Yanvar january miras



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə14/31
tarix19.07.2018
ölçüsü4,2 Mb.
#56524
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

 YANVAR   JANUARY    MİRAS

 

| 



29

ARXeOLOGİYA   ARCHAEoloGY



Regarding setting of the revealed edifice, it is supposed that it has 

function  of  main  store-ice  house  of  more  the  city,  or  entirely  the 

khanate. We think that, this building can be considered more rel-

evant  place  for  storing  strategical  products  at  disposal  of  directly 

city or khanate and also foodstuff. As is known, Agsu is situated in 

the area with sufficiently hot climate. Heat is especially high there 

getdikcə daha artıq çətinlik yaradırdı. Ona görə də sahənin hissə 

- hissə və mərhələlərlə təmizlənməsi praktikasından istifadə ol-

undu. Yəni, qazıntının cənub-şərq kənarı saxlanılmaqla əvvəlcə 

sahənin  şimal,  mərkəz  və  qərb  kənarları  bütünlüklə  kərpic 

döşəməyədək  təmizlənildi.  Cənub  və  cənub-şərq  hissəsinin 

torpağı  və  töküntüləri  isə  xüsusi  olaraq  tikilmiş  qurğuların 

köməyi ilə kənara daşındı. Yalnız bundan sonra cənub divarın 

döşəməyə  bitişik  hissəsində  divara  sonradan  pərçimlənmiş 

və  ətrafı  gəc  məhlulu  ilə  diqqətlə  suvanmış  iri  daş  divardan 

çıxarılmışdır. Bir daha təkrar edirik ki, bu daşın sonradan divara 

pərçimləndiyi aydın görünürdü. Həmin daş çıxarılarkən məlum 

oldu  ki,  oradan  cənub  istiqamətdə  su  və  ya  kanalizasiya  xətti 

var. Hələlik həmin xəttin anbar-buzxana ilə əlaqəsi tam olaraq 

müəyyən  edilməmişdir.  İçərisi  tam  şəkildə  təmizləndikdən 

sonra  anbar-buzxananın  ümumi  görünüşü  və  bütün  ölçüləri 

tam şəkildə müəyyən edildi. Beləliklə, tikintinin ümumi ölçüləri 

belədir: binanın ümumi sahəsi = 243.3 kv.m, içəridən uzunluğu 

29.5  m,  çöldən-çölə  uzunluğu  34.6  m,  daxildən  eni  7.9  m, 

çöldən eni 11.7 m, divarlarının qalınlığı 1.9 m-dir. Döşəmədə 

hər sırada eninə 34, uzununa 127 ədəd kərpic döşəməklə cəmi 

4318 ədəd kərpicdən istifadə olunmuşdur. Təqribi hesablama-

lara görə tikintidə 12 min ədəddən çox bişmiş kərpicdən istifadə 

olunmuşdur. 

Aşkar  olunmuş  tikintinin  təyinatına  gəlincə  onun  daha  çox 

şəhərin,  yaxud  da  bütövlükdə  xanlığın  baş  anbar-buzxana 

funksiyası  daşıdığını  ehtimal  etmək  olar.  Fikrimizcə,  birbaşa 

şəhər  və  ya  xanlığın  rəhbərliyinin  sərəncamında  olan  strateji 

məhsulların, həm də daha çox ərzaq məhsullarının saxlanılması 



30 



MİRAS   YANVAR   JANUARY



ARXeOLOGİYA   ARCHAEoloGY

in summer months. It is very difficult to store the food, particularly 

daily foodstuff in such a place with hard climate. Similiar under-

ground construction and devices are widely used with the purpose to 

keep food of this kind in ancient and Middle Ages.  

18th century store-ice house revealed in Agsu is the most huge and 

the most perfect of this kind edifices known yet to science in Azer-

baijan. 

Various rich artifacts were uncovered from the store-ice house upon 

cleansing inside. There are small number of ceramics models. Most 

finds which are the repeated form of samples found from former sites 

for kind and period consist of little fragments. Pot, coppery bucket, 

basin, tray, bowl and narrow-jug made of copper are specially inter-

esting amongst the revealed finds in store-ice house. In our opinion, 

people controlling store-ice house used these items mostly as measure 

plates, i.e. when this or other foodstuff is received to store-ice house, 

or some people are given food from there, the copper items, those 

copper things are used as measure unit.

A pair of hand mill stone found on one another in south-west of the 

store-ice house is of interesting finds. Sizes of the mill stone are as 

follows: Diameter 42 cm, thickness 7 cm, diameter of grain hollow 

is 6 cm. Supposedly, the grain stones are used for current demands of 

people served the stores. 

Various  standard  coins  of  rather  much  amount  were  found  from 

store-ice house during the explorations. The work is ongoing in the 

line of cleanse and setting of the coins presently in laboratory condi-

tion. Two treasures consisted of coins found from the store-ice house 

assume particularly great scientific interest. 

Treasure of silver coins. 21 silver coins are included in total to the 

treasure. They were found as disseminated in south part of store-ice 

house. The coins were defined by Professor Ali Rajably, head of nu-

mismatics department of National Museum of History of Azerbai-

jan. They include the following: 

1.   Ganja Khanate, Ganja - 1195 – silver abbasi (twenty-copeck 

piece)

2.   Ganja Khanate, Ganja - 1189, anonymous, silver abbasi

3.   Ganja Khanate, Ganja - 1199 - silver abbasi

4.   Ganja Khanate, Ganja - 1194 - silver abbasi

5.   Shirvan khanate, Shamakhi, anonymous, silver abbasi

6.   Ganja Khanate, Ganja - 1189 - silver abbasi

7.   Ganja Khanate, Ganja - 1191 – anonymous, silver abbasi 

8.   Ganja Khanate, Ganja - 1189 - silver abbasi

9.   Shirvan khanate, Shamakhi - 1189, silver abbasi

10.   Shirvan  khanate,  Shamakhi,  anonymous,  silver  abbasi,  the 

year effaced.    

11.   Shirvan khanate, Shamakhi - 1192, silver abbasi.

12.   Ganja Khanate, Ganja, anonymous, silver abbasi, no year.   

üçün  bu  bina  daha  münasib  yer  sayıla  bilər.  Məlum  olduğu 

kimi, Ağsu kifayət qədər isti iqlimə malik ərazidə yerləşir. Yay 

aylarında  orada  hərarət  xüsusilə  yüksək  olur.  Belə  çətin  iqlim 

şəraiti olan yerdə ərzaq məhsullarının, xüsusən də gündəlik tələb 

olunan  ərzaq  məhsullarını  saxlamaq  olduqca  çətindir.  Qədim 

və orta əsrlər dövründə bu qəbildən olan ərzaq məhsullarının 

saxlanması məqsədilə buna bənzər yeraltı tikili və qurğulardan 

geniş istifadə olunduğu bəllidir. 

Ağsuda  aşkar  edilmiş  XVIII  əsrə  aid  anbar-buzxana  hələlik 

Azərbaycan  ərazisində  elmə  məlum  olan  bu  növ  tikintilərin 

demək olar ki, ən nəhəngi və ən mükəmməlidir. 

Anbar-buzxananın içərisi təmizlənərkən oradan müxtəlif çeşidli 

zəngin  maddi  mədəniyyət  nümunələri  aşkar  olunmuşdur. 

Keramika  məmulatı  nümunələri  nisbətən  azlıq  təşkil  edir. 

Əvvəlki  sahələrdən  tapılmış  nümunələrin  həm  çeşid,  həm  də 

dövr etibarilə təkrarı olan həmin tapıntıların əksəriyyəti kiçik 

fraqmentlərdən  ibarətdir.  Anbar-buzxanada  aşkar  olunan 

tapıntılar içərisində misdən hazırlanmış qazan, satıl, cam, sini, 

piyalə və dar boğaz bardaq nümunələri xüsusi maraq doğurur. 

Fikrimizcə,  bu  tip  əşyalardan  anbar-buzxanaya  nəzarət  edən 

insanlar  daha  çox  məhz  ölçü  qabları  kimi  istifadə  etmişlər. 

Yəni,  anbar-buzxanaya  bu  və  ya  digər  ərzaq  məhsulları  qəbul 

ediləndə, yaxud da oradan kimlərəsə ərzaq məhsulları veriləndə 

ölçü vahidi kimi məhz həmin mis əşyalardan istifadə etmişlər. 

Anbar-buzxananın cənub-qərb tərəfində üst-üstə aşkar edilmiş 

bir  cüt  əl  dəyirman  daşı  da  maraq  doğuran  tapıntılardandır. 

Dəyirman  daşının  ölçüləri  belədir:  Diametri  42  sm,  qalınlığı 

7  sm,  dən  tökülən  oyuğunun  diametri  6  sm-dir.  Çox  güman 

ki, həmin dən daşlarından anbara xidmət edən insanların cari 

ehtiyacları üçün istifadə olunmuşdur. 

Tədqiqatların  gedişi  zamanı  anbar-buzxanadan  xeyli  miq-

dar  müxtəlif  əyyarlı  pul  nümunələri  də  tapılmışdır.  Hazırda 

həmin pulların labaratoriya şəraitində təmizlənməsi və təyinatı 

istiqamətində  iş  davam  etdirilməkdədir.  Anbar-buzxanadan 

tapılmış  pullardan  ibarət  iki  ədəd  dəfinə  xüsusilə  böyük  elmi 

maraq kəsb edir. 

Gümüş  pullardan  ibarət  dəfinə.  Dəfinəyə  cəmi  21  ədəd 

gümüş  pul  daxildir.  Onlar  anbar-buzxananın  cənub  tərəfinə 

nisbətən  yaxın  yerdə  səpələnmiş  vəziyyətdə  tapılmışdır.  Pul-

lar Milli Azərbaycan Tarixi Muzeyinin numizmatika şöbəsinin 

müdiri professor Əli Rəcəbli tərəfindən təyin edilmişdir. Onlar 

aşağıdakılardan ibarətdir.

1.   Gəncə xanlığı, Gəncə - 1195 - gümüş abbasi. 

2.   Gəncə xanlığı, Gəncə - 1189, anonim, gümüş abbasi. 

3.   Gəncə xanlığı, Gəncə - 1199 - gümüş abbasi. 

4.   Gəncə xanlığı, Gəncə - 1194 - gümüş abbasi. 

5.   Şirvan xanlığı, Şamaxı, anonim, gümüş abbasi. 

6.   Gəncə xanlığı, Gəncə - 1189 - gümüş abbasi. 

7.   Gəncə xanlığı, Gəncə - 1191 – anonim, gümüş abbasi. 

8.   Gəncə xanlığı, Gəncə - 1189 - gümüş abbasi. 




Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə