Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə38/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   34   35   36   37   38   39   40   41   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
113 
ik
ən yenə azad deyildirlər. Qadına ən başlıca iqtisadi azadlıq lazım-
dır”.  
Rollar üzr
ə dramatik oxuya başlamamışdan əvvəl çətin söz 
v
ə ifadələr üzərində iş aparılır. Bu zaman aşağıdakı məzmunda bi-
likl
ərin şagirdlərə öyrədilməsi məqsədəmüvafiqdir.  
 
Sıra  
№-si 
“Sevil” pyesinin I 
p
ərdəsində işlənmiş 
ç
ətin sözlər 
H
əmin sözlər 
hansı dildən 
Az
ərbaycan dilinə 
keçmişdir. 
 
M
ənası 




 
 

 

 



10 
Ruz-u 
M
əvacib 
N
əvalə 
M
əsud 
 
 
M
əmnun 
 
Müsaid
ə 
 
Silisçi 
Qubernator 
Nu dovolno 
Niçeqo podobnoqo 
Fars 
ərəb 
ərəb 
ərəb 
 
 
ərəb 
 
ərəb 
 
rus 
rus 
rus 
rus 
Gün, gündüz, qazanc 
Əmək haqqı 
B
əxşiş, hədiyyə 
Şad, xoşbəxt, uğurlu, 
b
əxtəvər 
 
Razı  qalan,  minnət-
dar, şad, sevincli 
Yardım,  köməklik, 
imkan 
Müst
əntiq 
Vilay
ət hakimi 
Daha b
əsdir, kifayətdir 
Q
ətiyyən belə  deyil, 
bel
ə şey yoxdur 
 
Pyesin dig
ər pərdələri zəminində də yuxarıdakı məzmunda 
işin təşkili məsləhət bilinir.  
Müşahidələr göstərir ki, çətin söz və  ifadələrin  izahından 
sonra  dramatik  oxuya  başlamaq  daha  səmərəlidir. Onu da qeyd 
ed
ək ki, V-VI siniflərdən fərqli olaraq VII və  yuxarı  siniflərdə 
dramatik oxunun özün
əməxsus xüsusiyyətləri təzahür edir. Belə ki, 
bütövlükd
ə öyrənilməsi qarşıya məqsəd qoyulmuş dram əsərlərinin 
rollar üzr
ə oxusunda əsas məqsəd şagirdlərin təhlil işi üçün düzgün 
istiqam
ət götürmələri  olmalıdır.  Buna  görə  də  qabaqcıl ədəbiyyat 

əllimləri pyesin ayrılıqda götürülmüş bir və ya bir neçə pərdəsi-
nin deyil, bütövlükd
ə  əsərin ən xarakterik səhnə  və  epizodlarının 


Yusif Aslanov 
 
 
114 
rollar üzr
ə oxusunun təşkil edilməsinə daha çox üstünlük verirlər. 
Odur ki, V-VI sinf
ə nisbətən VII sinifdə rollar üzrə oxuya verilən 
t
ələb bir qədər mürəkkəbləşdirilir. Buna görə də, dramatik əsərlərin 
oxusu prosesind
ə  təkcə  iştirak  edən  şəxslərin özləri barədə  deyil
habel
ə bu və ya digər hadisənin baş verdiyi yerin, şəraitin özü haq-
qında əyani təsəvvür yaratmaq zəruridir. Bundan sonra isə hər bir 
dramatik 
əsərin başlandığı remarkaya, şəklə, pərdəyə nüfuz etmək 
şərti əmələ gəlir. /Bax: Bilinkis Y.S. Teatr i literatura, stiuasiya dra-
matiçeskoqo dialoqa. V kn. Vzaimodeystviye i sintez isskustva. M., 
“Nauka”, 1978, st. 90/. 
Üçüncü saat. Pyesin m
əzmunu və mətni üzərində aparılmış 
işin  dərinləşdirilməsi.  Əsərin təhlili.  Ayrı-ayrı  obrazların 
s
əciyyələndirilməsi. Əsas ideyanın şagirdlərə dərk etdirilməsi. Evə 
tapşırıq: ayrı-ayrı obrazları səciyyələndirməklə əsəri təhlil etmək.  

əllim  əsərin  əsas  ideyasının  dərindən  dərk etdirilməsi 
üçün  obrazların  xarakteristikasından  geniş  istifadə  edir. Bu yolla 
burjua-
kapitalist  dünyasının  qadına  olan  münasibəti ilə  sosialist 
h
əyat tərzinin  qadına  verdiyi  yüksək insani hüquqlar müqayisə 
edil
ərək  aydın  nəticələrə  gəlmək üçün obyektiv  şərait  yaradılır. 
Pyesin  personajları  haqqında  müəllimin verdiyi təhlil xarakterli 
m
əlumatlar müsahibə vasitəsilə möhkəmləndirilir:  
M. – 
Sevil obrazını necə təsəvvür edirsiniz?  
Ş. – Bizim gözümüz önündə iki Sevil canlanır. Biri müti və 
t
əvazökar,  ərini  Allahın  müqəddəs kölgəsi hesab edən, onun 
yolunda 
əzab-əziyyətə  dözməyə  hazır  olan,  hər  cür  azadlıqdan 
m
əhrum edilən Sevil. O biri isə  üsyankar, ali təhsilli, mədəni, 
dünyanın  hər  işindən  baş  çıxaran  Sevil.  İkinci  Sevil  mövcud 
c
əmiyyətin  ağuşunda  böyümüş, mübariz və  cəsarətli  qadın  kimi 
püxt
ələşmişdir.  
Sevilin m
ənəvi  inkişaf  yolunu  səciyyələndirən müəllim 
aşağıdakı parçalar üzərində geniş iş aparır:  
“Balaş, on üç yaşında mən bu evə gəlmişəm, altı il yarıac, 
yarıtox, quru çörək ilə keçinmişik, bir gün, bir düyün görməmişəm, 
indi Allah bizim üzümüz
ə baxıb bir parça çörək yetirmişdir. Amma 


Ədəbi axtarışlar və tədris 
 
 
115 
indi d
ə sən məni bir yerə çıxarmırsan, hərgah sən məni özünlə apar-
san, adam arasına çıxarmış olsan, bir yol bilmərəm, iki yol bilmə-
r
əm, sonra mən də başqalarına baxıb öyrənərəm, o biriləri, hələ bu 
şəkildəki arvad bildiklərini anasının qarnından gətirməmişdir ki?” 
“M
ən sənə,  doğrudan  da  acıyıram.  Qalx,  Balaş.  Mən elə 
bilirdim ki, s
ən bu illər içində dəyişmisən, yazıq ki, sən əvvəlki ki-
mi ayaqlara qapanacaq bir meşşan, özgəsindən səadət sədəqəsi istə-
y
ən bir dilənçisən. Mən isə artıq əvvəlki Sevil deyiləm, mən atılıb-
tutulacaq bir kukla deyil
əm. Mən indi həyata qarşı aciz deyiləm, in-
di m
əndə qoç döyüşünə qarşı aslan pəncəsi vardır”. 
Qılıncdan kəskin olan bu ifadələr qadınların inkişaf yolunu 
göst
ərən ən yaxşı misallardır. Bu fikirlər həmçinin yeni quruluşun 
in
san şəxsiyyətinin formalaşmasındakı rolunu əks etdirir.  
Balaş  surətini səciyyələndirən müəllim  aşağıdakı  fikirləri 
da
ha qabarıq şəkildə izah edə bilər:  
“M
ən sizin ayaqlarınızdayam, mən heç bir vaxt sənin /Dil-
b
ərə müraciət edilir – Y.Y./ əmrindən çıxmamışam və çıxmayaca-
ğıma and içirəm”.  
“Sevil, diz üst
ə çöküb bir cocuq kimi yalvarıram: məni öl-
dür, r
ədd etmə. Mən səni bir cocuq kimi oxşar, bir kukla kimi atıb-
tuta
ram. Sevil, yalvarıram sənə, mənə rəhmin gəlsin, mən sənsiz ya-
şaya bilmərəm”. 
G
ülüşün  xarakterini  müəyyənləşdirəndə  aşağıdakı  fikirləri 
n
əzərdən keçirmək məsləhət görülür:  
“Gücsüz bir qadını dustaqda saxlayıb, qapıları onun üzünə 
qapamaq, onun günüsünü ev
ə gətirib ona güldürmək, mənim atama 
yara
maz ölü paltarı geyindirib, heyvan kimi ağzını qapamaq və dili-
n
i bağlamaq, sərsəm bir meymun kimi cansız bir marionetka kimi 
barmaq ucunda oynatmaq! 
Yox, artıq mən sənin üçün dəli Gülüş 
deyil
əm, mən indi bayquş qəhqəhəsiyəm ki, bütün həyat uzunu sə-
nin qulaqlarında partlayacağam”. 
Dilb
ər  xanımın  mədəniyyətsizliyini, mənəvi  puçluğunu 
göst
ərəndə bu fikirləri xatırlamaq yerinə düşərdi:  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə