Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə19/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   15   16   17   18   19   20   21   22   ...   129

Yusif Aslanov 
 
 
56 
Mirz
ə Fətəli Axundzadə ilə Zakiri bir-birinə bağlayan əqi-
d
ə, məslək dostları olmasıdır. Onların bir-birinə qarşılıqlı ədəbi təsir 
göst
ərməsi, aşıq şeiri şəklində mənzum məktublar yazması da bir-
birin
ə dərin məhəbbətin ifadəsidir.  
Axundzad
ənin qoşma şəklində Zakirə yazdığı birinci mək-
tubunda Zakirl
ə Xurşidbanu Natəvan arasındakı səmimi münasibət-
d
ən, dostluqdan, “qafiyələrin zarafat təriqincə” söyləndiyindən da-
nışılır [12, s. 42]. Bu qoşmada elə söz və ifadələr işlədilir ki, sanki 
bu b
əndlərin aşıqlar, yaxud aşıq şeiri formasında yazan şairlər tərə-
find
ən yazıldığı qənaətinə gəlirsən. Hətta, bu qoşmanın sonuna hər 
han
sı bir məşhur aşığın adını yazmış olsaq oxucu bununla razılaşar 
ki, şeir həmin müəllifindir: 
 
Dediyin qafiy
ə ona xoş gəlib, 
Qaçan b
əxtin indi sənə tuş gəlib, 
Sövdalı başına təzə huş gəlib, 
T
əəccüb eylərəm büsyar, büsyar.   
M
ənim də var gərci bir az günahım, 
S
ən get hüzuruna ol üzrxahım, 
Söyl
ə ki, ey şahım, ey qibləgahım, 
İncimə, gər etdim şikayət izhar! [10, s. 223] 
 
Q.Zakir
ə yazılmış ikinci məktub isə XIX əsrin gerçəkliyi-
nin, osmanlı, firəng və rusların işğalçılıq siyasətinin tənqidinə güclü 
z
ərbə vuran, onların iç üzünü açan, qəhrəmanlıq ruhu ilə yazılmış 
bir m
ənzum şeirdir. Bu şeirdə, sanki Q.Zakirlə M.F.Axundzadə üz-
üz
ə dayanıb şeirləşir, ədalətsizliyə qarşı güclü zərbə endirməyə ha-
zır olan igid, cəsur qəhrəman kimi döyüşə hazırlaşır, tənqid və ifşa-
nı əsas hədəfə yönəldirlər. Vaqif və Vidadi kimi real hadisələrə ob-
yektiv qiym
ət verilməsi də onun sənət realizminin xüsusiyyətləri ki-
mi d
əyərlidir. 
C
əfərqulu xan Nəvaya  yazdığı  şeirlərində  də  Axundzadə 
dini-
mövhumatı,  cəhaləti,  xanın insanların qayğısına qalmamasını 
əsas tənqid hədəfinə  çevirir. Bu mənzum məktublar  da  aşıq  şeiri 


Ədəbi axtarışlar və tədris 
 
 
57 
şəklində, heca vəznində yazılmış, qəhrəmanlıq ruhu ilə qaynayıb-
qarışmışdır: 
 
S
əlam olsun məndən sərkar xana, 
Mollalardan bir az edim şikayət. 
Münkirdirl
ər əhadisə, qurana, 
Çifaid
ə gecdir hələ qiyamət! [10, s. 228] 
  
Ədibin  şeirlərinin xalq poeziya nümunələri ilə  həmahəng 
s
əsləşməsi,  aşıq  şeiri  arxitektonikasını  dərindən bilməsi və  bu 
sah
ədə ən çətin şeir forması sayılan təcnisdən istifadəni bacarması 
“T
əcnis” və “Təcnisi-digər” başlığı ilə yazılmış şeirlərdən də aydın 
görünür. Bu nümun
ələrin hər ikisini müəllif  farsca  yazmış,  cinas 
qafiy
ələrə  şərhlər  vermişdir.  M.F.Axundzadənin 2005-ci ildə  çap 
edilmiş  əsərlərinin birinci cildində  də  bu  şərhlərə  Azərbaycan 
dilind
ə aydınlıq gətirilməsi də təsdiq edir ki, bu təcnislər Qurbani, 
Abbas  Tufarqanlı,  Xəstə  Qasım,  Aşıq  Ələsgər,  Molla  Cümanın 
t
əcnis yaradıcılığı kimi xəyalımızda canlanırsa, yazılı ədəbiyyatda 
is
ə  M.P.Vaqifin təcnis  yaradıcılığı  ilə  qırılmaz  tellərlə  bağlılığı 
duyulur, hiss olunur. Akademik F.Qasımzadə, professor V.Vəliyev, 
professor  P.Əfəndiyevin  apardığı  araşdırmalarda  da  bu  məsələlər 
t
əhlil predmetinə  çevrilmiş,  onlar  müəllifin hər iki təcnisini 
s
ənətkarlıq  baxımından  müsbət qiymətləndirmişlər. Akademik 
F.Qasımzadə  yazırdı:  “Təcnislərin dili, təşbeh  və  istiarələri, 
cinasları, təqti və qafiyələnmə formaları aşıq təcnislərində olduğu 
kimidir” [13, s. 114]. Professor Vaqif V
əliyev isə  “Mirzə  Fətəli 
Axundovun t
əcnisləri  daha  çox  Qurbani,  Abbas  Tufarqanlı  və 
X
əstə Qasımın təcnis yaradıcılığını xatırladır, yazılı poeziyamızda 
is
ə  M.P.Vaqifin təcnis  yaradıcılığından  gələn incə  bir  əlvanlıq 
görünür” [13, s. 83]. Professor P.Əfəndiyev isə müəllifin “O yarə 
m
əni” təcnisini  Aşıq  Ələsgərin  “Narın  üz”,  Molla  Cümanın  “A 
yana-yana” t
əcnisləri ilə müqayisə edərək göstərir ki, Axundov çox 
bacarıqla ustad sənətkarlar kimi cinaslardan istifadə etmiş, orijinal 
t
əcnis yazmağı bacarmışdır [7]: 


Yusif Aslanov 
 
 
58 
         
Əmən məmən neylər cənnətin narın? 
Düz
əxə bənzətməm firqətin narın, 
Rişteyi-can olmuş telindən narın 
Dil
ər eldən: yetir o yara məni! 
D
ərdə kimin vardır mən tək davamı, 
Eşqin məriziyəm, sən ver dəvamı! 
H
ər aşiqin candır eşqində vamı 
Göst
ərməsin malı o yara məni. [10, s. 219] 
 
Nümun
ə kimi verdiyimiz bəndin birinci misrasında “narın” 
cinası  nar,  ikincisində  od, atəş,  üçüncüsündə  nazik, incə, zərif 
m
ənalarında işlədilmişdir. M.F.Axundzadənin yazdığı şərhlərdə də 
nar, od, at
əş,  nazik  mənaları  əsas  götürülmüşdür.  İkinci  bəndin 
cinas-qafiy
ə  sistemi isə  omoqraf cinaslar üzərində  qurulmuş, 

əllif  bunların  mənalarını  belə  izah  etmişdir:  davam gətirmək
d
ərman, dava, borcu, sürü.  
Yaxud, mü
əllifin “Təcnisi-digər” şeirindən bir bəndə nəzər 
salaq:  
 
Söyl
ə, səba, yarə, əsib o yana, 
Olurmu bir 
əhvalıma o yana, 
S
əhər ki, xabından sərxoş oyana, 
B
ənövşə tək üzdə telini yayə. 
Əcəl saqisindən allam peymanə, 
V
əfa gər etməsən əhdü peymanə. 
M
əsturə tələtin cahan peymanə, 
N
ə nisbəti onun xurşidə, yayə. [10, s. 220] 
 
Ədib bəndlərin şərhlərini farsca verir və bunlar Azərbaycan 
dilin
ə  də  bu cür tərcümə  olunur:  birinci bənddə:  o tərəfə, yana 
(yanmaq), sübhd
ən oyana, dağıda, yaya. İkinci bənddə: piyalə, əhd, 
dünyanı gəzən deyildir, günəşə və ya aya. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə