BAŞ
ReDAKTOR
Qafar Cəbiyev, Azərbaycan Respublikasının əməkdar jurnalisti, tarix elmləri doktoru
AzƏRBAYCANIN UğURLARI VƏ HƏDƏFLƏRİ
Dövlət müstəqilliyinə qovuşmağımızın 21-ci ilini də başa vur-
duq. Bu, əlbəttə, ümumtarixi inkişaf baxımından elə də böyük
müddət deyil. Amma razılaşaq ki, kiçik müddət də deyil.
Babəkin əsirlikdə olan oğluna yazdığı məktubu yada salaq: “
40 il miskin qul kimi yaşamaqdansa, bir gün azad ömür sürmək
daha şərəflidir!” Azadlığın, müstəqilliyin dəyərinə bir baxın!
Bizi sevindirən, özü də çox haqlı olaraq sevindirən ikinci
məqam ondan ibarətdir ki, ötən 21 il ərzində Azərbaycan
sözün əsl mənasında əsrə bərabər olan coşqun bir inkişaf yolu
keçmişdir. Təsəvvür edin, Sovet imperiyasının tərkibindən
qoparaq müstəqil dövlət quruculuğu yoluna qədəm qoymaq,
bununla bir vaxtda marksist- leninçi təfəkkürdən və sosialist
sistemindən imtina edərək dünya üçün ənənəvi, bizim üçün
isə yeni olan başqa bir sistemdə yaşam tərzi qurmaq və qısa za-
man kəsiyində böyük uğurlar əldə etmək, inanın, bütün bun-
lar sözlə ifadə ediləcək dərəcədə aşan bir proses deyil. Amma
Azərbaycan bu çətin, olduqca mürəkkəb və keşməkeşli prosesi
böyük itkilər bahasına olsa da, hər halda uğurla keçə bildi. İndi
Azərbaycan özünün sürətli və hərtərəfli inkişafı baxımından
sovetlər məkanında, bütövlükdə dünya miqyasında sayılan,
seçilən, öndə gedən dövlətlərdən biri hesab edilir. Sözsüz ki,
bütün bunlara görə xalqımız hər kəsdən daha əvvəl Ulu Öndər
Heydər Əliyevə borcludur. Azərbaycanı bir dövlət olaraq
dağılmaq və parçalanmaq təhlükəsindən xilas edərək doğru-
düzgün yola çıxaran, ölkənin bütün sahələrdə uzunmüddətli
inkişaf strategiyasını müəyyən edən məhz o oldu. Xalqımız
Ulu Öndərə həm də ona görə hədsiz dərəcədə minnətdardır
ki, o özündən sonra Azərbaycan dövlətinin idarəçiliyini artıq
siyasət meydanında püxtələşmiş olan cənab İlham Əliyevə
etibar olunmasını tövsiyə etdi. Xalqın etimadını və etibarını
qazanan möhtərəm prezindentimiz isə öz növbəsində bütün
sahələrdə Azərbaycana yeni- yeni uğurlar qazandırmaqla bir
daha sübut etdi ki, bəli, məhz o Ulu Öndər Heydər Əliyev
siyasi kursunu layiqincə davam etdirməyə qadir olan böyük
siyasətçi və görkəmli dövlət xadimidir. Biz fəxr edirik ki, bu
gün Azərbaycan prezidenti bütün kriteriyalar üzrə dünyanın
böyük dövlətlərinin böyük siyasətçiləri ilə eyni səviyyədə du-
ran bir siyasi liderdir.
Bütün bunlarla bərabər, biz təəssüf edirik ki, bədxah
qonşularımızın xəyanəti və işğalçılıq niyyətləri ucbatından
Azərbaycan xalqı dövlət müstəqilliyinin 21-ci ilini də
müharibə şəraitində yaşamaq zorunda qaldı. Qaçqın və
köçkün ömrü yaşayan bir milyondan artıq insan müstəqilliyin
dadını duya bildimi?! Etiraf edək ki, dövlət müstəqilliyi nə
qədər şirin olsa da, dövlət quruculuğu, iqtisadi tərəqqi və
beynəlxalq müstəvidə uğurlarımız nə dərəcədə möhtəşəm olsa
da, ərazilərimizin 20 faizinin hələ də düşmən tapdağı altında
qalması bu gün başda möhtərəm prezidentimiz olmaqla hər
bir Azərbaycan vətəndaşını, dünyanın harasında yaşamasından
asılı olmayaraq hər bir azərbaycanlını hər şeydən daha artıq
düşündürən, qayğılandıran və narahat edən ən ciddi məsələdir.
Qarabağ probleminin həlli Azərbaycan üçün təkcə ərazi
bütövlüyünün təmin olunması məsələsi deyil . Bu, bizim üçün
həm də qeyrət, namus və milli mənlik məsələsidir. Bu prob-
lem bütövlükdə dünya azərbaycanlılarının problemidir.
Azərbaycan xalqı ermənilərlə müqayisədə hər cəhətdən
böyük bir xalqdır. Azərbaycan dövləti də Ermənistanla
müqayisə olunmayacaq dərəcədə qüdrətli bir dövlətdir. Belə
olan halda Azərbaycanla Ermənistanın müharibə aparması
nəhəng fillə balaca siçanın döyüşünə bənzəyir. Əlbəttə ki,
siçanı silahlandırıb üstümüzə göndərənlər var. Amma necə
silahlandırılmasından və arxasında kimlərin dayanmasından
asılı olmayaraq siçan elə siçandır kı, siçan. Sonda bu siçan ya
kiməsə yem olacaq, yaxud da kiminsə ayağının altında qalacaq.
Vay o günə ki , o filin ayağının altında qala. Axırda deyəsən elə
bu cür də olacaq. Amma xatası bizdən uzaq olsa yaxşıdır.
Minnətdarlıq
İxtisasca jurnalist olmasam da, ömrümün son 40 ilinin elə bir
günü olmayıb ki, o həm də jurnalistika fəaliyyəti ilə bu və ya
digər dərəcədə bağlı olmasın. Harada dərc olunmasından asılı
olmayaraq, hər yeni məqaləm həyatımın yeni bir səhifəsi olub.
Jurnalist olaraq çox mükafatlar almışam. “Qızıl qələm”, “Ustad
sənətkar” və “Humay” mükafatları laureatıyam. Amma mənim
üçün ən yüksək mükafat Prezident İlham Əliyevin 03 oktyabr
2012-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının
Əməkdar jurnalisti” adına layiq görülməyimdir. Bunun üçün
möhtərəm cənab Prezidentə, məni bu yüksək fəxri ada layiq
bilərək ölkə rəhbərinə təqdimat vermiş olan insanlara dərin
təşəkkürümü və minnətdarlığımı çatdırmağı özümə borc bilirəm.