Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə33/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   29   30   31   32   33   34   35   36   ...   129

Yusif Aslanov 
 
 
98 
ra s
ənətkar münasibətini qavramaq, ideya-tərbiyəvi mahiyyətini 
d
ərk etmək, nəzəri xüsusiyyətlərini izah edə bilmək, fikirlərini şifa-
hi v
ə yazılı bildirmək qabiliyyətinə yiyələnməlidirlər.  
V-VII sinifl
ərin  ədəbiyyat  proqramlarında  dram  növünə 
dair 3 nümun
ə verilməklə dramatik əsərlər haqqında ümumi təsəv-
vür yaradılır. V sinifdə Azərbaycan sovet dramaturgiyasının banisi 
C.Cabbarlının həyat və yaradıcılığı ilə müvazi olaraq “1905-ci ildə” 
dra
mından  birinci  şəkil  əsasında  şagirdlərə  dram  növü  haqqında 
ilkin m
əlumat verilir. Bu zaman daha çox dram növünün quruluşu, 
zahiri v
ə daxili özünəməxsus cəhətləri, dram növü ilə dram janrının 
ox
şar və fərqli əlamətləri aydınlaşdırılmaqla nəzəri anlayışlar öyrə-
dilm
əlidir.  
Az
ərbaycan 
dramaturgiyasının 
təməlini 
qoymuş 
M.F.Axundovun “Müsyö Jordan v
ə dərviş Məstəli şah” komediya-
sının IV pərdəsi VI sinifdə öyrədilir. Əgər V sinifdə şagirdlərə dram 

vü  haqqında ilkin, ibtidai  təsəvvür verilməsi əsas məqsəd kimi 
qar
şıya qoyulursa, VI sinifdə bu iş bir qədər dərinləşdirilir, şagirdlə-
r
ə dramatik əsərin bir pərdəsi tam təqdim edilir və tələb olunur ki, 
onlar h
əmin pərdənin məzmununu bütövlükdə öyrənib süjet xəttini 
t
əşkil  edən hadisələri müəyyənləşdirsinlər.  Qabaqcıl  ədəbiyyat 

əllimləri yalnız sonuncu pərdənin məzmununu mənimsətməklə 
kifay
ətlənmirlər. Onlar bütün pərdələrin oxunmasını, dram dərnək-
l
ərində  səhnə  tamaşasının  hazırlanmasını  əsas diqqət mərkəzində 
saxla
yır, şagirdlər qarşısında düşündürücü suallar qoymaqla ideya-
m
əzmunu aydınlaşdırır, plan əsasında məzmunu soruşur, obrazların 
s
əciyyəsinə dair müəyyən metodik köməklik göstərirlər.  
Pyesin m
əzmun və ideyası üzərində iş aparılarkən şagirdlə-
rin n
əzərinə çatdırılmalıdır ki, “Komediyada XIX əsrin ortalarında 
Az
ərbaycan həyat tərzi üçün səciyyəvi olan iki xüsusiyyət, iki meyl 
üz-üz
ə gətirilməklə ictimai konflikt kimi əsərin mərkəzinə qoyul-
muşdur. Həmin xüsusiyyətlərdən biri mövcud qayda-qanunlara, 
ad
ət və ənənələrə tabelik, sakit, süst həyata aludəçilik, onunla razı-
lıqdır. İkinci xüsusiyyət, ikinci meyl isə görüb-götürmək, mənfəət 
əldə etmək, başqa millətlərin həyatını öyrənmək, onların mədəni tə-


Ədəbi axtarışlar və tədris 
 
 
99 
r
əqqisi ilə tanış olmaq – mədəni intibah idi” /Azərbaycan ədəbiyyatı 
tarixi.  III  cild.  Bakı,  Azərbaycan SSR EA nəşriyyatı,  1960,  səh. 
211/. 
Komediyanın  əsas məğzini  təşkil  edən  gülüşün  ictimai 
m
əzmun  daşıması,  eybəcərliyin tənqid hədəfinə  çevrilməsi, fərdi-
fizioloji emosional 
əhvali-ruhiyyəsi ilə bağlı olan gülüşün öldürücü, 
t
ərbiyəvi əhəmiyyət kəsb edən gülüşdən fərqli cəhətləri, quruluş və 
s
əhnə ilə bağlı xüsusiyyətləri, gəlişlər, pərdələr, monoloq, dialoq və 
s. kimi n
əzəri məsələlər V sinif şagirdlərinə öyrədilməlidir.  
VII sinifd
ə C.Cabbarlının “Sevil” pyesi zəminində şagirdlə-
rin 
dram janrına dair əldə etdikləri nəzəri biliklər yekunlaşdırılır. Bu 
zaman dram
ın  özünəməxsus xüsusiyyətləri, hərəkət, fəaliyyət, 
xarakter, konflikt, p
ərdə,  şəkil, dialoq, monoloq, dialoji nitq, 
monoloji nitq, kompozisiya v
ə süjet haqqında məlumatlar pyesdən 
seçilmiş  konkret  nümunələr  əsasında  şagirdlərin birgə  iştirakı  ilə 

əyyənləşdirilməlidir. Müəllim  nəzərdə  saxlamalıdır  ki,  “Sevil” 
pyesinin ideya-m
əzmununda dramatiklik əsas estetik kateqoriya 
kimi üstünlük t
əşkil etsə də, eyni zamanda burada komik və tragik 
ünsürl
ərə də geniş yer verilmişdir.  
Lakin sonuncu iki komponent /komik v
ə  tragik ünsürlər/ 
əsərin janrını müəyyənləşdirməkdə bizə əsas vermir. Ona görə də 
“Sevil” pyesi psixoloji dram kimi elmi-metodik 
ədəbiyyatlarda 
t
əhlil olunur.  
Müşahidələr göstərir ki, şagirdlər kompozisiya ilə süjet xətti 
arasındakı  mahiyyət fərqini fərqləndirməkdə  çətinlik çəkirlər. 
B
əzən də  süjetin ünsürlərini  kompozisiyanın  tərkib hissəsi kimi 
d
ərk edirlər. Müəllim  şərh etməlidir ki, ədəbiyyatşünaslıqda  lirik 
ric
ət,  aralıq  epizodları,  bədii  haşiyə  /çərçivə/, bədii qabaqlama
peyzaj, interyer kompozisiyanın tərkib hissələri, bədii müqəddimə, 
düyün, hadis
ələrin inkişaf mərhələsi, zirvə, düyünün açılması, final 
süjetin ünsürl
əri, intriqa, kolliziya və intriqanın birliyi, stiuasiya isə 
süjetin 
əlamətləri kimi ümumiləşdirilir.  Şagirdlərə  dərk etdirmək 
lazımdır ki, kompozisiya - əsərdə həyatın vahid, bütöv mənzərəsi-
nin yaradılması /Q.L.Abramoviç/; bədii təzahür formalarının daxili 


Yusif Aslanov 
 
 
100 
orqanizminin prinsipl
əri,  qanunauyğunluğu  /Q.N.Pospelov/;  ədəbi 
əsərin bütöv sistemi ilə obrazlarının məntiqi ardıcıllığı və qarşılıqlı 
ideya-b
ədii  əlaqəsi  /V.İ.Sorokin/;  bədii  əsərin  quruluşu,  bədii 
k
əşflərin,  obrazların  təşkilinin,  onların  əlaqə  və  münasibətlərinin, 
əsərdəki həyati proseslərin xarakterinin müəyyən olunmuş sistemi 
/L.T.Timofeyev, V.S.Turayev/; 
əsərin quruluşu, onun tərkib hissə-
l
ərinin düzülüşü, əsərdə göstərilən, həyat prosesini səciyyələndirən 
sur
ətlərin, onların əlaqə və münasibətlərinin təşkili, hadisələrin təs-
vi
ri qaydası /Ə.Mirəhmədov/ hesab olunur. / Ədəbiyyat nəzəriyyəsi. 
Metodik göst
əriş. Bakı, 1985, səh.23/. Süjet isə bədii əsərdə hadisə 
v
ə əhvalatların inkişaf etdirildiyi xəttdir /Yenə orada, səh. 24/. 
M
əktəb təcrübəsi belə bir qəti fikir söyləməyə zəmin yarat-
dı ki, aşağı siniflərdə öyrədilən bədii nümunələrin müəllifinin həyat 
v
ə yaradıcılığı haqqında şagirdlərə onların yaş və bilik səviyyəsinə 
uy
ğun müəyyən məlumatın verilməsi təlim işinə müsbət təsir göstə-
rir. H
əmin metodik iş əsas götürülərək V sinfin ədəbiyyat dərsliyinə 
ya
zıçı Qılman İlkinin iki kiçik həcmli oçerki / “Kömürçü ailəsində” 
v
ə “İlk hədə”/ daxil edilmişdir. Təkmilləşdirilmiş ədəbiyyat proq-
ram
larında bu oçerklərin və “1905-ci ildə” pyesindən birinci şəklin 
öyr
ədilməsinə üç saat vaxt ayrılır. Həmin vaxtda aşağıdakı istiqa-
m
ətdə müəllimlərin iş aparması məsləhət bilinir:  
Birinci saat. Dramaturq ha
qqında  müəllimin  giriş  sözü. 
Oçerkl
ərin qısa məzmunu haqqında məlumat. Oçerklərdən seçilmiş 
parçaların oxusu, məzmunu üzrə müsahibə. Evə tapşırıq: Oçerklərin 
m
əzmununun öyrənilməsi və  müəllimin  təklif  etdiyi  parçaların 
r
əvan, ifadəli oxusu. 

əllim söylədiyi  qısa  giriş  sözündə  şagirdlərin nəzərinə 
çat
dırır ki, Azərbaycan sovet ədəbiyyatının ən görkəmli nümayən-
d
ələrindən biri olan C.Cabbarlının yaradıcılığı şeir, pyes və hekayə-
l
ərlə zəngindir. O, 1899-cu ildə keçmiş Xızı rayonunun /indiki Ab-
şeron rayonunun/ Xızı kəndində kömürçülüklə məşğul olan Qafar 
kişinin  yoxsul  ailəsində  həyata  göz  açmışdır.  Bu  zaman  müəllim 
“Kömürçü ail
əsində” və “İlk hədə” oçerkləri vasitəsilə sənətkarın 
dünyaya g
əlməsi, yoxsulluq və yetimçiliklə keçən uşaqlıq illəri, ilk 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə