Ümummilli lider Heydər Əliyev –
90
431
Tarix və onun problemləri, № 2 2013
CƏMIL QULIYEV
Lənkəran Dövlət Universiteti
E-mail: cemil.quliyev.1983@mail.ru
AZƏRBAYCANLI ƏHALIYƏ QARŞI HƏYATA KEÇIRILƏN
SIYASI BƏRABƏRSIZLIYIN QAFQAZ ARXEOQRAFIYA KOMISSIYASININ
AKTLARINDA ƏKS OLUNMASI
Açar sözlər: Siyasi bərabərzislik, vəziyyət, Qafqaz, Arxeoqrafiya, Komissiya, Aktlar
Ключевые слова: Политического неравенства, положении, Акты, Кавказ,
Археография, Комиссии
Key words: Political inequality, regard, Document, Caucasus, Archeografial, Commission
Şimali Azərbaycanın Rusiya tərəfindən istila edilməsinin gedişində yeni inzibati siste-
mi yaradılmağa başladı. Rus qoşunlarına müqavimət göstərən xanlar hakimiyyətdən məhrum
edilir, xanlıqlar isə başda komendant olmaqla dairə və əyalətlərə çevrilirdilər. Komendantlar
Qafqazdakı rus ordusunun baş komandanı tərəfindən mayor və daha yüksək rütbəli rus zabitlə-
rindən təyin olunurdu. Məsələn: Gəncə xanlığı hərbi cəhətdən tabe edilən kimi ləğv edildi və
onun yerində başında rus zabiti dayanan hərbi dairə yaradıldı. Bakıda da elə belə olmuşdu.
Bəzi hallarda komendant idarə sistemi tətbiq edilməzdən əvvəl qısa müddətə keçid sistemi
yaradıldı. Quba xanlığı 1806–cı ildə işğal edildikdən sonra rus hərbi dairələrinin nəzarəti altın-
da yerli bəylərdən – naiblərdən təşkil olunmuş müvəqqəti orqan tərəfindən idarə olunan əyalə-
tə çevrildi. Yalnız 1810–cu ildə hakimiyyət komendanta verildi. Ölkənin yerdə qalan hissəsin-
də – Qarabağ, Şəki, Şirvan və Lənkəran xanlıqlarında işğalın birinci mərhələsində əvvəlki sis-
temi və idarə aparatı saxlanılmışdı. Bu xanlıqlar Rusiyaya ikitərəfli (dövlətlərarası) müqavilə
əsasında, silahlı qüvvə tətbiq edilmədən ilhaq edilmişdi. Məhz buna görə də onlar özlərinin
siyasi statusları ilə fərqlənirdilər. Adları çəkilən xanlıqlar Rusiya imperiyası sistemində asılı
dövlət qurumları vəziyyətində idilər. Xanların daxili idarəçilikdə hüquqları əvvəlki həcmdə
saxlanılsa da, onların səlahiyyət və hakimiyyətləri xeyli dəyişikliyə məruz qalmaqla məhdud-
laşdırıldı. Belə ki, xanlıqların ərazisində rus hərbi qüvvələri yerləşdirilir, hakim vassaların öz-
ləri isə çar generalları siyahısına daxil edilir və Qafqazdakı hərbi məsələlər üzrə baş koman-
danın tapşırıqlarını yerinə yetirirdilər. Bununla belə, 20–ci illərə yaxın çarizm öz vassalarının
xidmətindən imtina etməyi lazım bildi və bütün xanlıqlar ləğv edildi. Şəki xanlığında 1819–cu
ildə, Şirvan xanlığında 1820–ci ildə, Qarabağ xanlığında 1822–ci ildə, Lənkəran xanlığında
1826-cı ildə köhnə idarəçilik ləğv edilərək, komendantlıqlarla əvəz edildi. Aparılan tədqiqat-
lardan məlum olur ki, Qafqazın ali baş komandanı təyin edilməsi ilə İ.V.Qudoviçə Şimali
Azərbaycan ərazisində “yarımçıq qalmış ərazi məsələlərini” həll etmək tapşırığı verilmişdir.
Əsas hədəf isə İrəvan və Naxçıvan xanlıqlarının zəbt edilməsi və Rusiya imperiyasına qatıl-
ması idi. [1; 627, 1258]
Məlum olduğu kimi iki cəbhədə müharibə aparmağın çətinliyini nəzərə çar hökuməti
danışıqlar aparmaq üçün kapitan Stepanovu İrana göndərmişdir. Cənubi Qafqazı güzəştə get-
mək istəməyən İran tərəfi isə kapitan Stepanovun sülh təkliflərini qəbul etməmişdir. (Qeyd:
Bu təkliflərdə iki ölkə arasında sərhəd xəttinin İrəvan xanlığı da daxil olmaqla Kür və Araz
çaylarından keçməsi nəzərdə tutulurdu–C.Ə.) Rus qoşunları bundan bir bəhanə kimi istifadə
edərək 1808-ci ilin baharında İrəvan istiqamətində yenidən hücuma keçdilər. Irəvanı ələ keçir-
432 Ümummilli lider Heydər Əliyev –
90
Tarix və onun problemləri, № 2 2013
mək üçün uzun müddət hazırlıq görmüş rus qoşunları İrəvan, Qars və Axalsix tərəfdən İran və
Türkiyə qoşunlarının gözlənilməz hücumlarının qarşısını almaq üçün Pəmbəkdəki Qarakilsə,
habelə Dərəbaş, Hamamlı, Qacarabad, Gümrü kimi yerlərdə istehkamlar inşa etmişdilər. 1808-
ci ilin sentyabrında Qudoviç Pəmbəkdən 6 minlik qoşun və 12 topla İrəvan istiqamətində
hərəkət etdi. N.F.Dubrovinin məlumatında isə rus qoşunlarının tərkibi 240 zabit və 7506 süva-
ri əsgərdən ibarət olduğu qeyd edilmişdir. Tarixi ədəbiyyatda 500 nəfərdən çox erməni süvari-
sinin işğalçı orduya qoşulduğu, “akt”larda isə ermənilərin Rusiya hakim dairələrinə müxtəlif
məzmunlu məktublar göndərdiyi, onları özlərinin “xilaskarı” hesab etdiyi, rus qoşunlarının
İrəvanın işğalına şirnikləndirdiyi və səbirsizliklə yolunu gözlədikləri əksini tapmışdır. Belə-
liklə, bir daha məlum olur ki, Azərbaycan torpaqlarında həyata keçirilən işğallarda təcavüzkar
rus orduları və mənfur ermənilərin öz maraqları var idi. Əgər Rusiya Türkiyə və İran sərhədin-
də özü üçün möhkəm sədd yaratmaq istəyirdisə, ermənilər isə “yolunu səbirsizliklə gözlədik-
ləri rus qoşunlarının himayəsi” sayəsində dövlət sahibi olacaqlarına can atırdılar. [2; 122, 172]
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarıdan məlum olur ki, Rusiya dövlətinin İrə-
van xanlığını işğal etmək niyyətindən əl çəkməyəcəyini bilən Hüseynqulu xan Qacar hakimiy-
yətə gələn kimi dərhal müdafiə tədbirlərinə 1806–cı ilin dekabrında Zəngi çayından başlaya-
raq İrəvan qalasının ətrafındakı xəndəyi daha da dərinləşdirmiş, qalanı müdafiə edən qoşunla-
rın sayını artırmağa başlamışdır. Mənbələrdən o da məlum olur ki, rus qoşunlarının İrəvana
hücuma ərəfəsində xan artıq İrəvan qalasını fransız mühəndislərinin köməyi ilə Avropa üslu-
bunda yenidən möhkəmləndirdi. Irəvanın qalın qala divarlarının çöl tərəfində səngərlər qazıldı
və bu səngərlərə toplar düzüldü. Döyüşlərdə füqas adlı xüsusi bombalardan istifadə olunurdu.
Qudoviçin mərkəzə göndərdiyi məktublarından məlum olur ki, fransız mühəndisləri Üçkilsə
monastrını da möhkəmləndirməklə məşğul olurdular. Hətta, fransızlar Qudoviçdən İrəvan di-
yarından çıxmasını tələb edirlər. O yazır: “... Mən qoşunlarımla Pəmbək istiqamətində hərəkət
edərək İrəvan sərhədlərinə yaxınlaşmazdan əvvəl fransızlar öz mühəndis və zabitlərini...İrəvan
qalası və Üçkilsə monastrını möhkəmləndirmək üçün göndərmişlər.” Digər bir məktubunda
isə Qudoviç bildirir ki, “fransızlar məndən İrəvan vilayətini tərk etməyi tələb edirlər, halbuki
bu yerlərə mən silah gücü ilə sahib olmuşam.” Yeri gəlmişkən qeyd edək ki, 1807–ci ilin
mayın 4-də Fransa və İran arasında bağlanmış müqavilənin şərtlərinə əsasən Fransa İranın əra-
zisini qorumağı, Gürcüstanın İrana tabe olmasına nail olmağı, habelə Gürcüstanı ruslardan
“təmizləməyi” öhdəsinə götürür, həmçinin İranı silahla təmin etməyə və qoşunu yenidən qur-
mağa söz verirdi. Aktlardan məlum olur ki, İrəvan qalası Avropa hərbi qaydaları üzrə möh-
kəmlənmiş, iki divarı, xəndəyi və torpaqdan düzəldilmiş səddə malik idi. Təpənin üstünə əv-
vəllər burada yerli hərbiçilər tərəfindən tətbiq edilməyən Kirteçlə işləyən toplar qoyulmuşdur.
İrəvanlılar fuqas bombalarından istifadə edirdilər ki, bu da fransız mühəndislərinin fəaliy-
yətinin bəhrəsidir. [3; 126]
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından məlum olur ki, Hüseynqulu xanın İrə-
van ətrafında möhkəm müdafiə tədbirlərinə baxmayaraq 1808-ci ilin sentyabrın 30-da ermənilərin
yardımı ilə Üçkilsə rus qoşunları tərəfindən işğal edildi. Artıq oktyabrın 3-də Qudoviçin koman-
danlıq etdiyi rus qoşunları Zəngi çayını keçərək İrəvan qalasını mühasirəyə aldı. Qudoviç şəhər
əhalisindən və İrəvan qalasının komendantı Həsən xandan təslim olmağı tələb etdi. Qraf Qudoviç
əvvəlcə oktyabrın 4-də İrəvan əhalisinə məktubla müraciət edərək onları könüllü şəkildə təslim
olmağa çağırdı, özlərinin və əmlaklarının toxunulmazlığına söz verdi. Məktubda daha sonra deyi-
lirdi: “...İrəvanın əvvəlki müvəffəqiyyətsiz mühasirəsindən (1804-cü il - C.Ə.) nümunə götürmə-
yin, onda vəziyyət tamamilə başqa idi, indi başqadır. ... tabeliyimdəki qoşunla nəinki İrəvan qala-
Ümummilli lider Heydər Əliyev –
90
433
Tarix və onun problemləri, № 2 2013
sını məhv edərəm, hətta İranı belə keçərəm.” Göründüyü kimi, çar generalı lovğalanaraq irəvanlı-
ları təslim olmağa çağırırdı.[4; 330, 340, 385]
İlk döyüşdə rus qoşunlarına məğlub olan Hüseynqulu xan da öz növbəsində bir sıra təd-
birlərə əl atdı. Tarixi ədəbiyyatdan məlum olur ki, xanın əsas məqsədi rus qoşunlarına kənar-
dan qəfil zərbələr endirməklə onları İrəvanın mühasirəsindən uzaqlaşdırmaq idi. Lakin Qudo-
viç general–mayor Portnyaginin başçılıq etdiyi hərbi hissəni Hüseynqulu xanı təqib etmək
üçün göndərərək onun planını baş tutmağa qoymadı. “Akt”lardan məlum olur ki, oktyabrın 7–
də gecə polkovnik Simonoviçin başçılıq etdiyi dəstə qalanın şimal tərəfində yerləşən Təpəba-
şını, Borşovun dəstəsi Zəngi çayını keçərək qalanın cənub-qərbindəki Mağtəpə kurqanını, ma-
yor Buxvotsovun dəstəsi isə qalanın cənub–şərqində yerləşən, ətrafı bağlarla əhatə olunmuş
Muğanlıtəpə kurqanını ələ keçirə bildi. Mənbə göstərir ki, İrəvan qalasını ələ keçirə bilməyən
Qudoviç növbəti dəfə hədələyici və şirnikləndirici məktubla qalanın komendantı Həsən xana
müraciət edir. Həmin məktubda isə Qudoviç Hüseynqulu xanı məğlub etdiyini, qala müdafiə-
çilərinə heç bir kömək gəlməyəcəyini bildirirdi. Qalanı könüllü təslim edəcəyi halda isə Həsən
xanın azad buraxılacağı, Arazı keçməyə icazə veriləcəyi, əgər qalmaq istəsə, İrəvan qalası və
şəhəri istisna olmaqla, bütün xanlığın hakimi təyin olunacağına Rusiya imperatoru adından
söz verilmişdi. Tarixi ədəbiyyatda isə qeyd olunur ki, Həsən xanın oktyabrın 21–də general
Qudoviçə göndərdiyi cavab məktubunda qalanı heç bir zaman təslim etməyəcəyini bildir-
mişdi. Məlumatlar da təsdiqləyir ki, işğalçı qoşunlar ciddi dirənişlə qarşılaşmışdılar. [5, 81]
İrəvanlıların inadkarlığı qarşısında qalan Qudoviç İrəvan qalasının komendantı Həsən
xanla yenidən danışıqlara başladı və ona şirnikləndirici məktubla müraciət etdi. Əvvəlki mək-
tublardan heç nə ilə fərqlənməyən bu məktubda da dəfələrlə “möhtərəm komendant” ifadə-
sinin işlədilməsi taktiki bir gediş hesab olunmalıdır. Qudoviçin təslim olmaq tələblərinə cavab
olaraq, qala komendantı çar zabitinə yazırdı: “Nə olursa-olsun biz sizinlə nəinki qalanın
içində, eləcə də açıq düzdə vuruşmağa hazırıq. Məlumunuz olsun ki, qala qarnizonu bu barədə
artıq öz qərarını verib.” Yeri gəlmişkən, İrəvan xanının qardaşı Həsən xanın qəhrəmanlığını,
hətta, erməni müəlliflərinin özləri də etiraf edirlər. Baş komandanın qalanı təslim etmək
tələbinə cavab olaraq Həsən xan yazırdı: “... Tələb edirsiniz ki, İrəvan qalasını könüllü təslim
edim, əvəzində isə İrəvan xanlığını mənə verəcəksiniz. Əgər bu cür əməl yaxşıdırsa, onda siz
İran hokmdarına qulluq edin ki, əvəzində İrəvan, Təbriz və başqa xanlıqları alasınız.” Təbii ki,
bu hal rus qoşunlarını razı sala bilməzdi. Digər tərəfdən mühasirənin uzanması, soyuqların
düşməsi və ərzaq çatışmazlığı rus qoşunlarının vəziyyətini getdikcə çətinləşdirirdi. Irəvan
qalasına hücum planlaşdırılırdı. [6; 639]
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından məlum olur ki, İrəvan qalasına hü-
cum 1808-ci ilin noyabrın 17-si səhər saat 5-ə təyin edilmişdi. Qalaya hücum edən rus qoşun-
larının sayı 4645 nəfər idi. Rusiya imperiyasının Xəzərsahili vilayətlərə yürüşünə dair dəyərli
məlumat verən P.Q.Butkovun tədqiqatlarından məlum olur ki, hücum başlanan kimi
irəvanlılar top atəşləri ilə rusları geri oturtdular. Rus qoşunlarının hazırladığı nərdivanlar
qalaya daxil olmağa kifayət etmədi. Nəhayət, 1000 nəfərə yaxın itki verən rus qoşunları hücu-
mu dayandırmağa məcbur oldu. “Akt”larda dərc edilmiş məlumatda isə rus qoşunlarından 17
zabit, 269 əsgərin məhv edildiyi, 64 zabit və 829 əsgərin yaralandığı qeyd olunur. Bəhs olunan
mənbə daha sonra yazır ki, şəhərə daxil ola bilməyəcəyinə əmin olan Qudoviç noyabrın 30–da
səhər tezdən İrəvanın mühasirəsindən əl çəkərək rus qoşununa Tiflisə qayıtmaq haqqında əmr
verir. Dekabrın 1-də Naxçıvanda möhkəmlənən rus qoşunları da oranı tərk etməli oldu.
N.F.Dubrovinin məlumatları da irəvanlıların bu döyüşdə rus qoşunları üzərində parlaq qələbə
çaldıqlarını təsdiq edir. Onun yazdığına görə, rus ordusunun alayları elə vəziyyətə düşdü ki,
434 Ümummilli lider Heydər Əliyev –
90
Tarix və onun problemləri, № 2 2013
təkrar hücum haqqında düşünməyə belə dəyməzdi. Məlumatlardan da göründüyü kimi, çar
generalı Qudoviç İrəvan ətrafında rüsvayçı şəkildə məğlub olaraq geri çəkildi. Və bu, bir daha
vətənin yağı tapdağına düşməsinə imkan verməyən xalqın azərbaycanlıların, irəvanlıların fə-
dakarlığını ortalığa qoydu. İrəvan ətrafında məğlubiyyətə uğramış rus qoşunlarının itkisinin
Qudoviçin çara göndərdiyi raportunda az göstərilməsi də diqqət çəkən məqamlardadır. Bu
məlumatda guya Rusiya tərəfindən 17 zabit və 269 əsgərin öldürüldüyü, 64 zabit və 829 əs-
gərin isə yaralandığı göstərilirdi. [7; 523, 526]
Mənbələrdən məlum olur ki, İrəvanı ələ keçirmək ümidindən əli üzülən Qudoviç Nax-
çıvandan geri çəkilən Nebolsinə rus qoşunları ilə getmək istəyənləri (Azərbaycana xəyanət
etmiş ermənilər nəzərdə tutulur - C.Ə.) Qarabağa aparmağı tapşırdı. Beləliklə məlumatlar da
təsdiqləyir ki, rus qoşunlarının uğurlarında ermənilərin də payı az olmamışdır. Belə ki, ermənilər
casusluqla məşğul olmaqla özləri üçün “lazımi zamanın” yetişəcəyinə ümid edirdilər. [8; 76]
Tədqiqatlardan aydın olur ki, Rusiyanın Cənubi Qafqazdakı uğursuzluqları regionda in-
gilislərin fəallaşmasına səbəb oldu. Rusiya imperiyasının əleyhinə kampaniyaya başlamaq is-
təyən ingilislər İranın xarici siyasətində mühüm ro oynamağa başladılar. Bu məqsədlə ingilis
hərbi mütəxəssislərinin bir dəstəsi Türkiyə ərazisindən İrəvana gəldi. Onların təkidi ilə İrəvan
xanı Hüseynqulu xan 20 minlik qoşunla Türkiyə ərazisindən Gürcüstana hücum etdi. Lakin o,
bu yürüşdə uğurlu nəticə əldə edə bilmədi. Təxmini hesablamalara görə, ermənilərin köçürül-
məsi İrana, əsasən Cənubi Azərbaycana 32 milyon manat ziyan vurmuş, bunun bütün ağırlığı
yerli əhalinin üzərinə düşmüş, vəziyyəti kəskin şəkildə pisləşmişdi. Köçürülmə Şimali Azər-
baycanda da azərbaycanlıların ən məhsuldar torpaqlarının əllərindən çıxması ilə nəticələn-
mişdi. Köçürmənin xərcləri də, demək olar ki, Cənubi Azərbaycan hesabına həyata keçirilmiş-
di. Beləliklə, çarizmin erməniləri İrandan Şimali Azərbaycanın qərb bölgələrinə və Qarabağa
köçürməsi siyasəti azərbaycanlıların öz ata-baba torpaqlarından sıxışdırıb çıxarmaq məqsədi
güdürdü və “erməni dövləti”nin yaradılmasına hazırlıq idi. Tarixi hadisələrin sonrakı gedişatı
bir daha sübut etdi ki, İran erməniləri Şimali Azərbaycana xüsusi məqsədlə onlara burada
“yeni vətən” yaratmaq məqsədilə köçürülmüşdü. [9; 244–245, 453]
Dövrün mənbələrindən əldə olunan məlumatlara görə, İran hakim dairələri kimi Türki-
yə hökuməti də onun ərazisində səpələnmiş halda yaşayan ermənilərin ruslar tərəfindən köçü-
rülüb sərhəd boyunca ərazilərdə yığcam şəkildə yerləşdirilməsindən narahat idi. Ona görə də
Osmanlı hökuməti bu köçürmənin qarşısını almaq məqsədilə Rusiya işğalları zamanı erməni-
lərin Türkiyədə etdiyi xəyanəti, törətdikləri vəhşilikləri bağışlamaq barədə qərar verdi və fev-
ralın 17-də yerlərdəki ermənilərə “əfvnamə”lər göndərdi. Türkiyə tərəfi, eyni zamanda, ermə-
nilərin köçürülməsinin qarşısını almaq məqsədilə işğala məruz qalan, lakin Ədirnə müqavi-
ləsinin şərtlərinə əsasən Rusiya tərəfindən boşaldılmalı olan Ərzurum, Qars, Bəyazid, Ələş-
gird və s. bölgələrə öz nümayəndələrini göndərdi. “Akt”lardan əldə olunan məlumatlara görə,
Türkiyədən köçürülən ermənilər Axıska, Pəmbək–Şorəyəl və “Erməni vilayəti”ndə yerləşdi-
rildi. Daha sonra məlum olur ki, Türkiyə paşalıqlarından Rusiya hüdudlarına 14044 erməni
ailəsi köçürülmüşdür. Ərzurumdan köçürülən 7288 erməni ailəsindən 5000–i, eləcə də Ərdə-
handan 67 erməni ailəsi Axıska paşalığı ərazisində, 1050 ailə Borçalı distansiyasında və Çalqa
ətrafında, qalan 1305 ailə isə Pəmbək və Şorəyel distansiyalarında məskunlaşdırılmışdı. Qars-
dan köçürülən 2464 ailədən 2264–ü Pəmbək və Şorəyel distansiyalarında, 200–ü isə Talın ma-
halında, Bayaziddən köçürülən 4215 ailə Göyçə gölü ətrafında və Baş Abaranda məs-
kunlaşdırılmışdı. Həmin sənədə aid əlavə qeyddə göstərilir ki, tam və dəqiq hesabat təqdim
edilmədiyi üçün Türkiyədən neçə nəfərin köçürüldüyü dəqiq göstərilməmişdir. Lakin hesab-
lama komissiyasının təxmini sayına görə, Osmanlı dövləti ərazisindən 84 min nəfərdən artıq
Ümummilli lider Heydər Əliyev –
90
435
Tarix və onun problemləri, № 2 2013
erməni və yunan köçürüldüyü məlum olur. Maraqlıdır ki, digər sənəddə Türkiyə vilayətlərin-
dən erməni və yunanlardan ibarət 14 mindən çox ailə (90 min nəfərə qədər) üçün 380 min rubl
gümüş pul ayrıldığı bildirilmişdi. İ.Şopenin apardığı siyahıyaalmanın nəticələrinə görə,
ümumiyyətlə, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra “erməni vilayəti”nə
Türkiyədən 21666 nəfər erməni, 324 nəfər yezidi kürd köçürülmüşdür. Köçürülən ermənilər
əsasən keçmiş İrəvan xanlığının Qırxbulaq, Sürməli, Talın, Körpübasar, Abaran, Dərəçiçək və
Göyçə mahallarının 129 kəndində yerləşdirildi. Azərbaycanlı əhaliyə qarşı rus müstəmləkəçi-
lərinin yaratdıqları qanunsuzluq, özbaşınalıq və soyğunçuluq rejiminin nədən qaynaqlandığını
aydın şəkildə dərk etmək üçün o dövrkü rus dövlətinin hərbi-bürokratik mahiyyətini və xa-
rakterini açıb göstərmək lazım gəlir. Rus tarixçisi N.Yeroşkinin çarın gizli müşaviri Qreçin rus
dövlət maşınını bürümüş özbaşınalıq haqqında əlahəzrət imperatora 1859–cu ildə təqdim
etdiyi məruzədən gətirdiyi iqtibas bu baxımdan çox əhəmiyyət daşıyır. Müəllif yazır: “Yəni 60
milyonluq Rusiya əhalisindən 8 ağıllı nazir və 50 ədalətli qubernator tapmaq doğurdanmı
mümkün deyil?” Müəllifin əsaslandığı o dövrün mənbələrində Rusiyanın dövlət sistemi “za-
hirən parıltılı, daxilən çürük” hesab edilmişdi. Bütün bunlar göstərir ki, Azərbaycan işğaldan
sonra məhz belə bir çürük, qanunlarla deyil, fövqəladə hallarla, top və süngülərlə, özbaşınalıq
və rüşvət sistemi ilə idarə olunan bir orqanizmə daxil edilmişdi. 1829-1830-cu illərdə mərkəz-
dən Cənubi Qafqaza yoxlama aparmaq üçün göndərilmiş senatorlar qr. P.İ.Kutaysov və
Y.İ.Meçnikov yazırdılar: “...müsəlman əyalətlərində rəislərin özbaşınalığından və əhalinin
çəkdiyi əziyyətdən adam dəhşətə gəlir. Burada insan ləyaqəti tapdalanmış, hər cür ədalət unu-
dulmuş, qanun yalnız əsarət aləti olmuşdur.” [10; 478, 666]
Beləliklə, məlumatlardan da göründüyü kimi, çar hökumətinin həyata keçirdiyi bu qanlı
siyasət nəticəsində İrəvan xanlığında etnodemoqrafik vəziyyət ermənilərin xeyrinə dəyişdiril-
di, Rusiyanın əli və gücü çatan yerlərdə vəziyyətin erməni əhalisinin xeyrinə dəyişdirilməsinə
cəhd göstərildi, azərbaycanlı əhalinin doğma yurd-yuvalarından didərgin salınmasının başlan-
ğıcı qoyuldu. İşğaldan qabaq İrəvan xanlığının əhalisinin ¾-ü təşkil edən azərbaycanlıların
xüsusi çəkisi artıq 1834-1835-ci illərdə 46%-ə enmişdi. 1918-1920-ci illərdə İrəvanda daşnak-
lar tərəfindən 100 minlərlə azərbaycanlı məhv edildi və ya öz doğma yurd-yuvalarından qo-
vuldu. Belə məqsədyönlü deportasiya və genosid siyasətinin nəticəsidir ki, hal-hazırda Qərbi
Azərbaycanda bir nəfər də olsun azərbaycanlı qalmamışdır.
ƏDƏBİYYAT
1.
AKAK, T.2., Тифлис, 1868, sənəd 1258
2.
AKAK, T.5., Тифлис, 1873, sənəd 250
3.
Əliyev F., Həsənov U. İrəvan xanlığı. Bakı, Şərq–Qərb, 2007, 144 səh.
4.
İrəvan xanlıgı. Rusiya işgalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına
köçürülməsi. Bakı. Azərbaycan, 2010, 620 səh.
5.
Əliyev F., Əliyev M. Naxçıvan xanlığı. Bakı–Az.Nəşr., 1996, 106 s.
6.
Шопен И.И. Исторический памятник состаяния Армянской области в зпоху ее
присоединения к Российской империи. В Типографии Императорской Академии Наук.
Спб., 1852, 990 стр.
7.
AKAK, T.7., Тифлис, 1878, sənəd 566
8.
Azərbaycan tarixi, VII cilddə, IV cild, Bakı–Elm, 2007, 504 səh.
9.
AKAK, T.3., Тифлис, 1869, sənəd 725
10.
AKAK, T.4., Тифлис, 1870, sənəd 1112
436 Ümummilli lider Heydər Əliyev –
90
Tarix və onun problemləri, № 2 2013
ДЖAМИЛЬ КУЛИЕВ
Ленкоранский Государственный Университет
ПОЛОЖЕНИИ ПОЛИТИЧЕСКОГО НЕРАВЕНСТВА
ПО ОТНОШЕНИЮ К НАСЕЛЕНИЮ АЗЕРБАЙДЖАНА В ДОКУМЕНТАХ
КАВКАЗСКОЙ АРХЕОГРАФИЧЕСКОЙ KОМИCСИИ
В статье указывается, на состояние политического неравенства созданного со
стороны колонияльной царской Росии в начале ХIХ вв. Северном Азербайджана. На
основе авторского исследование, можно пологать, что основой политического неравен-
ства у всех народов олно начало, и очень много сходного основным занятием сельского
хозяйство является земледелие, сеяние пщеницы, ячменя, риса. Все эти данные СОБРа-
ны, на основе материалов Кавказской Археографической Комисии как первоисточник
по истории сельского хозяйство по Северному Азербайджану
JAMIL GULIYEV
Lenkaran State University
THE POLITICIAL INEQUALITY IN REGARD OF THE POPULATION
OF AZERBAIJAN IN ACCORDANS WITH THE DOCUMENTS OF
THE ARCHEOGRAFIAL COMMISSION OF CAUCASUS
Article is devoted to the situation of agriculture in the North Azerbaijan after occupying
of by czar Russia in the beginning of 19–th century. The author comes to a conclusion that the
same situation were in the agriculture in the all of khanates as a result of researching. All of
these are analyzed on the basis of the document of Archeological Commission of Caucasus
which is the first sources in the objective form
Rəyçilər: t.ü.f.d. Ə.Baxşıyev, t.e.d.A.C.İsgəndərov
Lənkəran Dövlət Universitetinin “Tarix və Fəlsəfə” kafedrasının 28.02.2013-cü il tarixli
iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №06).
Dostları ilə paylaş: |