Ədəbi axtarışlar və tədris
59
Bu b
əndlərdə həm klassik ədəbiyyatdan, həm də aşıq yara-
dıcılığından yetərincə bəhrələnmək şeirin məzmun, ideya-struktur
baxımından kamil poetik formaya çevrilməsinə imkan yaratmışdır.
Göründüyü kimi, M.F.Axundzad
ənin təcnisləri həm sənə-
tkarlıq baxımından, üslub, leksik xüsusiyyətləri, dil faklarının zən-
gin
liyi, fikrin obrazlı, yığcam, təsirli ifadəsi, sadə və axıcılığına görə
seçilir, h
əm də orjinal xüsusiyyətləri ilə fərqlənir.
Axundzad
ənin poetik yaradıcılığında “A.S.Puşkinin ölü-
mün
ə Şərq poeması” xüsusi yer tutur. Bu poema məzmununa, siya-
si m
ənasına, söz incilərindən istifadə etmək məharətinə görə və
Az
ərbaycan – rus ədəbi əlaqələrinin əsasını qoyulmasında Azərbay-
can
ədəbiyyatında mühim bir hadisə idi. Etiraf edək ki, bu poema
ideya-
struktur baxımından “Müsibətnamə”ləri xatırladır. Burada
xalq yaradıcılığı və klassik ədəbiyyatda işlənən bülbülün eşq
yolunda sin
əsini qızılgülün tikanına sancaraq köksünü al-qana
boyaması motivi ilə rus şeirinin günəşi Puşkinin ölümündən
k
ədərlənən, qəm-qüssəyə batan şair arasında bir oxşarlıq, bağlılıq
vardır. Şair də dərdlidir, “yaralı köksü olan bülbül kimi” ah-nalə
ç
əkir, qəlbi qandır, “rus torpağı yas tutub, fəğan qılır” – deyir.
Yaxud, xalq arasında yayılan bir Şərq rəvayətində deyilir
ki, müq
əddəs bir insanın barmağının təzə doğmuş Aya tuşlanması
il
ə Ay istənilən istiqamətə hərəkət edir. Şair də belə bir fikir
söyl
əyir ki, Puşkin də öz zəkası, müdrikliyi ilə Şimalın göylərində
Şərq hilalı tək doğdu:
Şimalın göylərində Şərq hilalı tək -
Barmağı ilə işarə eylərdi ixtar.
Bu dild
ə, bu zəkada bir oğul hələ
Görm
əmiş “yeddi” ata, “dörd” ana zinhar.
[10, s. 218]
Puşkinin qatillərinin də tənqid hədəfinə çevrilməsində
folklordan g
ələn təsir duyulur, mifik təfəkkür qaynaqlarından istifa-
d
ə olunur: “Müəllif cəmiyyətdəki qaragürüh qüvvələri, Puşkinin
Yusif Aslanov
60
qatill
ərini cadugər, fitnəkar, qaniçən qarılara, tilsimçilərə oxşadır.
Onların da sehirbaz, cadugər olduqlarını söyləyir. Burada, demək
olar ki, Axundovun folklora münasib
əti tamamilə xalqda olduğu
kimidir” [14]:
Rus torpağı yas tutub, fəğan qılır ki,
- Ey qatill
ər əlilə ölən namidar.
Qurtulmadın zamanın qanlı şərindən,
Tilsimin d
ə olmadı sənə həvadar. [10, s. 218]
Axundzad
əyə görə Şərq mifik obrazlarının poeziyaya
g
ətirilməsi şeirin məzmun tutumu, məna dərinliyi və poetik fikrin
obrazlı ifadəsində ən mühüm vasitələrdən biridir. Dünyanı hissetmə
v
ə anlama qabiliyyətinin, insanların gözəllik haqqında düşüncələri-
nin m
əhsulu olan “cənnət mələyi”, “cənnət hurisi”ni real həyatda
olan göz
əllə müqayisəsini aparmaq üçün şeirə daxil etməsi və ma-
raq
lı məcazlar, bənzətmələr, mübaliğələr yaratması Axundzadənin
poeziyasının təsir gücü ilə ölçülür, sənətkarlıq axtarışlarının nəticəsi
kimi qiym
ətləndirilir. Yazıçı Varşava gözəli Vandanın misilsiz
göz
əlliyi və sənətinin ecazkar gücünü göstərməkdə, behiştin huriləri
il
ə eyni səviyyədə dayandığını təsdiq etməkdə yeganə yolu Şərq
mifik obrazları ilə müqayisədə görürdü:
Hansı cənnət mələyində belə kamal, camal var,
Hansı cənnət hurisində bu gözəllik tapılar?
M
ələklərə tay etmərəm bu füsünkar dilbəri,
Listi çala bil
ərmi heç behiştin huriləri? [10, s. 241]
Ədibin şeirlərində fələklər hökmü, əcəl oxu, əcəl yeli, əcəl
saqisi, m
ələk sifətli, behişt bağı, behiştin hurisi, Xaliqi – yekta,
yeddi göy, dörd ana, can quşu, İsiyi – Məryəm və bu tipli digər
sözl
əri də işlətməsi onu mifologiya və folkloru sevməsini, xalq
yaradıcılığı ilə bağlı olduğunu göstərir.
Ədəbi axtarışlar və tədris
61
İnsanın təbiət sirlərini aça bilməməsindən, dərk etməyi
ç
ətinlik çəkməsindən yaranmış mifik obrazlardan cin, şeytan, cadu,
falçı Axundzadə üçün XIX əsr mühitini, saxta dini-mövhumatı,
fanatizmi t
ənqid etməkdə əsas vasitə kimi qəbul edilirdisə, indi də
ədibin fikirləri aktuallığı ilə dövr və zamanla səsləşir, müasir
h
əyatla bağlanır. Nümunə kimi Axundzadənin bir beytinə nəzər
salaq:
Yen
ə ünsi cin arasında bu nə qarışıqlıqdır?!
Sanki, m
ərsiyxanın yemindən bir-iki batman əskikdir.
[10, s. 239]
Xalq arasında dolaşmaqda olan “yalı az düşübdür” fikri ilə
“m
ərsiyəxanın yemindən bir-iki batman əskikdir” poetik ifadəsi
arasında qarşılıqlı əlaqə, təsir axtarmaq da mümkündür.
Az
ərbaycan ədəbiyyatşünaslığında XIX əsr ədəbiyyatının
aktual probleml
ərinin, özünəməxsusluğunun və inkişaf yollarının
d
ərindən tədqiqi və araşdırılması, fundamental monoqrafiyalarla
ədəbi-nəzəri fikrin zənginləşdirilməsi, xüsusən M.F.Axundzadənin
h
əyat və yaradıcılığının geniş elmi təhlilinin verilməsi akademik
F.Qasımzadənin adı ilə bağlıdır. Müəllifin çap etdirdiyi “Mirzə
F
ətəli Axundovun həyat və yaradıcılığı” (Bakı, 1962)
monoqrafiyasında da ədibin yaradıcılığına şifahi xalq ədəbiyyatı
nümun
ələrinin təsiri ilə əlaqədar maraqlı faktlar verilmiş, fikir
mübadil
əsi aparılmışdır. Akademik yazır ki, M.F.Axundovun lirik
şeirləri içərisində rast gəldiyimiz “Tərəkəmə qadını ilə Molla
K
ərimin söhbəti” şeiri şifahi xalq ədəbiyyatında yayılan məşhur “ha
tüşü nənəm, mənəm” mahnısından iqtibas edilmişdir [13, s. 114].
On dörd b
ənddən ibarət olan bu şeir dialoq şəklində yazılmış bir
m
əzhəkə olmaqla yanaşı incə yumoru, dərin lirizmi ilə də fərqlənir.
Bu şeirin maraqlı süjet xəttinin olması və xalq teatr
tamaşaları ilə bağlılığını akademik M.Arif, professor P.Əfəndiyev
d
ə göstərirdi. Fikrimizə aydınlıq gətirmək üçün M.Arifin
“Az
ərbaycan xalq teatrı” məqaləsinə nəzər salaq: “Bir molla ilə ərli
Dostları ilə paylaş: |