Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə27/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   23   24   25   26   27   28   29   30   ...   129

Yusif Aslanov 
 
 
80 
h
ələ bu şəkildəki arvad bildiklərini anasının qarnından gətirməmiş-
dir ki?” 
Bu
nlar Sevilin avamlığını göstərirsə, əsərin sonunda “Mən 
s
ənə, doğrudan da acıyıram. Qalx, Balaş. Mən elə bilirdim ki, sən 
bu ill
ər içində  dəyişmisən,  yazıq  ki,  sən  əvvəlki kimi ayaqlara 
qapanacaq  bir  meşşan,  özgəsindən səadət sədəqəsi istəyən bir 
dil
ənçisən. Mən isə artıq əvvəlki Sevil deyiləm, mən atılıb-tutulacaq 
bir kukla deyil
əm. Mən indi həyata qarşı aciz deyiləm, indi məndə 
qoç döyüşünə qarşı aslan pəncəsi vardır” sözləri qadınların inkişaf 
yolunu, h
əmçinin yeni quruluşun insan şəxsiyyətinin formalaşma-
sındakı rolunu əks etdirir.  
Əsərdə  verilən  başqa  obrazlar  da  şagirdlərin  yaş  və  bilik 
s
əviyyəsinə uyğun şərh edilməlidir ki, əsərin ideyası, dramaturqun 
qarşıya  qoyduğu  məqsədə  necə  nail  olduğu  aydınlaşsın.  Bu 
m
əqsədlə Balaş surətini səciyyələndirərkən aşağıdakı fikirləri daha 
qabarıq şəkildə şərh etməyi lazım bilirəm:  
“Sevil, diz üst
ə  çöküb  bir  cocuq  kimi  yalvarıram:  məni 
öldür, r
ədd etmə. Mən səni  bir  cocuq  kimi  oxşar,  bir kukla kimi 
atıb-tutaram.  Sevil,  yalvarıram  sənə, mənə  rəhmin gəlsin, mən 
s
ənsiz yaşaya bilmərəm”.  
Gülüşün  xarakterini  müəyyənləşdirərkən  onun  aşağıdakı 
fikirl
ərindən istifadə edirəm:  
“Gücsüz bir qadını dustaqda saxlayıb, qapıları onun üzünə 
qapamaq, onun günüsünü ev
ə gətirib ona güldürmək, mənim atama 
yaramaz  ölü  paltarı  geyindirib,  heyvan  kimi  ağzını  qapamaq  və 
dilini  bağlamaq,  sərsəm  bir  meymun  kimi  cansız  bir  marionetka 
kimi  barmaq  ucunda  oynatmaq.  Yox,  artıq  mən sənin üçün dəli 
gülüş  deyiləm, mən  indi  bayquş  qəhqəhəsiyəm ki, bütün həyat 
uzunu s
ənin qulaqlarında partlayacağam”. 
Dilb
ər  xanımın  mədəniyyətsizliyini, mənəvi  puçluğunu 
göst
ərəndə bu hissəni xatırlamaq yerinə düşür:  
“Oturun, bu gec
ə  əylənmək,  bütün  dünyanı  əyləndirmək 
ist
əyirəm.  (Pudra  çıxarır)  Qospoda,  Tovarişi,  üzünüzü  o  yana 
çevirin, bir-iki... üç... (M
əmmədəliyə) Sən hara baxırsan?” və s.  


Ədəbi axtarışlar və tədris 
 
 
81 
Atakişi  və  Babakişi  obrazlarından  bəhs edərkən  onların 
əməksevərliyini, mənəvi saflıqlarını nəzərə çatdırmağa çalışıram.  
“–  Yox, balam, su g
ətirmək nədir,  işsiz  darıxıram,  mən 
ömrümd
ə bir gün də olsun işsiz qalmamışam, indi nə edim, zalım 
oğlunun  maşını  əlimi  şikəst elədi  atdı  məni evin küncünə, yoxsa 
m
əni evdə tapmaq olardı?” 
Bel
əliklə, mübət və  mənfi surətlər  qruplaşdırılır,  müqa-
yis
ələr  aparılır,  ayrı-ayrı  surətlərin səciyyəsi  haqqında  şagirdlərin 
biliyi d
ərinləşdirilir. Əsərin təhlili üzərində aparılan işlər başa çat-
dıqdan  sonra  şagirdlər  əsərin  ideyasını  asanlıqla  başa  düşürlər. 
Onlar d
ərk edirlər ki, Sevil qələbə qazandı. O, əri Balaşa, köhnə, 
meşşan  fikirli  adamlara  qalib  gəldi. Sevilin qələbəsi  zamanın, 
quruluşun  təntənəsidir. Qalib gələn  yalnız  Sevil  deyil,  onu  bu 
q
ələbəyə  ruhlandıran  onun  mübariz  olmasıdır,  əqidəsinin 
möhk
əmliyidir.   
Pyesin t
ədrisinə ayrılmış IV saatda dərs bütünlüklə əsərin 
b
ədii təhlilinə həsr edilir. Mən bu dərsdə iş prosesində şagirdlərin 
f
əallaşdırılması,  axtarışlar  aparması  üçün  onların  qarşısında  ciddi 
suallar qoymağa nail oluram.  
Əsərin bədii təhlili prosesində  şagirdlərə  izah edirəm ki, 
görk
əmli dramaturq “Sevil” pyesində  Azərbaycan  qadınlarının 
keçirdiyi faci
əli həyatı,  feodal-patriarxal münasibətlərini özündə 
yaradan kapitalizm quruluşunun eybəcər mahiyyətini tənqid etməyi, 
yeni 
quruluşun  qadına  bəxş  etdiyi  azadlığı  dövrün tələbləri, 
inqilabının  vəzifələri  baxımından  həll etməyi, yeni ailənin 
formalaşmasını  sadəcə  olaraq göstərməyi  qarşıya  məqsəd 
qoymamışdır.  C.Cabbarlı  bədii təsvir vasitələrindən, dildən  geniş 
istifad
ə edərək, gözəl bədii əsər yaratmışdır. Sənətkarlıq cəhətindən 
“Sevil” pyesi son d
ərəcə qiymətlidir.  
Pyesd
ə  dramaturqun bədii sənətkarlıq  xüsusiyyətlərindən 
b
əhs edir və  şagirdlərin diqqətini  əsərdəki  ayrı-ayrı  epizodlara, 
ifad
ələrə cəlb edirəm. Şagirdlərin aşağı siniflərdə dramatik əsərlər 
haqqında  əldə  etdikləri bilikləri  yada  salır  və  proqram üzrə  tələb 
olunan 
ədəbiyyat nəzəriyyəsi haqqında onlara bilik verirəm.  


Yusif Aslanov 
 
 
82 
Əsərdəki  ayrı-ayrı  obrazlar  haqqında  tam  təsəvvür  əldə 
etdikl
əri,  əsərin məzmununu  düzgün  qavradıqları  üçün  şagirdlər 
pyesd
ə konfliktin kimlər arasında olduğunu çox asanlıqla izah edə 
bilirl
ər.  
Əsərin  kompozisiyası  və  süjeti  haqqında  da  şagirdlər 
müvafiq m
əlumatlar  əldə  edirlər ki, bu da  dərslikdə  verilən 
materialın asanlıqla qavranılmasına səbəb olur.  
 
“Az
ərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı, 
 
Bakı, 1984, №1, səh. 25-27 
 
 
DRAMATİKLİK, KOMİKLİK VƏ FACİƏVİLİK 
ANLAYIŞLARININ ÖYRƏDİLMƏSİ 
 
Ədəbiyyat tədrisinin mühüm sahələrindən biri olan drama-
turg
iyanın spesifik xüsusiyyətlərinin şagirdlərə dərindən mənimsə-
dilm
əsi xüsusi nəzəri və metodik hazırlıq tələb edir. Bu problemin 
düzgün mü
əyyənləşdirilməsi şagirdlər əsərin daxili mahiyyətinə nü-
fuz etm
əyə, müəllifin ideyalarını başa düşməyə, bədii mündəricə və 
for
manı dərk etməyə hazırlayır.  
H
əyat hadisələrini daha qabarıq nəzərə çatdırmaq, cəmiyyə-
tin inkişafına mane olan ictimai eyibləri tənqid atəşinə tutmaq üçün 
drama
tik janrın imkanları genişdir. Məhz dramaturgiyada dramatik, 
komik v
ə faciəvilik problemi Aristoteldən başlayaraq müasir dövrü-
müz
ə qədər tədqiqata cəlb edilmiş, bu problemlə əlaqədar zəngin 
n
əzəri mənbələr yaradılmışdır. Dramaturgiyanın tədrisi prosesində 
h
əmin  anlayışların  şərhi öyrədilən  ədəbi nümunənin  ideya-bədii 
t
əhlili ilə  üzvi vəhdətdə  aparılmalı,  klassiklərin,  rus  inqilabçı-
demok
ratların  nəzəri müddəaları  zəminində  şagirdlərə  dəqiq və 
m
əzmunlu məlumat verməlidir. 
Müşahidələr göstərir  ki,  şagirdlər  dram  anlayışı  ilə  dra-
matikliyi, komediya il
ə  komizmi, faciə  ilə  faciəviliyi bir-birindən 
f
ərqləndirməkdə  çətinlik çəkir, bəzən də  onları  qarışdırırlar. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə