədər cavabsız suallarımız
Səndə cavab tapıb, yox olur hər gün.
Sən böyük dünyaya açıq pəncərə,
Ona qovuşmağa yönəltdin bizi.
Əlimizdən tutub müdrikcəsinə,
Təhsili, həyatı öyrətdin bizə.
Sənin şəfəqlərin ürəyimizdə,
Zirvədən-zirvəyə apardın bizi.
Səni unutmarıq, ey məktəbimiz,
Sənə bağlamışıq biz qəlbimizi.
Əminə İBrahİMlİ
H И m n
NOVRUZ BAYRAMINIZ МЦБАРЯК!
Rəsm sərgisi
n
Fevral 28-də Müasir İncəsənət Mərkəzində liseyimizin təşəbbüsü ilə
“hər uşaq bir rəssamdır” devizi altında şagirdlərimizin əl işlərindən
ibarət sərgi keçirilib. Sərgidə 100-ə yaxın rəsm və müxtəlif əl işləri
nümayiş etdirilib.
Kağız və vitraj (şüşə)
üzərində işlədikləri rəsmlərdə
şagirdlərimiz təkcə Azərbay-
canın deyil, digər ölkələrin də
təbiətini, tarixini və memarlıq
abidələrini əks etdirməyə
çalışıblar. Layihənin əsas
məqsədi müasir incəsənət
strategiyası kontekstində tar-
ixi-mədəni irsin qorunub sax -
lanması və aktuallaş dırılması,
həmçinin sağlam vətəndaş
cəmiyyəti şərait ində yaradıcı
şagirdləri mizin təcrübəsinin
və səviy yəsinin yüksəldilməsi
idi.
Hər uşaq bir rəssam dır.
Onların hər birinin özünəməx-
sus rəngli dün yası var.
Uşaqlar bizim döyünən ürə -
yimizdir və hər gizli döyün-
tüdə bir istedad gizlənir.
20 Yanvar qan yaddaşımızdır
n
Yanvarın 19-da lisey də 20 Yanvar şəhidlərinin anım
məra simi keçirilib. Müəllimlərin təşkilatçılığı ilə şa-
girdlərin Şəhidlər xiyabanına ziyarəti təşkil edilib.
Liseyin akt
zalında da vam
edən
anım
mərasimin də 20
yanvar faciəsi,
xal -
qımızın
başına gətirilən
m ü s i b ə t l ə r ,
ş ə h i d l ə r i m i z
haqqında liseyin
tarix mü əllimi geniş məlumat verib. Şagird lə r bu mövzuya həsr
edilmiş şeirlər səsləndiriblər. Həmin dövrü əks etdirən videoçarx
izlənilib.
Soyqırımı qurbanlarının xatirəsi
yad edilib
n
Fevralın 26-da liseydə xocalı soyqırımının 23-cü
ildönümü anılıb. Şagirdlər xocalı abi dəsini ziyarət edi-
blər. Soy qırımı qurbanlarının xa tirəsi yad olu nub.
Şagirdlər
Xocalı soy qı -
rımına həsr
edilmiş şeirlər
s ö y l ə d i l ə r,
səh nəciklər
canlan dı r dı -
lar. Soy qırı -
mını əks et -
dirən video -
çarxlar iz lə -
nilib.
Hazırda liseyimizdə 22 sinif
fəaliyyət göstərir. Liseydə şa-
girdlərin təhsil alması üçün hər cür
şərait yaradılıb.Təlimin keyfiyyə-
tinin yüksəldilməsi məqsədilə li -
seydə
müntəzəm
olaraq
müsa hi bələr və açıq dərslər keçir-
ilir. Artıq dərs ilinin yarısı arxada
qalıb. Birinci yarımilliyi 59 şa-
girdimiz əlaçı, 97 şagirdimiz isə 4
və 5 qiymətlərlə başa çatdırıb.
Şagirdlərin
maariflənməsi
məq sədilə ötən il liseydə bir-
birindən maraqlı tədbirlər keçirilib.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin
14 yanvar 2014-cü il tarixli sərən-
camını əsas götürərək, liseydə
Naxçıvan Muxtar respublikası
yaradılmasının 90 illiyinə həsr
olunmuş yubiley tədbiri keçirilib.
Tədbirdə Naxçıvanın tarixi və
maddi-mənəvi dəyərləri haqqında
Azərbacan, rus, ingilis dillərində
çıxışlar dinlənilib.
Ötən ilə dönüb nəzər salanda,
Bilik Günü xoş bir xatirə kimi
yaddaşımızda təzələnir. 1 -ci və 4-
cü siniflərin iştirakı ilə keçən təd-
birdə rəhbərlik və müəllim
kol lektivi ilə yanaşı rayon təhsil
şöbəsinin nümayəndələri, vali -
deynlər iştirak edirdilər. Həmçinin
Filarmoniyanın rəqs ansamblı
liseyimizə qonaq gəlmişdi. Hamı
şagirdləri təbrik etdi, onlara
uğurlar arzuladı. Sonda liseyin ilk
zəngi səsləndi və şagirdləri öz
sinif otqalarına qalxmağa səslədi.
Şagirdlər öz müəllimləri ilə sinif
otaqlarına qalxdılar.
Müəllimlərimiz bizim gələcəy-
imizi istiqamətləndirən, bizə savad
verən, bizə doğru yol göstərən
şəxslərdir. Onların bu fədakarlığını
nəzərə alaraq, liseyin akt zalında
5 oktyabr – Beynəlxalq Müəllim-
lər Günü qeyd olundu. Şagirdlər
bir-birindən maraqlı çıxışları ilə
müəllimlərini təbrik etdilər. Onlar
həm xarici, həm də milli rəqslər ifa
etdilər. Lisey müəllimlərinin təhsil
fəaliyyətini əks etdirən video çarx
nümayiş etdirildi. Tədbirdə H.Ca-
vidin “Qız məktəbində” şeiri səh-
nələşdirildi. Sonda direktorumuz
Ofeliya xanım bütün təhsil işçilərini
təbrik etdi,onlara uğurlar arzuladı.
Ötən ilin ən yadda qalan təd-
birlərindən biri də 18 oktyabr –
Müstəqillik Günü ilə əlaqədar
keçirilən tədbir oldu. Tədbirin
əvvəlində müstəqillik yolunda
canından keçmiş şəhidlərimizin
xatirəsi birdəqiqəlik sükutla yad
edildi. Şagirdlər Müstəqillik Günü -
nə həsr edilmiş şeir və mahnılarla
çıxış etdilər. Əsgər marşı ifa ol-
undu. Müstəqillik Gününə həsr
edilmiş videoçarx izlənildi. Şa-
girdlər tariximiz, müstəqilliyə ge -
dən yolda apardığımız mübarizə
haqqında geniş məlumatlandırıldı.
Oktyabrın sonunda lisey şa-
girdləri halloween bayramı ke -
çirdilər. Belə bir tədbir keçirməkdə
məqsəd şagirdləri həm də dünya
xalqlarının bayramları ilə tanış et-
məkdir. Şagirdlər Halloween ilə
əlaqədar hazırladıqları rəqsləri,
mahnıları, şeirləri, səhnəcikləri ifa
etdilər. Sonda 1-ci, 2-ci, 3-cü yerə
layiq görülmüş şagirdlər mükafat-
landırıldı.
Milli atributlarımız bizim müs -
təqilliyimizin, tariximizin şanlı
səhifəsidir. Noyabr ayında biz
Bayraq Günü, Konstitusiya
Günü, Dirçəliş Günü ilə əlaqədar
tədbirlər təşkil etdik. Şagirdlərimizi
maarifləndirmək üçün onların
Dövlət Bayrağı meydanına ek-
skursiyası təşkil edildi. Tədbir
dövlət televiziyaları tərəfindən
işıqlandırıldı. Tədbirdə bayra -
ğımızın müqəddəsliyindən, tar-
ixindən, rənglərinin mənasından,
bəhs edildi. Tədbirdə lisey şa-
girdləri mahnılar, şeirlər, maraqlı
səhnəciklərlə çıxışlar etdilər.
Dövlət bayrağı ilə əlaqədar hazır-
lanmış videoçarx izlənildi.
Otən ilin ən yaddaqalan tədbir-
lərindən biri də Rusiya Federa si -
yasının Azərbaycandakı sə fir li -
yinin dəstəyi ilə hüseyn Cavidin
“Şeyx Sənan” əsərinin 100 il-
liyinin keçi rilməsi oldu. Tədbirdə
səfirliyinin,
Rus
Mədə niyyəti
Mərkəzinin, Təhsil Nazirliyinin nü-
mayəndələri, rus dili müəllimləri
iştirak edirdi. “Şeyx Sənan” əsəri
şagirdlərin iştirakı ilə canlandırıldı.
Tədbir Dövlət Televiziyaları va-
sitəsilə işıqlandırıldı. Tədbir rus
dilində keçdi ,“İblis” əsəri isə hər
iki dildə Azərbaycan və rus dilində
səsləndirildi.
Tədbir yüksək səviyyədə keç -
diyinə görə Rusiya Federasi -
yasının Azərbaycandakı səfirliyi
tərəfindən təşəkkür məktubu və
sertifikat aldıq, həmçinin liseyi -
mizə 10 ədəd kitab hədiyyə edildi.
Şagirdlərimizin dil biliklərini
zənginləşdirmək üçün bu il lisey-
imizdə “Conversation” təşkil ol-
unub.
Bu il liseyimizdə tətbiq edilə -
cək yeniliklərdən biri “Kiçik
akademiya” yaratmaqdır. Məq -
sədimiz xüsusi istedada malik şa-
girdlərimizi aşkara çıxarmaq,
onların bilik yarışlarında iştirakını
təmin etmək, onlarda sadə tədqi -
qatçılıq bacarıq və vərdişləri for-
malaşdırmaq, istedadlıları düzgün
istiqamətləndirməkdir.
n
Təhsilimiz bütün həyatımız boyu bizi istiqamətləndirən əsas me-
yardır. Biz çalışırıq ki, liseydə təhsil alan hər bir şagirdi gələcəyin
intelektual, mədəni, hərtərəfli, xalqının dilini, əxlaqi-mənəvi dəyər-
lərini, milli adət-ənənələrini, tarixini, mədəniyyətini, incəsənətini
dərindən bilən bir şəxs kimi yetişdirək. İnsanlara, təbiətə, əməyə,
şəxsi və dövlət əmlakına ədalətli, qayğıkeş və tolerant münasibət
bəsləməyi, gerçəkliyi estetik qavramağı biz onlara öyrədirik.
Ötən ilin yekunları, bu il görüləcək işlər,
tətbiq ediləcək yeniliklər...
Мяктяб
гязети
MART, 2015, № 1 (02).
2
BİlİK GÜNÜ
“ŞEYx SƏNaN” ƏSƏrİNİN 100 İllİYİ
hallOwEEN BaYraMı
Ana dilimizi qoruyaq!
n
Fevralın 20-də liseydə “ana dilimizi qoruyaq” devizi ilə Bey nəlxalq
ana Dili Günü qeyd olu nub.
Şagirdlər tə rə findən müx təlif dillərdə (rus, al man, ingilis, fransız) şeirlər
səsləndirib, səhnəciklər can landırıblar.
Şagirdlər “Şirin dil” mahnısını oxudular, nəlbəki rəqsini ifa etdilər. Tədbirdə
şagirdlərin daha əvvəl miniatür kitablar mu zeyinə ekskursiyasını əks etdirən
slaydlar, ana dili haqqında videoçarxlar izlənildi.
Narkomaniyaya yox deyək!
n
liseyimizdə tez-tez maarifləndirici tədbirlər keçirilir.
Yanvarın 24-də keçirdiyimiz növbəti tədbir narko-
maniya qarşı mübarizəyə həsr olunmuşdu.
Narkomaniya bəşəriyyətin ümumi faciəsi, cəmiyyətin
əsas mübarizə hədəflərindən biridir. Tədbirdə narkomaniya
əleyhinə videoçarxlar, şagirdlərimizin bu mövzuya aid çəkdiyi
şəkillər, “Yaşa özün və başaqalarının yaşamasına imkan
ver” adlı stend sərgiləndi.
Tədbirdə Nərimanov Rayon Polis idarəsinin əməkdaşı
Nicat Rəhimov, Bakı Şəhər Narkoloji Dispanserin psixiatr-
narkoloqu Elçin Aslanov və “Psixoloq” qəzetinin redaktoru
Tahir Heydərov iştirak edirdilər. Onlar bu zərərli vərdiş və
ona qarşı mübarizə yollarından danışdılar.
Tədbirin sonunda liseyin direktoru Ofeliya Muradova
narkomaniya əleyhinə rəsmlər çəkmiş şagirdləri Fəxri Fər-
manla təltif etdi.
Hər bir gənc gələcəyin savadlı şəxsiyyəti, dövlətimizin
aparıcı siması ola bilər: onları bütün zərərli vərdişlərdən
qoruyaq, belə sosial bəlalara qarşı birgə mübarizə aparaq,
sağlam gələcəyə sağlam düşüncə ilə addımlayaq!
Nadejda Mixaylovna MaTSKUS
Rus bölməsi üzrə 1
c
sinfi
-Hər birimizə məlumdur ki, insanın əsas təhsilinin təməli orta mək-
təbdə qoyulur.Ona görə də biz çalışırıq ki, şagirdlərimizə hərtərəfli təhsil
verək. Hər bir uşaq fərqlidir, onun meyil, ba carıq və qabiliyyətləri də fərq-
lidir. Mən onların hər birinə fərdi yana şıram. Bizi dövlət məktəb lərindən
fərq ləndirən əsas cə hət budur ki, siniflərdə şagird sayı maksimum 15
nəfər təşkil edir. Bu da imkan verir ki, dərs müddətində mən hər bir şa-
girdlə fərdi məşğul ola bilim. Bizdə dərslər kurikulum üsulu ilə keçirilir,
kompyuterdən, proyektordan, slaydlardan istifadə olunur.
Mən fikirləşirəm ki, müəllimin bilikləri bir tərəfdən elmə,digər tərəfdən
onu öyrənən şagirdlərə doğru yönəlməlidir. L.N.Tolstoyun bu sözlərini
mən həmişə diqqətdə saxlayıram “İşinə və şagirdlərinə məhəbbəti bir-
ləşdirməyi bacaran şəxs əsil müəllimdir”.
MÜDrİKlƏr DEYİB:
Müəllim bir şama bənzər,
özünü əridərək başqalarına
işıq verər.
(M.K.Atatürk)
n
Mən dünyada müəllimlik -
dən yüksək ad tanımıram.
(H.Əliyev)
n
Müəllim, bir zəkanı tama mi -
lə hazır məlumatlarla dol -
duran təlimçi deyil, tə lə -
bələr öz özlərinə fikirlərini
inkişaf etdirmələri üçün on-
ları cəlb edən bir insan ol-
malıdır.
(A.Karrel)
n
Pis müəllim şagirdinə hə -
qiqəti çatdırır, yaxşı müəl-
lim isə onu tapmağı
öy rədir.
(Adolf Disterveq)
n
atam məni bu dünyaya
gətirib, amma müəllimim
isə mənə bu dünyada
həqiqi səadət yolunu tap-
maqda yol göstərib.
(Aristotel)
n
həyatda ən çox güvən -
diyim şəxs müəllimdir,
çünki onun silahı kitabdır
və bu silahla istənilən düş -
məni çökdürmək mümkün -
dür.
(Oqyüst Kant)
Bİr DƏ DEYİrlƏr Kİ:
n
həyatda insanın dörd
müəllimi olur – valideyn-
ləri, müəllimləri, şəxsi
təcrübələri və təbiət. On-
lardan biri körpəlikdə,
biri uşaqlıqda, biri gən-
clikdə, biri də qocalıqda
müəllimlik edir!
n
Özü öyrənən tələbə mü -
əlliminə kömək edir!
n
Yaxşı şagirdlər müəllim-
lərə övladlarından yaxın
olur!
n
Öyrədərkən özü öyrən-
məyən əsl müəllim de -
yil!
n
Müəllimlər özlərinin yox,
şagirdlərinin qabiliyyəti
ilə fəxr edirlər!
Səbinə hƏSƏNOVa
Rus bölməsi üzrə 1
D
sinfi
- Dövlətimizin, təhsili mizin inkişafı şagirdləri mizin bugünkü təhsi -
lindən, onların savadlı, mədəni və vətənpərvər yetişməsindən birbaşa
asılıdır. Biz daim çalışırıq ki, şagirdlərimiz el min hər sahəsindən məlu -
matlı olsunlar. Çalışıram ki, şa girdlərim müstəqil və mən tiqi düşünməyi,
cəmiy yətə münasibət bildirməyi bacarsınlar.Mən öz metodikamı onlarla
əməkdaşlıq prinsipi əsasında qururam. Şagirdləri kiçik qruplara bölür,
hər bir şagirdin materialı mənimsəmə dərəcəsini müşahidə edir, onlara
çətin situasiyalardan çıxmağa kömək edirəm. Dərslərimi İKT-nın mən-
imsənilməsi istiqamətində təşkil etməyə üstünlük verirəm.
Elnarə ƏMİraSlaNOVa
Rus bölməsi üzrə 1
B
sinfi
- Orta məktəb təhsili bizim ən yadda qalan təhsilimizdir. Bu təhsil
mühi tində həm müəllimin, həm də uşağın istəyi öz əksini tapmalıdır.
Bizim məq sə dimiz uşaqlarda məntiqi və yaradıcı təfəkkür element lərini
formalaşdırmaq, is tedadlı uşaqların erkən ya şdan üzə çıxarılmasını və
inkişafını təmin etməkdir. Biz öz təlim sistemimizi elə qururuq ki burada
həm kompyuterdən, həm ağıllı lövhələrdən, o cümlədən Təhsil Nazir-
liyinin proqramlarından əlavə,rus bölməsi üçün Seldman, Moro, Peter-
son və s. müəlliflərin dərsliklərindən də istifadə edirik. Mən çalışıram ki
onlar həm təhsilli, həm də vətənpərvər kimi yetişsinlər.
Nuridə MƏMMƏDOVa
Azərbaycan bölməsi üzrə 2
A
sinfi
- Mən istəyirəm Viktor Hüqonun bu sözlərini xatırlayaq. “Müəllim in-
sanları aydınlığa çıxaran işığa bənzəyir. Şagirdlərimiz bizim işıqlı
gələcəyimizdir.
Mən çalışıram ki, şagirdlər arasında sağlam rəqabət olsun, onlar
elmə, təhsilə daha ma raqla yanaşsınlar. Çalışıram ki, təlimdə şa-
girdlərin fərdi və yaş xüsusiyyətlərini nəzərə alım.
Səbinə hƏSƏNOVa
Azərbaycan bölməsi üzrə 3
A
sinfi
- Biz öz metodikamızı “müəllim-şagird-valideyn” prinsipi üzərində qu-
ruruq. Müəllim yoldaşlarım kimi mən də çalışıram ki şagirdin mükəmməl,
hərtərəfli insan kimi yetişməsində valideynlərləbirgə işləyim. Hər həftə
sonu mütləq əlavə testlər təşkil edirəm. Hər fənn üzrə xüsusi testlər
üzərində çalışırıq. Mən öz şagirdlərimi həvəsləndirmək üçün hər
yarımilin sonunda əlaçı şagirdləri mükafatlandırıram
Güləndam OrUCOVa
Azərbaycan bölməsi üzrə 1
A
sinfi
- Bizim sevimli müəllimimiz Güləndam müəllimə - mən çalışıram ki,
şagirdlər nəzəriyyəni təcrübə ilə əlaqələndirməyi bacarsınlar. Onlar
dünyaya,həyata öz baxışları ilə baxıb qiymətləndirməyi bacarsınlar.
Özlərinə güvənməyi bacarsınlar. Bizdə “müəllim–şagird–dərslik” mo -
delinə kompyuterin də əlavə edilməsi şagirdin dərsə marağını və istəyini
artırır.
İnqa SMOTrOVa
rus bölməsi üzrə 2
B
sinfi
-Mən həmişə bu pedaqoji fikrə istinad edirəm: “Şagirdin qəlbi tarın
sarı simi kimidir. Onu tapıb, ona toxunmağı bacarmaq lazımdır”. Kuriku-
lum sistemi imkan verir ki, bizdə şagirdlər təlimin əsas iştirakçısı kimi
çıxış etsinlər.
B и Z и M M Ц Я L L и M L Я R и M и Z
Мяктяб
гязети
MART, 2015, № 1 (02).
3
n
Şagirdlərimizin bilik və dün -
yagörünüşünü
yoxlamaq,
on ların meyil və maraq la rı -
nın istiqamətlərini müəy yən -
ləşdirmək məqsədilə tez-tez
onlar arasında müxtəlif sa -
hələr üzrə sorğular keçiririk.
həmin sorğuların nəticə -
sində biz öz şagirdlərimizi
daha yaxşı tanıyır, onlara
müstəqil fikir söyləmək im -
kanı yaradırıq.
Bu dəfəki sorğumuz teatr
mövzusu oldu. Tanınmış dra-
maturqumuz İlyas Əfəndiyev
deyərdi: “Teatr həmişə mənəvi
yüksəliş aynası olmuşdur”. Məlum-
dur ki, günümüzdə kompüter
texnologiyasının inkişafı şagirdlərə
daha çox və geniş informasiya
əldə etmək imkanı yaradır. Lakin
bizim məqsədimiz onlarda milli-
mənəvi hissləri daha da dərin-
ləşdirmək, onları həyatın və
za manın sınaqlarına hazırla-
maqdır.
Beləliklə 1-ci və 2-ci sinif şa-
girdlərindən soruşanda ki, siz teatr
haqqında nə bilirsiniz? Onlar çox
sərbəst şəkildə, öz yaş səviy -
yələrinə, dünyagörüşlərinə uyğun
maraqlı, məntiqli cavablar ver-
məyə çalışdılar. “Teatr böyük və
gözəl yerdir, orada nağıl göstərir-
lər, teatr maraqlıdır, gülməlidir,”
kimi cavablar verdilər. Müəllim on-
lardan soruşanda ki, bəs siz teatra
getmisinizmi, hansı tamaşalara
baxmısınız? Onlar cavab verdilər
ki, “Tıq-tıq xanım”, “Göyçək Fat -
ma”, “Cırtdan” tamaşalarını seyr
ediblər.
3-cü və 4-cü siniflərə eyni
sualı ünvanladıqda isə nisbətən
daha dolğun cavablar aldıq. Şa-
girdlər səhnə dekorasiyasından
tutmuş, aktyor və aktrisaların
geyim tərzi haqqında fikir bil -
dirdilər. 3
B
sinif şagirdləri Amin,
Fidan teatrın növlərini sadaladılar,
teatrın romantik, fantastik, sər -
güzəştli olduğunu qeyd etdilər.
Hətta valideynləri ilə teatra ge -
dərkən gül dəstələri aldıqlarını və
aktrisalara təqdim etdiklərini vur -
ğuladılar. Onlardan soruşanda ki,
bəs siz teatra baxıb nə nəticə
çıxarırsınız? Onlar cavab verdilər
ki, cəmiyyətdə özünü necə apar -
maq lazım olduğunu, mədəni ol-
mağı öyrənirlər.
5, 6, 7 və 8-ci siniflərdən isə
biz daha ətraflı cavablar aldıq. 6B
sinif şagirdləri cavab verdilər ki,
filmdən fərqli olaraq, teatr həyatı
daha doğru göstərir. Şagirdlərdən
Nazim “teatr cəmiyyəti xarakterizə
edir”, Elmar “biz teatrda gülürük,
ağlayırıq, nəticə çıxarırıq”, Riad
“insanlar teatrda özlərini tapırlar”
kimi maraqlı cavablar verdilər.
Ümumi şagirdlərin fikirləri isə belə
oldu ki, teatr kollektiv işdir, teatrda
istedad lazımdır. Biz teatra ba -
xanda cəmiyyətin mənfi və müsbət
tərəflərini görür, nəticə çıxarırıq.
9, 10 və 11-ci siniflər isə teatrı
bir həyat məktəbi, ibrət dərsi alı-
nan yer,keçmiş və bugün arasında
bir körpü kimi xarakterizə etdilər.
Teatr haqqında nə bilirsiniz?
Rusiya şəhərlərinə qiyabi səyahət: OMSK
n
Martın 4-də liseyində “rusiya şəhərlərinə qiyabi səyahət” layi-
həsi çərçivəsində Omsk şəhərinə həsr olunmuş tədbir keçir-
ilib.
Tədbirə başlamazdan
əvvəl liseyin foyesində
Omska həsr olunmuş şa-
girdlərin yaradıcı əl işləri,
Omsk haqqında albomlar,
referatlar, inşa yazıları
sərgilənib. Omsk şəhəri -
nin tarixi, tarixi-mədəni
abidələri, görkəmli adam -
ları, şəhər adət-ənənələri,
milli geyimləri, milli mət-
bəxi, folkloru, rəqsləri təd-
birdə öz əksini tapıb.
Tədbirdə Rusiya Mədəniyyət və İnformasiya Mərkəzindən və
Rusiyanın Azərbaycandakı səfirliyindən nümayəndələr, valideynlər,
məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Beynəlmiləl təhsil ocağı
n
“Evrika” liseyi şagirdlərin yetkin bir fərd, şəxsiyyət olaraq
yetişmələrinin ancaq təhsillə təmin edilə biləcəyinə inanır.
Bizim liseyimiz beynəlmiləl təhsil ocağıdır. Burada azərbaycanlılarla
yanaşı digər millətlərin övladları da təhsil alır. Onların hərtərəfli təhsil alması
üçün hər şərait yaradılıb.
Liseyimizdə xarici dillərdən rus dili, ingilis dili, fransız dili, alman dili bu
sahədə ixtisaslaşmış müəllimlər tərəfindən tədris olunur, bu da bizə imkan
verir ki, liseyimizdə digər millətlərin nümayəndəsi də təhsil alsın.
Qəzetimizin budəfəki sayında həmin şagirdlərimizdən bir neçəsinin də
şəklini verməyi özümüzə borc bildik. Şagirdlərimiz bizim uğurlu gələcəy-
imizdir.Onların hər birinə müvəffəqiyyətlər arzulayırıq.
TElEFONlarıMıZ:
012-464-84-88
055-208-95-03
ÜNVaNıMıZ:
Bakı şəhəri,
Nərimanov rayonu,
Əhməd rəcəbli küçəsi, 1/6.
ElEKTrON POÇTUMUZ:
info@evrikaliseyi.az
wEB ÜNVaNıMıZ:
http://evrikaliseyi.az/
İşçi heyəti:
Eylazova Tünzalə
-
03.03.1978
Nəsibova alimə
-
10.03.1973
İsmayılzadə aysel
-
10.03.1993
Məmmədov rafiq
-
11.03.1960
abbasova Əminə
-
16.03.1958
Qəhrəmanova xəyalə
-
18.03.1977
Səlimova Sevinc
- 18.03.1973
rzayeva Samirə
- 19.03.1987
Məmmədova həqiqə
-
20.03.1946
rüstəmli Sübhan
-
21.03.1969
rəhimli Nərgiz
- 30.03.1988
Şagirdlər:
1c - Yusubova Nuranə
-
02.03.2008
2c - Şahbazlı Nihad
-
03.03.2007
4a - Məmmədov Tamerlan
-
04.03.2005
4a - Əsgərli leyla
-
12.03.2005
1d - rzayev hüseyn
-
13.03.2008
1b - Əlizadə ayxan
-
14.03.2008
7a - Musayev Ülvi
-
18.03.2002
7b - İbrahimli Kamil
-
18.03.2002
1d - Əhədzadə Gülgün
-
19.03.2008
5b - Əfəndiyev Nicat
-
27.03.2004
4b - Əhmədzadə Nəzrin
-
29.03.2005
1b - adıgözəlli Fariz
-
29.03.2008
9a - Əsgərli Nihal
-
31.03.2000
10 a - Quliyev Səmərxan
-
31.03.1999
aD GÜNÜNÜZ MÜBarƏK!
2015/2016-cı tədris ili üçün
“EVrıKa” lıSEYıNƏ SƏNƏD QƏBUlU
1 aprel 2015-ci il tarixdən 30 aprel 2015-ci il tarixinədək
davam edəcək.
Müsabiqə hər iki bölmə (Azərbaycan və rus bölmələri) və
I-X siniflər üzrə keçiriləcək.
ıı-x siniflər üzrə imtahan
17 may 2015-ci il tarixdə saat 11.00-da
ı siniflər üzrə müsabiqə
24 may 2015-ci il tarixdə saat 11.00-da keçiriləcək.
lazım olan sənədlər:
I siniflər üçün:
3x4 şəkil, doğum haqqında şəhadətnamənin surəti,
sağlamlıq haqqında arayış
II-X siniflər üçün:
3x4 şəkil, doğum haqqında şəhadətnamənin surəti
İmtahan aşağıdakı fənlər üzrə keçiriləcək:
II,III,IV siniflər üzrə:
Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi
V,VI,VII,VIII,IX,X siniflər üzrə:
Azərbaycan dili, Riyaziyyat, Azərbaycan tarixi,
İngilis dili
İmtahan “Evrika” liseyinin binasında keçiriləcək.
İmtahan binasında saat 10.00-da olmalı.
İmtahan 1 saat 30 dəq davam edəcək.
Qeyd:
II tur 18 avqust 2015-ci il tarixdən
3 sentyabr 2015-ci il tarixədək keçiriləcək.
E L A N
Buraxılışa məsul: Sübhan rüstəmli
Mətnlərin müəllifi: Vəfa abdullayeva
Мяктяб
гязети
MART, 2015, № 1 (02).
4
BİZİM SOrĞU
lİSEY ŞaGİrDlƏrİNİN h.CaVİDİN “ŞEYx SƏNaN” PYESİNDƏN haZırlaDıQları SƏhNƏ.
Gültəkin aydan Yıldırım Kasenov Daur
leyla atəş Fərhad
xədicə Taşoğlu
Şagirdlərimiz
rəsm müsabiqəsində
uğur qazanıblar
n
Bu günlərdə Nəsimi rayon
İcra hakimiyyətinin təşəb-
büsü, azər baycan respub-
likasının Gənclər və İdman
Nazirliyinin təşkilatı dəstəyi
ilə "Sağlam, narkotiksiz
həyat seç!" möv zusuna
dair rəsm müsabiqəsi keçir-
ilib.
Müsabiqədə liseyimizi 7
b
sinif
şagirdi Ləman Əfəndiyeva və 8
a
sinif şagirdi Həsən Feyzullayev
də iştirak ediblər. Onların "Narko-
maniyaya yox deyək!" mövzu -
sunda çəkdikləri rəsmlər “Yaxşı
ideyaya görə” nominasiyasında
sertifikata layiq görülüb.
Şagirdlərimizi təbrik edir, on-
lara təhsildə və yaradıcılıqda
uğurlar arzulayırıq!
Dostları ilə paylaş: |