Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə25/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   21   22   23   24   25   26   27   28   ...   129

Yusif Aslanov 
 
 
74 
11.
 
 N
əbiyev B. Əsrin haqq səsi. // Ədəbiyyat. Bakı, 2 mart 
2012-
ci il, №8 (4811) 
12.
 
 
Ənvər  Əhməd. Mirzə  Ələkbər  Sabirin  poetikası.  Bakı, 
1996 
13.
 
 
Akif Əli. Sabirin satira yaradıcılığı. Bakı, 1999 
14.
 
 
Paşayeva Nərgiz. Sabir novatorluğu. Bakı, 1997 
15.
 
 Sona X
əyal. Mirzə  Ələkbər Sabirə  yeni nəzər.  Bakı, 
2002 
16.
 
 K
ərəmov N. Mirzə  Ələkbər Sabirin səyahətləri.  Bakı, 
2000 
17.
 
 
Aslanov  S.  17.1.  Sabir  yalnız  şair  idimi  (Bakı,  2004); 
17.2.  M.Ə.Sabir  və  türk dövlətçiliyi tarixi məsələləri. // 
“Ön
ər”, №01 (02) 2002 
18.
 
18.1. Hüseynzad
ə  R.  M.Ə.Sabirin  pedaqoji  görüşləri. // 
“Az
ərbaycan dili və ədəbiyyatı tədrisi”. Bakı, 2011, №3; 
18.2. S
əmədov  A.  M.Ə.Sabir:  böyük  satirik,  mahir 
pedaqoq. Yen
ə həmin jurnal. Bakı, 2010, №4 
 
 
Sumqayıt Dövlət Universiteti 
“Elmi x
əbərlər” jurnalı, Sumqayıt,  
2012, №1, cild 8,  səh. 30-35 
 


Ədəbi axtarışlar və tədris 
 
 
75 
 
II. 
ƏNƏNƏDƏN MÜASİRLİYƏ 
 
DRAM ƏSƏRLƏRİNİN TƏDRİSİNDƏ TEXNİKİ 
VASİTƏLƏRDƏN İSTİFADƏ YOLLARI HAQQINDA  
 
Planetimizd
ə  hər gün yeni informasiyalar, məlumatlar 
meydana g
əlir. Bu məlumatları  dərk etmək, öyrənmək, ona fəal 
münasib
ət bəsləmək,  zamanın  gedişinə, mürəkkəb problemlərin 
h
əllinə  tərəqqipərvər bəşəriyyətin gözü ilə  baxıb,  ona  qiymət 
verm
ək  ziyalının  əsil sifəti  sayılır.  Bu  sifətləri gənc nəslə  təlqin 
etm
ək üçün tədris prosesində texniki vasitələrdən istifadə etməyin 
böyük 
əhəmiyyəti  vardır.  Bu üsulla keçilən məşğələ  növündə 
şagirdlərdə fəal həyat mövqeyinin, dünyagörüşün formalaşmasına, 
milli-m
ənəvi dəyərlərin, əxlaq tərbiyəsinin möhkəmləndirilməsinə, 
ateizm, beyn
əlmiləlçilik,  vətənpərvərlik, sosialist mülkiyyətinə 
şüurlu münasibət hissinin gücləndirilməsinə nail olmaq mümkün-
dür. Bundan başqa şagirdlərin fəal həyat mövqeyinin formalaşması, 
onlarda  v
ətənpərvərlik  və  milli iftixar  hissinin  yaradılması  dram 
əsərlərinin tədrisi qarşısında duran aktual problemlərdən biridir.  
Müasir texniki t
ərəqqi dövründə  dram  əsərlərin tədrisini 
yalnız  ənənəvi köhnə  üsulla, mexaniki əzbərləməklə  aparmaq 
m
əqbul  sayılmır.  Çünki  müasir  dərsə  verilən tələblərdən biri də 
m
əşğələ  zamanı  təlimin texniki vasitələrindən geniş  istifadə 
edilm
əsilə əlaqədardır.  
T
əlimin texniki vasitələri real həyat  şəraitini sinifdə, 
şagirdlərin gözü önündə  nümayiş  etdirməyə, dram əsərlərinin 
sirl
ərini  açmağa  imkan  yaradır.  Bu  üsul  şagirdlərdə  səmərəli 
müşahidələr aparmağa, qavradıqları hadisələri təhlil-tərkib etməyə, 
onlardan dürüst n
əticələr çıxarmağa, düzgün hökm verməyə geniş 
şərait  yaradır.  Deməli, dram əsərlərinin tədrisi  zamanı  xüsusən 
dramatik oxu prosesind
ə  akustik, vizual və  audivizual vasitələrin 
t
ətbiqi böyük əhəmiyyət kəsb edir.  


Yusif Aslanov 
 
 
76 
Bunu n
əzərə  alan müəllim  yalnız  ifadəli oxu dərslərində 
deyil, dram 
əsərlərinin istər məzmunu, istər təhlili, istərsə də ayrı-
ayrı  obrazların  səciyyələndirilməsi prosesində  təlimin texniki 
vasit
ələrindən geniş istifadə edə bilər.  
T
ədqiqatlar və  eksperimentlər göstərir ki, dramatik oxu 
prosesinin yüks
ək səviyyəsi, xoşagələn nəticəsi akustik vasitələrin 
s
əmərəli tətbiqindən  çox  asılıdır.  Bu  iş  üsulundan  əvvəl müəllim 
qrammofon valını və ya maqnitafon lent yazısını konkret sinif-dərs 
şəraitində səsləndirməlidir. Ayrı-ayrı obrazın danışıq tərzi haqqında 
şagirdlərdə  müəyyən təsəvvür yaratmalıdır.  Müəllimin izahat 
işlərindən sonra isə  dramatik  oxuya  başlanmalıdır.  Şagirdlər 
çalışmalıdır  ki,  öz  ifadələrini məşhur  aktyorların  ifadə  tonlarına 
yaxınlaşdırsın.  Söz yox ki, burada ifadəli  oxunun  texniki  şərtləri 
n
əzərə alınmalıdır.  
Dram 
əsərlərinin təhlili zamanı akustik, vizual vasitələrdən 
daha çox audivizual vasit
ələrindən istifadə etmək məsləhət görülür. 
“Almaz” 
əsərinin məzmunu  haqqında  şagirdlərə  məlumat 
verdikd
ən sonra bu əsərin  vidioyazısına  baxmaq  daha  faydalıdır. 
Ayrı-ayrı pərdələr, səhnələr, şəkillər haqqında müəllimin replikaları 
(uşaqlar,  bu  epizoda  diqqətlə  baxın,  Hacı  Əhmədin bu ifadəsinin 
saxtalılığına  fikir  verin  və  s.)  əsərin  şagirdlər tərəfindən  başa 
düşülməsinə kömək edir. 
Televizor  verilişi  qurtardıqdan  sonra  növbəti dərsdə 
“Almaz” 
əsəri təhlil edilməlidir. Təhlil prosesində  ayrı-ayrı  səh-
n
ələr, hadisələr, dramatik mükalimələr tez-tez  şagirdlərin  yadına 
salınmalıdır. Beləliklə, əsərin həm ideoloji, həm də quruluşuna görə 
t
əhlili səmərəli  şəkildə  aparıla  bilər. Təcrübə  göstərir ki, belə  iş 
üsulu 
əsərin kamil surətdə mənimsənilməsinə, uzun müddət yadda 
qalmasına kömək edir.       
 
AD
Pİ-nin 60 illiyinə həsr olunmuş konfransın 
 
materialları, Bakı, 1982, səh. 40-42.  
 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə