Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə24/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   20   21   22   23   24   25   26   27   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
71 
aydınlıq  gətirilməsinə  ehtiyac duyulurdu. Bu sahədə  Alxan 
M
əmmədovun (Bayramoğlunun) apardığı araşdırmalar, yeni faktlar 
üz
ə  çıxarması  sabirşünaslığı  zənginləşdirdi,  şairin  yaradıcılığına 
yeni  baxışın  formalaşdığını  bir daha təsdiq etdi. Akademik Bəkir 
N
əbiyev 2 mart 2012-ci il tarixli “Ədəbiyyat” qəzetində də Sabir 
haqqında çap etdirdiyi “Əsrin haqq səsi” fundamental məqaləsində 
d
ə  belə  faktlardan birini nümunə  gətirərək göstərir ki, prof. 
A.Bayramoğlu sübut etmişdir ki, M.Ə.Sabirin ilk mətbu əsəri 1903-
cü  ilin  iyun  ayının  27-də  “Şərqi-Rus” qəzetinə  göndərdiyi 
t
əbriknamədir (Bax: 11). Bu barədə A.Bayramoğlu özü də 2006-cı 
ild
ə çap etdirdiyi məqaləsində də ətraflı məlumat vermişdir. 
Milli müst
əqillik dövründə sabirşünaslıqda ənənəvi ədəbi-
n
əzəri təcrübənin öyrənilməsi zəminində  poetika məsələlərini 
t
ədqiqat predmetinə çevirmək aktual bir məsələ kimi qarşıya çıxır. 
Ədəbi tənqid və  ədəbiyyatşünaslığın  ciddi  müzakirə  probleminə 
çevril
ən poetika səpkili tədqiqatlar C.Xəndanın,  A.Zamanovun, 
Ə.Cəfərin və başqa nüfuzlu alimlərin fikrinə əsaslanılmaqla davam 
etdirilir,  monoqrafiyalar  yazılır.  Yaradıcılıq  axtarışları,  tədqiqatçı 
s
əriştəsi ilə  fərqlənən və  zəngin təcrübədən  faydalanan  Ənvər 
Əhmədin “Mirzə Ələkbər Sabirin poetikası” (Bax: 12), Akif Əlinin 
“M.Ə.Sabirin  satira  sənətkarlığı”  (Bax:  13)  kitablarında  da 
M.Ə.Sabir  və  klassik satira ənənələri, Sabir satiralarının  bədii 
xüsusiyy
ətləri və sənətkralığı, özünəməxsusluğu, M.Ə.Sabirin satira 
s
ənəti yeni dövr satirasının ideya və poetika zəmini kimi məsələlərə 
elmi-n
əzəri  baxış  fonunda  qiymət verilir, ədəbiyyatşünaslığın 
müasir n
əzəri aspektləri kontekstində təhlillər aparılır. 
XX 
əsrin 60-70-ci illərindən başlayaraq ədəbiyyatşünaslıq-
da sosioloji t
əhlildən  uzaqlaşıb  novatorluq  məsələlərinin tədqiqi 
günd
əmə  gətirilir. Bu istiqamətlərdə  aparılan  tədqiqatlar 90-cı 
ill
əldə  də  davam  etdirildi,  uğurlu  nəticələr  əldə  edildi. Filologiya 
elml
əri  doktoru, professor Nərgiz  Paşayevanın  1997-ci ildə 
“Müt
ərcim” nəşriyyatında çap edilən “Sabir novatorluğu” kitabı bu 
sah
ədəki  boşluğu  tamamlamaq  zərurətindən  yarandı.  İki  fəsildən 
ibar
ət olan bu tədqiqat əsərində Sabir şeirində mövzu, məzmun və 


Yusif Aslanov 
 
 
72 
ideya novatorluğu, Sabir şeirində forma yenilikləri tədqiq olundu, 
elmi-n
əzəri fikirlərin təhlilinə  müasir  ədəbiyyatşünaslıq  fonundan 
düzgün qiym
ət verildi (Bax: 14). 
Yeni n
əşr olunan Əkrəm Cəfərin “Mirzə Ələkbər şeirinin 
qafiy
ə lüğəti” (Bakı, 2006) nəinki sabirşünaslıqda, həm də klassik 
ədəbiyyatın  öyrənilməsi sahəsində  atılmış  ilk  addım,  yeni  bir 
yanaşma  mövqeyi,  uğurlu  nəticədir. Professor Tərlan Quliyevin 
redaktorluğu  ilə  nəşrə  hazırlanan  bu  lüğət  inanırıq  ki,  Əkrəm 
C
əfərin  “Əruzun  nəzəri  əsasları  və  Azərbaycan  əruzu” 
monoqrafiyası kimi dəyərlidir (Bax: 8.3).  
Sabir irsinin öyr
ənilməsində Sona Xəyalın “Mirzə Ələkbər 
Sabir
ə  yeni nəzər” [15], N.Kərəmovun “Mirzə  Ələkbər Sabirin 
s
əyahətləri”  [16],  S.Aslanovun  “Sabir  yalnız  şair  idimi”  [17] 
kitabları da əhəmiyyətli və tədqiqatçılar üçün faydalı mənbələrdir. 
Sona X
əyalın  təhlil predmetinə  çevirdiyi istiqamətlərdə  Sabirin 
növh
ələri, qəzəlləri, parodiyaları və bəhri-təvilləri tədqiq edilir ki
bu da maraqlı bir yanaşma, araşdırma mövzusu kimi aktualdır.  
Son ill
ərdə  çap  olunan  S.Aslanovun  “M.Ə.Sabir  və  türk 
dövl
ətçiliyi tarixi məsələləri” [17.2], A.Səmədovun  “M.Ə.Sabir: 
böyük satirik, mahir pedaqoq” [18.2], R.Hüseynzad
ənin 
“M.Ə.Sabirin pedaqoji görüşləri” [18.1] məqalələrində də Sabir ir-
sin
ə düzgün qiymət verilir, onun yaradıcılığının aktual problemləri-
n
ə münasibət bildirilir, milli satirik şeirin inkişafında yeni mərhələ 
yarat
dığı, ideyalarının ümumbəşəri olduğu, elmə, təhsilə verdiyi də-
y
ərlərdən, azadlıq və istiqlal şairi olmasından, vətəndaş mövqeyin-
d
ən söhbət açılır.  
Ümumiyy
ətlə, Sabir irsinin tədqiqi və  təbliği  ilə  bağlı 
aparılan  tədqiqatların  mövzu  problematikası  geniş,  tədqiqatçıların 
sayı  kifayət qədərdir. Sabir nəinki Azərbaycanda, hətta onun 
hüdudlarından çox-çox uzaqlarda tədqiq edilir, öyrənilir. Aparılan 
t
ədqiqatlar elmi-metodoloji prinsiplərə  əsaslanmaqla akademik 
B
əkir Nəbiyevin  “Əsrin  haqq  səsi” məqaləsində  Sabir 
yaradıcılığında əsas meyarlar kimi götürdüyü əsas xüsusiyyətlərin 
t
ədqiqi,  araşdırılması  üzərində  aparılmış,  tədqiqat sahəsinə 


Ədəbi axtarışlar və tədris 
 
 
73 
çevrilmişdir.  “Sabirin  ədəbi irsində  böyük satira qüvvətli səmimi 
lirika il
ə, müəyyən dairəsində  həm də  cazibədar, romantik 
duyğularla necə qırılmaz əlaqə və vəhdətdədir” (Bax: 11). 
 
ƏDƏBİYYAT 
 
1.
 
 Novruzov T. 1.1. Sabir irsinin t
ədqiqi və  təbliği  (Bakı, 
1981);  1.2.  M.Ə.Sabir  (tədqiqat tarixindən)  (Bakı,  1986); 
1.3. Sabir v
ə  davamçıları  (Bakı,  1988);  1.4  Sabir  ədəbi 
m
əktəbi (Bakı, 1994); 1.5. M.Ə.Sabir (Bakı, 1994)  
2.
 
 
Zamanov A. Sabir bu gün. Bakı, 1985 
3.
 
 
Lukyanova  A.  Sabir  yaradıcılığının  əsas nöqtələri.  Bakı, 
2002 
4.
 
 
Şirindil  Alışanlı.  Tarixi  poetika  və  ədəbiyyatşünaslığın 
müasir m
ərhələləri. Azərbaycan  ədəbiyyatının  tarixi 
poetikası kitabından. Bakı, 2006 
5.
 
 Sal
əddin Əli. Sabir və folklor. Bakı, 1969 
6.
 
 M
əmmədov  M.  6.1.  İdeal  qardaşları  (Bakı,  1957);  6.2. 
Şair-vətəndaş  (Bakı,  1962);  6.3.  Sabir  və  məktəb  (Bakı, 
1968); 6.4. Sabir v
ə  Azərbaycan demokratik mətbuatı 
(Bakı,  1974);  6.5.  Sabir:  mübahisələr, həqiqətlər  (Bakı, 
1990) 
7.
 
 Qarayev Y. 7.1. T
ənqid, problemlər, portretlər  (Bakı, 
1976); 7.2. Poeziya v
ə  nəsr  (Bakı,  1979);  7.3.  Realizm: 
s
ənət və həqiqət (Bakı, 1980) 
8.
 
 C
əfər  Əkrəm  8.1.  Sabir  yaradıcılığında  təhlil, nəzm və 
b
ənzətmələr. Azərb. SSR EA xəbərləri (ictimai elmlər 
seriyası)  (Bakı,  1962,  №5);  8.2.  Sabir  şeirində  iri  şəkillər 
(Bakı:  “Azərbaycan”,  1964,  №10);  8.3.  Mirzə  Ələkbər 
şeirinin qafiyə lüğəti (Bakı, 2006) 
9.
 
 M
əhərrəmova  R.  Sabirin  satirik  şeirlərinin  leksikası 
(sinoniml
ər, omonimlər, antonimlər)  (Bakı, 1968); Sabirin 
dili  (leksik – 
semantk kateqoriyalar)  (Bakı, 1976) 
10.
 
 
Hacıyev T. Sabir: qaynaqlar və sələflər. Bakı, 1980 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə