Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə29/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   25   26   27   28   29   30   31   32   ...   129

Yusif Aslanov 
 
 
86 
girdl
ər tərəfindən daha aydın dərk olunmasını təmin edir. Bu üsul 
n
əzəri məlumatların  praktik  şəkildə  mənimsədilməsinə  imkan 
yarat
maqla yanaşı, şagirdlərdə əsərin bədii mahiyyətini dərk etmək, 
hadis
ələrin inkişafına dərindən nüfuz etmək üçün real zəmin hazır-
la
yır.  
Az
ərbaycan sovet ədəbiyyatını  sosialist  realizm  bədii 
yaradıcılıq metodu zəminində inkişaf etdirən görkəmli xalq şairi və 
dramaturqu S.Vurğunun (1906-1956) həyat və yardıcılığı X sinifdə 
ge
niş  tədris edilir və  sənətkarın  dramaturgiya  yaradıcılığının  ən 
kamil nümun
əsi olan “Vaqif” (1938) tarixi dramı öyrədilir. Bu əsər 
vasit
əsilə şagirdlər VIII sinifdə öyrəndikləri Azərbaycan ədəbiyya-
tında  milli,  realist  poeziyanın  təməlini qoyan XVIII əsrin böyük 
xalq  şairi  və  ictimai xadimi M.P.Vaqifin (1717-1797) dövrü və 
h
əyatının bədii səciyyəsi ilə tanış olur, dramaturgiyanın tarixiliklə 
əlaqəsi və tarixi mövzuda yazılmış mənzum dram haqqında praktik 
t
əsəvvürə yiyələnirlər. 
M
əhz C.Məmmədquluzadənin “Ölülər” tragi-komediyasın-
da nümayiş etdirdiyi yüksək sənətkarlıq məharəti S.Vurğun drama-
tur
giyasında öz davamını və yeni, orijinal inkişaf mərhələsini tap-
mış olur. Ona görə də “Ölülər” əsərinin sənətkarlıq xüsusiyyətləri 
il
ə  əlaqədar filoloji tədqiqlərdə  təzahür edən mübahisələr S.Vur-
ğunun “Vaqif” dramına münasibətdə də obyektiv olaraq meydana 
çıxır. 
Əsərin sənətkarlıq məziyyətlərinin müəyyənləşdirilməsində 
İ.Selvinski,  J.Boyev,  A.Adamist,  M.Arif,  M.Cəlal, Q.Xəlilov, 
M.M
əmmədov, J.Qarayev və  başqa  alimlərin  apardıqları  tədqiqat 
işləri  maraqlıdır.  Adlarını  sadaladığımız  alimlərin tədqiqatlarında 
“Vaqif” pyesi gah “tarixi q
əhrəmanlıq  dramı”,  gah “xalq dramı”, 
gah da “faci
ə” kimi təhlil olunmuşdur. 
S.Vurğun “Vaqif” pyesini yaradarkən tarixi həqiqəti olduğu 
kimi q
əbul etməmiş, onu yaradıcı təxəyyülündə ümumiləşdirməklə 
bitkin m
ənzum dram yaratmışdır. Əsərin sakit, təmkinlə başlanan 
əvvəlki pərdəsindən  finala  doğru  ehtiraslar  mübarizəsi, kəsgin 
aforizml
ər,  əqidələr  çarpışması  pyesdə  dərin dramatizm, ciddi 
konfliktl
ərin  yaranmasını  təmin edir. Nəhayət,  “S.Vurğun  əsərə 


Ədəbi axtarışlar və tədris 
 
 
87 
nikbin bir sonluq verm
əklə,  Qacarın  məhv edilməsini  –  vətənin 
işğalçılardan  azad  olunmasını  xalq  təntənəsi  kimi mənalandırır”. 
(B.Bağırov.  Orta  məktəbdə  S.Vurğunun  həyat və  yaradıcılığının 
t
ədrisi. Bakı, “Maarif”, 1970, səh. 86). 
“Dünya qan üstünd
ə  bir  xanimandır”  deyən,  qanlı 
f
əlakətlərin, dəhşətlərin  yaranmasından  mənəvi zövq alan  Ağa 
M
əhəmməd şah Qacarın törətdiyi qanlı səhnələr tragik stiuasiyalar 
yaratsa da, hakim sinifl
ərin  zülmkarlıq,  yırtıcı  siyasəti üzərində 
xalqın  haqq  səsinin qalib gəlməsi  ideyası  bizə  pyesi “dram” 
adlandırmağa haqq  qazandırır.  “Dramda ideyanın bu  yolda aldığı 
istiqam
ət, müəllifi bir sıra tarixi həqiqətləri sənətin qanunlarına tabe 
tutmağa məcbur edir, o cümlədən Vaqifin öldürülməsi göstərilmir” 
(M
əmmədcəfər Cəfərov. Sənət yollarında, Bakı, “Gənclik”, 1975, 
s
əh. 321). 
Pyesin b
ədii təhlili prosesində həmin xüsusiyyətlərə şagird-
l
ərin diqqətinin cəlb  olunması  onların  dramatikliklə  faciəviliyin 
qarşılıqlı  vəhdəti  haqqında  praktik  biliklərini  inkişaf  etdirir. 
Şagirdlərə  bu istiqamətdə  verilmiş  biliklərin möhkəmləndirilib 
sistem
ə salınmasında H.Cavidin “Səyavuş” faciəsinin öyrədilməsi 
prosesi mü
əllimə  çox  geniş  imkanlar  verir.  Aydın  məsələdir ki, 
S.Vurğunun “Vaqif” pyesi həm məzmun, həm də ideya baxımından 
H.Cavidin “S
əyavuş” faciəsindən tamamilə fərqlidir. Lakin bu iki 
əsəri bir-birinə yaxınlaşdıran təqdirəlayiq bir xüsusiyyət vardır ki, 
bu da h
ər iki əsərdə təlqin olunan ideyaların ümumbəşəri mahiy-
y
ətdə olmasıdır.  
Əgər S.Vurğunun “Vaqif” pyesində epizodik də olsa belə 
komiklik yaradan v
əziyyətlərə təsadüf olunursa, H.Cavidin “Səya-
vuş” faciəsində bu cür epizodlar bütünlükdə istisna edilmişdir. 
“S
əyavuş”  faciəsində  hər bir hadisə  ancaq  başlanğıcda 
dramatik m
əzmuna malikdir. Hüseyn Cavidin əsərlərində  əks 
olunmuş  dramatik  epizodlar  olsa-olsa faciəvilik üçün zəmin olur. 

əllim  əsərin məzmunu üzərində  iş  apararkən bu məsələ  ilə 
əlaqədar  şagirdlərə  ilkin məlumat verə  bilər;  belə  ki, Səyavuşun 
Zabilistanda keç
ən  qayğısız  günləri,  onun  Zal  oğlu  Rüstəmdən 


Yusif Aslanov 
 
 
88 
p
əhləvanlığın  sirlərini öyrənməsi səhnələri dramatik məzmuna 
malikdir.  Atası  Keykavus  tərəfindən Səyavuşun  saraya  dəvət 
edilm
əsi hadisələri faciəvi istiqamətə yönəldir.  
Keykavus sarayında Səyavuşun ilk günləri sakit dramatizm-
l
ə  inkişaf  edir.  Analığı  Südabənin  ona  vurulması  isə  hadisələri 
faci
əviliyə istiqamətləndirir. 
Əfrasiyab  sarayında  da  hadisələr  arasında  dramatiklikdən 
faci
əviliyə  keçid məhz bu istiqamətdə  təzahür edir. Səyavuşla 
Fir
əngizin  qarşılıqlı  məhəbbəti və  üstəlik  şah  Əfrasiyabın  bu 
sevgini  alqışlaması nikbin dramatik  əhval-ruhiyyə  doğurur.  Lakin 
G
ərşivəzin sərkərdə  Səyavuşa  qarşı  xəyanətləri və  nəhayət, onu 
xainc
əsinə qətlə yetirməsi dramatik əhvali-ruhiyyəni kəskin faciəvi 
v
əziyyətlə əvəz edir. 

əllim  faciənin bədii təhlili prosesində  əsərin  yuxarıda 
əks etdirdiyimiz və bu kimi kəskin dəyişikliyə məruz qalan digər 
hadis
ələri haqqında məlumat verməklə faciə əsərində dramatikliklə 
faci
əviliyin vəhdəti ilə  əlaqədar  şagirdlərin biliklərini sistemə 
salmağa müvəffəq olur. 
N
əticə olaraq deməliyik ki, yuxarı siniflərdə dramaturgiya 
nümun
ələrinin  şagirdlərə  istənilən səviyyədə  öyrədilməsində, 
xüsusil
ə bu əsərlər üçün xarakterik olan dramatik hadisələrin real 
h
əyat həqiqətləri kimi dərk etdirilməsində dramatiklik, komiklik və 
faci
əvilik  anlayışlarının  diqqət mərkəzində  saxlanılması  mühüm 
əhəmiyyət kəsb  edir.  İşin  bu  istiqamətdə  təşkili  şagirdlərdə  teatr-
s
əhnə  estetikasını  inkişaf  etdirir,  bədii söz sənətinin  ən kamil 
növl
ərindən olan dramaturgiyanın ədəbi-nəzəri mahiyyətinin onlar 
t
ərəfindən düzgün dərk olunmasına imkan yaradır. 
 
“Az
ərbaycan dili və ədəbiyyat tədrisi” 
 j
urnalı, Bakı, 1984, №3, səh. 28-32 
    


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə