Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə30/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   26   27   28   29   30   31   32   33   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
89 
 
H
.CAVİDİN “SƏYAVUŞ” MƏNZUM FACİƏSİNİN 
SƏNƏTKARLIQ XÜSUSİYYƏTLƏRİNİN ÖYRƏDİLMƏSİ 
 
Respublikamızın ümumtəhsil məktəblərində mövzusu tarixi 
h
əqiqətlərdən götürülmüş dramatik əsərlər öyrədilir. Bu nümunələr 
ara
sında H.Cavidin “Səyavuş” mənzum dramı ədəbiyyat müəllim-
l
ərindən daha çox tədqiqatçılıq, pedaqoji məharət tələb edir. Onun 
b
ədii irsinin və “Səyavuş” mənzum dramının tədrisinə proqramda 
beş saat vaxt ayrılmışdır. Qabaqcıl ədəbiyyat müəllimləri ilk dərs 
saa
tında  dramaturqun  həyat və  yaradıcılığı  ilə  yanaşı  “Səyavuş” 
pyesin
ə şagirdlərdə müəyyən maraq hissi oyadır, növbəti dərsə kimi 
m
əzmununu öyrənməyi qarşıya məqsəd qoyurlar. 
T
əcrübə  və  müşahidələr göztərir ki, X sinifdə  “Səyavuş” 
faci
əsinin məzmunu,  ayrı-ayrı  obrazların  bədii təhlili ilə  əlaqədar 
ap
arılan  işləri  şagirdlər asan dərk edirlər. Lakin faciənin  ideyası, 
realist xüsusiyy
ətləri, sənətkarlıq  məsələləri,  şairin  bədii irsinin 
Az
ərbaycan  ədəbiyyatının  sonrakı  mərhələsinə  göstərdiyi təsir 
şagirdlərə  lazımi  səviyyədə  çatdırılmır.  Metodik  ümumiləşdir-
m
ələrdə də “Səyavuş” pyesi, əsasən, məzmunun aydınlaşdırılması 
istiqam
ətində təhlil edilir ki, bu da əsərin sənətkarlıq məsələlərini 
düzgün araşdırmaqda müəllimlərə kifayət qədər kömək göstərmir. 
Onu da qeyd ed
ək ki, məktəblərimizdə pyesin sənətkarlıq 
xüsusiyy
ətləri  əsasən bədii təhlildən sonra öyrədilir. Dərslik üzrə 
metodik r
əhbərlik, vəsait, məqalə və tövsiyələrdə də həmin metodik 
iş  əsas götürülür. Pyesin məzmun və  ideyası,  rollar  üzrə  oxusu, 
m
ətn üzərində iş, bədii təhlil və obrazların səciyyəsi, dramaturqun 
t
əlqin  etdiyi  ideyaların  müasir  həyat tərzimizlə  əlaqələndirilməsi 
zamanı yuxarıdakı problem şagirdlərə dərk etdirilməlidir.  
Bu yazıda əsas məqsəd H.Cavidin “Səyavuş” romantik fa-
ci
əsinin sənətkarlıq məziyyətlərinin öyrədilməsinin metodik yolları-
nı əks etdirməkdir. 
M
əktəb təcrübəsinə  əsasən, demək  olar  ki,  yuxarıda 
göst
ərilən məqsədə  nail  olmaq  üçün  şagirdlərin diqqətini iki mü-


Yusif Aslanov 
 
 
90 
hüm m
əsələyə yönəltmək məqsədəuyğundur. Birincisi, “Səyavuş” 
m
ənzum dramında tarixi həqiqətlərin bədiiləşdirilərək kamil sənət 
nümun
əsinə çevrilməsi böyük realistin yaradıcılığında ictimai həya-
ta, s
ənətə və ənənəyə novator münasibətin dönüş nöqtəsidir. İkinci-
si, s
ələflərindən M.F.Axundovun, N.B.Vəzirovun, C.Məmmədqu-
luzad
ənin,  müasiri  C.Cabbarlının  dramaturgiyasının  əsas ideya 
istiqam
ətindən çıxış etməklə Azərbaycan mənzum sovet dramatur-
giya
sının əsasını qoymuşdur. 
Kamil dramatik 
əsərin bədii duyumu, ideya-estetik qayəsi, 
h
əqiqi sənət əsəri olması əsasən süjet xəttinin, kompozisiyanın düz-
gün v
ə dinamik istiqamətdə verilməsi ilə bağlıdır. Məhz Cavid də 
“S
əyavuş” faciəsində mürəkkəb süjet xəttindən istifadə etsə də on-
la
rı  elə  bir mehvər  ətrafında  birləşdirir  ki,  hadisələrin biri digəri 
üçün z
əmin yaradır, səbəb nəticəni doğurur, gərgin xarakterlər dra-
mı kimi bütövləşir. 
Pyesin başlanğıc hissəsində göstərilir ki, Səyavuş Rüstəmlə 
Zabilistanda m
əşq edərək qayğısız günlər keçirir. Atası Keykavu-
sun 
əmri ilə Səyavuş saraya dəvət olunur. Saray həyat tərzinin do-
ğurduğu  rəzalət  onda  ikrah  hissi  oyadır.  Az sonra Səyavuşu  biz 
üsyançılar  arasında  görürük.  O,  üsyançı  kəndlilərə  humanist, 
insanp
ərvər, xeyirxah münasibət bəsləyir. Bu xeyirxah, nəcib işlər 
Keykavusu heç d
ə  sevindirmir. Bunu duyan Səyavuş  dayısı 
Əfrasiyabın  sarayına  qayıdır.  Burada  da  o,  rəzalət,  paxıllıq  və 
böhtana m
əruz  qalır.  Yüksək bəşəri  arzularla  yaşayan,  insanlar 
arasında sülh yaratmağa çalışan, saray həyat tərzini ittihamçı kimi 
qamçılayan Səyavuş analığı Südabənin “Qısqanclıq ehtirasının əsiri 
K
ərşivəzin” qurduğu hiylələrin qurbanı olur. 
Qüvv
ətli xarakterlər və konfliktlərlə səciyyəvi olan həmin 
hadis
ələr Cavidin həyata, sənətə  baxışının  necə  dəyişdiyini, 
q
ələminin püxtələşdiyini  göstərir.  Başqa  sözlə  desək, dramatik 
v
əziyyəti yaradan və konfliktin xarakterini qüvvətləndirən hərəkət 
v
əhdəti “Səyavuş” faciəsinin əsas sənətkarlıq məziyyətlərindəndir. 
Şagirdlərin nəzərinə çatdırılmalıdır ki, “Səyavuş” faciəsində 
əvvəldən  axıra  qədər bir-birini izləyən, tamamlayan gərgin dra-


Ədəbi axtarışlar və tədris 
 
 
91 
matik x
ətlərlə yanaşı, süjet xəttinə daxil olmayan dramatik səhnələr-
d
ən də istifadə olunmuşdur. Valinin göstərişi ilə Yalçının həbs edi-
lm
əsi səhnəsi ümumi süjet xətti ilə bir o qədər də bağlı deyildir. La-
kin dramaturqun t
əlqin etdiyi ideyaların, əsas hadisələrin qüvvəti bu 
epizodla daha sıx bağlıdır. Eyni zamanda, Səyavuşun daxili-mənəvi 
al
əminin,  feodal  ictimai  quruluşu  ilə  xalq kütlələri  arasındakı 
münaqişənin mahiyyətinin  aydınlaşdırılması  əsasən qeyd olunan 
epizodun ideya-estetik qay
əsi ilə  əlaqədardır.  Məhz yüksək və 
g
ərgin dramatizm əsasında  qurulmuş  həmin hadisə  “Səyavuş” 
pyesinin s
ənətkarlıq məziyyətlərinin mühüm komponentidir.  
Qeyd etdiyimiz kimi, “S
əyavuş” faciəsində kamil xarakter-
l
ər ümumiləşdirilsə də, məhəbbət ehtirası ilə yaşayan Südabə obrazı 
əsas diqqət mərkəzində saxlanılır. Cavid Südabənin mənəvi iztirab-
la
rının artdığını, məhəbbətinin zorla əlindən alındığını təbii və inan-
dırıcı verir. Saray həyat tərzi onun mənliyini, məhəbbətini əlindən 
alsa da, sözünü, ür
əyini ala bilmir:   
 
N
ə dəhşətli qərar?!.. Gözəl 
düşünsən, 
Sevgisiz yaşayan canlı bir  
m
əzar! 
Sev
ərkən ölənlər daha bəxtiyar. 
 
Bu misralarda sev
ən bir qəlbin bəşəri arzusunun tərənnümü 
öz 
əksini tapır. Südabənin sevmək, sevilmək istəyi qəlbinə hakim 
k
əsilir, bu yolda ölməyi bütün səadətdən üstün tutur. 
Cavidin böyüklüyü ondadır ki, mürəkkəb və ziddiyyətli ha-
dis
ələrə oxucuda inam hissi oyadaraq konfliktin gah ahəstə, gah da, 
əksinə, yüksələn dramatik gərginliklə cərəyan etməsinə imkan yara-
dır. Başqa sözlə desək, poeziya ilə dramatizmin ayrılmazlığı “Səya-
vuş”u sənətkarlıq zirvəsinə yüksəldir.  
M
əlum həqiqətdir ki, şifahi xalq ədəbiyyatı nümunələri da-
ha yığcam, emosional olmaqla yanaşı, şeiriyyətlə, fəlsəfi mühaki-
m
ələrlə zəngindir. Yüksək sənət əsəri yaratmaqda həmin nümunələ-


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə