Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə32/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   28   29   30   31   32   33   34   35   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
95 
y
əti tələb edir. Ədəbi-tənqidi materiallardan, metodik mənbələrdən 
yara
dıcı  istifadə  sayəsində  həmin məsələnin  geniş  və  aydın  izahı 
müm
kündür.  Aparılmış tədqiqatların  nəticələrinə istinadən “Səya-
vuş” mənzum faciəsinin əsas məğzi yuxarıdakı sistemdə təlimə cəlb 
edil
əndə şagirdlərin müstəqil fikri fəaliyyətinin əsas sahəsi olan inşa 
yaz
ıların da yüksək səviyyədə hazırlanmasına obyektiv zəmin yara-
nır, məzmun və ideya uzun müddət hafizədə yaşayır.  
 
 
“Az
ərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı, 
 
Bakı, 1986, №3, səh. 6-9 
(H
əmmüəllif: A.Abdullayev) 
 
 
V-
VII SİNİFLƏRDƏ DRAMATİK  
ƏSƏRLƏRİN TƏDRİSİ 
(metodik tövsiy
ə) 
 
“Ümumt
əhsil və  peşə  məktəbi  islahatının  əsas istiqamət-
l
əri”ndə  göstərildiyi  kimi:  “Şagirdlərin bədii təhsilini və  estetik 
t
ərbiyəsini  xeyli  yaxşılaşdırmaq  çox  mühüm  vəzifədir”  / Ümum-
t
əhsil və peşə məktəbi islahatı haqqında” / Sənədlər və materillar 
top
lusu / Bakı, “Azərnəşr”, 1984, səh. 54 /. Qarşıya qoyulan məqsə-
din müv
əffəqiyyətlə həyata keçirilməsində ədəbiyyatın lirik, epik və 
dra
matik  janrlarının  hər birinin özünəməxsus xüsusiyyətlərinin 
n
əzərə alınmasının vacibliyi qeyd edilməlidir. 
Ədəbiyyat və  incəsənətin spesifik xüsusiyyətlərini vəhdət 
halında əks etdirən dramatik nümunələrin tədrisi, səhnə tamaşasına 
baxışın  təşkili  şagirdlərin həyatı  qavrama  qabiliyyətinin, estetik 
hissl
ərinin inkişaf etdirilməsi üçün daha geniş imkanlar açır. Bu nü-
mun
ələr üzərində işin səmərəli təşkili şagirdlərdə bədii ədəbiyyata 
v
ə səhnə həyatına maraq oyatmalı, onların iradəsini, duyğularını və 
fikirl
ərini ifadə etməli, onların ideyaca zənginləşməsinə və mənəvi 
t
ərbiyəsinə zəmin yaratmalıdır.  


Yusif Aslanov 
 
 
96 
M
əhz bu cəhətdən dramatik sənət həm xalqın tarixi keçmi-
şi,  həm gələcəyi  haqqında  ümumi  təsəvvür yaradan tarixi əsərə, 
h
əm insanları layiqli vətəndaş kimi tərbiyə edən idrak fəaliyyətinə, 
h
əm də onları gözəlliyə qovuşduran, təbiətin, cəmiyyətin və insanın 
estetik c
əhətlərinin  inkişaf  etdirilməsinə  imkan yaradan obyektə 
çevrilir. Ona gör
ə də “Sinifdə... tipik əsərlərin götürülməsi, bu əsər-
l
ərə  hərtərəfli marksist-leninçi qiymət verilməsi,  şagirdlərin bədii 
əsərlərdə həyat anlayışını mənimsəmələri, həyatı bütün dərinliyi və 
çoxc
əhətliyi ilə “görməyi” öyrənmələri vacibdir” /N.K.Krupskaya. 
Se
çilmiş pedaqoji əsərləri, I hissə. Bakı, “Maarif” nəşriyyatı, 1966, 
s
əh. 273/. 
Dramatik 
əsərlərin süjet xətti real həyat konfliktləri əsasında 
qurulur ki, 
bu da  personajların  bir-birinə münasibətindən yaranan 
g
ərgin münaqişələrdə, xarakterlərin fəaliyyətində bədii həllini tapır. 
Əsərin daxili mahiyyətinin, ideya-estetik qayəsinin, tərbiyəvi, əxla-
qi v
ə emosional təsir qüvvəsinin müəyyənləşdirilməsi pyesin müəy-
y
ən sistemlə  öyrədilməsi prosesində  açılır.  Bu  məqsədlə  aparılan 
sor
ğular nəticəsində aydın olmuşdur ki, V-VII siniflərdə dramatik 
nümun
ələrin öyrədilməsi  zamanı  rollar  üzrə  oxu /dramatik oxu/, 
m
əzmunun mənimsədilməsi,  obrazların  təhlili, həmin  janrı  başqa 
ədəbi növlərdən fərqləndirən özünəməxsus forma, janr və mətnda-
xili xüsusiyy
ətlərin aşakr edilməsi pyesin bədii varlıq kimi dərindən 
d
ərk olunmasına obyektiv imkan yaradır.  
Müşahidələr göstərir ki, Azərbaycan ümumtəhsil məktəblə-
rinin V-VII sinifl
ərində dramatik janra aid biliklərin, bu janra daxil 
olan 
əsərlərin tədrisinin məktəb islahatının tələblərinə müvafiq tək-
mill
əşdirilməsi böyük praktik əhəmiyyət kəsb edir. Bunu nəzərə 
alaraq metodik tövsiy
ədə V-VII siniflərdə dramatik əsərlərin tədrisi 
qar
şısında  qoyulan  məsələlərin  şərhi,  V sinifdə  C.Cabbarlının 
“1905-ci ild
ə” pyesindən birinci şəklin və VII sinifdə “Sevil” dra-
mının öyrədilməsinin optimal imkan və yollarını izah etmək qarşıya 
əsas məqsəd qoyulur. Bu sahədə respublikamızın qabaqcıl ədəbiy-
yat mü
əllimlərinin iş təcrübəsi öyrənilmiş, nəşr edilmiş elmi-meto-


Ədəbi axtarışlar və tədris 
 
 
97 
dik 
ədəbiyyat araşdırılmış və nəticəsi bu metodik tövsiyədə ümu-
mil
əşdirilmişdir.  
Az
ərbaycan və eləcə də ittifaqın ümumtəhsil məktəblərində 
b
ədii əsərlərin məzmun və ideyasını, sənətkarlıq məsələlərini, bədii 
dil v
ə  üslubun xüsusiyyətlərini,  əsərin süjet və  kompozisiyasını, 
qurulu
şunu, obrazların təhlilinin imkan və yollarını, əsərdə cərəyan 
ed
ən hadisələrin müəyyən tarixi dövrlə bağlılğını və s. problemləri 
şagirdlərə öyrədən ədəbiyyat fənni iki mərhələdə - IV-VII və VII-X 
sinifl
ərdə tədris olunur. Hazırladığımız metodik tövsiyə V-VII sinif-
l
ərdə dramaturgiyanın öyrədilməsi məsələləri ilə bağlı olduğundan 
birinci pill
ə  üzərində  daha müfəssəl  dayanmağı  məqsədəuyğun 
hesab edirik.  
İstər ölkəmizin rus məktəblərində, istərsə də milli məktəb-
l
ərdə /Azərbaycan məktəbləri də buraya daxil olmaqla/ birinci mər-
h
ələdə /IV-VII/ qarşıya qoyulan tələb və kriteriyalar eyni məzmun-
da
dır /Müqayisə üçün bax: Səkkizillik və orta məktəb proqramları. 
Ədəbiyyat. M., “Maarif” nəşriyyatı,  1981,  səh. 6-7, 21, 24; 
S
əkkizillik və orta məktəb proqramları.  Ədəbiyyat. Bakı, “Maarif” 
n
əşriyyatı, 1985, səh. 6-7, 21, 27, 33-34, 36, 39-41/. Bu siniflərdə 
d
ərs deyən  ədəbiyyat müəllimlərinin  başlıca  məqsədi  şagirdlərdə 
b
ədii ədəbiyyata marağı gücləndirməkdən, obrazların nümunəsində 
on
ların  mənəviyyatını  zənginləş-dirməkdən, real gerçəkliyə  fəal 
münasib
ət bildirməyi tərbiyə  etməkdən,  yaşayıb  yaratmağın  gö-
z
əllik mənbəyi olduğuna inam oyatmaqdan, ifadəli oxu və rabitəli 
nit
qi inkişaf etdirməkdən, ədəbi növlərin birini digərindən fərqlən-
dirm
ək  bacarığını  aşılamaqdan,  müstəqil fikri fəaliyyətin əsas sa-
h
əsi  olan  inşa  yazmaq  qabiliyyətini formalaşdırmaqdan ibarətdir. 
M
əhz bu məsələləri həyata keçirmək üçün ədəbiyyat proqramları 
IV sinifd
ə tematik, V-VI siniflərdə xronoloji – tematik, VII sinifdə 
is
ə tarixi - ədəbi prinsipdə tərtib olunmuşdur.  
VII sinif sistemli 
ədəbiyyat tarixini öyrənməyin başlanğıc, 
ilk pill
əsi,  daha  doğrusu,  keçid  mərhələsidir.  Bu  sinfi bitirən  şa-
girdl
ər hər hansı növdən olan ədəbi nümunəni müstəqil öyrənmək, 
t
əhlil etmək, nəticə çıxararaq həyata tətbiq etmək, əsərdəki obrazla-


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə