Unibank kommersiya banki 31 dekabr 2013-CÜ İl tariXİNƏ BİTƏN İL ÜZRƏ



Yüklə 3,53 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix17.09.2018
ölçüsü3,53 Mb.
#69062
1   ...   29   30   31   32   33   34   35   36   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

67 


 

Qrupun likvidlik siyasəti aşağıdakılardan ibarətdir: 

 

 

Pul  vəsaitləri  hərəkətinin  proqnozlaşdırılması  və  müxtəlif  vaxt  çərçivələrində  likvidliyin  təmin  edilməsi 



üçün lazımi likvid aktivlərin səviyyəsinin saxlanması;  

 

Qrupun strateji məqsədlərinə uyğun maliyyə planının hazırlanması;  



 

Müxtəlif  maliyyələşdirmə  mənbələrinin  saxlanması  və  beləliklə,  Qrupun  ölkədaxili  və  xarici 

mənbələrdən borc almaq imkanlarının artırılması;  

 

Yüksək likvidli və yüksək keyfiyyətli aktivlərin saxlanması;  



 

Məhsul bazasının vaxt çərçivələrində mövcud maliyyələşdirmə mənbələrinə uyğunlaşdırılması;  

 

Yerli qanunvericilik tələblərinə uyğun olaraq likvidlik əmsallarının gündəlik monitorinqi; və 



 

Aktiv və öhdəliklər strukturunun vaxt çərçivələrinədək daimi monitorinqi. 

 

Qrupun Xəzinədarlıq Departamentinin funksiyaları aşağıdakılardır:  



 

 

Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  likvidlik  tələbləri  və  həmçinin  xarici  maliyyələşdirmə 



mənbələri ilə sazişlərdəki likvidlik ilə bağlı xüsusi şərtlərə uyğunluq; 

 

Rəhbərliyə  gündəlik  hesabatlar,  o  cümlədən  əsas  valyutalarda  (AZN,  ABŞ  dolları,  Avro)  pul 



vəsaitlərinin  hərəkəti  ilə  bağlı  proqnozların  səviyyəsi,  pul  vəsaitlərinin  mövqeləri,  maliyyə  vəziyyəti 

haqqında  konsolidasiya  edilmiş  hesabatdakı  dəyişikliklər  haqqında  rəhbərliyə  hesabatların 

hazırlanması;   

 

Likvid aktivlərin səviyyəsinə daimi nəzarət/monitorinq;  



 

Depozit və digər öhdəliklərin konsentrasiyaları üzrə monitorinq; və 

 

Gərgin  vəziyyətlərdə  likvidliyin  təmin  edilməsi  üçün  pul  vəsaitlərinin  ani  artımı  üzrə  planın  tərtib 



edilməsi. 

 

APİK,  Qrupun  likvidlik  mövqeyinin  Xəzinədarlıq  Departamenti  tərəfindən  düzgün  şəkildə  idarə  edilməsini 



təmin  edir.  Bu  fəaliyyət  üzrə  nəzarətə  görə  Risklərin  İdarə  Edilməsi  Departamenti  məsuliyyət  daşıyır. 

Likvidlik  mövqeləri  və  onların  idarə  edilməsi  ilə  bağlı  qərarlar  İcraedici  Şura  tərəfindən  qəbul  olunur. 

Maliyyələşdirmə Planları Müşahidə Şurası tərəfindən təsdiq edilir. 

 

Aşağıdakı  cədvəldə  31  dekabr  2013-cü  il  tarixinə  öhdəliklər  müqavilə  üzrə  ödəmə  müddətlərinə  görə 



təsnifləşdirilir. Cədvəldə göstərilən məbləğlər müqavilə üzrə diskont edilməmiş pul vəsaitlərini, o cümlədən 

ümumi  kredit  öhdəliklərini  və  zəmanətlərini  əks  etdirir.  Bu  cür  diskont  edilməmiş  pul  vəsaitləri  maliyyə 

vəziyyəti  haqqında  hesabatdakı  məbləğlərdən  fərqlənir,  belə  ki,  maliyyə  vəziyyəti  haqqında  hesabatdakı 

məbləğlər diskont edilmiş pul vəsaitlərinə əsaslanır.  

 

Maliyyə öhdəlikləri ilə bağlı pul vəsaitlərinin istifadəsi zərurəti yarandığı halda asanlıqla satıla bilən aktivlər 



istisna olmaqla, aşağıdakı cədvəldə müqavilə üzrə diskontlaşdırılmamış ödəniş müddətləri əsasında qeyri-

derivativ maliyyə aktivlərinin ödəniş müddətləri üzrə təhlili əks olunur. Belə maliyyə aktivləri nəzərdə tutulan 

satış müddətinə əsasən ödəniş tarixi üzrə təhlilə daxil edilir. Dəyərsizləşmiş kreditlər ümumi məbləğləri və 

nağd daxilolmaların nəzərdə tutulan müddəti əsasında təhlilə daxil edilir.   

 

Ödəniləcək məbləğ sabit olmadıqda, açıqlanan məbləğlər hesabat dövrünün sonuna mövcud olan şərtlərə 



əsasən  müəyyən  edilir.  Valyuta  ödənişləri  hesabat  dövrünün  sonunda  üstün  olan  müvafiq  məzənnədən 

istifadə etməklə çevrilir.  




UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

68 


 

31  dekabr  2013-cü  il  tarixinə  maliyyə  alətlərinin  diskontlaşdırılmamış  ödəmə  müddətlərinə  görə  təhlili 

aşağıda göstərilir: 

 

 



Tələb 

edilənədək 

və 1 aydan 

az 

  1 aydan 6 

aya qədər 

  6 aydan 

12 aya 

qədər 

  12 aydan 5 

ilə qədər 

  5 ildən 

artıq 

  Müəyyən 

edilməmiş 

 

Cəmi 

 

   



   

   


   

   


 

 

 



Aktivlər 

   


   

   


   

   


 

 

 



Pul vəsaitləri və onların 

ekvivalentləri 

63,148   

-   


-   

-   


-   

 



63,148 

ARMB-də yerləşdirilmiş məcburi 

ehtiyatlar 

15,055   

-   

-   


-   

-   


 

15,055 



Digər banklardan alınacaq 

vəsaitlər 

64   

4,397   


375   

7,290   


-   

 



12,126 

Müştərilərə verilmiş kredit və 

avanslar 

21,800   

221,310   

190,035   

247,293   

54,640   

  735,078 



Digər maliyyə aktivləri 

2,423   


-   

-   


-   

-   


 

2,423 



 

   


   

   


   

   


 

 

 



Cəmi maliyyə aktivləri

 

102,490   

225,707    190,410   

254,583   

54,640   

  827,830 

 

   


   

   


   

   


 

 

 



Öhdəliklər 

   


   

   


   

   


 

 

 



Digər banklara ödəniləcək 

vəsaitlər 

359   

-   


21,101   

-   


-   

 



21,460 

Müştəri hesabları 

102,519   

140,774   

170,848   

58,189   

-   



  472,330 



Müddətli borc öhdəlikləri 

15,176   

10,064   

29,886   

45,456   

37,310   

  137,892 



Buraxılmış borc qiymətli kağızları 

653   


1,849   

25,124   

22,011   

-   


 

49,637 



Digər maliyyə öhdəlikləri 

6,347   


-   

-   


-   

-   


 

6,347 



Subordinasiya borcları 

462   


1,119   

6,383   


12,361   

13,048   

 

33,373 



İmtiyazlı səhmlər 

1,365   


-   

-   


-   

-   


14, 000 

 

15,365 



Kreditlə bağlı öhdəliklər  

2,743   


23,542   

19,642   

26,633   

5,777   


 

78,337 



 

   


   

   


   

   


 

 

 



Maliyyə öhdəlikləri üzrə cəmi 

mümkün gələcək ödənişlər 

129,624   

177,348    272,984   

164,650   

56,135   

14,000 

  814,741 



 

   


   

   


   

   


 

 

 



Maliyyə alətlərindən yaranan 

likvidlik kəsiri 

(27,134)  

48,359   

(82,574)  

89,933   

(1,495)  

(14,000)

 

13,089 

 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə