Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə26/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   22   23   24   25   26   27   28   29   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
77 
DRAM ƏSƏRLƏRİNİN TƏDRİSİNDƏ İFADƏLİ OXU  
 
Dram 
əsərlərinin bədii  varlıq  kimi  dərk edilməsi ilk 
növb
ədə  onun oxusu ilə  başlayır.  S.A.Marşak  bu  cəhəti nəzərə 
alaraq  demişdir:  “Sadəcə  oxudan  başlayaraq  əsərin insanlara 
ver
əcəyi həzzi itirmədən  ciddi və  düşüncəli oxuya, hətta  əsərin 
t
əhlilinə  keçməyə  nail olan müəllim  xoşbəxtdir”. Səhnə  əsəri iki 
hiss
ədən:  dialoqlardan və  müxtəlif remarkalardan (müəllif 
sözünd
ən) ibarətdir. Oxu dərsində  dialoqlar  şagirdlər  arasında 
bölüşdürülməli (kollektiv  oxu),  remarkanın  söylənməsi  yaxşı 
oxuyan  bir  şagirdə  tapşırılmalı  (fərdi oxu), müəllim isə  rejissor 
v
əzifəsini yerinə  yetirməlidir. Müəllim  şagirdlərə  surətlərin 
s
əciyyəvi xüsusiyyətləri, hərəkət,  davranış,  əxlaq və  əqidələri 
haqqında məlumat verməli, hansı surətin kim tərəfindən ounmasını 
əvvəlcədən müəyyənləşdirməlidir. Dram əsərinin  oxusu  zamanı 
şagirdin  qarşısında  qələm və  dəftər  olmalı,  oxunan  hissələrə  aid 
qeydl
ər götürməlidir.  
Bir qrup metodist alim dram 
əsərinin oxusuna dramatik oxu 
il
ə başlamağı məsləhət bilir, müəllimin oxusunu artıq hesab edirlər. 
Bizc
ə,  bu fikir bir qədər dəqiqləşməlidir. IV-VIII siniflərin 
ədəbiyyat kursunda müəllimin ifadəli oxusu, söz-söhbəti  şagird 
üçün nümun
ə  olmalıdır.  Çünki IV-VIII  sinif  şagirdlərinin bədii 
əsəri təhlil etmək vərdişləri hərtərəfli olmur. Bədii qiymətləndirmə
obyektiv b
ədii təhlil onlarda təzə, tədqiqi  proses  kimi  formalaşır. 

əllim  şagirdlərə  istiqamət verməli, nümunə  üçün  bir  parçanı 
ifad
əli şəkildə oxumalı, sözün emosional təsir qüvvəsini şagirdlərin 
n
əzərinə çatdırmalıdır.  
Dram 
əsərlərinin oxusu zamanı çətin sözlərin izahı diqqət 
m
ərkəzində saxlanmalıdır. Çətin sözlərin izahı iki mərhələdə aparıla 
bil
ər:  
a)
 
ifad
əli oxuya başlamazdan əvvəl 
b)
 
ifad
əli oxu qurtarandan sonra 
AD
Pİ-nin 50 illiyinə həsr olunmuş konfransın  
materialları, Bakı, 1983, səh. 23.  


Yusif Aslanov 
 
 
78 
 
“SEVİL” PYESİNİN TƏDRİSİ TƏCRÜBƏSİNDƏN 
 
Respublika
mızın ümumtəhsil məktəblərində C.Cabbarlının 
yaradıcılığı  geniş  tədris olunur. Böyük sənətkar  şagirdlərə  şair, 
yazıçı və görkəmli dramaturq kimi təqdim edilir.  
VII sinifd
ə C.Cabbarlının “Sevil” pyesi öyrədilir. Bu sinifdə 
“Sevil” 
əsəri dramatik janrın yeganə nümunəsidir. “Sevil” pyesinin 
m
əktəblərimizdə  öyrədilməsi  tarixinə  dair  geniş  məktəb təcrübəsi 
toplanmış,  mətbuatda  bir  sıra  elmi-metodik məqalələr dərc 
edilm
işdir.  Bu  yazıdan  əsas məqsəd təkmilləşdirilmiş  ədəbiyyat 
proqramına  uyğun  olaraq  öz  iş  təcrübəmə  əsasən pyesin 
öyr
ədilməsindən bəhs etməkdir. 
M
ən proqramda pyesin tədrisinə  ayrılan  4  saat  vaxtı 
aşağıdakı kimi planlaşdırmağı məqsədəuyğun hesab edirəm. 
Birinci d
ərs  saatında  C.Cabbarlının  tərcümeyi-halına  dair 
qısa  məlumat verirəm. Yeri gəlmişkən qeyd edək ki, VII sinfin 
t
əkmilləşdirilmiş  “Ədəbiyyat” dərsliyində  yazıçıların,  o  cümlədən 
C.
Cabbarlının  tərcümeyi-halına  dair  yeni  maraqlı  məlumatlar 
verilmişdir  ki, bu da müəllimlərin  işini  xeyli  yüngülləşdirmişdir. 
Yığcam giriş sözündən sonra “C.Cabbarlı” tədris filmindən “Sevil” 
fraqmentini  nümayiş  etdirirəm.  Bu  zaman  şagirdlər surətlərin 
s
əciyyəvi xüsusiyyətləri  –  davranışı,  əxlaqı  və  əqidəsi  haqqında 

əyyən məlumat  əldə  edirlər. Bundan sonra sinifdə  əsərin 
oxusunu t
əşkil  edirəm. Dərslikdə  III məclisin  qısa  məzmunu 
verilmişdir. Fikrimizcə, Gülüşün uşaq bağçasında uşaqların təlim-
t
ərbiyəsi ilə  məşğul  olması,  Sevilə  dərs verməsi, Sevilin  Balaşın 
evin
ə gəlişinin səbəbi də təlim prosesində şərh olunmalıdır. Odur 
ki,  iş  təcrübəsinə  əsasən bu qənaətə  gəlmişəm ki, dərslərdə  işin 
s
əmərəli təşkilinə istiqamət məhz bu mərhələdə verilməlidir. Ona 
gör
ə də növbəti dərsə qədər əsərin şagirdlər tərəfindən bütövlükdə 
diqq
ətlə  oxunması  vacibdir  (əsərin III pərdəsini  şagirdlər 
sinifd
ənxaric vaxtda oxuyurlar).  


Ədəbi axtarışlar və tədris 
 
 
79 
İkinci saatda pyesin mətni üzərində iş aparılır. Bu məqsədlə 
şagirdləri  düşündürən suallar qoyur, problem stiuasiya  yaradır  və 
Sevilin 
keçdiyi  inkişaf  yolunu,  cəmiyyətin insanlara,  xüsusən 
qadına  verdiyi  hüquq  azadlığını  şüurlu  surətdə  şagirdlərə  dərk 
etdirir
əm. Şagirdlərin öz fikirlərini izah etmək üçün əsərə müraciət 
etm
ələrinə xüsusi diqqət yetirirəm.  
Pyesd
ə işlədilən bir sıra (məvacib, nəvala, müsaidə, silistçi 
v
ə s.) çətin sözlər üzərində də iş aparır, onların hansı dillər vasitəsilə 
dilimiz
ə keçməsini, mənasını izah edirəm. 
Əsərin dili üzərində iş apararkən ilk növbədə dramaturqun 
obrazları  fərdiləşdirmək üçün dildən  bacarıqla  istifadə  etdiyini 
şagirdlərə çatdırmağa çalışır və buna nail oluram.  
Üçüncü saatda pyesin m
əzmununun şagirdlər tərəfindən nə 
s
əviyyədə  mənimsədildiyini müəyyənləşdirmək məqsədilə 
əvvəlcədən  hazırlanmış  suallar  üzrə  müsahibə  təşkil  edirəm. Bu 
m
əqsədlə  ən  çox  Sevilin  inkişafını  göstərən səhnələr üzərində  iş 
aparıram.  
Pyesin IV m
əclisi ətrafında təxminən aşağıdakı məzmunda 
müsahib
ə aparıram.  
M. – Sevild
ə hansı keyfiyyətlər yaranmağa başlayır?  
Ş. – Yaşadığı dövr Sevilin həyatında dönüş yaradır. Sevil 
ağıllı və dərin düşüncəli, istedadlı qadın kimi gözümüz qarşısında 
canlanır. O, hüququnu başa düşür və cəmiyyətimizdə qadına verilən 
hüquqdan istifad
ə edir. Oxuyur, dövrün ziyalı, qabaqcıl bir adamı 
olur. O, “Az
ərbaycan qadınlığının azadlıq yolu” kitabını yazır.  
Şagirdlər Sevilin mənəvi  inkişaf  yolunu səciyyələndirmək 
m
əqsədilə aşağıdakı parçalardan geniş istifadə edirlər:  
“Balaş, on üç yaşında mən bu evə gəlmişəm, altı il yarıac, 
yarıtox,  quru  çörək ilə  keçinmişəm, bir gün, bir düyün 
görm
əmişəm, indi Allah bizim üzümüzə  baxıb  bir  parça  çörək 
yetirmişdir. Amma indi də sən məni bir yerə çıxarmırsan, hərgah 
s
ən məni özünlə  aparsan,  adam  arasına  çıxarmış  olsan,  bir  yol 
bilm
ərəm, sonra mən də  başqalarına  baxıb  öyrənərəm, o biriləri


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə