Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə34/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   30   31   32   33   34   35   36   37   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
101 
q
ələm təcrübələrinin məhsulu olan keçmiş həyatdakı haqsızlıq və 
yara
mazlıqların ifşasına həsr edilmiş satirik şeirlərinin necə çətinlik-
l
ərlə çap olunması haqqında maraqlı məlumatlara şagirdlərin diqqə-
tini yön
əldir. Bu istiqamətdə  aparılan  iş  şagirdlərin öyrəniləcək 
oçerkl
ərə marağını artırır, təlim prosesinin intensivliyi və səmərəli-
liyini t
əmin edir.  
Giriş  söhbətindən  sonra oçerklərin  ayrı-ayrı  parçaları  şa-
girdl
ərə oxutdurulur. Müəllim ifadəli oxu işinin yeknəsəqlik doğur-
mama
sını təmin etmək üçün “Kömürçü ailəsində” oçerkinin aktyor 
ifa
sında hazırlanmış val yazısından da istifadə edir. Şagirdlər oçer-
kin 
ən maraqlı epizodlarını aktyor ifasında dinləyirlər.  

əllim oxunmuş  parçalara müvafiq olaraq  yeri  gəldikcə 
qısa şərh verməklə həmin oçerklərin dərindən mənimsənilməsini tə-
min etm
ək üçün obyektiv şərait yaratmalıdır. O, eyni zamanda Sey-
f
əddin Dağlının “Bahar oğlu” romanındakı müvafiq parçadan /səh. 
75-78/ istifad
ə etməli, şagirdlərə Cabbarlının mübarizliyini, cəsarət 
v
ə prinsipiallığını dərk etdirməli, onlarda bu mənəvi keyfiyyətlərin 
inki
şaf etməsinə imkan yaratmalıdır.  
İşin bu istiqamətdə təşkilindən sonra oxucu təəssüratını üzə 
çıxaran aşağıdakı suallara şagirdlər əsasən aydın cavablar verə bilir-
l
ər:  
1.
 
C.Cabbarlının atası haqqında nə deyə bilərsiniz? Onun 
h
əyat tərzini təsvir edin. C.Cabbarlı neçənci ildə, harada 
anadan olmuşdur? 
2.
 
Dramaturq  ilk  şeirini  hansı  jurnalda,  nə  vaxt çap 
etdirmişdir?  
3.
 
N
ə üçün gənc şair şeirini “Üstünə” adlandırırdı? 
4.
 
N
əyə görə C.Cabbarlının sözləri pristavı qəzəbləndirir-
di? Bu h
ədəyə şair necə cavab verdi? 
5.
 
C.Cabbarlını daim narahat edən nə idi? Onun arzusu nə 
vaxt h
əyata keçdi?  
6.
 
C
əfər Cabbarlı nə vaxt vəfat etmişdir?  
H
əmin suallara verilən cavablar əsasında şagirdlər öyrənir-
l
ər ki, C.Cabbarlı maddi və mənəvi çətinliklərə baxmayaraq yara-


Yusif Aslanov 
 
 
102 
dıcılığa çox erkən 14-15 yaşlarında başlamışdır. Onun “Bahar” adlı 
ilk şeiri 1915-ci ildə “Məktəb” jurnalında nəşr olunmuşdur.  
G
ənc  şairin  ictimai  quruluşdakı  yaramazlıqları,  yoxsul 
əmək adamlarını istismar edənləri ifşa edən satirik şeirləri o dövrün 
m
əşhur  satirik  jurnallarında  nəşr  olunurdu.  İctimai  quruluşu  ifşa 
ed
ən “Üstünə” adlı şeirinə və başqa əsərlərinə görə polis tərəfindən 
h
ədələnməsinə, təqib olunmasına baxmayaraq, gənc Cəfər Cabbarlı 
tutduğu  böyük  sənət yolunda cəsarət və  mətanətlə  irəliləyirdi. O, 
kamil s
ənət  əsərləri  yazmaqla  xalqının  və  sovetlər ölkəsinin 
tanınmış  dramaturqu  oldu.  Nəhayət, böyük sənətkar 1934-cü il 
dekabr ayının 31-də qəflətən vəfat etmişdir.  
“1905-ci ild
ə” pyesindən birinci şəklin öyrədilməsinə və şa-
girdl
ərə ümumən dram  janrı haqqında ilkin biliklərin verilməsinə 
xidm
ət edən sonrakı iki dərs saatından aşağıdakı istiqamətdə istifa-
d
ə olunması məsləhət bilinir:  
İkinci saat. C.Cabbarlının dramaturji yaradıcılığı haqqında 
giriş sözü. Dram əsərlərinin özünəməxsus xüsusiyyətləri, dramatik 
oxu haqqında sadə məlumat. “1905-ci ildə” pyesinin yazılmasının 
s
əbələri. Dərslikdə verilmiş parçanın rollar üzrə dramatik oxusunun 
t
əşkili. Oxunmuş parçanın məzmunu üzrə müsahibə; Evə tapşırıq: 
“1905-ci ild
ə” pyesinin birinci şəklinin məzmununa aid sadə plan 
t
ərtib etmək, həmin plan əsasında öyrənilmiş parçanın məzmunu-
nun 
nağıl edilməsinə hazırlaşmaq.  
Dördüncü sinifd
ə şagirdlər C.Cabbarlının yaradıcılığı haq-
qında məlumat almış, sənətkarın inqilabdan əvvəlki ağır həyat tərzi-
nin b
ədii lövhələri əks  olunmuş  “Dilarə” hekayəsini öyrənmişlər. 
Bunu 
əsas götürərərk müəllim dərsə problem xarakterli sualla baş-
la
yır:  
-
 
Uşaqlar, siz aşağı siniflərdə C.Cabbarlının hansı əsərini 
öyr
ənmişsiniz?  
-
 
Kim h
əmin hekayənin məzmununu söyləyə bilər?  
-
 
Yay t
ətili zamanı sənətkarın daha hansı əsəri ilə tanış 
ola bilmişsiniz?  
-
 
Görk
əmli dramaturq xalqa nəyi başa salmağa çalışırdı?  


Ədəbi axtarışlar və tədris 
 
 
103 
Şagirdlərin həmin suallara verdiyi cavablar yeni mövzunun 
öyr
ədilməsinə  başlamaq  üçün obyektiv zəmin  hazırlayır.  Giriş 
sözünd
ə müəllim qeyd edir ki, onlar /şagirdlər/ bu vaxta qədər bədii 
ədəbiyyatın nağıl, şeir, hekayə kimi bir sıra növləri ilə tanış olmuş-
lar. Bununla yanaşı onlar müxtəlif teatr tamaşalarına getmiş, yaxud 
radio v
ə televiziya vasitəsilə aktyorların ifasında səhnəciklər dinlə-
miş, onlara tamaşa etmişlər. Nağıl, hekayə və şeirlərdən fərqli ola-
raq s
əhnədə, teatrda tamaşaya qoyulmaq üçün yazılmış belə əsərlər 
dram adlanır. Bu əsərlərdə bədii surətlər hərəkət və danışıqları ilə 
haq
qında danışılan hadisəni oxucu və ya tamaşaçıya çatdırır. Biz bu 
əsərləri oxuyarkən hadisədə  iştirak  edən  adamların  danışığından 
əlavə rast gəldiyimiz fikirlər baş verən hadisələri izləməyə və surət-
l
ərin səhnəyə gəlişi haqqında məlumat almağa xidmət edir. Ədəbi 
dild
ə belə əlavə fikirlərə r e m a r k a deyilir. Rollar üzrə oxu zama-
nı remarkaları yeri gəldikcə bir nəfər oxuyur ki, o “aparıcı” adlanır.  
Bu gün biz ilk d
əfə olaraq C.Cabbarlının ən görkəmli, dərin 
h
əyati məzmunlu əsərlərindən biri ilə tanış olacağıq. Bu pyes azər-
bay
canlılarla  ermənilərin  bir-birinə  münasibətindən,  xalqımızın 
azad
lıq uğrunda apardıqları mübarizədən bəhs edən “1905-ci ildə” 
tarixi dramıdır. Siz yuxarı siniflərdə ölkəmizin tarixini öyrənərkən 
1905-ci ild
ə baş vermiş inqilabi hərəkat haqqında, çarizmin bu inqi-
labi h
ərəkatı yatırmaq üçün törətdiyi qanlı cinayətlər barəsində ge-
niş  məlumat  alacaqsınız.  Həmin  qanlı  cinayətlərdən biri 1905-ci 
ild
ə tarixən bir olmuş və eyni ərazidə yaşamış iki xalq – ermənilərlə 
az
ərbaycanlılar arasında yaradılmış düşmənçilik olmuşdur.  

əllim bu istiqamətdə giriş məlumatı verdikdən sonra rol-
lar şagirdlər  arasında  bölüşdürülür. Aparılmış metodik tədqiqatlar 
göst
ərir ki, dramatik oxuya başlamamışdan əvvəl ayrı-ayrı səhnələ-
r
in aktyor ifasında hazırlanmış maqnitafon lentini və ya val yazısını 
dinl
əmək  şagirdləri fəallaşdırır.  Bu  prosesdə  müəllim  şagirdlərin 
əsas diqqətini personajların hərəkətinə, nitqinə və çıxışlarına yönəlt-
m
əlidir. Rollar üzrə oxu prosesində şagirdlərin aktiv iştirakının tə-
min edilm
əsini  əsas götürərək müəllim səhnədə  daha  çox  iştirak 
ed
ən Allahverdi və İmamverdi rollarının hər birini iki şagirdə tapşı-


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə