Unibank kommersiya banki 31 dekabr 2013-CÜ İl tariXİNƏ BİTƏN İL ÜZRƏ



Yüklə 3,53 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix17.09.2018
ölçüsü3,53 Mb.
#69062
1   ...   29   30   31   32   33   34   35   36   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

72 


 

Əməliyyat riski 

 

Qrup  əməliyyat  riskinə  məruz  qalır.  Əməliyyat  riski  kredit,  bazar  və  likvidlik  risklərindən  istisna  olmaqla, 

birbaşa  və  ya  dolayısı  ilə  qeyri-adekvat  və  ya  düzgün  fəaliyyəti  olmayan  daxili  proseslərin,  işçilər  və  ya 

sistemlərin, yaxud kənar amillərin səbəb olduğu zərər riskidir. Qeyri-adekvat və ya düzgün təşkil edilməmiş 

biznes  prosesləri,  idarəetmə  nöqsanları,  texnoloji  qüsurlar,  nöqsanlara  nəzarət  strukturu,  işçilərin 

nöqsanları,  fırıldaqçılıq  və  ümumi  qəbul  edilmiş  korporativ  etika  standartlarına  riayət  edilməməsi 

müəssisəyə zərər yetirə bilər.  

 

Əməliyyat  risklərinin  idarə  edilməsində  Qrupun  məqsədi  fəaliyyətin  ümumi  effektivliyi  və  xərclərin 



səmərəliliyi ilə maliyyə itkilərindən yayınmaq və Qrupun nüfuzuna dəyə biləcək zərərin qarşısını almaqdır. 

 

Əməliyyat riski əməliyyatı aparan bölmədə yaranır və əməliyyat riskləri ilə bağlı qərarların qəbul edilməsinə 



görə  hər  bir  biznes  bölməsi  məsuliyyət  daşıyır.  Bu  məsuliyyət  dairəsinə  Qrupun  daxili  nəzarət  sistemi 

çərçivəsində  ümumi  standartların  işlənib  hazırlanması  daxildir.  Qrupun  daxili  nəzarət  sistemi  üzrə 

yanaşması aşağıdakıları əhatə edir: 

 

 



müvafiq  vəzifə  bölgüsü,  o  cümlədən  maraqların  ziddiyyətinə  yol  verilməməsi,  əməliyyatın  müstəqil 

şəkildə təsdiqlənməsi və sistemdən istifadə hüquqlarının dəqiq təsviri;  

 

əməliyyatların üzləşdirilməsi və monitorinqi tələbləri;  



 

tənzimləyici və digər hüquqi tələblərə uyğunluq;  

 

nəzarət  qaydaları,  prosedurlar  və  təlimatların  sənədləşdirilməsi  və  biznes  və  risklərin  idarə  edilməsi 



sahələri üzrə təsdiqlənməsi;  

 

effektiv  daxili  audit  funksiyası  daxil  olmaqla,  nəzarət  qaydalarına,  prosedurlara  və  təlimatlara  riayət 



edilməsinə daimi nəzarət və monitorinq;  

 

mövcud və potensial əməliyyat risklərinin davamlı şəkildə qiymətləndirilməsi;  



 

müəyyən  edilmiş  risklərlə  bağlı  qərar  qəbul  edərkən  nəzarət  qaydaları  və  prosedurlarının  davamlı 

şəkildə qiymətləndirilməsi;  

 

gözlənilməz hallar üzrə planların tərtib edilməsi;  



 

IT təhlükəsizlik məsələlərinin davamlı şəkildə qiymətləndirilməsi;   

 

əməliyyat  səhvləri  və itkiləri  haqqında məlumatın  təqdim  edilməsi  və  problemlərin  aradan  qaldırılması 



tədbirlərin təklif edilməsi;  

 

müvafiq personalın işə götürülməsi, təlim və ixtisas artırma;  



 

Qrupun autsorsinq (funksiyanın kənardan xidmət göstərənə həvalə edilməsi) siyasətinə riayət edilməsi;  

 

Etik normalar və davranış qaydaları; və  



 

risklərin azaldılması, o cümlədən sığorta ilə bağlı tədbirlərinin həyata keçirilməsi. 

 

Qrupun  əməliyyat  risklərinin  idarə  edilməsi  sisteminin  təkmilləşdirilməsi  istiqamətində  monitorinqin 



aparılması,  hesabatların  hazırlanması  və  tövsiyələrin  verilməsinə  görə  Risklərin  İdarə  Edilməsi 

Departamentinin Əməliyyat Riskləri Qrupu və Daxili Audit Departamenti məsuliyyət daşıyır.  

 

 

26.  KAPİTALIN İDARƏ EDİLMƏSİ 



 

Qrupun  kapitalının  idarə  olunmasında  məqsəd  (i)  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  (“ARMB”) 

kapitalın məbləği ilə bağlı müəyyən etdiyi tələblərə riayət edilməsini (ii) Qrupun fasiləsiz fəaliyyət göstərmək 

qabiliyyətinin və (iii) Bazel sazişinə uyğun olaraq kapitalın adekvatlığı əmsalının 8% həcmində saxlanılması 

üçün  kifayət  qədər  kapital  bazasının  saxlanılmasını  təmin  etməkdir.  ARMB-nin  müəyyən  etdiyi  kapital 

adekvatlığı  əmsallarına  riayət  edilməsinə  Bankın  Müşahidə  Şurasının  Sədri,  Audit  Komitəsinin  Sədri, Baş 

İcraçı Direktor, Baş Mühasib və Daxili Audit Departamentinin Direktoru tərəfindən baxılmış və təsdiqlənmiş 

müvafiq hesablamalardan ibarət aylıq hesabatlar vasitəsilə nəzarət edilir. Kapitalın idarə olunmasının digər 

məqsədləri hər il qiymətləndirilir. 



UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

73 


 

ARMB-nin  kapitalın  məbləği  ilə  bağlı  mövcud  tələblərinə  görə  banklar:  (a)  kapitalın  minimum  məbləğini 

50,000 min AZN (2012-ci il: 10,000 min AZN) həcmində saxlamalı; (b) kapitalın risk dərəcəsi üzrə ölçülmüş 

aktivlərə  nisbətini  (“kapitalın  adekvatlığı  əmsalı”)  minimum  12%  (2012-ci  il:  12%)  və  (c)  1-ci  dərəcəli 

kapitalın  risk  dərəcəsi  üzrə  ölçülmüş  aktivlərə  nisbətini  (“1-ci  dərəcəli  kapitalın  adekvatlığı  əmsalı”) 

minimum 6% (2012-ci il: 6%) və ya yuxarı saxlanılmasını təmin etməlidir. 

 

Rəhbərlik  hesab  edir  ki,  Qrup  31  dekabr  2013-cü  il  tarixində  tamamlanan  il  ərzində  yerli  qanunvericiliyə 



uyğun  hesablanmış  kapitalın  adekvatlığı  əmsalına  riayət  etmişdir  (2012-ci  il:  riayət  edilmişdir).  Qrup  və 

Bank eyni zamanda kredit müqavilələrində nəzərdə tutulan kapitalın minimum məbləği ilə bağlı tələblərə, o 

cümlədən  Kapitalın  Qiymətləndirilməsi  və  Kapital  Standartları  haqqında  Beynəlxalq  Konvergensiya  (aprel 

1998-ci  il tarixində  yenilənmişdir)  və  “Bazel  I”  adlanan  bazar  risklərini  əks  etdirən Kapital  haqqında  Bazel 

Sazişinə  Düzəlişdə  (noyabr  2005-ci  ildə  yenilənmişdir)  müəyyən  edilən  Bazel  sazişinin  tələbləri  əsasında 

hesablanmış  kapitalın  adekvatlığı  səviyyəsinə  riayət  etməlidirlər.  Qrupun  Bazel  Sazişi  əsasında 

hesablanmış kapital strukturu aşağıdakı cədvəldə təqdim edilir:  

 

 



31 dekabr 

2013-cü il 

 

31 dekabr  

2012-ci il 

 

 



 

 

Cəmi 1-ci dərəcəli kapital  



88,100 

 

56,596 



1-ci dərəcəli kapitalın 100%-i ilə məhdudlaşmış cəmi 2-ci dərəcəli kapital  

17,850 


 

7,661 


 

 

 

 

Çıxılsın: kapital səhmlərinə qoyulmuş investisiyalar  

(460) 

 

(460) 



 

 

 

 

Cəmi tənzimləyici kapital  

105,490 

 

63,797 

 

 



 

 

Risk dərəcəsi ilə ölçülən aktivlər: 

 

 

 

Balans hesabatı 

627,008 

 

435,600 



Balansdan kənar hesabat 

4,822 


 

5,745 


 

 

 

 

Cəmi risk dərəcəsi ilə ölçülən aktivlər 

631,830 

 

441,345 

 

 



 

 

1-ci dərəcəli kapital 

13.9% 

 

12.8% 

Cəmi kapital  

16.7% 

 

14.5% 

 

 



Qrupun  rəhbərliyi  hesab  edir  ki,  Bank  2013-cü  və  2012-ci  illər  ərzində  kapitalın  məbləği  ilə  bağlı  bütün 

kənar  qurumların tələblərinə riayət etmişdir.

 

 

27.  ŞƏRTİ ÖHDƏLİKLƏR VƏ TƏƏHHÜDLƏR  



 

Məhkəmə  prosesləri  –  Qrup  vaxtaşırı  olaraq  və  adi  fəaliyyəti  müddətində  müştərilər  və  müqavilə 

tərəflərinin  irəli  sürdüyü  iddialarla  üzləşir.  Rəhbərlik  belə  düşünür  ki,  heç  bir  yığılmamış  maddi  itkilər  baş 

verməyəcək və müvafiq olaraq bu maliyyə hesabatlarında ehtiyatlar nəzərdə tutulmamışdır. 

 

Vergitutma – Azərbaycan Respublikasının ticarət, o cümlədən vergi qanunvericiliyi bir neçə şərhə yol verə 

bilər.  Bundan  başqa,  biznes  fəaliyyəti  ilə  əlaqədar  olaraq  vergi  orqanlarının  öz  mülahizələrinə  görə  qərar 

vermələri  riski  də  mövcuddur.  Qrup  rəhbərliyinin  biznes  fəaliyyəti  ilə  əlaqədar  mülahizələrinə  əsaslanan 

müəyyən mövqe vergi orqanları tərəfindən birmənalı qarşılanmadıqda, Qrup üçün əlavə vergilər, cərimələr 

və faizlər hesablana bilər.   

 

Belə  qeyri-müəyyənlik  halları  maliyyə  alətlərinin  qiymətləndirilməsi,  dəyərsizləşmə  üzrə  zərər  üçün 



ehtiyatların  qiymətləndirilməsi  və  sövdələşmələrin  bazar  qiymətinin müəyyənləşdirilməsi ilə  bağlı  ola  bilər. 

Bundan başqa, belə qeyri-müəyyənlik vergiyə cəlb olunan mənfəətin natamam hesablanması olaraq ehtiyat 

üzrə  müvəqqəti  fərqin  qiymətləndirilməsi,  habelə  müştərilərə  verilmiş  kreditlər  və  debitor  borcları  ilə  bağlı 

dəyərsizləşmə  üzrə  zərər  üçün  ehtiyatların  geri  qaytarılması  ilə  də  bağlı  ola  bilər.  Qrup  rəhbərliyi 

ödəniləcək  vergi  məbləğlərinin  hesablandığını  düşünür  və  buna  görə  də  maliyyə  hesabatlarında  heç  bir 

ehtiyat nəzərdə tutulmamışdır.   




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə