Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə20/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   16   17   18   19   20   21   22   23   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
59 
Bu b
əndlərdə həm klassik ədəbiyyatdan, həm də aşıq yara-
dıcılığından  yetərincə  bəhrələnmək  şeirin  məzmun, ideya-struktur 
baxımından kamil poetik formaya çevrilməsinə imkan yaratmışdır.  
Göründüyü kimi, M.F.Axundzad
ənin təcnisləri həm sənə-
tkarlıq baxımından, üslub, leksik xüsusiyyətləri, dil faklarının zən-
gin
liyi, fikrin obrazlı, yığcam, təsirli ifadəsi, sadə və axıcılığına görə 
seçilir, h
əm də orjinal xüsusiyyətləri ilə fərqlənir. 
Axundzad
ənin  poetik  yaradıcılığında  “A.S.Puşkinin  ölü-
mün
ə Şərq poeması” xüsusi yer tutur. Bu poema məzmununa, siya-
si m
ənasına,  söz  incilərindən istifadə  etmək məharətinə  görə  və 
Az
ərbaycan – rus ədəbi əlaqələrinin əsasını qoyulmasında Azərbay-
can 
ədəbiyyatında mühim bir hadisə idi. Etiraf edək ki, bu poema 
ideya-
struktur  baxımından  “Müsibətnamə”ləri  xatırladır.  Burada 
xalq  yaradıcılığı  və  klassik  ədəbiyyatda  işlənən  bülbülün  eşq 
yolunda sin
əsini  qızılgülün  tikanına  sancaraq  köksünü  al-qana 
boyaması  motivi  ilə  rus  şeirinin  günəşi  Puşkinin  ölümündən 
k
ədərlənən, qəm-qüssəyə  batan  şair  arasında  bir oxşarlıq, bağlılıq 
vardır.  Şair  də  dərdlidir,  “yaralı  köksü olan bülbül kimi” ah-nalə 
ç
əkir, qəlbi qandır, “rus torpağı yas tutub, fəğan qılır” – deyir.  
Yaxud,  xalq  arasında  yayılan  bir  Şərq rəvayətində  deyilir 
ki, müq
əddəs bir insanın barmağının təzə doğmuş Aya tuşlanması 
il
ə  Ay istənilən istiqamətə  hərəkət  edir.  Şair  də  belə  bir fikir 
söyl
əyir ki, Puşkin də öz zəkası, müdrikliyi ilə Şimalın göylərində 
Şərq hilalı tək doğdu: 
 
Şimalın göylərində Şərq hilalı tək - 
Barmağı ilə işarə eylərdi ixtar. 
Bu dild
ə, bu zəkada bir oğul hələ 
Görm
əmiş “yeddi” ata, “dörd” ana zinhar.  
[10, s. 218] 
   
Puşkinin  qatillərinin də  tənqid hədəfinə  çevrilməsində 
folklordan g
ələn təsir duyulur, mifik təfəkkür qaynaqlarından istifa-
d
ə  olunur: “Müəllif cəmiyyətdəki qaragürüh qüvvələri,  Puşkinin 


Yusif Aslanov 
 
 
60 
qatill
ərini cadugər, fitnəkar, qaniçən  qarılara,  tilsimçilərə  oxşadır. 
Onların da sehirbaz, cadugər olduqlarını söyləyir. Burada, demək 
olar ki, Axundovun folklora münasib
əti tamamilə  xalqda  olduğu 
kimidir” [14]: 
 
Rus torpağı yas tutub, fəğan qılır ki,  
- Ey qatill
ər əlilə ölən namidar.  
 
Qurtulmadın zamanın qanlı şərindən, 
Tilsimin d
ə olmadı sənə həvadar. [10, s. 218] 
 
Axundzad
əyə  görə  Şərq  mifik  obrazlarının  poeziyaya 
g
ətirilməsi şeirin məzmun tutumu, məna dərinliyi və poetik fikrin 
obrazlı ifadəsində ən mühüm vasitələrdən biridir. Dünyanı hissetmə 
v
ə anlama qabiliyyətinin, insanların gözəllik haqqında düşüncələri-
nin m
əhsulu olan “cənnət mələyi”, “cənnət hurisi”ni real həyatda 
olan göz
əllə müqayisəsini aparmaq üçün şeirə daxil etməsi və ma-
raq
lı məcazlar, bənzətmələr, mübaliğələr yaratması Axundzadənin 
poeziyasının təsir gücü ilə ölçülür, sənətkarlıq axtarışlarının nəticəsi 
kimi  qiym
ətləndirilir.  Yazıçı  Varşava  gözəli  Vandanın  misilsiz 
göz
əlliyi və sənətinin ecazkar gücünü göstərməkdə, behiştin huriləri 
il
ə  eyni səviyyədə  dayandığını  təsdiq etməkdə  yeganə  yolu  Şərq 
mifik obrazları ilə müqayisədə görürdü:  
 
Hansı cənnət mələyində belə kamal, camal var, 
Hansı cənnət hurisində bu gözəllik tapılar? 
M
ələklərə tay etmərəm bu füsünkar dilbəri,  
Listi çala bil
ərmi heç behiştin huriləri? [10, s. 241] 
 
Ədibin şeirlərində fələklər hökmü, əcəl oxu, əcəl yeli, əcəl 
saqisi, m
ələk sifətli,  behişt  bağı,  behiştin  hurisi,  Xaliqi  –  yekta, 
yeddi  göy,  dörd ana,  can quşu,  İsiyi  – Məryəm və bu tipli digər 
sözl
əri də  işlətməsi onu mifologiya  və  folkloru sevməsini, xalq 
yaradıcılığı ilə bağlı olduğunu göstərir. 


Ədəbi axtarışlar və tədris 
 
 
61 
İnsanın  təbiət sirlərini aça bilməməsindən, dərk etməyi 
ç
ətinlik çəkməsindən yaranmış mifik obrazlardan cin, şeytan, cadu, 
falçı  Axundzadə  üçün XIX əsr mühitini, saxta dini-mövhumatı, 
fanatizmi t
ənqid etməkdə əsas vasitə kimi qəbul edilirdisə, indi də 
ədibin fikirləri  aktuallığı  ilə  dövr və  zamanla səsləşir,  müasir 
h
əyatla  bağlanır.  Nümunə  kimi Axundzadənin bir beytinə  nəzər 
salaq: 
 
Yen
ə ünsi cin arasında bu nə qarışıqlıqdır?! 
Sanki, m
ərsiyxanın yemindən bir-iki batman əskikdir.  
[10, s. 239] 
 
Xalq arasında dolaşmaqda olan “yalı az düşübdür” fikri ilə 
“m
ərsiyəxanın  yemindən bir-iki batman əskikdir” poetik ifadəsi 
arasında qarşılıqlı əlaqə, təsir axtarmaq da mümkündür. 
Az
ərbaycan  ədəbiyyatşünaslığında  XIX  əsr  ədəbiyyatının 
aktual probleml
ərinin, özünəməxsusluğunun  və  inkişaf  yollarının 
d
ərindən tədqiqi və  araşdırılması,  fundamental  monoqrafiyalarla 
ədəbi-nəzəri fikrin zənginləşdirilməsi, xüsusən M.F.Axundzadənin 
h
əyat və  yaradıcılığının  geniş  elmi  təhlilinin verilməsi akademik 
F.Qasımzadənin  adı  ilə  bağlıdır.  Müəllifin çap etdirdiyi “Mirzə 
F
ətəli Axundovun həyat və  yaradıcılığı”  (Bakı,  1962) 
monoqrafiyasında  da  ədibin  yaradıcılığına  şifahi  xalq  ədəbiyyatı 
nümun
ələrinin təsiri ilə  əlaqədar  maraqlı  faktlar  verilmiş,  fikir 
mübadil
əsi aparılmışdır. Akademik yazır ki, M.F.Axundovun lirik 
şeirləri içərisində  rast gəldiyimiz “Tərəkəmə  qadını  ilə  Molla 
K
ərimin söhbəti” şeiri şifahi xalq ədəbiyyatında yayılan məşhur “ha 
tüşü nənəm, mənəm” mahnısından iqtibas edilmişdir [13, s. 114]. 
On dörd b
ənddən ibarət olan bu şeir dialoq şəklində  yazılmış bir 
m
əzhəkə olmaqla yanaşı incə yumoru, dərin lirizmi ilə də fərqlənir. 
Bu  şeirin  maraqlı  süjet  xəttinin  olması  və  xalq teatr 
tamaşaları ilə bağlılığını akademik M.Arif, professor P.Əfəndiyev 
d
ə  göstərirdi. Fikrimizə  aydınlıq  gətirmək üçün M.Arifin 
“Az
ərbaycan xalq teatrı” məqaləsinə nəzər salaq: “Bir molla ilə ərli 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə