Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə23/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   19   20   21   22   23   24   25   26   ...   129

Yusif Aslanov 
 
 
68 
ill
ərdə  bədii  metod  probleminin  keçmiş  sovet  məkanında  geniş 
t
ədqiqi onun tarixi və nəzəriyyəsi ilə yanaşı poetikası istiqamətində 
d
ə  araşdırmalara  təkan  verdi”  [4,  s.  14].  K.Əliyev,  T.Əfəndiyev, 
V.Osmanlı,  R.Əliyev,  N.Babayev,  T.Məmmədova və  başqaları 
yaradıcılıq  metodunun  təkamül və  inkişaf  mərhələlərini, 
özün
əməxsusluğunu  konkret  bir  yazıçının,  yaxud  onun  bir  neçə 
əsərinin poetik sistemi müstəvisində araşdırdılar. 
XX 
əsrin bu tarixi mərhələsində folklorun yazılı ədəbiyyata 
t
əsiri və qarşlıqlı əlaqəsinin tədqiqinə böyük əhəmiyyət verildi. Əli 
Sal
əddinin “Sabir və  folklor”  kitabının  çap  edilməsi də 
sabirşünaslıqda müsbət qiymətləndirildi. Müəllifin Sabir şeirlərinin 
xalq  yaradıcılığı ilə əlaqəsi, Sabir və adət-ənənələr,  idiom, atalar 
sözü v
ə  məsəllərdən, folklorun müxtəlif  janrlarından  istifadə, 
Sabirin tipl
əri və folklor surətləri və s. problemlərlə bağlı söylədiyi 
mülahiz
ələr diqqəti cəlb edir (Bax: 5).    
Sabir irsinin t
ədqiqi tarixində  görkəmli  sabirşünas  alim, 
professor M
əmməd Məmmədovun  monoqrafiyaları  xüsusilə 
diqq
əti cəlb  edir.  Onun  “İdeal  qardaşları”  [6.1],  “Şair-vətəndaş” 
[6.2], “Sabir v
ə məktəb” [6.3], “Sabir və Azərbaycan demokratik 
m
ətbuatı”  [6.4],  “Sabir:  mübahisələr, həqiqətlər”  [6.5]  kitabları 
orijinallığı, faktların zənginliyi baxımından fərqlənir.  
Mövzu  problematikası  baxımından  60-70-ci illərdə 
ədəbiyyatımızın  öyrənilməsində  iki istiqamət özünü göstərirdi. 
Bunlardan b
irincisi,  Şərq  xalqları  və  dünya  ədəbiyyatının 
Az
ərbaycan  ədəbiyyatı  kontekstində  müqayisəli  araşdırılması  və 
t
ədqiqi,  ədəbiyyatımızda  realizmin  təkamül və  inkişaf 
m
ərhələlərinin təhlil predmetinə  çevrilməsidir. Tarixi təkamül və 
inkişaf  mərhələlərinə  uyğun  ayrı-ayrı  ədəbi  simaların,  yaxud  bir 
neç
ə  əsərlərin müqayisəsinin  aparılması  zəminində  poetika 
m
əsələlərinin tədqiqi ikinci meyl kimi ortaya qoyulurdu.   
Sabirşünaslıqda  bu  problemlərin tədqiqi  geniş  aspektdə 
araşdırılmış,  Sabir  yaradıcılığında  realizmin  ayrıca  bir  problem 
halında  öyrənilməsinin ilk tədqiqatçılarından  birinin  Mir  Cəlal 
olduğu  göstərilmişdir  [1.1,  s.  36].  Azərbaycan  ədəbiyyatında 


Ədəbi axtarışlar və tədris 
 
 
69 
realizm probleml
ərinin tədqiqinə  həsr  etdiyi  monoqrafiyaları  ilə 
f
ərqlənən görkəmli alimlərdən biri də  Yaşar  Qarayev  olmuşdur 
[7.1; 7.2; 7.3].  
Çağdaş  ədəbiyyatşünaslığımızda  da  sabirşünaslıq  elmini 
monoqrafiyaları  ilə  zənginləşdirən prof. Tərlan Novruzov da Mir 
C
əlalın  Sabirin  əsərlərində  axtardığı  realizm  və  tipikləşdirmə 
üsullarına,  ümumiyyətlə, onun sənətkarlığına  aid  mülahizələrinə 
əsaslanaraq  yazırdı:  “Tədqiqatçı  (M.Cəlal  –  Y.Y.Aslanov) hadisə 
v
ə  faktların  daxili  mahiyyətini, mənşəyini, səbəbini,  başqa 
hadis
ələrlə  əlaqə  və münasibətlərini dərindən əks etdirməyi Sabir 
realizmini  şərtləndirən  əsas xüsusiyyətlər  kimi müəyyənləşdirir” 
[1.1, s. 36]. 
Görk
əmli ədəbiyyatşünas alim Mir Cəlal “Sabir yaradıcılı-
ğında  bədii sənətkarlıq”  məqaləsində  də  özünün nəzəri  baxışı, 
klassik 
ədəbiyyata fərqli yanaşma mövqeyi ilə Sabir yaradıcılığının 
özün
əməxsus xüsusiyyətlərini  araşdırır,  klassik  ədəbiyyatda 
işlədilən təsvir vasitələrini təkrar etməməsini, şeirlərində bədii təsvir 
vasit
ələrinin  orijinal  olmasını  aydınlaşdırır  və  poetikasına  aid 
maraqlı faktlar göstərir. Tədqiqatçı əsaslandırırdı ki, Sabirin surətlər 
al
əmi tipik insan  obrazları,  inqilabçılar,  yoxsul  təbəqənin 
nümay
əndələri, xalqın məişəti ilə bağlı qüvvələrdir.  
Az
ərbaycan və  eləcə  də  yaxın  Şərq  ədəbiyyatını  kamil 
bilm
əsi, klassik şeirin poetika məsələlərinə dərindən bələdlik Sabirə 
imkan  yaradırdı  ki,  o,  heç  kimə  bənzəməyən orijinal və  fərqli 
mövqe seçsin.  
Ədəbiyyatımızda  əruzşünaslıq  məktəbinin banisi hesab 
edil
ən Əkrəm Cəfərin tədqiqatlarında Sabirin klassik irslə əlaqəsi, 
müxt
əlif şeir şəkilləri müəyyən üsul və vasitələrlə izlənilir, nəzirə 
v
ə  bənzətmələri təhlil edilir,  şairi  sələfləri və  xələflərindən 
f
ərqləndirən xüsusiyyətlər araşdırılır və ümumiləşdirilir [8.1, s. 9-
50].  Alim  Sabir  şeirinin  strukturunu,  vəzn və  qafiyə  sistemini 
araşdıraraq  Sabirin  poetikasının  vəzn, ahəng, tip, obraz sistemini, 
müxt
əlif şeir şəkilləri və formalarından istifadəni onun fitri istedadı, 
ərəb və  fars dillərini,  Şərq  ədəbiyyatını  dərindən bilməsi ilə 


Yusif Aslanov 
 
 
70 
əlaqələndirir: “Yaxın və Orta Şərq ədəbiyyatında sırf şeir şəkilləri 
üzr
ə Ələkbər Sabir qədər zəngin ikinci bir şair yoxdur” [8.2, s. 155].  
60-
cı  illərdən  başlayaraq  Sabir  satiralarının  dilinin  tədqiqi 
d
ə əsas elmi istiqamət mövzularından biri kimi araşdırıldı, tədqiqat 
obyekti kimi götürüldü. R.M
əhərrəmova, T.Hacıyev, M.Adilovun 
monoqrafiyaları xüsusilə diqqəti cəlb edir. Rəhilə Məhərrəmovanın 
“Sabirin  satirik  şeirlərinin  leksikası  (Sinonimlər, omonimlər, 
antoniml
ər)” [9.1], “Sabirin dili” (leksik – semantk kateqoriyalar) 
[9.2]  kitablarında  Sabirin  şeirlərinin tərkibində  işlənən omonim, 
sinonim v
ə  antonimlərdən istifadənin sənətkarlıq  məsələlərinin 
inkişaf  etdirilməsində  imkanları  göstərilir, satirik üslubun 
s
ərhədlərinin müəyyənləşdirilməsində əsas rolu açıqlanır.  
AMEA-
nın  müxbir  üzvü  Tofiq  Hacıyevin  “Sabir: 
qaynaqlar v
ə sələflər” monoqrafiyası da sabirşünaslıqda aparılmış 
fundamental t
ədqiqatlardan  biridir.  Tofiq  Hacıyev  “M.Füzuli  və 
M.Ə.Sabir”, “M.F.Axundov və M.Ə.Sabir”, “Molla Nəsrəddin”və 
Sabir”  başlıqları  altında  Sabir  yaradıcılığını  təhlil  etmiş,  satirik 
şeirimizin  ictimai  məzmun və  estetik forma cəhətdən  inkişaf 
prosesini diqq
ətlə araşdırmışdır (Bax: 10).  
80-90-
cı illərdə Sabir irsinin öyrənilməsi ədəbiyyatşünaslıq 
v
ə  ədəbi tənqidin  əsas problemlərindən biri kimi daha da 
aktuallaşır, yeni kitablar çap olunur. Ə.Cəfərzadənin “Sabir” (Bakı, 
1989) kitabının çap edilməsi oxucuların marağına səbəb olur.  
Bu m
ərhələdə  Tərlan  Novruzovun  ardıcıl  və  sistemli 
t
ədqiqat  işi  aparması  daha  çox  diqqəti cəlb edir. O, bir-birinin 
ardınca  “M.Ə.Sabir  irsinin  tədqiqi və  təbliği”  [1.1],  “M.Ə.Sabir 
(t
ədqiqat tarixindən)” [1.2], “Sabir və  davamçıları”  [1.3], “Sabir 
ədəbi məktəbi”  [1.4],  “M.Ə.Sabir”  [1.5]  və  s.  kitablarını  nəşr 
etdirm
əsi və  “M.Ə.Sabir  və  dünya  ədəbiyyatı”  monoqrafiyasını 
yazması  M.Ə.Sabirin  ədəbi irsinin dərindən öyrənilməsinə, elmi 
istiqam
ətlərin düzgün müəyyənləşdirilməsinə  imkan yaradan 
monoqrafik m
ənbələr kimi qiymətlidir.  
80-ci ill
ərdən Sabirin elmi tərcümeyi-halının faktlar, arxiv 
materialları  əsasında  yenidən  yazılmasına,  mübahisəli məqamlara 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə