Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə18/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   14   15   16   17   18   19   20   21   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
53 
qardaşı sayıla bilər” [5, s. 436]. Biz bu bağlılığı onun şeirlərində də 
açıq-aydın görürük, hiss edirik.  
Mirz
ə  Fətəli Axundzadənin  şeirlərinin bəziləri sənətkarlıq 
baxımından  dram  əsərləri, bədii nəsri ilə  müqayisədə  nisbətən 
z
əifdir. Ancaq milli həyatın  realist  təsviri, tarixi hadisələri  şeir 
dilind
ə vermək bacarığının güclü olması ədibi zaman baxımından 
bizd
ən uzaqlaşdırmır,  çağdaş  dövrümüzə  bağlayır.  Digər tərəfdən 
s
əmimi hissləri, saf məhəbbəti, xalq dilini poeziya, sənət dilinə 
çevirm
ək bacarığı onu oxuculara sevdirir, müasirləşdirir.  
Böyük 
ədibin poeziyaya, xüsusən aşıq şeiri tərzində yazan 
s
ənətkarlara yüksək qiymət verməsinin nəticəsidir ki, o, yaradıcılığa 
şeirlə başlamış və ömrünün sonuna qədər bu ənənəyə sadiq qalaraq 
m
ənzum  əsərlər  yazmışdır.  Onun  estetik  baxışında,  ədəbi-tənqidi 
görüşlərində  lirik şeirlərdə axtardığı və  görmək istədiyi məsələlər 
bu gün d
ə poeziyanın gerçəkliyi, qanunauyğunluğudur: “Şeir gərək 
lam
əhal ziyadə ləzzətə və hüzndə və fərəhdə ziyadə təsirə bais ola... 
B
əs məlum oldu ki, şeir əgərçi nəzm ilə olur, amma hər nəzm şeir 
deyil... Şair əlahiddə bir bəxşi – ilahidir və maddeyi – qabiliyyəti – 
şair xudadadədir və təhsil və tərbiyət o maddənin ancaq inbisatına 
v
ə əşarın artıq zinnətinə bais olar...” [6, s. 151-152]. 
Buna gör
ə də Axundzadə klassik Azərbaycan ədəbiyyatına 
yüks
ək dəyər verməklə  yanaşı,  aşıq  şeiri  tərzində  yazan 
s
ənətkarlardan öyrənmiş,  əsərlərindən bəhrələnmişdir.  Yazıçının 
şeirləri xalq poeziyası ənənələri, klassik Azərbaycan ədəbiyyatının 
görk
əmli nümayəndələri Molla Vəli Vidadi, Molla Pənah Vaqif, 
Qasım bəy Zakir və Nəbati yaradıcılığı ilə sıx surətdə əlaqədardır. 
Böyük 
ədib “Nəzm və  nəsr”  haqqında  ədəbi-tənqidi və  nəzəri 
m
əqaləsində  də  bu el sənətkarlarının  poeziyasına  yüksək qiymət 
vermiş, Firdovsi, Nizami, Cami, Sədi, Mollayi-Rumi və Hafizin ən 
böyük klassikl
ər olduğunu göstərmiş və onlardan bəhrələnmişdir:” 
Əhli  –  fürsdən ancaq Firdovsi və  Nizami və  Cami və  Sədi və 
Mollayi  –  Rumi v
ə Hafiz şairdirlər... Mən əyyami – səyahətimdə 
s
əfheyi  –  Qarabağda  Molla  Pənah Vaqifin bir para xəyalatını 
gördüm ki, zikr etdiyim şərt bu növ ilə onda göründü və dəxi Qasım 


Yusif Aslanov 
 
 
54 
b
əy Sarucaluyi – Cavanşirə düçar oldum ki, əlhəq türk (Azərbaycan 
–  Y.Y.Aslanov) dilind
ə  onun mənzumatı  mənim heyrətimə  bais 
oldu.  Ondan  ötrü  ki,  dediyim  şərt ziyadə  onun mənzumatında 
tapıldı...    
Bu  iki  şəxsin fərqi bir-birindən budur ki, əgərçi Molla 
P
ənah müqəddəm  ərsəyə  gəlib  bu fənndə  Qasım  bəyə  nisbət 
r
əhnumadır  və  lakin ləzzət və  təsir və  mühəssənati-nəzmiyyə 
Qasım bəyin xəyalatında çoxdur [6, s. 152].  
M.P.Vaqif v
ə  Qasım  bəy  Zakirin  şeirlərini  toplaması, 
müq
əddimə  yazmaqla  çapa  hazırlaması  da  Axundzadənin  aşıq 
yara
dıcılığı üslubunda yazan sənətkarları, el aşıqlarını sevməsini, bu 
m
ənbələrdən yaradıcı istifadə etdiyini göstərir. Axunzadə bununla 
yanaşı  folkloru dərindən oyrənən, toplayan, əsərlərinin mövzu və 
ideyasının,  obrazlar  aləminin xarakterik xüsusiyyətlərinin 
açılmasında  da  bu  imkanlardan  yararlanan  bir  sənətkardır.  Buna 
gör
ə də M.F.Axundov aşıq poeziyasını öyrənir və sevirdi. Təsadüfi 
deyildir ki, M.F.Axundov Vaqif v
ə Zakirin məhz bu səpkidə olan 
əsərlərini  alqışlayır,  təbliğ  edir,  dövrün  sənətkarlarını  belə  əsərlər 
yazmağa çağırırdı [7]. M.F.Axundzadə yazdığı yığcam mənalı ön 
sözd
ə də Vaqif və Zakir yaradıcılığını səciyyələndirən məziyyətlər 
üz
ərində  dayanır,  öz  şeirlərini  xalqın  ana  dilində  yazmalarını 
sevincl
ə  qeyd edir, bədii  yaradıcılığın  estetik  problemlərindən 
söhb
ət açır [8, s. 40].  
M.F.Axundzad
ə şeirlərini həm Azərbaycan dilində, həm də 
farsca  yazmışdır.  Bu  şeirlərin  dili  lüğət tərkibinin zənginliyi ilə 
seçilir, xalq dilind
ən alınan sözlərin hesabına dərin mənalar ifadə 
edir. Burada Az
ərbaycan dilinin poetikliyi, xalq ədəbiyyatının, saf 
v
ə təmiz məhəbbətin təsiri də duyulur. Şeirlərin heca vəznində, xü-
sus
ən qoşma, təcnis şəklində yazılması, daxili bölgülərin 6-5 şək-
lind
ə  verilməsi, “əsiriyəm”,  “aşiqəm” müraciət  formalı  sözlərdən 
istifad
ə olunması da Axundzadənin xalq yaradıcılığına dərindən bə-
l
əd olmasından, sevməsindən irəli gələn faktlardır: “Bununla yana-
şı,  o,  eyni  zamanda  xalqın  keçmiş  mədəni irsinə, xalq mədəniy-
y
ətinə  özünün münasibətini  bildirmiş,  xalq  poeziyasını  yüksək 


Ədəbi axtarışlar və tədris 
 
 
55 
etalon kimi götürm
üşdür”  [8,  s.  40].  Akademik  F.Köçərlinin 
əsaslandırdığı, gəldiyi elmi nəticələr də şeirlərinin xalq yaradıcılığı 
il
ə  bağlılığını  araşdırmaqda  da  faydalı  mənbə  kimi qiymətlidir: 
“T
əsadüfi deyildir ki, Axundov ana dilində yazdığı şeirlərin çoxunu 
xalq 
ədəbiyyatından  istifadə  edərək sadə  dildə, heca vəznində  və 
qoşma şəklində yazmışdır” [8, s. 40].  
Professor Vaqif V
əliyev Axundzadənin  şeirlərinin folklor 
qay
naqlarını  araşdırarkən  haqlı  olaraq  yazır  ki,  M.F.Axundovun 
şeirləri əsasən M.P.Vaqif, M.V.Vidadi və Qasım bəy Zakirin yara-
dıcılığı ilə həmahəng səslənir. Onun Zakirə yazdığı mənzum mək-
tub
ları,  eyni  zamanda  Vaqiflə  Vidadi  arasında  gedən  şeirləşməni 
xa
tırladır [9, s. 82].  
Görk
əmli folklorşünas alim, filologiya elmləri doktoru, pro-
fes
sor  Paşa  Əfəndiyev Axundzadənin  Krım  müharibəsi ilə  bağlı 
Q.Zakir
ə yazdığı məktuba diqqəti yönəldərək belə bir nəticəyə gəlir 
ki, “M.F.Axundov bu şeirdə elə ifadə, söz, misralar işlədir ki, elə 
bilirs
ən ki, bunlar qəhrəmanlıq  dastanlarımızdakı, xüsusilə, “Kor-
oğlu”da olan qoşmaların bəndləri, yaxud beytləridir” [7]: 
 
Ey Qasım bəy, əcəb dövrana çatdıq, 
M
ərdə indi olmaz başü can gərək! 
Qoç igidl
ər döyüş günü meydanda 
Düşməninə qanlar ağladan gərək! [10, s. 225] 
 
“Zakir
ə  məktub”  şeirinin  digər bəndlərində  də  Axundov 
sözün k
əsərindən istifadə edib yağı düşmən üzərinə hücuma keçir, 
xalqı qəflət yuxusundan oyadır, qələbəyə səsləyir, inam yaradır. Bu 
zaman 
ədib sanki Koroğludan ilham alır, nərəsindən güc götürür və 
ondan t
əsirlənir:  
 
M
əndən salam olsun əcəm oğluna,  
Meydana gir
əndə, meydan mənimdi! 
Qıratım köhləndi, özüm qəhrəman,  
Çalaram qılıncı düşmən mənimdi! [11, s. 60] 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə