Yanvar january miras



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə2/31
tarix19.07.2018
ölçüsü4,2 Mb.
#56524
1   2   3   4   5   6   7   8   9   ...   31

 YANVAR   JANUARY    MİRAS

 

| 



7

  

Ayaqqabiformali saxsi qab. Mingəçevir.   



 

Milli Azərbaycan Tarixi Muzeyi

 

  

shoe-shaped earthenware. Mingechavir. 



 

National Museum of History of Azerbaijan




   BAŞ ReDAKTOR 

 Qafar Cəbiyev,  Azərbaycan Respublikasının əməkdar jurnalisti, tarix elmləri doktoru

AzƏRBAYCANIN UğURLARI VƏ HƏDƏFLƏRİ

Dövlət müstəqilliyinə qovuşmağımızın 21-ci ilini də başa vur-

duq. Bu, əlbəttə, ümumtarixi inkişaf baxımından elə də böyük 

müddət  deyil.  Amma  razılaşaq  ki,  kiçik  müddət  də  deyil. 

Babəkin əsirlikdə  olan oğluna yazdığı məktubu yada salaq: “ 

40 il miskin qul kimi  yaşamaqdansa, bir gün azad ömür sürmək 

daha  şərəflidir!” Azadlığın, müstəqilliyin dəyərinə bir baxın!                      

Bizi  sevindirən,  özü  də  çox  haqlı  olaraq    sevindirən  ikinci 

məqam  ondan  ibarətdir  ki,  ötən  21  il  ərzində    Azərbaycan 

sözün əsl mənasında  əsrə bərabər olan coşqun bir inkişaf yolu 

keçmişdir.  Təsəvvür  edin,  Sovet  imperiyasının  tərkibindən 

qoparaq müstəqil dövlət quruculuğu yoluna qədəm qoymaq, 

bununla bir vaxtda marksist- leninçi  təfəkkürdən və  sosialist 

sistemindən imtina edərək  dünya üçün  ənənəvi, bizim üçün  

isə yeni olan başqa bir sistemdə yaşam tərzi qurmaq  və qısa za-

man  kəsiyində böyük uğurlar əldə etmək, inanın, bütün bun-

lar  sözlə  ifadə ediləcək dərəcədə aşan bir proses deyil. Amma 

Azərbaycan bu çətin, olduqca  mürəkkəb və keşməkeşli prosesi 

böyük itkilər bahasına olsa da, hər halda uğurla keçə bildi. İndi 

Azərbaycan özünün  sürətli  və hərtərəfli inkişafı baxımından 

sovetlər məkanında, bütövlükdə  dünya miqyasında  sayılan, 

seçilən, öndə gedən dövlətlərdən biri  hesab edilir. Sözsüz ki, 

bütün bunlara görə xalqımız hər kəsdən daha əvvəl  Ulu Öndər 

Heydər  Əliyevə  borcludur.  Azərbaycanı  bir  dövlət  olaraq 

dağılmaq və parçalanmaq təhlükəsindən  xilas edərək doğru-

düzgün yola çıxaran, ölkənin bütün sahələrdə  uzunmüddətli 

inkişaf  strategiyasını    müəyyən  edən  məhz  o  oldu.  Xalqımız 

Ulu Öndərə həm də ona görə hədsiz dərəcədə minnətdardır 

ki, o özündən sonra  Azərbaycan dövlətinin idarəçiliyini  artıq 

siyasət  meydanında  püxtələşmiş  olan  cənab  İlham  Əliyevə 

etibar olunmasını  tövsiyə etdi. Xalqın etimadını və etibarını  

qazanan möhtərəm prezindentimiz isə öz növbəsində  bütün 

sahələrdə Azərbaycana yeni- yeni  uğurlar qazandırmaqla  bir 

daha    sübut  etdi  ki,  bəli,  məhz  o  Ulu  Öndər  Heydər  Əliyev 

siyasi kursunu  layiqincə  davam etdirməyə qadir olan böyük 

siyasətçi və  görkəmli dövlət xadimidir. Biz fəxr edirik ki, bu 

gün  Azərbaycan prezidenti bütün kriteriyalar  üzrə dünyanın  

böyük dövlətlərinin böyük siyasətçiləri  ilə  eyni  səviyyədə du-

ran bir siyasi liderdir.

Bütün  bunlarla  bərabər,    biz  təəssüf  edirik  ki,  bədxah 

qonşularımızın  xəyanəti və işğalçılıq  niyyətləri  ucbatından  

Azərbaycan  xalqı  dövlət  müstəqilliyinin    21-ci    ilini  də 

müharibə  şəraitində    yaşamaq  zorunda  qaldı.    Qaçqın  və 

köçkün  ömrü  yaşayan bir milyondan artıq insan müstəqilliyin 

dadını  duya  bildimi?!  Etiraf  edək  ki,  dövlət  müstəqilliyi  nə 

qədər    şirin  olsa  da,  dövlət  quruculuğu,  iqtisadi  tərəqqi    və 

beynəlxalq  müstəvidə uğurlarımız nə dərəcədə möhtəşəm olsa 

da, ərazilərimizin 20 faizinin  hələ də düşmən tapdağı  altında 

qalması bu gün başda  möhtərəm  prezidentimiz olmaqla hər 

bir Azərbaycan vətəndaşını, dünyanın harasında yaşamasından 

asılı olmayaraq hər  bir  azərbaycanlını  hər şeydən daha artıq 

düşündürən, qayğılandıran və narahat edən ən ciddi məsələdir. 

     Qarabağ probleminin həlli  Azərbaycan üçün təkcə ərazi 

bütövlüyünün  təmin olunması məsələsi  deyil . Bu, bizim üçün 

həm də qeyrət, namus  və  milli mənlik  məsələsidir. Bu prob-

lem bütövlükdə  dünya azərbaycanlılarının  problemidir.        

        Azərbaycan  xalqı  ermənilərlə  müqayisədə    hər  cəhətdən 

böyük  bir  xalqdır.  Azərbaycan  dövləti  də  Ermənistanla 

müqayisə olunmayacaq dərəcədə  qüdrətli bir dövlətdir. Belə 

olan  halda    Azərbaycanla  Ermənistanın  müharibə  aparması 

nəhəng  fillə  balaca  siçanın    döyüşünə  bənzəyir.  Əlbəttə  ki, 

siçanı  silahlandırıb  üstümüzə  göndərənlər  var.  Amma  necə 

silahlandırılmasından  və arxasında kimlərin dayanmasından 

asılı olmayaraq siçan elə siçandır kı, siçan. Sonda bu siçan ya 

kiməsə yem olacaq, yaxud da kiminsə ayağının altında qalacaq. 

Vay o günə ki , o filin ayağının altında qala. Axırda deyəsən elə 

bu cür də olacaq. Amma xatası bizdən uzaq olsa yaxşıdır.

Minnətdarlıq

İxtisasca  jurnalist  olmasam  da,  ömrümün  son  40  ilinin  elə  bir 

günü  olmayıb  ki,  o  həm  də  jurnalistika    fəaliyyəti  ilə  bu  və  ya 

digər  dərəcədə  bağlı  olmasın.  Harada  dərc  olunmasından  asılı 

olmayaraq,  hər  yeni  məqaləm  həyatımın    yeni  bir  səhifəsi  olub. 

Jurnalist olaraq çox  mükafatlar almışam. “Qızıl qələm”, “Ustad 

sənətkar” və “Humay” mükafatları  laureatıyam. Amma mənim  

üçün ən yüksək  mükafat  Prezident İlham Əliyevin  03 oktyabr 

2012-ci  il    tarixli  Sərəncamı  ilə  “Azərbaycan  Respublikasının 

Əməkdar  jurnalisti”  adına  layiq    görülməyimdir.  Bunun  üçün 

möhtərəm  cənab  Prezidentə,  məni  bu  yüksək  fəxri  ada  layiq 

bilərək    ölkə  rəhbərinə  təqdimat  vermiş  olan  insanlara  dərin 

təşəkkürümü və minnətdarlığımı çatdırmağı özümə borc bilirəm.



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə