Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə40/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   36   37   38   39   40   41   42   43   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
119 
M. – Hüquqsuz v
ə kölə vəziyyətində yaşamağa məcbur edi-
l
ən Sevilin yaşadığı şərait haqqında müəllif fikrini /remarkanı/ kim 

əyyənləşdirə bilər?  
Ş. – Birinci pərdənin əvvəlində “Köhnə qayda ilə döşənmiş 
bir ev. Sevil t
ək oturub oxuyur” fikri ilə tanış oluruq. Bu kədərli 
mah
nının sözlərini dinlədikdə bizdə Sevilin acı taleyi barəsində il-
kin t
əsəvvür yaradılır.  
M. – Pyesd
ə hadisələrin inkişaf xətti necə verilir?  
Ş. – Pyesdə həyata baxışları müxtəlif, əqidə və əxlaqca bir-
birinin eyni olmayan sur
ətlər iştirak edir. Onlar qarşı-qarşıya danı-
şır, hərəkətləri, düşüncələri, bir-birinə münasibətləri ilə özləri-özlə-
rini xarakteriz
ə edirlər. 
M. – Fikriniz düzdür. Pyesd
ə hadisələrin inkişaf xətti dialoq 
əsasında  qurulub.  İki  şəxsin  qarşı-qarşıya  danışığı  dialoq  adlanır. 
Bu cür danışıq dialoji nitqdir. Əlbəttə, adi danışıqla konflikt təşkil 
ed
ən danışığı eyniləşdirmək olmaz. Kim dialoqa aid pyesdən misal 
göst
ərə bilər?  
Ş. – Dialoqa misal:  
Balaş: - Sevil, sən haraya gedirsən?  
Sevil: - Sosializm
ə, fabrikə... Mən oradan gəlmişəm, oraya 
da gedir
əm. Qadınların azadlıq yolu yalnız oradadır! və s.  
İkinci mərhlədə  V-VI siniflərdə  dramaturgiyanın  janr 
xüsusiyy
ətləri haqqında verilmiş ilkin biliklər aşağıdakı məzmunda 
d
ərinləşdirilir:  
B
ədii əsərlərin xüsusi növü olan dramın üç janrı vardır: ko-
mediya, dram v
ə faciə /tragediya/. Bu janrlar dramatik əsərlərdə hə-
yat hadis
ələrinin hansı məzmunda əks olunması və həmin əsəri ya-
rat
maqda  dramaturqun  qarşıya  qoyduğu  məqsədə  uyğun  olaraq 

əyyən edilir. 
Dram janrının ən başlıca xüsusiyyəti odur ki, burada qüvvə-
l
ər müsbət və  mənfi olmaqla iki qrupa bölünərək bir-birinə  qarşı 
mübariz
ə aparır.  
Əsər boyu tamaşaçı gərgin münaqişə, ziddiyyət və dramatik 
h
ərəkətlərin şahidi olur. Dramda hadisələr müsbət qüvvələrin, mü-


Yusif Aslanov 
 
 
120 
t
ərəqqi ideyaların qələbəsi ilə başa çatır. Tamaşaçı müsbət qəhrə-
manla
rın qələbəsinə sevinir və onlardan nümunə götürməyə çalışır.  
“Sevil” pyesi il
ə əlaqədar verilən yeni nəzəri bilik – dram 
əsərinin konflikt, kompozisiya və süjet xətti ilə bağlıdır. Müəllim 
h
əmin nəzəri məsələlər  haqqında  şagirdlərə  aşağıdakı  məzmunda 
m
əlumat verə bilər:  
H
ər bir dramatik əsərdə aid olduğu janrdan asılı olmayaraq 
sur
ətlər arasında müəyyən mübarizə gedir ki, bu da konflikt adlanır. 
“Sevil” pyesind
ə əsas konflikt Sevillə Balaş arasında, daha doğrusu, 
yeninin köhn
ə  üzərində  qələbəsinin təntənəsi zəminində  gedir. 
Mübariz
ə  edən cəbhələrin  başında  onlar  dururlar.  Lakin  bu 
obrazların  hər birinin ətrafında  müəyyən surətlər  qrupu  dayanır. 
Sevilin mübariz
əsinə  kömək edən  personajlar  qrupuna  Gülüş, 
Atakişi  və  Babakişi  daxildir.  Balaşın  tərəfində  olan surətləri isə 
Dilb
ər, Məmmədəlibəy və  Əbdüləlibəy təmsil edir. Bunlardan 
başqa  dramatik  əsərdə  əsas konfliktdə  az  iştirak  edən surtələr də 
olur ki, bunlara epizodik, yaxud da köm
əkçi surətlər deyilir. “Sevil” 
pyesind
ə belə surətləri qulluqçu Tafta, Sevilin oğlu Gündüz təmsil 
edir.  
Bütün süjetli lirik 
əsərlər, epik və dramatik əsərlər müəyyən 
quruluşa malikdir. Bu, əsərin kompozisiyası adlanır. Əgər dramatik 
əsərdə kompozisiya məharətlə yaradılmışdırsa, həmin əsərin səhnə 
tamaşası da müvəffəqiyyətli olacaqdır. Əslində dramatik əsərlərin 
kompozisiya v
ə süjet xətti tam vəhdət təşkil edir. Onların arasındakı 
f
ərq ondan ibarətdir ki, kompozisiya əsərin  formasını, hadisələrin 
c
ərəyan etmə imkanını ifadə edirsə, süjeti isə hadisələrin ardıcıl bir 
x
ətt üzrə  inkişafını  göstərir. Buna görə  də  kompozisiyadan fərqli 
olaraq süjetin mü
əyyən inkişaf mərhələləri vardır. “Süjetin inkişafı 
onun 
əsasında dayanan konfliktlə təyin olunur” /Zaxarova A.İ. Me-
to
dika  şkolnoqo  izuçeniya  dramı  s  uçotom  yeyo  xudojestvennoy 
spesifike. Kand. diss. 
Kuybuşev,  1976,  str.  60/.  Bu  mərhələlər 
aşağıdakılardır:  
Ekspozisiya – hadis
ələrin başlanğıc, yaxud hazırlıq mərhə-
l
əsidir. Buna çox vaxt bədii müqəddimə də deyilir. “Sevil” pyesinin 


Ədəbi axtarışlar və tədris 
 
 
121 
birinci p
ərdəsində Sevilin mahnı oxuması və Gülüşün səhnəyə daxil 
ol
duğu  ilk  anlar  gələcəkdə  gərgin və  kədərli hadisələrin  baş 
ver
əcəyi ilə əlaqədar tamaşaçını səfərbər edir.  
Zavyaska  –  bu hadis
ələrin  düyününün  vurulması,  əsas 
hadis
ələrə  keçid mərhələsidir. Azərbaycan  ədəbiyyatşünaslığında 
bu m
ərhələ rabitə, əlaqə mənasını ifadə edən rəbt sözü ilə də ifadə 
edilir. “Sevil” pyesind
ə  Gülüşün  Sevilə  və  atası  Atakişiyə  dediyi 
aşağıdakı  sözlərlə  hadisələrin düyünü vurulur, gələcəkdə  baş 
ver
əcək əsas hadisələrə bir növ keçid, körpü yaradılır.  
Gülüş: - Yox, ata, əsr maşın əsridir, ondan qaçmaq olmaz. 
Bir gün m
ədəniyyət zəlzələsi bu evi, bu taxçaları, bu boxçaları uçu-
racaq
dır, sən çılpaq çölə düşəcək, dəhşətli maşınlar içində qalacaq-
san, 
unutma  ki, maşın  “metralyoz”  kimi bir  şeydir,  ardınca  olsan 
qulun
dur, qabağında olsan ölümündür. Hələlik sağ olun! /Getmək 
ist
əyir/.  
Sevil: - Dayan, dayan, s
ən deyirsən ki, zəlzələ olacaq, özü 
d
ə bu çaxçaları-boxçaları uçuracaqsan. Ay qız, bir məni başa sal, 
görüm, z
əlzələ nə vaxt olacaq?  
Gülüş: - Hər halda, Sevil, sənin üçün tez, tez olacaq. 
Kulminasiya – 
əsərin düyünü vurulduqdan sonra əsas hadi-
s
ələr cərəyan edir. Bu mərhələ nisbətən geniş olduğu üçün ona “hə-
r
əkət” mərhələsi deyilir. Hadisələr enən-yüksələn xəttlə inkişaf edib 
g
ərginləşir.  Hadisələrin tam gərginləşməsi mərhələsi kulminasiya 
adla
nır ki, bu da hadisələrin zirvəsi deməkdir. “Sevil” pyesində Se-
vilin evd
ən qovulması, onun huşdan getmiş halda evə gətirilməsi 
əsərin zirvə nöqtəsi, kulminasiyasıdır. 
Razvyazka – b
ədii ədəbiyyatda ziddiyyətlərin açılması mər-
h
ələsidir. Pyesin dördüncü mərhələsində Sevilin kitab yazması haq-
qında gedən söhbət, mənfi surətlərin yeni cəmiyyətdən şikayəti əsə-
rin baş qəhrəmanının taleyindən xəbər verir.  
Finalda – hadis
ələr tamamilə açılır. Bütün personajlar haq-
qında tamaşaçı /oxucu/ bitkin təsəvvür alır. Əksər dram əsərlərinin 
bu m
ərhələsində  pyesin  bütün  iştirakçıları  səhnəyə  daxil olur. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə