VilayəT ƏLİyev heydəR ƏLİyeviN



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix21.07.2018
ölçüsü0,56 Mb.
#57550
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

 

19

«Latın əlifbasına keçmək böyük cəsarət, qətiyyət, siyasi iradə tələb edirdi. Cənab H.ƏIiyevdə bütün 



bu keyfiyyətlər, habelə  zəngin siyasi təcrübə, kəskin tənqid və tarixi prosesləri istiqamətləndirə bilmək 

istedadı vardır. Bu, tarixi bir qərardır». 

Müdrikcəsinə deyilmiş bu fikrin xüsusi şərhə ehtiyacı yoxdur. 

Respublikamızda bu istiqamətdə bir oyanış baş verdi, olduqca əhəmiyyətli işlər aparılmaqdadır. 

Xüsusilə təhsil sistemində, mətbuatda, idarəçilik işlərində proses uğurla aparılır. Orta təhsil ocaqlarında 

möhtərəm prezidentimiz H.ƏIiyevin məlum fərmanı tam həyata keçdiyindən, lazımi dərsliklər vaxtında 

çap olunduğundan  şagirdlər latın qrafikalı  əlifbadan sərbəst istifadə edirlər. Etiraf edirəm ki, onlar 

təhsillərini universitetlərdə davam etdirərkən bir sıra obyektiv çətinliklərlə qarşılaşırlar. Həmin səbəblər 

bunlardır: 

1.  Zəruri dərslik, dərs vəsaiti və metodik göstərişlərin çoxunun kiril əlifbasında olması; 

2.  Əməli istifadə üçün latın əlifbası ilə çap olunan lüğətlərin azlığı; 

3.   Mühazirə oxuyan, seminar və məşğələ aparan professor-müəllimlərin böyük bir qisminin yeni 

əlifba ilə alışa bilməmələri. Hətta bəziləri sinif jurnallarını  və  şəxsi  ərizələrini belə özləri yazmaqda 

çətinlik çəkirlər. 

[44-45]


 

4. Ali məktəblərin və digər müəssisələrin kitabxana və oxu zalları gündəlik qəzet və jurnallar- 

la təmin olunmur. 

Bütün bunlar yaxın zamanda düzələcəkdir. Bəla ondadır ki, tədbirlərdə, kollegiyalarda, semi-

narlarda, tribunalarda çox odlu-alovlu nitq söyləyən bəzi ziyalılar məlum fərmandan, onun əhə-

miyyətindən, dilimizin qədimliyindən, zəngin və gözəl olmasından danışsalar da, tribunadan düşəndən 

sonra yazdığı qeydləri, avtoqrafı, məktubu və s. kiril qrafikalı əlifba ilə reallaşdırırlar. 

Möhtərəm H.ƏIiyev məsələnin çətinliyini, lakin çox vacib olduğunu hər an hər birimizə xatırladır. 

Onun hər bir xatırlatması bu istiqamətdə  işlərin uğurla getməsinə stimul yaradır. Onun Azərbaycan 

yazıçılarının X qurultayında dilimizin inkişafında  əvəzsiz xidmətləri olan yazıçı,  şair və alimlərə, 

qonaqlara ürək yanğısı ilə dediyi bu aşağıdakı sözləri, proqram xarakterli müraciəti, müdrik el 

ağsaqqalının, dövlət başçısının kəlamlarını olduğu kimi yada salmaq istəyirəm. Bu çıxışda H.ƏIiyev 

dühası, müdriklüyü, Azərbaycan dilinə sonsuz məhəbbəti olduğu kimi görünür: 

«Bir neçə  kəlmə  də dil haqqında danışmaq istəyirəm. Çünki burada dil haqqında söhbət getdi. 

Görürsünüzmü, bu gün mən sizə  nə  qədər təriflər deyirəm. Heç bir tənqid yoxdur. Həmişə  də  tərif-

ləyirəm. Siz buna layiqsiniz. 

Bu gün müstəqil bir dövlət kimi ən fəxr etdiyimiz bir də odur ki, bizim gözəl Azərbaycan dilimiz var. 

Azərbaycan dilinin formalaşmasında, in- 

[45-46]


  kişaf etməsində, bugünkü səviyyəyə çatmasında 

yazıçılarımızın,  şairlərimizin,  ədəbiyyatşünasların, dilçi alimlərin böyük xidməti var. Bu gün da-

nışdığımız dil 20-ci ildə danışılan dil deyil. Elədir, yoxsa yox? 

Yerdən səs: Bəli, tamamilə doğrudur. 

H.ƏIiyev: Əsrin əvvəlindəki dil deyil. Amma ondan qat-qat yaxşı dildir, ondan qat-qat təmiz dildir, 

ondan qat-qat mükəmməl dildir. Bu bizim ən böyük sərvətimizdir. Xalqı xalq edən, milləti millət edən ana 

dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən 

xalq millət ola bilməz. Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, Şərq ölkəsinin əsarəti altında olduğumuz 

zaman da, sovet imperiyasının tərkibində oiduğumuz zaman da biz bu dilimizi yaşatmışıq. Nəinki 

yaşatmışıq, onu inkişaf etdirmişik. Bu, xalqımızın, xüsusən bizim söz ustalarının,  ədəbiyyatçıların, 

mədəniyyət xadimlərinin, elm xadimlərinin ən böyük nailiyyətidir. Doğrudur, vaxt var idi ki, biz dilimizi 

bugünkü kimi işlədə bilmirdik. Onun da səbəbləri məlumdur. 

Yadımdadır, ilk dəfə Yazıçılar  İttifaqının qurultayında mən Azərbaycan dilində nitq söyləyəndən 

sonra tənəffüsə çıxdıq. Hamı gəlib məni təbrik edirdi. Ona görə mən orada birinci növbədə Azərbaycan 

dilində danışdım. Dedim ki, əziz qardaşlar, axı burada elə bir şücaət yoxdur, bu bizim öz dilimizdir. Mən 

bunu anladım. Çünki dövlət adamları Azərbaycan dilində danışmamışdılar. 

[46-47]


  Bu dil məişət dili 

olmuşdur və bir də ədibyyat dili olmuşdur, amma dövlət dili olmamışdır. 

Mənim nitqimi yazıçılar böyük bir hadisə kimi qəbul etdilər. Biz o illərdə çalışdıq ki, dilimiz inki-

şaf etsin. Bu sahədə çox çalışdıq. Baxmayaraq elə bir dövlətdə yaşayırdıq ki, hakim dil rus dili idi. Ancaq 

biz dilmizi inkişaf etdirdik. Siz, sizin əsərləriniz, ədəbiyyat olmasaydı, şübhəsiz ki, inkişaf edə bilməzdi. 

        İndi bizim çox gözəl dilimiz var. Burada professor Tofiq Hacıyev çıxış edərək türk yazarlarının 

qurultayından bir xatirəni yada saldı. Bilirsiniz, bu hadisə  məni sevindirdi. Çünki biz dil haqqında 

müzakirə apararkən professor T.Hacıyev belə mövqedə idi ki, dilimizin adı başqa cür olmalıdır. Biz isə 

qəbul etdik ki, Azərbaycan dili olmalıdır. Amma onun sözləri məni ona görə sevindirdi ki, bizim 

Türkiyədən gələn alimlərimiz, dostumuz dilimizin qiymətini verə bilibdir. İş onda deyil ki, bunu mən 

danışıram, sən danışırsan, o birisi danışır.  İş ondadır ki, dilimizin qiymətini verə bilibdir. Həqiqətən, 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə