Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə39/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   35   36   37   38   39   40   41   42   ...   129

Yusif Aslanov 
 
 
116 
“Oturun, bu gec
ə əylənmək, bütün dünyanı əyləndirmək is-
t
əyirəm. /Pudra çıxarır/ Qospoda! Tovarişi! üzünüzü o yana çevirin, 
bir-iki... üç... /M
əmmədəliyə/. Sən hara baxırsan?” və s.  
Atakişi və Babakişi obrazlarını dərk etmək üçün aşağıdakı 
cüml
ələri nəzərdən keçirmək olar:  
“– Yox, balam, su g
ətirmək nədir, işsiz darıxıram, mən öm-
rümd
ə bir gün də olsun işsiz qalmamışam, indi nə edim, zalım oğlu-
nun maşını əlimi şikəst elədi atdı məni evin küncünə, yoxsa məni 
evd
ə tapmaq olardı?” 
“Dem
əli, Atakişi qazançıdır, mən də türkün sözü, ocaqçı”. 
Əsərin məzmununu öyrətməklə iş bitmir. Bu əsəri yazmaq-
da s
ənətkarın məqsədini, daha doğrusu, əsərin ideyasını şagirdlərə 
öyr
ətmək dərsin əsas halqalarından biridir. Məhz elə buna görə də 
dördüncü d
ərs bütövlükdə əsərin təhlilinə həsr edilir. Bizcə, bu mər-
h
ələdə şagirdlər qarşısında ciddi suallar qoyub, onların fəallaşdırıl-
ma
sına, axtarışlar aparmasına nail olmaq lazımdır:  
1.
 
N
ə  üçün  Cabbarlı  pyesini  başqa  adla  deyil,  “Sevil” 
adlandırır?  
2.
 
C.Cabbarlının  “Sevil”  pyesini  yazmaqda  məqsədi nə 
idi?  
3.
 
Biz m
əclisin əvvəlində Sevili yazıq, müti və ərinin hər 
bir 
əmrini yerinə  yetirən  hüquqsuz  bir  qadın  kimi 
görürük. Yalnız bu keyfiyyətlərlə Sevili səciyyələndirə 
bil
ərikmi?  
4.
 
Əvvəlki Sevilə hansı nöqsanı irad tuta bilərsiniz?  
5.
 
Sevilin h
əyatında  əmələ  gələn  dönüşün  başlıca 
s
əbəbini nədə görürsünüz?  
6.
 
Birinci m
əclisdə  hüquqsuz  qadın  kimi  təsvir edilən 
Sevil sonuncu p
ərdədə sizə necə təsir bağışlayır? 
7.
 
Meşşan  təbiətli  Balaşın  ailəyə  münasibətini, həyata 
baxışını kim izah edər? 
8.
 
Bilirsiniz ki, Sevili 
azadlıq yoluna Gülüş çağırır. Kim 
Gülüş obrazının daxili aləmini və həyata münasibətini 
aydınlaşdırar? 


Ədəbi axtarışlar və tədris 
 
 
117 
9.
 
Dramaturq Dilb
ər,  Əbdüləlibəy və  Məmmədəlibəyin 
simasında burjua-meşşan ailəsinin mənəvi puçluğunu, 
h
əyata münasibətlərini necə təsvir etmişdir? 
T
əhlil prosesində şagirdlərə izah edilir ki, “Sevil” pyesində 
Az
ərbaycan  qadınlarının  keçirdiyi  faciəli həyatı,  feodal-patriarxal 
münasib
ətlərini özündə  yaşadan  kapitalizm  quruluşunun  eybəcər 
mahiyy
ətini tənqid etməyi, mövcud  quruluşun  qadına  bəxş  etdiyi 
azadlığı dövrün tələbi baxımından həll etməyi, yeni sovet ailəsinin 
for
malaşmasını göstərməyi qarşıya məqsəd qoymuşdur. Şagirdlərə 
Se
vili ağıllı, dərrakəli, sağlam bir əqidədə böyüyən, mənliyini, şəx-
siyy
ətini hər şeydən üstün tutan, mənəvi təkamülündə kamilləşmə
siyas
ətində prinsipiallıq, dünyagörüşündə böyük ictimai dəyişiklik-
l
ər olan bir müsbət qadın obrazı kimi təqdim etmək lazımdır. Çün-
ki:  “C
abbarlının  qadın  surətləri  passiv  etirazdan  başlayaraq,  fəal 
etiraza, ictimai mübariz
əyə  qədər yüksəlirlər”  /M.A.Dadaşzadə. 
Seçilm
iş əsərləri III cilddə, II cild. Bakı, Azərb. SSR EA nəşriyyatı, 
1968 s. 123/. 
Balaş hər cür insani keyfiyyətlərdən mərhum, iradəsiz, adi 
bir mühitd
ə yaşamağı sevməyən, vəzifəcə yüksək olanlara yaltaqla-
nan, meşşanlıq bataqlığının çirkabında böyüyən, ailə səadətini tapa 
bilm
əyən mənfi xarakterli tip kimi səciyyələndirilir.  
Gülüş  Balaşın  bacısı  olmasına  baxmayaraq,  azad,  döyüş-
k
ən, humanist, heç kimə boyun əyməyən, yeni mədəniyyətin, tərəq-
qinin t
ərəfdarı, Sevilə azadlıq yolu göstərən xeyirxah bir insan kimi 
t
əsvir olunur. 
Dilb
ər mənəviyyatca pozğun, eyş-işrət düşkünü, fırıldaqcı, 
h
əyatın mənasını əyləncədə görən, Əbdüləlibəy və Məmmədəlibəy 
is
ə müstəqil düşünmə qabiliyyəti olmayan, savadsız və köhnə adət-
ənənələrin təsiri altında yaşayan obrazlar kimi təhlil edilir.  
Atakişi və Babakişi təmizqəlbli, əməyi sevən, sadə insanlar-
dır. Tafta ürəyiaçıq, qəlbitəmiz, Gündüz isə xoşbəxt bir səhərin – 
möv
cud quruluşun uşaqlara bəxş etdiyi azadlığın rəmzi /simvolu/ 
kimi diqq
əti cəlb edir. 


Yusif Aslanov 
 
 
118 
“Sevil” pyesinin m
ətndaxili təhlili üzrə bu istiqamətdə apa-
rılan iş obrazların müsbət və mənfi surətlər üzrə qruplaşdırılması ilə 
ba
şa çatdırılır, müqayisələr aparılmaqla ayrı-ayrı surətlərin səciyyə-
si haqqında şagirdlərin bilikləri dərinləşdirilir.  
“Sevil” pyesinin öyr
ədilməsi üçün planlaşdırılmış dördüncü 
d
ərs saatında əsərin məzmun və təhlili üzrə şagirdlərin ötən dərslər-
d
ə aldıqları biliklər, əsasən, fərdi sorğu vasitəsilə qiymətləndirilir, 
n
əzəri məsələlərin şərhi konkret nümunələr əsasında aydınlaşdırılır.  
N
əzəri məlumatlar bir-birini tamamlayan üç mərhələdə 
şagirdlərə mənimsədilir: a) V-VI siniflərdə dramaturgiyanın nəzəri 
xüsusiyy
ələri ilə  əlaqədar öyrənilmiş biliklərin  yada  salınması;  b) 
V-VI sinifl
ərdə verilmiş məlumatlarla müştərək olan yeni biliklərin 
verilm
əsi və dərinləşdirilməsi; v) dramaturgiyanın nəzəri xüsusiy-
y
ətləri  haqqında  şagirdlərə  nisbətən mürəkkəb məzmuna malik 
anla
yışların öyrədilməsi. 
Birinci m
ərhələdə V-VI siniflərdə şagirdlərin dramaturgiya-
nın  nəzəri xüsusiyyətləri  haqqında  qazanmış  olduqları  aşağıdakı 
m
əlumatlar üzərində  iş  aparılır:  dram  anlayışı,  dramatik  əsərlərin 
quru
luşu – personajların /əsərdə iştirak edənlər/ yerləşdirilməsi, re-
marka, monoloq, kütl
əvi səhnələr, pərdə, şəkil və gəlişlər. Bu kimi 
sad
ə məlumatlar müsahibə yolu ilə dərinləşdirilir və məlumatların, 
əsasən, şagirdlərin özləri tərəfindən müəyyənləşdirlməsi təmin edi-
lir. Bu m
ərhələdəki işin metodik məzmunu haqqında oxucuda tam 
t
əsəvvür yaratmaq üçün burada həmin işin bəzi epizodlarını əks et-
diririk:  
B
ədii ədəbiyyatın ən mürəkkəb, lakin geniş yayılmış janrla-
rından biri dramdır. Dram yunan sözü olub /d r a m a/ hərəkət de-
m
əkdir. Sözlə  hərəkətin vəhdət təşkil  etməsi  dram  janrını  başqa 
ədəbi növlərdən fərqləndirir. Dramtik əsərlərdə hadisələrin inkişaf 
x
ətti remarka, dialoq və monoloq əsasında qurulur. Remarka müəl-
lif sözünd
ən ibarətdir. Dramaturq remarkada oxucunu baş verəcək 
hadis
ələrlə tanış etmək üçün hazırlayır: 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə