VilayəT ƏLİyev heydəR ƏLİyeviN



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix21.07.2018
ölçüsü0,56 Mb.
#57550
1   ...   11   12   13   14   15   16   17   18   19

 

29

Yusif Seyidov Bakı Dövlət Universitetinin kafedra müdiri 



Adil Babayev Azərbaycan Dillər Universitetinin kafedra müdiri 

[78-79]


 

Samət Əlizadə Bakı Dövlət Universitetinin professoru 

Əzizə Cəfərzadə Bakı Dövlət Universitetinin professoru 

Elbrus Əzizov Bakı Dövlət Universitetinin professoru 

Rəhilə  Məhərrəmova  Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu-

nun aparıcı elmi işçisi 

Aydın  Ələkbərov  -  Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun 

böyük elmi işçisi 

Müseyib Məmmədov  Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu-

nun şöbə müdiri 

İsmayıl Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun 

şöbə müdiri 

Heydər Əliyev  

Azərbaycan Respublikasının prezidenti 

 

                                                 Bakı şəhəri, 04 iyul 2001-ci il.



 [79-80]  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

30

Azərbaycan əlifbası və Azərbaycan 



        dili gününün təsis edilməsi haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 



FƏRMANI 

 

Qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli 



töhfələr vermişdir. Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsilə Qobustan və 

Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr  şəklində daşların yaddaşına həkk olunaraq günümü-

zədək yaşamışdır. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən Azərbaycan xalqı müxtəlif 

əlifbalardan istifadə etmişlər. 

İslamın qəbuluna qədər olan dövrün yazıları ilə bu qiymətli xəzinənin böyük bir qismi məhv 

edilmiş, zaman keçdikcə həmin abidələrin qələmə alındığı yazı şəkilləri unudulmuş və ya ərəb qrafikasına 

keçirilmişdir. İslamın yayıldığı dövrlərdən isə xalqımız ərəb əlifbasından istifadə yolu ilə min ildən artıq 

bir zaman ərzində tariximizin ən yeni mərhələsinədək zəngin mədəni irs yaratmışdır.  Ərəb  əlifbası yüz 

illər boyu geniş  məkanda müsəlman  Şərq xalqlarının ümumi yazı sistemi kimi formalaşmışdır. Böyük 

Azərbaycan  ədibləri, alimləri, mütəfəkkirləri islam mədəniyyətinin təşəkkül tapıb inkişaf etməsində 

mühüm rol oynayaraq bəşər sivilizasiyasını  zənginləşdirmişlər. Lakin əsrlərə müxtəlif xalqların mədəni 

əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, 

onun quruluşu və xarakteri haqqında tam aydın tə- 

[80-81] 


səvvür yaratmaması XIX əsrin ikinci 

yarısından etibarən Mirzə  Fətəli Axundov başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarının  əlifba 

islahatı problemi üzərində düşünməyə vadar etmişdir. Bu, Azərbaycan xalqının həmin dövrdə yaşadığı 

tarixi  şəraitdən doğan zərurət idi. Öz qaynağını Avropadan alan yeni dövrün maarifçilik hərəkatı 

Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirmiş  və bu da yeni mədəniyyət tipinə 

uyğun müasir əlifbaya olan ehtiyacı aktuallaşdırmışdır. XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi 

və mədəni proseslərin gedişatı mövcud əlifbanı daha münasibi ilə əvəz etmək ideyasını meydana atmışdır. 

1922-ci ildə Azərbaycan hökumətinin qərarı  əsasında yeni əlifba komitəsinin yaradılması, həmin 

komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin tapşırılması yeni qrafikaya keçilməsi yolun-

da atılmış ilk ciddi addım idi. 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndi. 1926-

cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji qrultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 

1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Qısa bir müddət ərzində 

latın qrafikasının işlədilməsi Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün olduqca əlve-

rişli zəmin yaratdı. Bütün bu nailiyyətlərə baxmayaraq, həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı 

əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu. Yarım əsirdən çox bir müddət ərzində kiril 

qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Lakin kiril qrafikasının 

dilimizin səs quruluşuna uyğun gəlməməsi Azərbaycan ziyalılarını bu əlifbanın təkmilləşdirilməsi 

yolunda 


[81-82]

 mütəmadi iş aparmağa sövq etdi. Təcrübə göstərir ki, kiril qrafikasının dilimizin səs 

quruluşuna uyğunlaşdırılması yolunda nə  qədər cəhd göstərilsə  də, optimal variantın  əldə edilməsi 

mümükün deyildir, bu da onun nə vaxtsa dəyişdiriləcəyini ehtimalını gücləndirdi. 

Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının 

ümumi yazı sisteminə qoşulması üçün yeini perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasmın 

bərpasını zəruri etdi. Bu isə müvafiq qanun qəbul olunması ilə nəticələndi. 

On ilə yaxın bir müddətdə latın qrafikası Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust 

ayında bütövlükdə  təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının 

ictimai-siyasi həyatında, yazı  mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara 



alıram

1.      Hər il avqus ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan  əlifbası  və Azərbaycan dili 

günü kimi qeyd edilsin. 

2.   Bu fərman dərc edildiyi gündən qüvvəyə minsin. 

 

Heydər Əliyev  



Azərbaycan Respublikasının prezidenti 

 

                                                                    Bakı şəhəri, 09 avqust 2001-ci il.



 [82-83] 

 

 



 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə