Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə17/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   13   14   15   16   17   18   19   20   ...   129

Yusif Aslanov 
 
 
50 
araşdırılması Axundzadənin xalq yaradıcılığı ilə nə qədər bağlı oldu-
ğunu göstərir.  
Ümumil
əşdirmələrdən belə nəticəyə gəlmək olar ki, mifolo-
giya v
ə folkloru dərindən öyrənən və burada işlənmiş mövzuları dra-
maturgiyaya g
ətirməklə ona yeni məzmun və forma verən, xalq yara-
dıcılığı ilə yazıçı təfəkkürünün, həyata baxışının vəhdətindən ortaya 
çıxan sənət əsərləri oxucu və tamaşaçılara güclü təsir göstərməkdə 
h
əmişə müasirdir, həyatın bədii-estetik dərkində əsas vasitədir.   
 
ƏDƏBİYYAT 
 
1.
 
Mikayıl Rəfili. M.F.Axundov. Bakı, “Elm”, 1990. – 256 səh. 
2.
 
V
əliyev V.Ə. M.F.Axundov və xalq yaradıcılığı. Mirzə Fətəli 
Axundov (Elmi 
əsərlərin tematik məcmuəsi). Bakı, Azərbaycan 
Dövl
ət Universiteti, 1967. – 122 səh.  
3.
 
R
əşid  bəy  Əfəndiyev. Mirzə  Fətəli barəsində  bildiklərim və 
eşitdiklərim. M.F.Axundov. Məqalələr məcmuəsi.  Bakı, 
Az
ərbaycan SSR Elmlər  Akademiyasının  nəşriyyatı,  1962.  – 
336 s
əh.  
4.
 
Əfəndiyev P. Böyük ədib və xalq yaradıcılığı. //“Ədəbiyyat və 
inc
əsənət” qəzeti. Bakı, 12 iyun 1987 
5.
 
Murtuzayev  S.  M.F.Axundovun  komediyalarının  dil  və  üslub 
xüsusiyy
ətləri. Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1962. – 114 
s
əh.  
6.
 
N
əbiyev B. F.Köçərli. Bakı, “Gənclik”, 1984. – 228 səh.  
7.
 
M.F.Axundzad
ə. Əsərləri III cilddə. I cild, Bakı, “Şərq – Qərb”, 
2005. – 296 s
əh.  
8.
 
Allahverdiyev M. Az
ərbaycan xalq teatrı tarixi. Bakı, “Maarif”, 
1978. – 235 s
əh.  
9.
 
Sultanlı  Ə.  Azərbaycan dramaturgiyasının  inkişafı  tarixindən. 
Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1964. – 304 səh.  
10.
 
 
Qasımzadə F. Mirzə Fətəli Axundovun həyat və  yaradıcılığı. 
Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1962. – 378 səh.  


Ədəbi axtarışlar və tədris 
 
 
51 
11.
 
 Rüst
əmov İ. Mirzə Fətəli Axundov. Bakı, “Gənclik”, 1988. – 
72 s
əh. 
12.
 
 Köç
ərli F. M.F.Axundovun dünyagörüşü. Bakı, “Elm”, 1999. – 
124 s
əh.  
13.
 
  C
əfərov C.H. Azərbaycan  teatrı.  Bakı,  Azərbaycan Dövlət 
n
əşriyyatı, 1974. – 316 səh.  
14.
 
 D
əmirçizadə  Ə.M.  M.F.Axundov  dil  haqqında  və 
M.F.Axundovun dili. Bakı, 1941. – 42 səh.  
 
 
Sumqayıt Dövlət Universiteti 
“Elmi x
əbərlər” jurnalı,  
Sumqayıt, 2011, №3, cild 7,səh. 37-42 
 
 
 
MİRZƏ FƏTƏLİ AXUNDZADƏNİN  
ŞEİRLƏRİNDƏ XALQ YARADICILIĞI ƏNƏNƏLƏRİ 
(AXUNDZADƏ – 200) 
 
Ədəbi-nəzəri fikirdə,  folklor  araşdırmalarında  mifologiya 
v
ə xalq yaradıcılığı qaynaqlarından bəhrələnmə, mövzu seçimi, janr 
v
ə  forma  əlvanlığının  yazılı  ədəbiyyata təsiri  imkanlarının 

əyyənləşdirilməsi  üsulları  geniş  elmi  həllini  tapmış,  tədqiq 
olunmuş,  çağdaş  düşüncənin də  aktual probleminə  çevrilmişdir. 
Geniş və çoxaspektli istiqamətləri əhatə edən bu mənbələrdə xalq 
yaradıcılığının poetik sistem və strukturu tarixi təkamül prosesinə 
uyğun  araşdırılmış,  yazılı  ədəbiyyata  folklor  qaynaqlarının  təsiri, 
bunlar  arasındakı  bağlılıq,  qarşılıqlı  əlaqənin elmi-nəzəri, praktik 
baxımdan  əhəmiyyətli    olduğu  əsaslandırılmışdır.  Çünki  folklor 
janrlarında,  folklorun  bədii təsvir sistemində  “janrın  yaddaşı” 
(M.Baxtin) daha z
əngindir [1, s. 9]. Həm də “Tarixi poetikanın ən 
“doğma”  və  təbii  mövzularından  biri  də  ədəbiyyatın  xalq-poetik 
yaradıcılığı ilə əlaqələri və folklora münasibətdə ədəbiyyatın bədii 


Yusif Aslanov 
 
 
52 
varisilik m
əsələsidir” [2, s. 292]. Bu problemin tədqiqi, təhlil pred-
metin
ə çevrilməsi, yazılı ədəbiyyatla qarşılıqlı əlaqəsinin, göstərdiyi 
t
əsirin istiqamətlərinin öyrənilməsi ədəbi təhsil, tərbiyə baxımından 
olduq
ca faydalı, zəngin bir məxəzdir, tarixin, mədəniyyətin, milli-
m
ənəvi, bədii-estetik dəyərlərin yazıçı təxəyyülünə göstərdiyi müs-
b
ət təsirin, milli həyatın  öyrənilməsinin  canlı  ensiklopediyasıdır: 
“Çünki folklor öz poetik sistemin
ə görə o qədər mükəmməldir ki
ondan öyr
ənməyə həmişə ehtiyac vardır” [3, s. 32]. 
Buna gör
ə də görkəmli sənətkarların yaradıcılığı öz maya-
sını folklor qaynaqlarından götürür, xalq müdrikliyi ilə yazıçı idealı, 
düşüncə  tərzi bir-biri ilə  əlaqələndirilərək kamil sənət  əsərlərinə 
çevrilir. N
əzəri tədqiqatlarda, təlim  praktikasında  əsaslandırılır ki, 
xalq t
əfəkkürü,  yazıçı  baxışı,  mövqeyi,  həqiqətlərin dərki 
n
əticəsində  yüksək sənət  əsərləri  yaranır.  Böyük  rus  dramaturqu 
A.N.Ostrovski d
ə bədii yaradıcılıqdan danışarkən bu məsələləri də 
n
əzərdə  tutaraq  yazırdı:  “Xalq  yazıçısı  olmaq  üçün  vətənə 
m
əhəbbət bəsləmək azdır, çünki bu məhəbbət yazıçıya enerji, hiss 
verir, m
əzmun vermir. Odur ki, vətəni sevməklə bərabər xalqı yaxşı 
bilm
ək,  onunla  yaxınlaşmaq,  ona  dərindən  aşina  olmaq  lazımdır. 
B
ədii istedad üçün də  gözəl məktəb  öz  xalqının  həyatını 
öyr
ənməkdir. Xalqın həyatını bədii şəkildə əks etmək isə yaradıcılıq 
f
əaliyyəti üçün ən gözəl sahədir” [4, s. 577].  
Mifologiya v
ə  folkloru dərindən bilən, bu nümunələrdən  
y
aradıcı  istifadə  etməyi bacaran, xalqa, adət-ənənələrə, milli-
m
ənəvi dəyərlərə  bağlılığını,  sadiq  qaldığını  sübut  edən  ədəbi 
şəxsiyyətlərdən biri də böyük ədib, mütəfəkkir filosof, dramaturq
nasir, şair M.F.Axundzadədir. Onun bədii-fəlsəfi yaradıcılığı təsdiq 
edir ki, o, xalqa d
ərindən  bağlı,  humanist,  xeyirxah  bir  insan, 
ictimai fikir tarixind
ə görkəmli maarifçi ziyalı kimi tanınsa da, bir o 
q
ədər də  xalq  yaradıcılığına  sevgi  və  məhəbbət hissini ürəyində 
daşıyan,  bu  ideyaları  əsərlərində  yaşatmağı  bacaran  bir folklor 
bilicisi, yazıçı kimi də daha çox tanınır. Mehdi Hüseynin sözləri ilə 
des
ək, “Azərbaycan folkloru klassik Azərbaycan  şeirinin  doğma 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə