VilayəT ƏLİyev heydəR ƏLİyeviN



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix21.07.2018
ölçüsü0,56 Mb.
#57550
1   ...   11   12   13   14   15   16   17   18   19

 

26

Hazırda ölkəmizdə  cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat işlədilə 



bilməsin. 

Bununla yanaşı, Azərbaycan Respublikasının 10 illik inkişaf yolunun təcrübəsi göstərir ki, digər 

[69-70]

 sahələrdə olduğu kimi, ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çox-



dur. Ölkəmizin ali və orta məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni 

inkişaf tariximizin tələblərinə cavab verən tədrisi işinin təkmilləşməsinə ehtiyac vardır. Bir çox kütləvi 

informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və s. sahələrdə Azərbaycan  ədəbi dilinin 

normalarına  əməl edilir. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə 

olunur. Kəskin tənqidlərə baxmayaraq, reklam vasitələrinin hazırlanmasında bir çox hallarda xarici dillərə 

əsassız olaraq üstünlük verilir. Şəhər və  qəsəbələrimizin görkəminə  xələl gətirən  əcnəbi dilli lövhələr 

gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir. Ölkə ərazisində yayımlanan 

televiziya kanallarının  əksəriyyəti xarici dillərdə  fəaliyyət göstərir. Kino və televiziya ekranlarında 

Azərbaycan dilinə dublyaj edilmiş xarici filmlərə nadir hallarda rast gəlmək olar, dublyaj edilmiş ekran 

əsərlərinin tərcümə səviyyəsi isə olduqca aşağıdır. Azərbaycan Respublikasının xarici siyasət sahələrində, 

xüsusilə ölkəmizdə  fəaliyyət göstərən səfirlik, xarici nümayəndəlik və  şirkətlərdə Azərbaycan dilinin 

işlənməsi yarıtmaz vəziyyətdədir. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dili dərslikləri, tədris 

vəsai- 

[70-71]


 ti, ana dilində  bədii və elmi ədəbiyyat, mətbuat və s. ilə  təmin olunması  qənaətbəxş 

deyildir. 

Çox qəribə görünsə  də, Azərbaycan dilçiliyinin sovet dövründə  əldə edilmiş sürətli inkişaf tempi 

son illərdə aşağı düşmüşdür və bu sahədə bir durğunluq müşahidə olunur. Azərbaycanda nitq mədəniyyəti 

məsələlərinin tədqiqinə  və nizamlanmasına kəskin ehtiyac duyulur. Azərbaycan dilinin tətbiq dairəsi 

bəzən süni olaraq məhdudlaşdırılır. Rəsmi və elmi üslubun vəziyyəti heç də ürəkaçan deyildir. 

Azərbaycan dilinin orfoqrafik, izahlı, terminoloji və s. lüğətlərinin yenidən latın qrafikası ilə hazırlanıb 

çap olunması, ikidilli tərcümə lüğətlərinin tərtibi və  nəşri məsələləri yubadılır. Latın qrafikasının bərpa 

olunması barədə qanun qəbul edilməsindən on ilə yaxın bir müddət keçməsinə baxmayaraq, onun həyata 

keçirilməsi olduqca ləng gedir. Bütün bu və ya digər məsələlərin əlaqələndirilməsi və tənzimlənməsinin

onların həlli prosesinə nəzarətin vahid mərkəzləşdirilmiş bir qrum tərəfindən həyata keçirilməsinə ehtiyac 

vardır. 


Azərbaycanın dövlət müstəqilliyinin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiq və 

inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, elmi tədqiqinin fəallaş-

dırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin 

[71-72]


 genişləndirilməsi və bu işə nəzarətin gücləndiril- 

məsi məqsədi ilə qərara alıram: 



1.Azərbaycan Respublikası Prezidentinin Yanında Dövlət Dil Komissiyası  yaradılsın. Azərbaycan 

Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, komissiya haqqında əsasnaməni bir ay ərzində 

hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

         2.Azərbaycan Respublikasının Prezidentinin Icra Aparatına tapşırılsın ki, «Azərbaycan 

Respublikasında dövlət dili haqqında» qanun layihəsini bir ay ərzində hazırlayıb Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin.  

         3.Azərbaycan Respublikasının nazirlik, idarə, təşkilat və müəssisə rəhbərləri öz tabeliklərində olan 

qurumlarda dövlət dilinin və latın qrafikasının tətbiqi işinin yaxşılaşdırılması ilə bağlı uzun müddətli 

kompleks planlar hazırlayıb həyata keçirsinlər və 2001-ci il avqustun 1-ə qədər ilkin nəticələr haqqında  

Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.  

         4.Azərbaycan Respublikasının Təhsil Nazirliyi orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisi və 

Azərbaycan dilində  təhsilin keyfiyyəti ilə bağlı  əsaslı dönüş yaratmaq istiqa- 

[72-73]


  mətində  qəti 

tədbirlər həyata keçirsin və müvafiq təkliflər proqramını bir ay ərzində hazırlayıb Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin.  

        5.Azərbaycan  Milli  Elmlər Akademiyası   və Azərbaycan Respublikasının Təhsil Nazirliyi Yazıçılar 

Birliyi ilə birlikdə latın qrafikası ilə yenidən çap olunması təklif olunan elmi və bədii əsərlərin,   lüğət  və  

dərsliklərin  çap proqramını bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim 

etsin.  

        6.Azərbaycan Milli Elmlər Akademiyası bir ay ərzində Azərbaycan dilçiliinin müxtəlif sahələri üzrə 

elmi araşdırmaların cari və perspektiv planlarına yenidən baxıb təsdiq etsin və onların yerinə 

yetirilməsinin gedişi barədə hər altı aydan bir Azərbaycan Respublikasnın Prezidentinə məlumat təqdim 

etsin.  

        7.Respublikanın şəhər və rayon icra hakimiyyəti başçılarına tapşırılsın ki: 

 - yerlərdə istifadə olunan lövhə, reklam tabloları, şüarlar, plakatlar və digər əyani vasitələrin Azərbaycan 

ədəbi dilinin qaydalarına uyğunlaşdırılması baxımından tədbirlər görsünlər və bu tapşırığın yerinə 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə