VilayəT ƏLİyev heydəR ƏLİyeviN



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix21.07.2018
ölçüsü0,56 Mb.
#57550
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

 

20

bizimlə dost-qardaş ölkədə - Türkiyədə də dilimizi, Azərbaycan dilini çox sevirlər. Azərbaycanda mövcud 



olan Azərbaycan dili çox mükəmməl dildir, çox zəngin dildir, çox inkişaf etmiş bir dildir, böyük söz 

ehtiyatına malik dildir. 

İndi baxın, dövlətin bütün sahələrində sırf Azərbaycan dilində danışırıq və lazım olan bütün xüsusi 

terminləri də Azərbaycan dilində ifadə edirik. Azərbaycan dili Respublikamızda artıq öz . 

[47-48]


 yerini 

tutubdur. Xarici ölkələrin nümayəndələri də bizim dili bilməyərək, sadəcə onu eşidərək, dəfələrlə mənə 

deyiblər ki, sizin nə  qədər gözəl diliniz var. Doğrudan da, bu belədir. Bəlkə  də biz özümüz dilimizin 

gözəlliyini bir o qədər dərk edə bilmirik. Azərbaycan dili çox gözəl dildir! 

Bilirsiniz, mən bunu dəfələrlə demişəm və bu gün fürsətdən istifadə edib yenə  də deyirəm: biz 

türkdilli xalqların ailəsinə  mənsub olan xalqıq. Ancaq bunun çoz şaxələri var Bunun bir şaxəsi də 

Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu artıq bütün ictimaiyyət tərəfindən qəbul olunubdur. 

Azərbaycan dilini daha da zənginləşdirmək, daha da inkişaf etdirmək sizin ən müqəddəs borcunuzdur. 

Ancaq biz dünyada öz dilimizlə tək yaşayırıq. Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi 

Azərbaycanda hakim dil etmətiyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə  səlis 

danışmalıdır və bu dili sevməlidir. Bununla yanaşı, biz çalışmalıyıq ki, məktəbiərimizdə, univer-

sitetlərimizdə  gənclərimiz bir neçə dil öyrənsinlər. Mütləq öyrənməlidirlər. Biz artıq dünyaya qo-

vuşmuşuqsa, dünya birliyinə daxil olmuşuqsa, gərək insanlarımız bir neçə dil bilsinlər - ingilis dilini də 

bilsinlər, rus dilini də bilsinlər, fransız dilini də bilsinlər. Bunu yasaq etmək olmaz. Onun qarşısını almaq 

lazım deyil. Amma birinci növbədə öz ana dilini bilməlidirlər. Bəli, Azərbaycanda indi də insanlar var ki

əsasən rus dilində danşırlar, Azərbaycan dilində danışmırlar. Bizim döv- . 

[48-49]


  lət orqanlarında da 

belələri var. Mən dəfələrlə  xəbərdarlıq etmişəm ki, Azərbaycan dilini öyrənin, öyrənməsəniz, işdən 

çıxaracağam. 

Professor Hacıyev mənə deyir ki, siz Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin işçilərni 

məcbur edin, onlar Azərbaycan dilini öyrənsinlər. Mən öz azərbaycanlılarımızı məcbur edə bilmirəm ki, 

Azərbaycan dilini öyrənsinlər. Amma sizə deyim ki, onlar artıq öyrənirlər. Xarici ölkələrin 

respublikamızda olan səfirləri Azərbaycan dilini artıq öyrənirlər. Onlar mənimlə görüşəndə çalışırlar ki, 

Azərbaycan dilində danışsınlar Mən də bunlara çox sevinirəm. Hətta Rusiyanın səfiri hörmətli cənab 

Bloxin burada oturubdur - o, Azərbaycan dilini öyrənir, özü də çoxyaxşı öyrənir. 

Budur bizim müstəqilliyimizin nəticəsi. Vaxtilə buraya, mərkəzdən Azərbaycan Kommunist Par-

tiyasının II katibi vəzifəsinə rus millətindən olan adamlar gəlirdi. Mən onlara Azərbaycan dilini öyrədə 

bilmirdim. Onlara neçə dəfə deyirdim ki, Azərbaycan dilini öyrənin, ancaq öyrənmək istəmirdilər. Amma 

bu gün Rusiyanın səfiri öyrənir, Amerikanın səfiri öyrənir, Fransanın səfiri öyrənir,  İngiltərənin səfiri 

öyrənir. Bunların hamısı böyük hadisədir, nailiyyətdir. 

O ki qaldı  şirkətlərdə hansı dildə danışmaq məsələsinə, bəli, onlar öz işlərini aparmaq üçün o 

dilləri bilən adamları  işə  qəbul edirlər. Amma mən deyə bilmərəm ki, sən öz işini ingilis dilində 

aparırsan, Azərbaycan dilində apar. O öz şirkəti ilə yazışma aparır, başqa sənədlər var və s. Bunu  

[49-


50]

  öz dilində aparmalıdır. Eyni zamanda, sizə deyə bilərəm ki, o şirkətin nümayəndələri mənə yaz-



dıqları  məktubları iki dildə - həm öz dillərində, həm də Azərbaycan dilində yazırlar. Yəni onların çox 

yaxşı  tərcüməçiləri var. Mən hərdən fikir verirəm çox dəqiq tərcümə edirlər. Onlar məktubu mənə iki 

dildə göndərirlər və bəzən də özləri mənə təklif edirlər ki, dərhal bunu oxuya bilim. 

Beləliklə, görürsünüz, dil məsələsi ilə əlaqədar nə qədər məsələlər meydana çıxır. Ancaq yenə də 

ən əsas nəticə ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi edibdir və bu 

gün Azərbaycan dilimiz yaşayır və yaşayacaqdır. Qoy Azərbaycan dili müstəqil Azərbaycanda, eləcə də 

dünyada yaşayan bütün azərbaycanlıların dili olsun!» (H.ƏIiyev.  Ədəbiyyatın yüksək borcu və amalı, 

Bakı, 1999, s.442-446). 

H.ƏIiyevin dil siyasətində  sərhəd məhdudiyyəti yoxdur. XXI əsrdə dünya türklərinin lideri, ağ-

saqqalı sayılan H.ƏIiyev təkcə Azərbaycan dilinin qayğısına qalmaqla kifayətlənmir, o, müasir türk 

xalqlarını yaxınlaşdırmaq, onlar arasında mənəvi, mədəni, iqtisadi bağlılığı daha da dərinləşdirmək üçün 

çox işlər görür. Onun xaricdə və respublikamızda türk xalqlarının nümayəndələri ilə apardığı görüşlərdə 

özünəməxsus yüksək bir mədəniyyət və diplomatik gedişlə dil siyasətini necə həyata keçirdiyini, onları 

saf amal uğrunda birliyə çağırdığını görürük, duyuruq və hiss edirik. H.ƏIiyev 6 fevral 2003-cü ildə Bakı 

şəhərində TÜRKSOY 

[50-51]


 təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının 19-

cu toplantısının iştirakçılarını  qəbul edərkən türk xalqlarının birliyi ilə bağlı olan çox mühüm məqamı 

görün necə də özünəməxsus dillə çatdırır: 

«...ÖIkələrimiz arasında iqtisadi əməkdaşlığın, insani əlaqələrin inkişaf etdirilməsi vacib məsə-

lədir. Ancaq bunların hamısının kökündə  mədəniyyət,  dil, bizim adət-ənənələrimiz durur. Bizi bir-

birimizə bağlayan nədir? Bu dilimizin eyni kökdən olmasıdır.  Düzdür,  bəziləri bir-birlərini başa 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə