Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə21/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   17   18   19   20   21   22   23   24   ...   129

Yusif Aslanov 
 
 
62 
bir arvad bir-birin
ə məhəbbət yetirirdilər. Molla məscidin damından 
azan ver
ərkən,  qadın  isə  inək  sağarkən bir-birinə  elani-eşq  edir, 
harada v
ə nə zaman görüşəcəkləri barədə danışırlar. Qadın mollaya 
dem
ək istədiyi sözləri guya inəyə  deyirmiş  kimi,  hər cümləni “a 
tüşü-tüşü  nənəm-nənəm, səni  sağan  mənəm-mənəm” cümləsilə 
bitirir. 
Bu faktlar da göst
ərir ki, xalq yaradıcılığından bəhrələnən, 
istifad
ə etdiyi mövzuları yenidən yaradıcı işləyib xalqa qaytarmağı 
bacaran s
ənətkar  yaşayır,  ədəbiyyat tarixində  ölməzlik hüququ 
qazanır.  Bu  mövqe  Axundzadənin  şeirlərinin ideya-bədii 
münd
əricəsində həllini tapır, qoşmalarında da real gerçəkliklə üzvi 
bağlılıq, səmimilik, sadəlik, təbiilik, poetik dilin səlisliyi, rəvanlığı 
duyulur [16, s. 67].   
Axundzad
ənin  şeirlərindən bəzi məqamlara  aydınlıq 
g
ətirilməsi təsdiq edir ki, onun şeirləri də xalq  yaradıcılığı ilə sıx 
bağlıdır,  yüksək poetik ifadəsini  tapmışdır.  Mifologiya  və  folklor 
qaynaqlarından  istifadə  etmək,  mahnı,  məshəkə, lətifə  və 
qarav
əllilərdən,  nağıl  və  qəhrəmanlıq  eposlarından,  xüsusən  aşıq 
yaradıcılığından  gələn motivlərə  əsaslanmaqla sadə,  axıcı,  xalq 
dilinin şirinliyini özündə ehtiva edən şeirlər yazmaq Axundzadəni 
sevdirir v
ə yaşadır.   
  
ƏDƏBİYYAT 
 
1. 
Şirindil  Alışanov.  Tarixi poetika və  ədəbiyyatşünaslığın 
müasir m
ərhələsi. “Azərbaycan  ədəbiyyatının  tarixi 
poetikası”. 2. Bakı, “Elm”, 2006. – s. 5-19 
2. 
Гацак В.М. Историческая поэтика и фольклор. В кн.: 
Историческая  поэтика.  Итоги  и  перспективы 
изучения. М., 1986. – стр. 292  
3. 
T.Hacıyev. Yazıçı dili və ideya-bədii təhlil. Bakı, “Maarif”, 
1979. – s. 32 
4. 
Ostrovski A.N. Dikkens haqqında qeydlər. Əsərləri. X cild. 
Moskva, 1947 – s. 577 


Ədəbi axtarışlar və tədris 
 
 
63 
5. 
Mehdi Hüseyn. Əsərləri 10 cilddə. II cild. Bakı, “Yazıçı”, 
1979. – s. 436 
6.  Axundzad
ə  M.F.  Əsərləri 3 cilddə.  II  cild.  Bakı,  “Şərq-
Q
ərb”, 2005. –  376 səh. 
7. 
Əfəndiyev P. Böyük ədib və  xalq  yaradıcılığı.  // 
“Ədəbiyyat və incəsənət” 12 iyun 1987 
8.  Köç
ərli  F.  M.F.Axundovun  dünyagörüşü.  Bakı,  “Elm”, 
1999. –124 s
əh. 
9.  V
əliyev Vaqif. M.F.Axundov və xalq  yaradıcılığı. Mirzə 
F
ətəli Axundov (Elmi əsərlərin tematik məcmuəsi), Bakı, 
Az
ərbaycan Dövlət Universiteti, 1967. – s. 81-86   
10.  Axundzad
ə  M.F.  Əsərləri 3 cilddə.  I  cild.  Bakı,  “Şərq-
Q
ərb”, 2005. – 376 səh.   
11. 
“Koroğlu”. Bakı, “Lider”, 2005. – 552 səh. 
12.  Axundov M.F. M
əqalələr məcmuəsi. Bakı, Azərb. SSR 
Elml
ər Akademiyasının nəşriyyatı, 1962. – 356 səh.  
13. 
Qasımzadə  Feyzulla. Mirzə  Fətəli Axundovun həyat və 
yaradıcılığı. Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1962. – 
378 s
əh. 
14. Sal
əddin Ə. Folklora bağlı sənət. // “Azərbaycan gəncləri” 
14 oktyabr 1982 
15.  M
əmmədov  Şamxəlil. Böyük ədib və  el  ədəbiyyatı.  // 
“Az
ərbaycan müəllimi” 15 oktyabr 1982 
16.  M
əmmədov  Nadir.  M.F.  Axundovun  realizmi.  Bakı, 
“Elm”, 1978. – 240 s
əh. 
Sumqayıt Dövlət Universiteti 
“Elmi x
əbərlər” jurnalı, Sumqayıt,  
2011, 
№4, cild 7,  səh. 35-41 
(H
əmmüəllif: Behbudov S.E.) 
 


Yusif Aslanov 
 
 
64 
 
M.Ə.SABİR ƏDƏBİYYATŞÜNASLIQDA  
VƏ ƏDƏBİ TƏNQİDDƏ 
 
M.Ə.Sabir  Azərbaycan  ədəbiyyatı  tarixində  ədəbi məktəb 
yaratmış xalq şairi, böyük satirik ustad, mahir pedaqoqdur. Nizami 
G
əncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə  Fətəli 
Axundzad
ə, Cəlil Məmmədquluzadə  ənənələrini layiqincə  davam 
etdir
ən Mirzə  Ələkbər  Sabirin  satiraları  özünəməxsusluğu, 
orijinallığı,  sələflərinin  poeziyasından  fərqli xüsusiyyətləri ilə 
seçilir, şeirləri xələflərinə, ədəbi prosesə güclü təsir göstərən milli 
v
ə bəşəri mövzulardır. Azadlıq ideyaları, istiqlal uğrunda mübarizə 
aparan şairin mövzu problematikası çox geniş, tənqid hədəfləri, ifşa 
üsulları güclüdür. Şairin xalqı qəflət yuxusundan oyatmaq, ictimai 
quruluşun  dəyişməsi  amalı  yolunda  apardığı  mübarizə  sərhəd 
tanımır,  onu  bir  ölkə  çərçivəsindən  çıxarıb  dünyanın  şairinə, 
yoxsulların,  əzilənlərin,  hüquqları  əlindən  alınan  insanların 
müdafi
əçisinə çevirir, tanıdır: “Bu müqtədir şair yalnız Azərbaycan 
ədəbiyyatında deyil, onun hüdudlarından kənara çıxan, dünya bədii 
fikrin
ə daxil olan klassik sənətkardır” [1.1, s. 4].  
H
əqiqətən, Sabirin əsərlərinin  Yaxın  və  Orta  Şərqdə, 
keçmiş sovetlər məkanında, Avropada, Amerikada və başqa dünya 
ölk
ələrində  yaşayan  xalqların  dillərinə  tərcümə  olunması,  sevilə-
sevil
ə “Hophopnamə”nin oxunması onu öz xalqının şairi olmaqdan 
daha çox dünyanın şairinə çevirir. 
Şairin  elmi  tərcümeyi-halının  yazılması,  sənətkarlıq 
xüsusiyy
ətləri,  poetikası,  novatorluğu,  dil və  üslubu, təhsil və 
m
əktəb konsepsiyası, pedaqoji görüşləri, şifahi xalq ədəbiyyatı və 
mifologiya il
ə bağlılığı, satirik poeziyada Sabir ənənələri, Sabir və 
m
ətbuat, Sabir və  dünya  ədəbiyyatı,  Sabirin  səyahətlərinin 
coğrafiyası və bu kimi aktual, dərin tədqiqat tələb edən mövzular 
monoqrafik m
ənbələrdə, dərsliklərdə, dissertasiyalarda, qəzet və 
jurnal m
əqalələrində araşdırılır, sabirşünaslıq elmi dəyərli əsərlərlə 
z
ənginləşdirilir.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə