VilayəT ƏLİyev heydəR ƏLİyeviN


Azərbaycan Respublikasmda Dövlət



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix21.07.2018
ölçüsü0,56 Mb.
#57550
1   ...   11   12   13   14   15   16   17   18   19

 

31

Azərbaycan Respublikasmda Dövlət 



dili haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASININ 



QANUNU 

 

Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi öz müstəqil dövlətçi-



liyinin başlıca  əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması  və inkişaf etdirilməsi qayğısına qalır, 

dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi 

üçün zəmin yaradır. 

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında 

Azərbaycan dilinin dövlət dili kimi hüququ statusunu nizamlayır. 

 

IFƏSİL 



Ümumi müddəalar 

Maddə 1. Dövlət dilinin hüquqi statusu 

 

1.1.  Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci 



maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan 

Respublikasının vətəndaşının borcudur. 

1.2. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, 

[83-84]


 

iqtisadi, elm və mədəni həyatmın bütün sahələrində işlədilir. 

1.3. Azərbaycan Respublikası dövlət dilinin işlənməsi, qorunması və inkişafını təmin edir. 

1.4. Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət 

qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar 

təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində  və filiallarında, idarələrdə dövlət 

dilinin tətbiqi ilə bağlı fəaliyyət bu qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri 

dövlət dilində aparılır. 

1.5. Dövlət dilinin tətbiqinin normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

1.6. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlara (və ya onların 

nümuyəndəlikləri ilə) və xarici dövlətlərin nümayəndəlikləri ilə yazışmalar Azərbaycan Respublikasının 

dövlət dilində və ya müvafiq xarici dilində Azərbaycan dilinə tərcümə olunmaq şərti ilə aparıla bilər.

 [84-


85]

 

 



Maddə 2. Azərbaycan Respublikasıındadövlet 

dili haqqında qanunvericillk 

 

Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik Azərbaycan Respublikasının 



Konstitusiyasından, bu qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının 

tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 

 

  Maddə 3. Dövlət dilinin işlənməsi, qorunması və 

inkişafı sahəsində dövlətin əsas vəzifələri 

 

          3.0.  Dövlət dilinin işlənməsi, qorunması  və inkişafı sahəsində dövlətin  əsas vəzifələri 



aşağıdakılardır: 

3.0.1. Azərbaycan Respublikası Kostitus-yasının və bu qanunun tələblərinə uyğun olaraq dövlət dili 

ilə bağlı hüquq qaydalarının müəyyənləşdirilməsi; 

3.0.2. Dövlət dilinin tətbiqi işinə, bu dilin işlənməsi və qorunması ilə bağlı qanunvericiliyin 

müddəalarına riayət olunmasının təmin edilməsi; 

3.0.3. Dövlət dilinin inkişaf proqramının hazırlanması  və dövlət büdcəsinin vəsaiti hesabına 

maliyələşdirilməsinin təmin edi-məsi;

 [85-86]


 

3.0.4. Dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün 

müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi; 

3.0.5. Dövlət dilinin işlənməsi üçün zəruri olan maddi bazanın yaradılması; 

3.0.6. Xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən 

sərbəst istifadə etmələrinə köməklik göstərilməsi. 


 

32

II FƏSİL DÖVLƏT DİLİNİN İŞLƏNMƏSİ, 



QORUNMASI VƏ İNKİŞAFI 

 

Maddə 4. Dövlət dilinin rəsmi mərasimlərdə 

işlənməsi 

 

4. 1.Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yeril özünüidarəetmə orqanlarının, dövlət 



qurumlarının keçirtdiyi bütün rəsmi mərasim və  tədbirlər Azərbaycan Respublikasının dövlət dilində 

aparılır. 

4.2. Bu qanunun 4.1-ci maddəsinin tələbləri Azərbaycan Respublikasının təşkil etdiyi beynəlxalq 

səviyyəli rəsmi mərasimlərə  və  tədbirlərə, habelə müvafiq icra hikimiyyəti orqanları  tərəfindən digər 

ölkələrdə keçiri- 

[86-87]


 lən hər hansı rəsmi mərasim və tədbirlərə şamil olunmur. 

 

Maddə 5. Dövlət dilinin təhsil sahəsində  



                                                                işlənməsi 

 

5.1.  Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır. 



5.2.  Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə 

müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir. 

5.3. Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə  qəbul zamanı 

Azərbaycan dili fənnindən imtahan verilməlidir. 

 

Maddə 6. Dövlət dilinin televiziya və radio 



yayımlarında işlənməsi 

 

6.1. Azərbaycan Respublikasının ərazisində təsis edilən və fəaliyyət göstərən mülkiyyət formasından 



aslı olmayaraq bütün televiziya və radio yayımları dövlət dilində aparılır. 

6.2.  Azərbaycan Respublikasının ərazisində təsis edilən və mülkiyyət formasından aslı olmayaraq 

dövlət dilində yayımlanan bütün 

[87-88]


  televiziya və radio kanallarının aparıcıları dövlət dilini 

mükəmməl bilməlidirlər və onların səlis danışıq qabiliyyəti olmalıdır. Televiziya və radio kanallarında 

dublyaj olunan filmlər və verlişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır. 

 

Maddə 7. Dövlət dilinin xidmət sahələrində



reklam və elanlarda işlənməsi 

 

7.1. Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili 



işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər 

dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və 

sair) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan 

dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəkı yazıdan sonra gəlməlidir. 

7.2.  Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət 

dili normalarına uyğun olaraq tətbiq edilməlidir. 

7.3.  Azərbaycan Respublikasının  ərazisində istehsal edilən, habelə ixrac edilən malların 

[88-89]


 

üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. 

         7.4.  Azərbaycan Respublikasına idxal edilən mal və  məhsulların üzərindəki etiketlər və adlar, 

onlardan istifadə qaydaları haqqında izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə 

tərcüməsi ilə müşayət olunmalıdır. 

 

                                               Maddə 8. Dövlət dilinin xüsusi adlarda 



                                                                 işlənilməsi 

 

Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. 



Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə 

tənzimlənir. 

 

 

 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə