19
«Latın əlifbasına keçmək böyük cəsarət, qətiyyət, siyasi iradə tələb edirdi. Cənab H.ƏIiyevdə bütün
bu keyfiyyətlər, habelə zəngin siyasi təcrübə, kəskin tənqid və tarixi prosesləri istiqamətləndirə bilmək
istedadı vardır. Bu, tarixi bir qərardır».
Müdrikcəsinə deyilmiş bu fikrin xüsusi şərhə ehtiyacı yoxdur.
Respublikamızda bu istiqamətdə bir oyanış baş verdi, olduqca əhəmiyyətli işlər aparılmaqdadır.
Xüsusilə təhsil sistemində, mətbuatda, idarəçilik işlərində proses uğurla aparılır. Orta təhsil ocaqlarında
möhtərəm prezidentimiz H.ƏIiyevin məlum fərmanı tam həyata keçdiyindən, lazımi dərsliklər vaxtında
çap olunduğundan şagirdlər latın qrafikalı əlifbadan sərbəst istifadə edirlər. Etiraf edirəm ki, onlar
təhsillərini universitetlərdə davam etdirərkən bir sıra obyektiv çətinliklərlə qarşılaşırlar. Həmin səbəblər
bunlardır:
1. Zəruri dərslik, dərs vəsaiti və metodik göstərişlərin çoxunun kiril əlifbasında olması;
2. Əməli istifadə üçün latın əlifbası ilə çap olunan lüğətlərin azlığı;
3. Mühazirə oxuyan, seminar və məşğələ aparan professor-müəllimlərin böyük bir qisminin yeni
əlifba ilə alışa bilməmələri. Hətta bəziləri sinif jurnallarını və şəxsi ərizələrini belə özləri yazmaqda
çətinlik çəkirlər.
[44-45]
4. Ali məktəblərin və digər müəssisələrin kitabxana və oxu zalları gündəlik qəzet və jurnallar-
la təmin olunmur.
Bütün bunlar yaxın zamanda düzələcəkdir. Bəla ondadır ki, tədbirlərdə, kollegiyalarda, semi-
narlarda, tribunalarda çox odlu-alovlu nitq söyləyən bəzi ziyalılar məlum fərmandan, onun əhə-
miyyətindən, dilimizin qədimliyindən, zəngin və gözəl olmasından danışsalar da, tribunadan düşəndən
sonra yazdığı qeydləri, avtoqrafı, məktubu və s. kiril qrafikalı əlifba ilə reallaşdırırlar.
Möhtərəm H.ƏIiyev məsələnin çətinliyini, lakin çox vacib olduğunu hər an hər birimizə xatırladır.
Onun hər bir xatırlatması bu istiqamətdə işlərin uğurla getməsinə stimul yaradır. Onun Azərbaycan
yazıçılarının X qurultayında dilimizin inkişafında əvəzsiz xidmətləri olan yazıçı, şair və alimlərə,
qonaqlara ürək yanğısı ilə dediyi bu aşağıdakı sözləri, proqram xarakterli müraciəti, müdrik el
ağsaqqalının, dövlət başçısının kəlamlarını olduğu kimi yada salmaq istəyirəm. Bu çıxışda H.ƏIiyev
dühası, müdriklüyü, Azərbaycan dilinə sonsuz məhəbbəti olduğu kimi görünür:
«Bir neçə kəlmə də dil haqqında danışmaq istəyirəm. Çünki burada dil haqqında söhbət getdi.
Görürsünüzmü, bu gün mən sizə nə qədər təriflər deyirəm. Heç bir tənqid yoxdur. Həmişə də tərif-
ləyirəm. Siz buna layiqsiniz.
Bu gün müstəqil bir dövlət kimi ən fəxr etdiyimiz bir də odur ki, bizim gözəl Azərbaycan dilimiz var.
Azərbaycan dilinin formalaşmasında, in-
[45-46]
kişaf etməsində, bugünkü səviyyəyə çatmasında
yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünasların, dilçi alimlərin böyük xidməti var. Bu gün da-
nışdığımız dil 20-ci ildə danışılan dil deyil. Elədir, yoxsa yox?
Yerdən səs: Bəli, tamamilə doğrudur.
H.ƏIiyev: Əsrin əvvəlindəki dil deyil. Amma ondan qat-qat yaxşı dildir, ondan qat-qat təmiz dildir,
ondan qat-qat mükəmməl dildir. Bu bizim ən böyük sərvətimizdir. Xalqı xalq edən, milləti millət edən ana
dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən
xalq millət ola bilməz. Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, Şərq ölkəsinin əsarəti altında olduğumuz
zaman da, sovet imperiyasının tərkibində oiduğumuz zaman da biz bu dilimizi yaşatmışıq. Nəinki
yaşatmışıq, onu inkişaf etdirmişik. Bu, xalqımızın, xüsusən bizim söz ustalarının, ədəbiyyatçıların,
mədəniyyət xadimlərinin, elm xadimlərinin ən böyük nailiyyətidir. Doğrudur, vaxt var idi ki, biz dilimizi
bugünkü kimi işlədə bilmirdik. Onun da səbəbləri məlumdur.
Yadımdadır, ilk dəfə Yazıçılar İttifaqının qurultayında mən Azərbaycan dilində nitq söyləyəndən
sonra tənəffüsə çıxdıq. Hamı gəlib məni təbrik edirdi. Ona görə mən orada birinci növbədə Azərbaycan
dilində danışdım. Dedim ki, əziz qardaşlar, axı burada elə bir şücaət yoxdur, bu bizim öz dilimizdir. Mən
bunu anladım. Çünki dövlət adamları Azərbaycan dilində danışmamışdılar.
[46-47]
Bu dil məişət dili
olmuşdur və bir də ədibyyat dili olmuşdur, amma dövlət dili olmamışdır.
Mənim nitqimi yazıçılar böyük bir hadisə kimi qəbul etdilər. Biz o illərdə çalışdıq ki, dilimiz inki-
şaf etsin. Bu sahədə çox çalışdıq. Baxmayaraq elə bir dövlətdə yaşayırdıq ki, hakim dil rus dili idi. Ancaq
biz dilmizi inkişaf etdirdik. Siz, sizin əsərləriniz, ədəbiyyat olmasaydı, şübhəsiz ki, inkişaf edə bilməzdi.
İndi bizim çox gözəl dilimiz var. Burada professor Tofiq Hacıyev çıxış edərək türk yazarlarının
qurultayından bir xatirəni yada saldı. Bilirsiniz, bu hadisə məni sevindirdi. Çünki biz dil haqqında
müzakirə apararkən professor T.Hacıyev belə mövqedə idi ki, dilimizin adı başqa cür olmalıdır. Biz isə
qəbul etdik ki, Azərbaycan dili olmalıdır. Amma onun sözləri məni ona görə sevindirdi ki, bizim
Türkiyədən gələn alimlərimiz, dostumuz dilimizin qiymətini verə bilibdir. İş onda deyil ki, bunu mən
danışıram, sən danışırsan, o birisi danışır. İş ondadır ki, dilimizin qiymətini verə bilibdir. Həqiqətən,