VilayəT ƏLİyev heydəR ƏLİyeviN


Maddə 9. İnzibati ərazi bölgüsü ilə əlaqədar



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə19/19
tarix21.07.2018
ölçüsü0,56 Mb.
#57550
1   ...   11   12   13   14   15   16   17   18   19

 

33

Maddə 9. İnzibati ərazi bölgüsü ilə əlaqədar 



dövlət dilindən istifadə 

 

«Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında» Azərbaycan Respublikası Qanununa uyğun 



olaraq Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü təşkil edən inzibati ərazi vahidlərinin - şəhər, 

rayon, inzibati ərazi dairəsi, qəsəbə  və  kəndlərin adları döviət dilində yazıl- 

[89-90]

 malıdır, onların 



dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir. Bu 

maddədə göstərilən inzibati ərazi vahidlərinin adları dövlət dili ilə yanaşı, xarici dillərdə də yazıla bilər. 

Belə olan halda inzibati ərzai vahidinin adı  əvvəlcə dövlət dilində  və ondan sonra xarici dildə 

verilməlidir. 

 

Maddə 10. Coğrafi obyektlərin adlarında dövlət 

dilinin işlədilməsi 

 

10.1.   Azərbaycan Respublikasmda coğrafi obyektlərin adlarının dövlət dilinin normalarına uyğun 



olaraq yazılışı müvafiq qurum tərəfində müəyyənləşdirilir. 

10.2.  Azərbaycan coğrafi adlarının xarici dillərdə verilməsi Azərbaycan dilində  səslənməsinə, 

coğrafi adların beynəlxalq yazılış qaydalarına uyğun olaraq müəyyən edilir. 

 

Maddə 11. Dövlət dilinin hüquq-mühafizə 



                       orqanlarında, Silahlı Qüvvələrdə, 

                     notariat fəaliyyətində, məhkəmə 

                icraatında və inzibati xətalar 

       üzrə icraatda işlənməsi  

 

11.1.  Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında Azərbaycan Respublika-



[90-91]

 

sının dövlət dili işlənir. Dövlət dilini bilməyən  şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada 



tərcüməçidən istifadə edə bilərlər. 

11.2. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, sərhəd qoşunlarında və daxili qoşunlarda 

qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, dövlət dili işlənir. 

11.3. Azərbaycan Respublikasının notariat fəaliyyəti üzrə kargüzarlıq dövlət dilində aparılır. 

"Notariat haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq notariat hərəkətlərinin 

aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə və ya notariat hərəkətinin hər hansı başqa bir 

dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində  tərəfindən rəsmiləşdirilən sənədlərin mətn-

lərini arzu edilən dildə tərtib edə bilər və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilə bilər. 

11.4.  Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı dövlət dilində aparılır. 

Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada 

məhkəmələrdə cinayət mühakimə icraatı digər diilərdə aparıla bilər. 

11.5.  Azərbaycan Respublikası  məhkəmələrində mülki işlər və iqtisadi mübahisələr üzrə 

[91-92]

 

məhkəmə icraatı dövlət dilində aparılır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsi ilə 



müəyyən edilmiş hallarda və qaydada bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər.  

11.6. Azərbaycan Respublikasında inzibati xətalər üzrə icraat dövlət dilində aparılır. Azərbaycan 

Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati xətalar üzrə 

icraat digər dillərdə aparıla bilər. 

Maddə 12. Dövlət dilinin beynəlxalq 

yazışmalarda işlənməsi 

 

12.1. Azərbaycan Respublikasının beynəlxalq yazışmaları dövlət dilində aparılır. Belə yazışmalar 



zəruri hallarda dövlət dili ilə yanaşı, müvafiq xarici dillərdən birində də aparıla bilər. 

12.2. Azərbaycan Respublikasının ikitərəfli beynəlxalq müqavilələri dövlət dilində  də, çoxtərəfli 

beynəlxalq müqavilələr isə müqavilə bağlayan tərəflərin razılığı ilə müəyyən edilən dildə (dillərdə) tərtib 

olunmalıdır. 

12.3.  Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr (sazişlər və s.) və 



qoşulduğu beynəlxalq konvensiyalar- 

[92-93]


 (protokollar və s.) dövlət dilində nəşr edilməlidir. 

 

 



 


 

34

Maddə 13. Dövlət dilinin normaları 

 

13.1.  Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları müvafiq icra hakimiyyəti orqanı 



tərəfindən təsdiq edilir. Hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlər. 

13.2.  Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit 

edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir. 

 

Maddə 14. Dövlət dilinin əlifbası 

 

Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. 



 

Maddə 15. Dövlət dilinin nəşriyyat işində  

işlənilməsi 

 

15.1.  Dövlət dilinin nəşriyyat işində  işlənməsi Azərbaycan Respublikasının qanunvericiliyinə 



əsasən həyata keçirilir. 

15.2.  Azərbaycan Respublikasında dövlət dilində  nəşr olunan çap məhsulları latın qra- 

[93-94] 


fikalı Azərbaycan əlifbasında buraxılmalıdır. 

 15.3.  Azərbaycan yazı  mədəniyyətinin tarixində mühüm rol oynamış  ərəb və kiril əlifbalarından 

xüsusi hallarda (lüğətlərdə, elmi nəşrlərdə ədəbiffat göstəricisi və s.) istifadə edilə bilər. 

 

Maddə 16. Dövlət dilinin vətəndaşların 



                            şəxsiyyətini təsbiq edən rəsmi və 

                   vahid nümunəli sənədlərdə 

 işlədilməsi 

 

16.1.  Azərbaycan Respublikası  vətəndaşlarının doğum və nigah haqqında  şəhadətnamələri, 



şəxsiyyət vəsiqələri, əmək kitabçası, hərbi bileti və yalnız ölkə daxilində etibarlı sayılan digər rəsmi və 

vahid nümunəli sənədlər dövlət dilində tərtib edilir. 

16.2.  Azərbaycan Respublikası  vətəndaşlarının pasport və  təhsil haqqındakı  sənədləri, zəruri 



hallarda digər sənədləri dövlət dili ilə yanaşı, xarici dillərdə də tərtib edilir. 

[94-95]


 

 

 Maddə 17. Dövlət dilinin dövlət hakimiyyəti və 



yerli özünüidarəetmə orqanlarının, hüquqi 

şəxsələrin, onların nümayəndəliklərinin və 

filiallarının, idarələrin adında işlədilməsi. 

 

Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi 



şəxsələrin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dili normalarına 

uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla 

bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur. 

 

Maddə 18. Dövlət dilinin qorunması və inkişafı. 

 

18.1. Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin 



işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını  məhdudlaşdırmağa cəhd 

etmək qadağandır. 

18.2.Azərbaycan Respublikasının  ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, 

televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə  məşğul olan quumlar Azərbaycan dilinin 

normalarına riayət olunmasını təmin etməlidirlər. 

[95-96]


 

 

 



 

 

 

 

 


 

35

III FƏSİL 



Yekun müddəaları 

Maddə 19. Qanunun pozulmasına görə 

                                                                   məsuliyyət 

 

Bu qanunu pozan hüquqi, fiziki və  vəzifəli  şəxslər Azərbaycan Respublikasının Qanunveri-

ciliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

 

Maddə 20. Qanunun qüvvəyə minməsi 

 

20.1.  Bu qanun dərc olunduğu gündən qüvvəyə minir. 



20.2. Bu qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasında dövlət dili haqqında" 

Azərbaycan Respublikasının 22 dekabr 1992-ci II tarixli 413 nömrəli qanunu qüvvədən düşmüş hesab 

edilir. 

 

Heydər Əliyev 



Azərbaycan Respublikasının prezidenti 

                                                                     Bakı şəhəri, 30 sentyabr 2002-ci il. 

[96-97] 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

36

«Azərbaycan Respublikasında Dövlət dili 



haqqında» Azərbaycan Respublikası Qanunun 

tətbiq edilməsi barədə 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 



FƏRMANI 

 

"Azərbaycan Respublikasında dövlət dill haqqında"  Azərbaycan Respublikası Qanununun 

qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:  

 

1.  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 

-  qüvvədə olan qanunvericilik aktlarının Azərbaycan Respublikasında dövlət dili haqqında" 

Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə  təkliflərini hazırlayıb Azərbaycan 

Respublikasının prezidentinə təqdim etsin; 

- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının 

həmin qanuna uyğunlaşdırılmasını  təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə 

məlumat versin; 

-   həmin qanunun pozulmasına görə  məsuliyyət növlərini müəyyən edən qanunvericilik. 

[97-98]


 

aktlarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin; 

-   həmin qanunun 4.2-ci maddəsində  nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın 

səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının 

prezidentinə təqdim etsin; 

həmin qanunun 9-cu və 10.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq qurumun səlahiyyətlərini 



həyata keçirən orqana dair təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin; 

-  "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanunundan irəli 



gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin. 

2. Müəyyən edilsin ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan 

Respublikası Qanununun 1.5-ci, 13.1-ci və 13.2-ci maddələrində  nəzərdə tutulmuş «müvafiq icra 

hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dil Komissiyası həyata keçirir. 

3.   Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir. 

 

Heydər Əliyev  



Azərbaycan Respublikasının prezidenti 

                                                          Bakı şəhəri, 02 yanvar 2003-cü il. 

[98-99] 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

37

                    ƏDƏBİYYAT: 

 

1.Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və 



amalı, B., «Ozan», 1999.  

2.Ə.M.Dəmirçizadə.  Klassiklərimiz dil və yazı 

haqqında, B., 1992.  

3.A.Axundov. Dil mədəniyyəti, B., 1992.  

4.A.Axundov. Dilimizə dövlət qayğısı. «Dirçəliş» 

jurnalı, №41, B.,2001.  

5.M.Adilov. Sənətkar və söz, B., 1984.  

6.M.Məmmədov. N.Nərimanov və ana dili, B., 

1971.  

7. T.Hacıyev. Azərbaycan ədəbi dili tarixi, I, II h., 



B., 1976, 1985.  

8. N.Xudiyev. Heydər Əliyev və Azərbaycan dili, 

B., 1997.  

9. Ə.N.Cəfərov.  Cənubi  Azərbaycanda ədəbi  dil: 

normalar, üslublar, B., 1990. 

10. N.Cəfərov. Azərbaycan dövlətçiliyinin dili, yaxud Azərbaycan Prezidentinin dil siyasəti. 

«Azərbaycan» qəzeti, 18 avqust 2001. 

11. Dünya azərbaycanlılarının I qurultayında Azərbaycan Respublikasının prezidenti H.ƏIiyevin 

nitqi, «Azərbaycan» qəzeti, 10 noyabr 2001. 

12.  B.Xəlilov. Azərbaycan dili milli varlığımızdır. «Dirçəliş» jurnalı, №243, 44, 45, 46, B., 2001. 

 

[99] 


 


 

38

 



 

 

 



Redaktor:                         dos.İbrahim Bayramov 

Texniki redaktor:              Dürdanə Mirtağı qızı 

Korrektorlar:                     Yeganə Qəhrəmanova 

Kompüter-dizayner:         Dürdanə Mirtağı qızı 

Rəssam:                           dos. Soltan Atayev 

 

 



 

 

Yığılmağa verilib: 05.02.2003. Çapa imzalanıb: 19.02.03. 



Şərti çap vərəqi: 6,25. 

Kağızformatı 84x108 1/16. 

Tiraj 500. Ofset üsulu ilə çap olunub. 

 

 



 

 

 



 

Kitab «Nurlan» nəşriyyat-poliqrafiya müəssisəsində hazır diapozitivlərdən çap 

olunmuşdur. Müəssisəsinin direktoru: N.B.Məmmədli Ünvan: İçəri Şəhər, 3-cü Maqomayev 8/4. 

Tel.: 97-16-32; 850-311-41-89. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə