VilayəT ƏLİyev heydəR ƏLİyeviN



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix21.07.2018
ölçüsü0,56 Mb.
#57550
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

 

21

düşmürlər, amma biz dilimizə görə bir kökdən gəlmiş xalqlarıq. İkincisi, bizim müstəqil mədəniyyətimiz



ənənələrimiz, müştərək mənəvi dəyərlərimizdir. Bunlar türkdilli xalqları həmişə, əsrlər boyu bir-biri ilə 

bağlayıb, birləşdirib, bir-biri ilə yaxınlaşdırıbdır. Bunlar əsrlər boyu türkdilli xalqları bir-biri ilə 

bağlayıb, birləşdirib, yaxınlaşdırıbdır. Sonra rus imperatorluğu, ondan sonra isə sovet imperatorluğu 

dövründə biz bunları itirmədik, ancaq bir-birimizdən bir qədər aralandıq. Doğrudur, tamam 

aralanmadıq... get-gedə millətlər  əriyib gedirdi, olacaqdı ümumi sovet xalqı. Sovet xalqı. Bunlar da 

hamısı Elçin, Polad, Fatma xanım... sovet xalqının adamları. O qədər «sovet xalqı» olublar ki, bəzən öz 

dillərini də yaddan ç-xarıblar. Amma imperatorluq dağıldı, biz müstəqil olduq. Onda anladıq ki, bizim 

hələ babalarımız vaxtilə  həmişə bir yerdə  olublar, bir kökdən gəliblər, bir yerdə vuruşublar» 

(«Azərbaycan» qəzeti, 8 fevral 2003-cü il). 

[51-52]

 

Heydər  Əliyev nümayəndə heyətinə etdiyi müracitdə türk xalqlarının birliyinin vacibliyini, əhə-



miyyətini, vahid bir dilə malik olmalarını başqa bir üslubda, xüsusi deyimlə belə çatdırır: 

«Mən hələ 1948-1950 ci illərdə Leninqradda oxumuşam. Xakasiyadan bir nəfər mənimlə oxu-

yurdu. Ondan soruşdum ki, Xakasiyada yaşayanlar kimlərdir. Hansı millətlərdir, müsəlmandırlarmı? 

Türkdürlərmi? O, özü bunu izah edə bilmirdh. 

Söhbətin bu məqamında Baş Nazirin müavini Elçin Əfəndiyev tələsir, qeyri-dəqiq, natamam, 

çaşdırıcı replika verir: «Onlar şamandırlar». 

Heydər Əliyev soyuqqanlılıqla və təmkinlə onun replikasının yerinə düşmədiyini, verilən cavabın 

qonaqları çaşdıra biləcəyini duyub deyir: « Şaman olsalar da, türkdürlər. Türklər də  şamandır».  Natiq 

bundan sonra özünün diplomatik, siyasi gedişlərini maraqlı, yığcam, sadə və elmi əsaslarla davam etdirir. 

Azərbaycan Respublikası ilə o qədər də isti münasibətdə olmayan qonşu türkdilli respublikalardan birini 

nəzərdə tutaraq, XXI əsrin çalxalandığı bir zamanda türk yanğısı ilə görün fikirlərini necə açıqlayır: 



«Mən sizin təşkilatın işindən çox razıyam. Təəssüf edirəm ki, bəzi cümhuriyyətlərdən gələn yoxdur. 

Təkcə Türkmənistan nümayəndəsinin gəlməsi böyük bayramdır. Yaxşı bilirəm ki, Türkmənistan 

nümayəndələri çox yerə getmirlər. Amma əgər Türkmənistan nümayəndələri Azərbaycana gəlibsə, bu 

mənim dostum, qardaşım, Türkmənbaşı Saparmurad Niyazovun Azərbay- 

[52-53]


  can-Türkmənistan 

dostluğuna olan sədaqətidir. Doğrudurmu?» («Azərbaycan»  qəzeti,  8 fevral 2003-cü il). 

Əlavə şərhə ehtiyac yoxdur! Bu məntiqin, bu türkçülüyün, bu mənəviyyatın, bu söz duyumunun və 

oyununun, məna yükünün rəngarəngliyi, ilahiliyi qarşısında heyran qalmayıb nə edəsən?! 

Tatarıstan Respublikasının mədəniyyət naziri İldus Tarxanov «bizim Türk dünyasının, türk xalq-

larının böyüklüyü ondadır ki, bizim müştərək mədəniyyətimiz, dilimiz var. Ona görə də, biz birlikdə daha 

güclü olarıq» deyəndə Heydər Əliyev bu mövzuda öz fikirlərini söyləməyin psixoloji mühitinin bir daha 

yetişdiyini duyur və illərlə beynində, qəlbində  gəzdirdiyi fikri bir qədər də açıqlığı ilə, müasir Türk 

dünyasmın lideri, ağsaqqalı kimi türk qardaşlarımıza söyləyir. Bu fikirlərin dərinliyini, gərəkliyini 

söyləyən nitqin dil baxımından nə dərəcədə maraqlı olmasını olduğu kimi dərk etmək üçün onun nitqini 

eyni ilə oxucunun nəzərinə çatdırıram. Oxucuya ancaq təmkinlə oxumaq, düşünmək, təkrar-təkrar təhlil 

etmək qalır.  

Heydər Əliyev deyir: 

«Düz deyirsiniz. Siz bunu yaxşı bilirsiniz. Ancaq mən bu fürsətdən istifadə edərək bir də demək 

istəyirəm ki, milləti yaşamaq və milləti indiyə  qədər olduğu kimi əzilməsi imkanlarının qarş-sını 

gələcəkdə almaq üçün dilimizi qorumalıyıq, indi türkdilli millətlərin dillərində bir qədər fərq var. Amma 

bu dillərin kökü birdir. Mən belə düşünmürəm ki, biz gərək dilimizi tatar dilinə oxşa- 

[53-54]


 daq. Yaxud 

da qırğızlar dillərini bizim dilə oxşatsınlar. Yox. 

Əsrlər boyu dillərimiz belə yaranıbdır. Amma eyni zamanda dilin işlənməsi mümükün oimadığına 

görə, bizim dillərimiz lazımı qədər inkişaf edə bilməyibdir. Ona görə də, mən Azərbaycan dili haqqında 

fərman verdim. Azərbaycanda latın əlifbasına keçmək barədə fərman verdim və onun yerinə yetirilməsini 

təmin etdim. Azərbaycan dilinin bundan sonra da ink/şaf etməsi mənim həyatımın ən birinci vəzifəsidir. 

Çünki millətin dilini əlindən alsan, onu öz dilindən məhrum etsən, o millət çox şey itirər. Amma millətin 

öz doğma dili, ana dili olanda onu heç nə dəyişdirə bilməz. 

Allaha  şükürlər olsun ki, bizim Azərbaycan dili çox mükəmməlləşib, çox genişlənibdir. Dilimizin 

çox böyük lüğət ehtiyatı var. Bizim Azərbaycan dili şer dilidir. Yadımdadır, mən bir-iki dəfə burada, ya 

da Türkiyədə toplantılarda nitq söyləyəndən sonra dostum Süleyman Dəmirəl mənə deyirdi ki, sən  şer 

oxudun. Deyirdim ki, yox mən nitq söyləyirdim. O deyirdi ki, amma Azərbaycan dili o qədər şer dilidir ki, 

bəzən fərqinə varmaq olmur ki, nitq söyləyirsən, yaxud şer deyirsən. 

Eləcə də Anadolu türk dili. Anadolu türk dili də vaxtilə çox əzablar çəkibdir. Osmanlı imperator-

luğunda, sarayda fars dili, ərəb dili işlənirdi. Türkiyədə türk dilinin inkişaf etdirilməsi böyük Atatürkün 

adı ilə bağlıdır. Bu günkü türk dilinin yaranması böyük Atatürkün xidmətləridir. Bilmirəm siz bunu 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə