Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə28/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   24   25   26   27   28   29   30   31   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
83 

əllim həmin komponentlər  arasındakı  ciddi  mahiyyət fərqini 
diqq
ət mərkəzində  saxlamaqla  şagirdlərin bu istiqamətdə  aydın 
bilikl
ərə yiyələnmələrini təmin etməlidir. 
Maddi gerç
əklikdə baş verən həyat hadisələri, tarixi həqi-
q
ətlər dramaturqun bədii  yaradıcılığında  özünəuyğun  zəngin və 
çoxc
əhətli formada təzahür edir. Dramatik əsərin hərəkət dinamika-
sını təyin edən dramatiklik, komiklik, faciəvilik kimi estetik kateqo-
riyalar da m
əhz  bu  prosesin  qaynağında  yaranır.  Tənqidçi  Yaşar 
Qara
yev  yazır:  “Dram  –  konfliklə  başlayır  və  konfliktin həlli ilə 
bitir. Konfliktin xarakteri, komik, tragik v
ə dramatik həlli janrın üç 
növünü  –  kom
ediyanı,  dramı  və  tragediyanı  təyin  etmişdir” 
(Q.Yaşar.  Faciə  və  qəhrəman.  Bakı,  Azərbaycan EA nəşriyyatı, 
1963, s
əh. 41). 
Az
ərbaycan  dramaturgiyası  bütün janrlara aid xarakterik 
nümun
ələrlə zəngindir. Bu əsərlərdə hadisələrin inkişaf dinamikası-
nın  dramatiklik, komiklik və  faciəvilik  anlayışlarına  istinad  olun-
maq
la  şərh edilməsi  təhlil  işinin  keyfiyyət və  səmərəliliyinin 
yüks
əlməsinə mühüm təsir göstərir. 
H
ər bir dramatik əsərdə  dramatik, komik və  ya faciəvi 
ünsürl
ərə  müəyyən mənada rast gəlmək mümkündür. Tədqiqatçı 
alim professor Ə.Sultanlı dramaturgiyamızın klassik nümunələrini 
t
əhlil etməklə, “Azərbaycan  dramaturgiyasında  saf  məzhəkə, saf 
dram, saf faci
ə, demək olar ki, yoxdur” elmi hökmünü vermişdir 
(Əli  Sultanlı,  Azərbaycan  dramaturgiyasının  inkişaf  tarixindən. 
Bakı, “Azərnəşr”, 1964, səh. 19). 
Göründüyü kimi, bu üç estetik komponent dramatik 
əsərdə 
v
əhdətdə verilməklə əsərin ideya-məzmununun açılmasına, ifadə və 
üslub xüsusiyy
ətlərinin müəyyənləşməsinə, sənətkarlıq məziyyəti-
nin artmasına təsir göstərməklə səciyyələnir. Məsələn, C.Cabbarlı 
yara
dıcılığında xüsusi zirvə  yaradan “1905-ci ildə” tarixi dramını 
t
ədris edən müəllim erməni və  Azərbaycan  xalqının  bir-birinə 
münasib
ətini,  bu  xalqlar  arasında  milli  ədavət yaradan çarizmin 
ifşasını, inqilabçı fəhlə sinfinin qüdrətini ön plana çəkməklə yanaşı, 
pyesd
ə bu ideyanın mahiyyətinin necə əks olunduğunu şagirdlərə 


Yusif Aslanov 
 
 
84 
d
ərk etdirməlidir. Şagirdlər bilməlidir ki, pyesin süjetində dramatik-
lik üstünlük t
əşkil etsə də, komik və tragik vəziyyət yaradan hadisə-
l
ərdən də  istifadə  olunmuşdur.  İki  xalqın  nümayəndəsinin üz-üzə 
da
yanıb atışması oxucunun qəlbində tragik hisslər oyadırsa, mənli-
yi
ni pula satan, kütbeyin Salamovun danışığı, rəftarı, özündən bö-
yükl
ərə yaltaqlanması isə komik vəziyyətlərin yaranmasına zəmin 
ha
zırlayır. Lakin pyesin ideyasının anlaşılmasına xidmət edən əsas 
hadis
ələr ciddi dramatik gərginliklə inkişaf etdirilir.  
Dramaturgiyada yüks
ək sənətkarlıq istedadı ilə xalq müd-
rikliyi qaynaqlarından istifadə olunanda, bütün bəşəriyyəti maraq-
lan
dıran problemlər həll ediləndə həqiqi sənət əsəri yaranır. V.Şeks-
pirin “Hamlet”, “Otello”, N.V.Qoqolun “Müf
əttiş”, N.Ostrovskinin 
“Tu
fan”,  M.F.Axundovun  “Hacı  Qara”,  N.Vəzirovun “Müsibəti 
F
əxrəddin”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, C.Məmmədquluza-
d
ənin “Ölülər”,  “Kamança”,  C.Cabbarlının  “1905-ci ildə”, “Al-
maz”, H.Cavidin “Şeyx Sənan”, “Səyavuş”, S.Vurğunun “Vaqif”, 
S.R
əhmanın “Toy”, İ.Əfəndiyevin “Billur sarayda” və s. kimi qiy-
m
ətli sənət inciləri həmin keyfiyyətləri təcəssüm etdirən sənətkarlıq 
nümun
ələri olmaqla yanaşı, həyat hadisələrini əks etdirmə prinsipi, 
b
ədii mündəricə və forma zənginliyi ilə də bir-birindən fərqlənir.  
Burada Az
ərbaycan  dramaturgiyasının  kamil  nümunələ-
rind
ən olan və Azərbaycan məktəblərində geniş öyrədilən C.Məm-
m
ədquluzadənin “Ölülər” (IX sinif) tragikomediyasını, S.Vurğunun 
“Vaqif” tarixi dramının (X sinif) və H.Cavidin “Səyavuş” (X sinif) 
romantik faci
əsinin ideya-siyasi xüsusiyyətlərinin öyrədilməsi 
prosesind
ə  komiklik, dramatiklik və  faciəvilik kimi estetik-bəşəri 
kateqoriyaların  fəlsəfi mahiyyətinin  şagirdlərə  dərk etdirilməsinin 
metodik yollarını əks etdirməyə çalışacağıq.  
XX 
əsr Azərbaycan ədəbiyyatında tənqidi realizm məktəbi-
nin 
ən görkəmli nümayəndəsi C.Məmmədquluzadənin (1866-1932) 
yara
dıcılığının  zirvəsini təşkil  edən “Ölülər” tragi-komediyasının 
öyr
ədilməsi işi müəllimdən dərin  filoloji  bilik, bacarıq və  yüksək 
meto
dik hazırlıq tələb edir. Məhz “Ölülər” komediyasının proqra-
mın tələbinə uyğun tədrisi dramatiklik, komiklik və faciəvilik anla-


Ədəbi axtarışlar və tədris 
 
 
85 
yışları haqqında şagidlərin aydın, praktik biliklərə yiyələnməsini tə-
min edir. 
Mirz
ə  Cəlilin  gülüşü,  komikliyi  fərdin cismani, fizioloji 
emo
sionallığını  əhatə  etməklə  məhdudlaşmır,  əksinə  ümumbəşəri 
inkişafın  qarşısını  qara  pərdə  ilə  örtməyə  çalışan  mövhumatın, 
fanatizmin rişələrinin insan zəkasında törətdiyi rəzalətlərə öldürücü 
z
ərbələr endirir. Bu zaman satiranın ən yüksək zirvəsini təşkil edən 
sarkazmın  komikliklə  vəhdətdə  götürülməsi “böyük demokrat”a 
t
ənqidi silah verir. Pyesdə təsvir edilmiş “qan iyi gələn” hadisələrin 
in
kişaf xətti boyunca da bu estafet əldə saxlanılmaqla gülüş yaradan 
hadis
ələr faciəvilik daxilində əriyib  yox olur, satirik komediyanın 
bütün t
ələbləri pyesin ideya xəttinə hakim kəsilir. Məhz bu keyfiy-
y
ətlər C.Xəndana  “Ölülər”  əsərini  “komediya”,  Ə.Sultanlıya 
“M
əzhəkə”, C.Cəfərova “komediya və faciənin üzvi surətdə birləş-
m
əsi”, H.İsrafilova “satirik komediya”, Yaşar Qarayevə “tragi-ko-
me
diya” anlandırmağa haqq qazandırmışdır. 
“B
əşər zəkasının  elə  böyük  nöqsanları”ndan (K.Marks) 
olan fanatizmin, xurafatın hökm sürdüyü XIX əsr feodal-patriarxal 
h
əyat tərzinin eybəcər mahiyyətini açmaq, satirik komediyanın qüd-
r
əti ilə məhv etmək “Ölülər”in əsas ideya-estetik qayəsidir. Pyesin 
başlanğıcından  sonuna  qədər dramatik, tragik və  komik motivlər 
v
əhdətdə  verilmiş,  biri  digərini tamamlamaqla pyesin sənətkarlıq 
m
əziyyətini artırmışdır. 
İsgəndərin arzularının həyata keçməməsi, “Ölülər” mühitin-
d
ə elmli, mədəni olduğu halda “kefli”, “dəli” adlandırılması, bacısı 
Na
zlının  fəryadına  kömək edə  bilməməsi,  Hacı  Həsən  başda  ol-
maqla bütün fanatikl
ərin elm, təhsil əleyhinə mübarizə aparması və 
s. kimi epizodlar d
ərin təəssüf doğuran faciələrdir. Feodal-patriarxal 
h
əyat tərzinin bu cür ürəkağrıdan, təəssüf, kədər doğuran faciəvi ha-
dis
ələr fanatiklər mühitinin kəskin satiranın gücü ilə ifşa olunmasını 
t
əmin edir. 
Müşahidələr göstərir ki, müəllimlərimizin bir qismi “Ölü-
l
ər” pyesinin sənətkarlıq məziyyətlərini mühazirə vasitəsilə şagird-
l
ərə çatdırmağı daha müvafiq üsul hesab edirlər. Ancaq bu prob-
leml
ə əlaqədar aparılan eksperimentlər göstərir ki, bu iş bədii təhlil 
prosesi il
ə əlaqələndirildikdə pyesin ideya-estetik mahiyyətinin şa-


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə